Giriş
Bağla

Bollivud aktrisaları (2)

CƏMİYYƏT / Tanınmışlar / Müxtəlif

Bollivud aktrisaları (2)

Bipaşha Basu

7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi. 17 yaşında beynəlxalq model müsabiqəsində iştirak etmiş, üçüncü yerə çıxmışdır. Subaydır.

Priyanka Çopra  

Dünya şöhrətli kinoaktrisa, müğənni və model. 2000-ci ildə “Dünya Gözəli” adına layiq görülmüşdür. 18 iyul 1982-ci ildə Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Uşaqlıqda astma xəstəliyindən əziyyət çəkib. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. Tam adı Priyanka Aşok Çopradır. Subaydır.

Bollivud aktrisaları (2)

Suşmita Sen

19 noyabr 1975-ci ildə Heydərabadda anadan olmuşdur. 1994-cü ildə dünya gözəli seçilmişdir. Himayəyə iki qız götürüb. Subaydır.

Mahima Çaudxari  

13 sentyabr 1973-cü ildə Kanadanın Kelouna şəhərində anadan olmuşdur. İnternat məktəbində təhsil almışdır. Əsl adı Rita Çaudxaridir. Kinoya çəkilməmişdən qabaq model işləmişdir. Ailəlidir, iki övladı var.

Bollivud aktrisaları (2)

Priti Zinta

Aktrisa, yazıçı, prodüserdir. 31 yanvar 1975-ci ildə  Simla şəhərində  anadan olmuşdur. 13 yaşında atasını avtomobil qəzasında itirib. Əsl adı Pritam Sinqhdir. Priti Zinta Mumbay Universitetində "məhkəmə psixoloqu" dərəcəsinə layiq görülmüşdü. Subaydır.

Bollivud aktrisaları (2)
Ayeşa Takia

10 aprel 1986-cı ildə Mumbay  şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni  Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.

Cuhi Çavla 

Aktrisa və prodüserdir. Cuhi Çavla 13 noyabr 1967-ci ildə  Pəncab  ştatının Ludhiana şəhərində anadan olmuşdur. 1984-cü ildə  Cuhi “Miss Hindistan” titulunu qazanır və daha sonra “Dünya gözəli” yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Ailəlidir, iki övladı var.

Bollivud aktrisaları (2)

Amişa Patel

Amişa Patel 9 iyun 1976-cı ildə Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı var - Aşmit Patel. O, fərqlənmə diplomu ilə Boston Universitetini bitirib. Subaydır.

Amrita Rao  

Əsl adı Amrita Dipak Raodur. 7 iyun 1981-ci ildə Chitrapurda anadan olmuşdur. Atasının adı Dipak Raodur. Sənətə model kimi gəlib. İlk  filmə 2002-ci ildə çəkilib. Amrita Rao istedadlı aktrisadır. Həmçinin bir neçə il klassik hind musiqisi ilə də məşğul olub. Subaydır.

Bollivud aktrisaları (2)

Manişa  Koirala

Aktrisa, produserdir. 16 avqust 1970-ci ildə Katmandu (Nepal) şəhərində anadan olmuşdur. Bir qardaşı var. Ailəlidir.



Şərhlər (30)

rovsane_82 rovsane_82 13 April 2015 20:27 Cavab yaz

Qeseng gulusleri var tesekkur melumat haqqda
HELEKД° YOXDUR HELEKД° YOXDUR 8 March 2015 12:34 Cavab yaz

Coxlarini beyenirem.
Deniz84 Deniz84 1 March 2015 11:37 Cavab yaz

Priti Zinta

Aktrisa, yazıçı, prodüserdir. 31 yanvar 1975-ci ildə Simla şəhərində anadan olmuşdur. 13 yaşında atasını avtomobil qəzasında itirib. Əsl adı Pritam Sinqhdir. Priti Zinta Mumbay Universitetində "məhkəmə psixoloqu" dərəcəsinə layiq görülmüşdü. Subaydır.
love
aysun2013 aysun2013 23 November 2014 17:20 Cavab yaz

eyni qizdeyil axi her sekilde bir ferqli qiz var

Xanim xeberin adindanda belli olduqu kimi Bollivud aktrisasi yo Bollivud aktrisalaridi xeberin adi yani bir nece xanim haqda yazilib xeber mes bir xanima aid deil
ask dosani ask dosani 23 November 2014 17:16 Cavab yaz

eyni qizdeyil axi her sekilde bir ferqli qiz var
Gizem_7_1993 Gizem_7_1993 30 June 2014 02:50 Cavab yaz

Hər birinin filmlərinə baxmışam.Kacol Mukherci və Priti Zinta...Hər iki aktrisanı digərlərindən daha çox bəyənirəm.Xəbər üçün təşəkkürlər.
Ellada84 Ellada84 23 June 2014 00:12 Cavab yaz

kamile,
Amrita Bollivud aktrisasıdı.Taluqu aktrisası deyil. give_ros

S.S.NВ В M,
Kacol birinci hissədədir. give_ros
S U SE N S U SE N 22 June 2014 18:15 Cavab yaz

Bəs kajol?
Ay kajol girl_cray


MANİSA
AYESA
morning
Senindostun Senindostun 22 June 2014 13:50 Cavab yaz

Hamisi gozel,istedadli aktrisalardi,yaxsi secmisiz:)Manisa nedense daha cox psixolji rollarda cekilir.belke bu da onun istedadindan ireli gelir.ata anasi lal olan qiz rolunu gozel oynamisdi.Amisa cox nazlidi,esl hind qizidi.Priyanka heqiqeten gozeldi,haqli secibler dunya gozeli.Amrtita telluqu aktrisasi deyil?

CeylanВ Mumoğlu,
raziyam sizle,orbaz yaratmagi bacarirlar,islerine sevgi ile yanasirlar,tek pula gore yox winked daim ozlerine fikir verirler,idmanla mesqul olurlar,bir sozle cox yuksek qiymetlendirirem onlari
Yagmur_91 Yagmur_91 21 June 2014 21:27 Cavab yaz

Priti Zintani beyenirem... Xebere gore tewekkurler good
Deniz84 Deniz84 21 June 2014 17:57 Cavab yaz

Hər birinin filmlərini sevə-sevə izləyirəm. Gözəl qızlardır. Təşəkkür Ellada.
Ellada84 Ellada84 21 June 2014 15:31 Cavab yaz

XəyaləВ Murad,
Çox sağ ol.Davamı var.Bəyəndiyinə sevindim.Cuhi Çavla güldürməyi bacarır. smile
Milana.M Milana.M 21 June 2014 13:02 Cavab yaz

Bipaşha Basunu "Raaz" filmindən tanımışam. Çox sevdiyim bir mahnı var o filmdən.
http://www.youtube.com/watch?v=ZVG5u3_o93U
Priyanka Çopranı gözəllik yarışmasından tanıyıram. Aktrisa kimi də çox bəyənirəm. Ən çox sevdiyim filmindən biri "Anjaana Anjaani" sevdiyim musiqi http://www.youtube.com/watch?v=CP_mJ9gZg2A

Qalan bütün aktrisaları bəyənirəm. Cuhi Çavlanın bütün filmlərini maraqla izləyirəm. Nədənsə ona baxanda üzüm gülür.
Priti Zinta çox bəyəndiyim aktrisadı. Bir çox filmlərinə baxmışam. Amma yalnız iki filminin musiqisini sevirəm.
Vir və Zara filmində http://www.youtube.com/watch?v=jo6iAkSoraY
Kal Ho Naa Ho filmində http://www.youtube.com/watch?v=SH7PoxCi6WQ

Amişa Patel fərqli gözəlliyə sahibdi.
Manişa Koirala bir qorxulu filminə baxmışam. O gündən onun filmlərinə baxmıram.
Davamlı olsun Ellada çox bəyənirəm bu xəbərlərini
qeribe qeribe 21 June 2014 10:58 Cavab yaz

Maraqlidir Canim bezilerini taniyiram.

Təşəkkür edirəm. give_ros
Asi88 Asi88 20 June 2014 23:26 Cavab yaz

Hind kinolarinin vurgunuyam melumat ucun cox sagol give_ros
Ryos Ryos 20 June 2014 23:11 Cavab yaz

Her birinin ozune gore gozel yada qalan rollari var.Bu aktrisalarin icinde xoshuma geleni var amma fanatim yoxdu.coxsaqol Canim menim gozel xeberdi.
ruzigar ruzigar 20 June 2014 23:03 Cavab yaz

Bu aktrisaların heç birini tanımırdım.Məlumat üçün təşəkkürlər
gulya_s gulya_s 20 June 2014 22:52 Cavab yaz

Coxunu taniyirdim , iclerinde Priti Zinta lap mewhurdur, tewekkur canim
gozel eliyeva gozel eliyeva 20 June 2014 22:07 Cavab yaz

Maraqlidir canim menim bezilerini taniyirammm biggrin
elvira.melek.589 elvira.melek.589 20 June 2014 22:00 Cavab yaz

Təşəkkür edirəm
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика