Giriş
Bağla

Heç bitməyəcək ana-qız qarşıdurması!

MÜNASİBƏTLƏR / Qadın psixologiyası

 

Ananızla həyatının bir dönəmində qarşıdurma olmamış bir gənc qız vardırmı?
Əslində uşaqlıq vaxtında başlayan bu qarşıdurmalar bir çox qadının həyatında özünün ana olduğu halda belə uzanıb gedər. Həyatının bir vaxtında bu qarşıdurmaları sonlandıra bilməmiş bir çox qadın anasının itkisi ilə birlikdə daxili hesablaşmalarını bir ömür içində daşımaq məcburiyyətində qalır.
Qız uşaqları, xüsusən, keçid dövrlərində analarıyla tez-tez problem yaşayır. Qarşıdurmalar doğru yönləndirilsə, irəlidəki yaşlarda ana-qız münasibəti yaxınlaşar. Yaxşı yönləndirilmədiyində isə onları sancılı bir sevgi münasibəti əsir alar. Əslində qarşıdurmaların qaynaq dönəmi rəqabətin başladığı uşaqlıq dönəminə dayanır. Qız uşağı iki yaşından etibarən ananı tədqiq etməyə başlayar. Qızlar qadın olmağı anadan öyrənər. İrəliləyən dönəmlərdə ananın  təzyiqçi hərəkətləri, rəqabətli qarşıdurmaya yönlənir. Ananın qızının geyimini, dostlarını, telefonda keçirtdiyi saatları tənqid etməsiylə mövzuları dəyişir və yetkinlik üsyanları başlayır. Bu dönəmin uzanmasına anaların səhv hərəkətləri də səbəb olur.
Təzyiqçi ana
Heç bitməyəcək ana-qız qarşıdurması!

Analar qızları üçün önəmli bir dəstəkçidir. Təzyiqçi xarakteri olan analar isə dəstək olmağı müdaxilə etmək olaraq qəbul etməyə çox meyillidir. Qızını özündən fərqli seçimləri olan bir fərd olaraq qəbullanmaqda çətinlik çəkən ana övladı evlənib ana olduğunda belə dəstək fikri altında müdaxilələrini davam etdirərək əslində uşaqlarının həyatlarında təzyiq ünsürü olduqlarını nə yazıq ki, anlamırlar. Bu problem görünüşdə qarşıdurma yoxmuş kimi görünsə də, ana - qız arasında təbii bir səmimiyyətin qarşısını alır.
Dost ana
Heç bitməyəcək ana-qız qarşıdurması!
Qızı ilə dost olmağı seçən analar da müəyyən qədər səhvlər edirlər. Unutmayaq ki, hamımızın bir çox dostu, ancaq tək bir anası var. Bir ananın qızıyla açıq fikirli, əyləncəli söhbətlər etməsi gözəldir. Ancaq övladını özünə dost edib bütün şəxsisini uşağına yansıdan ya da qızının hər anını özüylə bölüşməsini gözləyən bir ana modeli də təzyiqçi ana modeli qədər səhv düşünən və münasibətə zərər verən bir model anadır. 
Öz xəyallarını uşağına yükləyən ana
Heç bitməyəcək ana-qız qarşıdurması!
Çox qarşılaşdığımız digər bir hal da ananın reallaşdıra bilmədiyi hallarını qızına yükləməsidir. Kiçik bir qızkən balerina olmaq xəyalları qurduğu üçün uşağın istəmədiyi halda balet kurslarına sürükləyən, öz bəyəndiyi geyim tərzi üçün uşağını zorlayan bir çox ana tanıyırıq. Uşağına yaxşı bir gələcək hazırlamaq istəyərkən uşağını dinləməyi, onun fərqli xəyalları olduğunu unudan analar da qızlarıyla çox daha sərt qarşıdurma yaşayır.
Bəli, ana-qız arasındakı qarşıdurmalar, əsasən, yetkinlik vaxtı üçün təbii bir zamandır. Ancaq münasibətin sağlam irəliləyə bilməsi üçün anaların unutmaması lazım olanlar var:
- Hər şeydən əvvəl uşağınıza şərtsiz sevgi verməlisiniz. Uşağınız səhv etdiyində belə sevildiyini hiss etməlidir.
- Hədsiz nəzarətçi və günahlandırıcı rəftardan uzaq durun.
- Doğru örnək olmalısınız.
- Uşağınızı eşitməli, onun özünü tapmağa çalışan və fərqli düşüncələri olan ayrı bir fərd olduğunu unutmamalısınız.
- Ona inanmalı və güvənməlisiniz.
- Hədsiz müdaxilələrdən çəkinməli, amma uşağınızın hər yaşda dəstəyə ehtiyacı olduğunu unutmamalısınız.
- Səbirli, çox səbirli olmalısınız!
Neçə yaşımıza gələrsək gələk, analarımızla doğru münasibət qurmaq çox gec deyil. Bizi hər anda bağışlamağa və bağrına basmağa istəkli analarımızın qiymətini bir deyil hər gün bilək.


Şərhlər (22)

SS,, SS,, 11 December 2014 20:31 Cavab yaz

Neçə yaşımıza gələrsək gələk, analarımızla doğru
münasibət qurmaq çox gec deyil. Bizi hər anda
bağışlamağa və bağrına basmağa istəkli
analarımızın qiymətini bir deyil hər gün bilək.
bay_gril89 bay_gril89 20 June 2014 20:33 Cavab yaz

Her kese teşekkur edirem...
gozel eliyeva gozel eliyeva 19 June 2014 17:22 Cavab yaz

Men anami cox seviremmm ama bezen meni cildirtirrr ireful
sofiya sofiya 18 June 2014 02:08 Cavab yaz

Men anam cox isteyirem Allah butun analarin canin sag elesin Amin.
qeribe qeribe 18 June 2014 00:54 Cavab yaz

Allah analarımızı üstümüzdən əskik etməsin. ALLAH Analarımıza can sağlığı versin Amin.Allah butun Ana Atalara can saqliqi uzun omur versin.Ve hec bir evi valideyniz qoymasin.Çox gözəl mövzudur. Anama qurban olaram. Xəbərə görə təşəkkür edirem. kiss give_ros
Ryos Ryos 17 June 2014 22:59 Cavab yaz

Anamin bu gun sabah 60 yashi olacaq indide onun sesi gelende vahimeye dushuremki birden bir sehf hereketimi gorub etimnen cimdiyi ile qopardacaq..Menim anam cox ezazil bir qadin olub..Adi bir sehfimnen ozunnen cixardi..Amma onunla bu gune kimi refiqe kimiyik..Menim her hereketimnen xeberi olardi..Birce tovsiyesi olardiki qizim refiqen olmasin..Dediyi kimide oldu..Bu gun bezi uzden iraq qizlari gorende fikirleshiremki anam neyniyibse duz edib xeyrime edib.Bu gun anam qardashimin iki qizinida o terzde boyudur. Ele qizlar varki ananin ustune qishqiranda kucenin o tayinnan sesi eshidilir..Anama canim qurban olsun..Coxsaqolsunki mene bele gozel terbiye verib.Bu gun mende oz ailemde ocaqimmda onun atamin adini her zaman uca tuturam.Allah butun Ana Atalara can saqliqi uzun omur versin..Ve hec bir evi valideyniz qoymasin..Aminnnn.Coxsaqol canim menim..Gozel movzuda xeber hazirlamisan..Allah sennen razi olsun.. give_ros
Elif.. Elif.. 17 June 2014 22:52 Cavab yaz

Mənim anam da çox cəfakeş, zəhmətkeş anadi. Həm də olduqca kövrəkdi. Yadimdadi mən qəbul imtahanindan çıxanda nece kövrəlmişdi. 3 saat günün altinda məni gözləmişdi. Gəlib ən öndə durmuşdu ki çıxan kimi onu görüm. Eləcə də hər iki bacımı gəlin köçurəndə necə kövrəldiyini heç unutmaram...O,nəyəsə pis olub ağlayanda mənim də ürəyim ağrayir..
Tələbkar olub...Əvvəllər lap yaxın rəfiqə ola bilməsəkdə, indi çox şeyimizi bölüşürük. Arabir tatlı davalaramız, didişmələrimiz də olur təbii ki...Həmişə güllük-gülüstalıq olmaz k:))
Allah bütün analara can sağlığı versin. Dünyasını dəyişənlərə rəhmət etsin inşaAllah
seven seviler seven seviler 17 June 2014 22:08 Cavab yaz

Butun analara anasinin qabaginda gelin paltarinda olmagi qismet elesin
Deniz84 Deniz84 17 June 2014 22:05 Cavab yaz

Anam çox tələbkar olub. O zaman sinif yoldaşlarım gecə 11-12 həyatdə oturub , gəzirdilər. 10-11-ci sinfdə oxuyan zaman. Anam isə mənə yalnız 1 saat 8-9 arası icazə verərdi. 5 dəqiqə gec gələ bilməzdim. o vaxtlar deyirdim nə pis anadı)) İşləyirdim. Mənə mobil telefon icazə vermirdi. Deyirdi ailə quranda özüm sənə alacağam. O da ailən icazə versə. o zamanllar onu qınayardım ki, niyə belə edir. Ancaq indi fikirləşirəm ki, elə yaxşıdır. Onun sayəsində dönüb keçmişimə baxanda özümlə fəxr edirəm. Ailəm də mənimlə fəxr edir. Tələbkar olduğu qədər də qayğıkeş, mehribandır anam. Mənim heç bir zaman rəfiqəm olmayıb. Sirrimi sözümü həmişə anamla bölmüşəm. o da məni dinləyib məsləhətin edib.
Çox gözəl mövzudur. İndiki qızlar heç analarını dinləmir. Analar övladlarının yaxşılığın istəyir və doğru bildiklərini buyururlar.
Anama qurban olum.
seven seviler seven seviler 17 June 2014 21:57 Cavab yaz

Menim anam meni coxxxxxx sevir.duzdu derdlerimi deye bilirem ama en boyuk derdimi ona deye bilmirem.belkede onunla coxda aciq olmamaimizdan ireli gelir,belkede yox....
aysun2013 aysun2013 17 June 2014 21:20 Cavab yaz

Cox gozel xeberdi mama menle vaxti gelir dost olur vaxti gelir teyziq gosterir ve vaxt gelir xeyallarin mende yukluyur.Cox gozel xevberdi cox saqolun Allah analarimizi bize cox gormesin insallah
ruzigar ruzigar 17 June 2014 20:42 Cavab yaz

Xəbərə görə təşəkkürlər,Zəhra.
ALLAH Analarımıza can sağlığı versin,dünyasını dəyişənlərə rəhmət eləsin,günahlarını bağışlasın.Amin.
Mən də rəhmətlik anamdan qorxurdum.Yemək sarıdan anamı çox incitmişəm.Təxmini 7-8 yaşım olardı.Biz də 1-ci mərtəbədə olurduq deyə zirzəmimiz vardı.Bir dəfə anam dedi ki,yeməyini yeməsən səni zirzəmidə saxlayacam.Ay ALLAH elə qorxmuşdum ki,çıxış yolları fikirləşirdim,inanmışdım.Amma indiki uşaqlara desək deyərlər,nə maraqlı nağıldır.
Əlbəttə ki,ana qızı ilə valideyn olmaqdan əlavə,dost olmalıdır.Övlad da düşünməlidir ki,anamın mənim hər bir işimlə maraqlanmağa haqqı var,məsləhətinə ehtiyac duymalıdır.Valideyn heç bir zaman övladının pisliyini istəməz.Hansısa bir problemin vaxtında aşkara çıxarılması gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz halların qarşısını almaqda kömək olacaq.
sahil_13 sahil_13 17 June 2014 16:33 Cavab yaz

Aman men anamnan o qeder qorxmuşam ki gel göresen cray Evin tek qızı idim Qardaşlarım rosiyyada tehsil alırdılar Onlarcun aş demleyib bükürdü qalın bir süfreye ucurdu yanlarına ki ele catım ki aş soyumasın greeting meni de evin bütün qayğıları ile baş-başa qoyurdu dance1 qayıdanbaş da eger gündeliyimde 4 qiymet görseydi deyirdi ki men başa düşmürem ki sen ne iş görürsen ki hele bir derslerini de zeif oxuyursan ireful menim ixtiyarım ne idi ki ona deyim ki niye 4 almışam ele indinin özünde de telefonla danışanda bu üzde ele diyanıram ki ele bil müellimenin qarşısında dayanmışam scratch_ axı o menim hem de ilk sinif müellimem olub pardon hele bu bizim münasibetin 0,0001 faizidir Ona qurban olaram ne qeder ezazil de olsa aile qurandan sonra hemişe qayğısını hiss etmişem Herden deyirem ki sen esl cefakeş qayğıkeş nenesen
Ceylan Mumoglu Ceylan Mumoglu 17 June 2014 16:07 Cavab yaz

Çox gözəl mövzudur. Bu haqda heç düşünməmişdim. Əslində, bəlkə də, anamın öz xəyallarını mənə yükləməsi xeyrimə olub. Oxumaq, təhsil almaq olub arzusu, atasız-anasız əmi himayəsində böyüdüyü üçün bu imkanı əldə edə bilməyib, amma mənə təsir edib, motivasiya verib və nəticəsi mən oxumuşam, bununla da könlü şaddır. Allah analarımızı üstümüzdən əskik etməsin. Amin.
x women x women 17 June 2014 15:59 Cavab yaz

ALLAH ANALARIMIZA VERDIYI HEYATDA AQRI-ACI VERMESIN.OVLAD ACISI CEKDIRMESIN.SAQLAM OLSUNLAR 1 OMUR BOYU. AMIN,INSHALLAH.
rana969 rana969 17 June 2014 15:38 Cavab yaz

Anam canım anam qayğıkeş zülümkeş anam. Həm dostum həm sirdaşım hər şeyim anam. Anama canım qurban gündə 100 dəfədə öpsəm doymaram anamın başıma bir sığal çəkib hər zaman hər kəsə, hər şeyə, dünyanın bütün pisliklərinə qarşı məni qoruyan əllərindən. Yaxşıki anam var, yaxşıki canımdan çox sevdiyim bacım qardaşım var onlarsız bir günüm olmasın Amin İnşAllah. girl_ang

Ananın qızının geyimini, dostlarını, telefonda keçirtdiyi saatları tənqit etməsiylə mövzuları dəyişir və yetkinlik üsyanları başlayır.

Bu fikirlə razı deyiləm heç bir ana öz övladının pisliyini istəməz. 25 yaşım var geyimlərimi hələdə anam seçir, telefonda kiminlə danışıram nə danışıram dostlarım kimdir hamsını bilir.
İnsan yaşa dolduqca daha çox istiyir anasını, daha çox bağlanır ona hər anını hər dəqiqəsini saniyəsini onunla keçirmək istəyir qucaqlıyıb bağrına basıb doya doya anasının qoxusunu içinə çəkmək istəyir. Allah bütün analara can sağlığı uzun ömür nəsib eləsin. Dünyasını dəyişənlərə isə rəhm edib cənnətində sığındırsın Amin İnşAllah.
Təşəkkür edirəm Zəhra xanım maraqlı mövzu üçün. give_ros
Lale_LR Lale_LR 17 June 2014 15:23 Cavab yaz

Mənim anam isə çox qayğıkeşdir,həddindən artıq qayğıkeş.Belə də olmaz,indi deyirəm ki. ay ana.sən əziyyətimizi çox çəkdin,amma bizə uçmağı öyrədə bilmədin.Hər zaman əvəzimizə uçdun recourse
İndi öz övladlarıma həm dost, həm də müəllim olmağa çalışıram,anamın etdiyi səhvləri etməməyə çalışıram.Anma isə mənə deyir ki,sən ana deyilsən,gestaposan sorry
Faydalı xəbər üçün çox sağol Zəhra bacı
NIGAR82 NIGAR82 17 June 2014 14:33 Cavab yaz

Her bir ananin haqqidir ki,qizinin geyimine,dostlarinin kim olduguna ve telefondan asilmagina nezaret etsin ve duzgun istiqametlendirsin.Eger qizi bu vaxt anasina etiraz edirse,sehv edir.Her halda anasi ondan cox bilir neyin yaxwi,neyin pis oldugunu.
melek87 melek87 17 June 2014 14:32 Cavab yaz

Ne yalan deyim men subay vaxti anam hec vaxt menle yola gedmiyib bilmirem evin boyuk qizi olmusam ya nedendir.Aile qurduqdan sonra ise problemim olmuyub anamla
Tesekkurler
ayan_ ayan_ 17 June 2014 14:20 Cavab yaz

Anamı çox sevirəm.Ancaq hərdən davalarımız olur.Sözümüz düz getmir,dalaşırıq.Hərdən istəyirəm ki, onunla bir necə gün danışmayım,amma sonra vicdanım rahat vermir.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика