əl-Cumuə (Cümə) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
- (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
- (Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
- Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
- Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
- (Ya Peyğəmbər!) De:Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
- Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
- (Ya Peyğəmbər!) De: (Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
- Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
- Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
- Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır! (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
XƏBƏR LENTİ
İvana Sert özünə gəlinlik tikəcək-FOTO
Azərbaycan Ordusunun əsgəri minaya düşüb
Bədən qulluq üçün evdə hazırlaya biləcəyiniz 3 pilinq
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
İlin Ən Nüfuzlu insanları seçildi-SİYAHI
Dizayner Aybənizin əl işləri (I hissə)
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Körpələr üçün bez seçərkən bunları bilməlisiniz!
Yağ yandıran içki
Görənləri dəhşətə salan qasırğalar
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi
Tovuzda qeyri-adi uşaq
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: qəfil olaylar və sürprizlər ola bilər
"Sevinc" salatı (foto resept)
Dünyanın ən balaca iti odur
Alman dili-X dərs
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Şeyma Subaşı İllər sonra ilk dəfə ETİRAF ETDİ
Dollar manatı vurdu
Sudan fasiləsiz istifadə edə biləcəyik
Fahriye Evcen ərəb fanatlarını sevindirdi-FOTO
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Gəlinin əlini xınayla bəzəyək
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Bacılar da bir-birini qısqanır...
Bakıda daha bir piyada keçidi istifadəyə verildi
İşıqsız dünya
Yeni ili sağlam qarşılayın
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Doğum gününə görə xarekter ( avqust)
Göyərti qutabı (foto-resept)
Əlvan metalların qiyməti ucuzlaşıb
Uğurlu insanın 25 əlaməti
Türkiyədə YouTube barədə yeni qərar verildi
L.O.V.E In ObJeCtIvEs (Non Professional!)
I Avropa Oyunlarına gələcək daha bir prezidentin adı açıqlandı
Təqaüdün hesablanma qaydası
Yayda bağlanan, qışda açılan turşular həyatımızı necə qaraldır?
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Filip Kirkorov sosial şəbəkədə məşhur geyim brendini reklam etdi - FOTO
700 bal toplayan qızın UДћUR HEKAYƏSİ
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
İflicli xəstələri üçün ümid işığı
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...
- ŞƏRHLƏR