Giriş
Bağla

Yanında yaşlanacağım adam axtarıram

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

 

Yanında yaşlanacağım adam axtarıram

 

Yanında yaşlanacağım o adamı axtarıram. Bəlkə o da yanında yaşlanacaq bir qadın axtarar deyə çıxdım yola, o adamı axtarıram. Çox böyük xəyallarım yoxdur sözün açığı, onsuz da olsa nə olar? Xəyalın özü böyük olduqda həqiqəti də onunla bir olmur. Yanında yaşlanmağa dəyəcək qədər gözəl bir ürək axtarıram. Başımı qollarıyla sinəsi arasında bir yerə qoyduğum zaman eşitdiyim qəlb döyüntüsündə musiqi tapacaq qədər sevə biləcəyim biri olsun deyirəm. Sıxıntı həyatın bir parçasıdır, hər zaman sərhədsiz xoşbəxt olmaz insan. Buna görə də əl-ələ verərək sıxıntıların öhdəsindən gələ biləcəyim adam axtarıram.

 

Yanında yaşlanacağım adam axtarıram

 

Sahib olduqlarının dəyərini biləcək birini axtarıram, sahib olduqlarıyla dəyər qazananı deyil! Yan-yana sıxılmadan dura biləcəyim bir adam axtarıram, həm də uzun illər sıxılmadan. Oxuduğum kitabı, izlədiyimiz filmi müzakirə edə biləcəyim, eyni fikirdə olmadığım, amma eyni cizgidə olduğum o adamı axtarıram.

Pul da qurtarır vaxtı gəlincə, gözəllik də, amma baxışların, vəfan, dostluğun, hörmətin bitmirsə, demək bitmir sevgilər. İçində vicdan daşıyan bir adam axtarıram. 

 

Yanında yaşlanacağım adam axtarıram

 

Böyük sərvət arxasınca başqaları qaçsın. Mənim xəyalımda eyvanlı evdə iki qəhvə, bir də sağlıqla keçəcək günlər var. Mən yoldan keçərkən məni düşünərək bir gül qoparıb gətirəcək adama doğum günümdə 100 gül yollayandan daha artıq sevgim var.

Mənim xəyalımda sevilməyə layiq olan bir adam var. Əyrisi, doğrusu, xətalarıyla; əyrim, doğrum, xətalarımla çox sevə biləcəyim və yanında yaşlanmaq istəyəcəyim bir adama həsrətim var. Gələrsə, nə əla, gəlməsə...

Hər xəyal kimi bu da qalsın başqa bir bahara.



Şərhlər (16)

Ryos Ryos 14 August 2014 23:03 Cavab yaz

Rebbim her kesi yaninda xoshbext olacaqi,bir yerde yashlanacaqi insana qovushdursun.Aminnnnnn.
gozel eliyeva gozel eliyeva 7 August 2014 21:16 Cavab yaz

Heqiqeten de gozeldir. A,lah hamiya yaninda yaslanacqi ve omur boyu mutlu olacaqi bir heyat yoldasi qismet etsin...amin
Ellada84 Ellada84 13 June 2014 11:57 Cavab yaz

Zehra.,
kiss Çox sağ olun.Davamlı olsun.Ürəyimcə oldu xəbəriniz.
bay_gril89 bay_gril89 13 June 2014 11:11 Cavab yaz

XəyaləВ Murad,
В BEATIFULВ В GIRL,
Günəş,
TƏŞƏKKÜRLƏR EDİRƏM.
Milana.M Milana.M 13 June 2014 11:00 Cavab yaz

Çox təsirlidir. Hər kəs yer üzündə öz qəlb parçasını. Öz yarısını axtarır. Bu gözəldir. Amma qismətdə varsa mütləq qarşına çıxacaqdır. Allah hər kəsi yanında yaşlana biləcəyi və məhz bir ömrü onunla başa vurmağa dəyəcək bir insan qismət etsin.
seven seviler seven seviler 13 June 2014 10:21 Cavab yaz

Salam Zehra xanim ,tesekkur edirem.allahimiz hamiya yainda xosbexxt oldugu birini yetirsin
aaaaaammmmmmmmmmiiiiiiiiiinnnnnnnnnn
cennet ciceyi cennet ciceyi 13 June 2014 09:26 Cavab yaz

Cox maraqli idi.mende her gun bu haqda fikirleshirem.heyatda en qorxduqum shey Atami itirmekdir.atama nese olsa biliremki bu dunyada tek qalacam.cunki,yaninda yashlanacaqim insani doqru secmemishem.yalnizca ovladlarimla teselli tapiram.inshallah bundan sonrasi yaxshi olar.Allahin mene rehmi geler.
bay_gril89 bay_gril89 13 June 2014 01:59 Cavab yaz

yagmurВ atasoy, give_ros
Nigar, give_ros
Dəniz84, give_ros
ElladaВ Babayeva, give_ros
Q, give_ros
leman, give_ros
Öpürəm hər birinizi,gözləriniz var olsunki hər zaman oxuya biləsiniz. air_kiss air_kiss air_kiss
lemo.lemo lemo.lemo 13 June 2014 01:37 Cavab yaz

Ne gozel yazmisiz bizlerin ureyin oxumusuz ele bil. ..Allah qismet etsin cemi arzusunda olanlara
qeribe qeribe 13 June 2014 01:09 Cavab yaz

Xəbərə görə təşəkkürlər kiss
Ellada84 Ellada84 13 June 2014 00:44 Cavab yaz

Oxuduğum kitabı, izlədiyimiz filmi müzakirə edə biləcəyim, eyni fikirdə olmadığım, amma eyni cizgidə olduğum o adamı axtarıram.

Pul da qurtarır vaxtı gəlincə, gözəllik də, amma baxışların, vəfan, dostluğun, hörmətin bitmirsə, demək bitmir sevgilər. İçində vicdan daşıyan bir adam axtarıram.

Məndə axtarıram.. blush

Düşünməyə vadar etdi məni.Qələminizə qüvvət. good
Deniz84 Deniz84 13 June 2014 00:17 Cavab yaz

Pul da qurtarır vaxtı gəlincə, gözəllik də, amma baxışların, vəfan, dostluğun, hörmətin bitmirsə, demək bitmir sevgilər.
Çox şükür Allaha ki.., yanında yaşlanmaq istədiyim insanı tapmışam. ikimizin də diləyi bu həyatda birlikdə yaşlanaq birlikdə köçək bu dünyadan.
Gözəl yazı üçün minnətdaram.
NIGAR82 NIGAR82 13 June 2014 00:07 Cavab yaz

Zehra xanim,cox maraqla oxudum.Elleriniz yorulmasin.Tesirlendim...
askom askom 12 June 2014 22:50 Cavab yaz

Ben buldum ama bakalim.INSALLAH.cok tesekkurler.cok guzel yazi.
bay_gril89 bay_gril89 12 June 2014 21:59 Cavab yaz

♥NiLuFeR♥,
Dəyməz canım,səndə sağol. air_kiss
nilu nilu 12 June 2014 21:29 Cavab yaz

Xəbərə görə təşəkkürlər give_ros

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика