Giriş
Bağla

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

MÜXTƏLİF / Praktik məsləhətlər

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

1. Qəhvəni buz qəliblərində dondurub südün içinə ata bilərsiniz.

2. Qəbul edəcəyiniz 3 dəqiqəlik soyuq duş 40 kalori atmağınıza yardımcı olar.

3. Boğazınız ağrıyarkən dondurma yemək zərərli deyil, əksinə soyuq olduğu üçün faydalıdır.

4. Mədəniz bulanırsa, bir az toz qəhvə yeyin.
5. Dezodarantınızı səhər yox, gecə vursanız, gün ərzində daha az tərləyərsiniz.
6. Saxsıdakı çiçəkləriniz böcəklərə görə quruyursa, siqaret küllərini bitkilərin kökünə tökün. Kül böcəkləri zəhərləyərək öldürür.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

7. Yumurta qaynadarkən qabıqlarının çatlamaması üçün qaynayan suya yanmış kibrit atın.

8. Turşu bağlayarkən duzunun normal olub-olmadığını anlamaq üçün içinə zeytun, ya da yumurta atın. Batmırsa, deməli, duz miqdarı yaxşıdır.
9. Google Chrome-da Ctrl+Shift+N-i vursanız, gizli rejimə keçərsiniz. Bu pəncərədə baxdığınız səhifələr skaner keçmişinizdə görünməz.
10. Hıçqırıq tutduğu zaman nəfəsinizi 15 saniyə tutduqdan sonra 3 dəfə udqunun. Qısa müddət içərisində hıçqırığınız kəsiləcək.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
11. Şiddətli ishal vəziyyətində mövsümüdürsə, narın qabığını soyub suda qaynadıb için. Mövsümü deyilsə, qurudulmuş nar qabığından istifadə edin.
12. İlk görüşünüzdə kinoya gedəcəksinizsə, qorxu filmlərini seçin. Bu sizi şüuraltında bir-birinizə daha yaxın hiss etdirəcək.
13. Qədəhdəki şərabın keyfiyyətini yoxlamaq üçün, yüngülcə çalxalayın. Qədəhin ətrafında yaranan torta nə qədər ağır aşağı ensə, şərab o qədər keyfiyyətlidir.

14. Ütüdəki suyun içinə bir az ətir sıxsanız, paltarlarınız çox gözəl ətirli və təravətli olacaqdır.

15. Pişiklərin naftalindən və plastikdən xoşları gəlməz. Pişiklərin oturmasını istəmədiyiniz yerlərə ya naftalin qoyun, ya da neylon örtük örtün.

16. Şahmatda qazanmaq üçün ortadakı 4 kvadrata hakim olmalısınız.

17. Əhvalınızın pis olduğu zamanlarda açıq havada gəzməyə çalışın. Bu, beyninizin mərkəzini maqnitə çevirər və sizi rahatladar.

18. Yediyiniz acıdan ağzınız yanırsa, su içmək yerinə çörəyin içini, ya da şirin nəsə yeyin.

19. Saçlarınızı rəngləyərkən alnınızda qalan boya ləkələrini təmizləmək üçün südə batırılmış pambıqdan istifadə edin.
20. Əgər aldığınız balığı 3 saat içində bişirməyəcəksinizsə, parça-parça deyil, bütöv halda alın. Beləliklə, balığın təzəliyini qorumuş olarsınız.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
21. Yata bilmirsiniz? Bədəndəki melatonin səviyyəsini yüksəltməyə köməkçi olan albalı yuxusuzluğa qarşı ən gözəl üsullardan biridir.
22. Evdən makiyajsız çıxdığınız zaman kök yeyərək üzünüzə rəng gəlməsini təmin edə bilərsiniz.
23. Ayağınızı ayağınızın üstünə aşırıb oturmağınız varikoza və çatlara səbəb olur.
24. Dırnaq boyasından saralan dırnaqlarınızın rəngini açmaq üçün onları sirkə ilə silin. Bu, dırnaqlarınızın rəngini açacaq.
25. Zibil qutunuzun içinə bir qədər çay sodası, ya da qabartma tozu töksəniz ətrafa yaydığı pis qoxunu önləmiş olarsınız.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
26. Yumurtaları qaynatdıqdan sonra qalan suyu dibçəklərin dibinə tökün. Bu, bitkilər üçün olduqca qidalandırıcıdır.
27. Makiyaj etməzdən əvvəl üzünüzə nəmləndirici sürtün və bir müddət gözləyin. Beləcə, makiyajınız daha qalıcı olacaqdır.
28. Sobada kartof bişirməzdən əvvəl kartofu 10-15 dəqiqə qaynadın və çəngəl ilə deşin. Necə asan bişirdiyinizi görəcəksiniz.
29. Yeməkdən əvvəl dişlərinizi fırçalarsanız, daha az yemək yeyərsiniz və daha tez arıqlayarsınız.
30. Portağalları sıxmazdan əvvəl soyuq suda saxlasanız, əldə ediləcək portağal suyu miqdarını yarı yarıya artırarsınız.


Şərhlər (27)

malahat.hesenova malahat.hesenova 23 December 2014 17:46 Cavab yaz

Zibil qutunuzun içinə bir qədər çay sodası, ya da qabartma tozu töksəniz ətrafa yaydığı pis qoxunu önləmiş olarsınız.

Sinamaq lazimdir.
Lale_LR Lale_LR 18 November 2014 13:54 Cavab yaz

2. Qəbul edəcəyiniz 3 dəqiqəlik soyuq duş 40 kalori atmağınıza yardımcı olar.
Yəni 3 dəqiqə titrəmək? biggrin
nezis nezis 26 August 2014 20:45 Cavab yaz

Çox lazımlı xəbərdi bu ən çoxda sevdiyim pişik üçün oldu büten həyətə naftalin qoyacam bezmişəm nazikin əlindən laughing təşəkkütlər
Ryos Ryos 16 July 2014 15:02 Cavab yaz

Canim cox gozel meslehetlerdi..bilmediklerim varidi.sayende bildim..Coxsaqol give_ros
gozel eliyeva gozel eliyeva 19 June 2014 21:10 Cavab yaz

Canim menim Narinimmm tesekkurler dance1
ayniska milaska ayniska milaska 17 June 2014 23:09 Cavab yaz

ELA MESLEHETLERDIR TESEKKURLER NARIN ,ARDINI GOZLEYIRIK!
qeribe qeribe 17 June 2014 17:48 Cavab yaz

Narinim gozel meslehetlerin ucun cox sagol.Təşəkkür edirəm. give_ros
ayan_ ayan_ 17 June 2014 17:06 Cavab yaz

1. Mən burda fikir bildirmədim çünki yeri deyil xəbərimə şərh yaz vəssalam. Mövzudan kənara çıxıb şəxsi problemləri həll etməyin yeri deyil ana səhifədə dərc olunmuş xəbərlər.
2-cidəki Allah əff etsin səni mən kiməmki?! Eşitməmisən Allah qatında ən əziz olan insan intiqam almağa gücü çatdığı təqdirdə əff etməyi bacarandır.

smile
rana969 rana969 17 June 2014 16:14 Cavab yaz

...ŞiRiN_QıZ...,
1. Mən burda fikir bildirmədim çünki yeri deyil xəbərimə şərh yaz vəssalam. Mövzudan kənara çıxıb şəxsi problemləri həll etməyin yeri deyil ana səhifədə dərc olunmuş xəbərlər.
2-cidəki Allah əff etsin səni mən kiməmki?! Eşitməmisən Allah qatında ən əziz olan insan intiqam almağa gücü çatdığı təqdirdə əff etməyi bacarandır. smile

Elbetde Narinim davami olsun

Gəlsin.Bəs deyil..

İnşAllah bunuda silsilə eliyərəm hazırlaya bilsəm 5 bölüm sizlər üçün mocking
ayan_ ayan_ 17 June 2014 16:03 Cavab yaz

Bu cür səmimi üzrxahlıqdan sonra yəqin ki, səni əfv edəcək

no
Ellada84 Ellada84 17 June 2014 16:03 Cavab yaz

бѓ¦Narınбѓ¦,
Xəbərimin davamı gəlsin???? Yoxsa bəsdir??

Gəlsin.Bəs deyil.. dance biggrin
Asi88 Asi88 17 June 2014 15:13 Cavab yaz

Xəbərimin davamı gəlsin?

Elbetde Narinim davami olsun yes
rana969 rana969 17 June 2014 15:10 Cavab yaz

yagmurВ atasoy,
ShefeqВ N.,
...ŞiRiN_QıZ...,
Afət,
Asi,
Dəniz84,
Gülbəniz,
ElviraВ Melek,
♥NiLuFeR♥,
GülnaR,
В BEATIFULВ В GIRL,
ElladaВ Babayeva,
Nigar,

Şərhləriniz üçün hər birinizə sonsuz təşəkkürlər çox sağ olun xanımlar. kiss Xəbərimin davamı gəlsin???? Yoxsa bəsdir?? crazy
Bu qız həqiqətən də belədir.

Çox sağ ol Dənizim sevgin və hörmətin qarşılıqlıdır bacıcan. Allah səni xoşbəxt eləsin kiss.
NIGAR82 NIGAR82 17 June 2014 15:00 Cavab yaz

Ooooooh,sssssssssuppppppper meslehetlerdir.Coooooooox tesekkur. give_ros Narin xanim. give_ros give_ros
Ellada84 Ellada84 17 June 2014 14:42 Cavab yaz

Maraqlı,xeyirli,dəyərli yazıdır.
9. Google Chrome-da Ctrl+Shift+N-i vursanız, gizli rejimə keçərsiniz. Bu pəncərədə baxdığınız səhifələr skaner keçmişinizdə görünməz.

Maraqlı gəldi. İstifadə edən olub? scratch_
seven seviler seven seviler 17 June 2014 13:10 Cavab yaz

Tesekurler xebere gore
R.G.AL-SU R.G.AL-SU 17 June 2014 13:09 Cavab yaz

Narin bacı,bu xəbər o qədər mükkəmməldirki deməyə soz tapmıram,bütün məsləhətlər lazımlı və bilmədiklərim idi,həqiqətən mohtəşəmdir çoooooooooooooooox sag ol give_ros
nilu nilu 17 June 2014 12:53 Cavab yaz

Narin canım mənim super xəbər hazırlamısan həmişəki kimi,çox təşəkkürlər give_ros
elvira.melek.589 elvira.melek.589 17 June 2014 12:39 Cavab yaz

Təşəkkür edirəm give_ros
Deniz84 Deniz84 17 June 2014 11:50 Cavab yaz

Bu məsləhətlər super. Oxuduqca oxudum. Narinim həmişəki kimi super xəbər hazırlamısan. Təşəkkür əziyyətini halal eelə. give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика