Giriş
Bağla

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

SAĞLAMLIQ / Xalq təbabəti

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah bitkisini çoxumuz evimizdə sevərək becəririk. Onun ətri belə evə yayılan zaman insana çox gözəl təsir edir. Ondan hazırlanan yağın faydalı xüsusiyyətləri isə saymaqla bitmir!

Kosmetik və dermotoloji təsiri

Ətirşah yağının cavanlaşdırıcı, tonuslaşdırıcı, ağardıcı xüsusiyyəti var. Bu yağ hər bir dəri növünə uyğundur, onu hamar, elastik edir və cavanlaşdırır. Qan dövriyyəsini yaxşılaşdırır, solğun üz dərisinə sağlam görünüş verir. Yaraları sağaldır və ləkələri təmizləyir. Ondan üz dərisinin iltihablaşması zamanı, civzələrdə, quru eqzemalarda, səpkilərdə, üzün qabıqlanmasında isifadə edirlər. Bundan başqa, yanıqlar, dəri çatları, herpes və göbələk xəstəlikləri zamanı da isifadə olunur. Demək olar ki, hər növ dəri xəstəliklərində isifadə olunur. 

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Bioenergik təsiri

İnsanlarda digərlərindən asılılıq hissini aradan qaldırır, kompleksli olma, özünü nataman hiss etmə və özünə inamsızlıq hallarında yardımçı olur.  Şəxsin özünü qiymətləndirməsi, real motivlərinə və hərəkətləri düzgün qiymətləndirməsinə imkan verir. Hər bir kəsin fərdi aurası var, ətirşah yağı individual olaraq bu auranı bərpa edir. Ətirşah yağı sevmədiyiniz biri ilə ünsiyyətdən sonra  korlanmış enerjini bərpa edir, partnyorlar arasındakı sevgi münasibətlərini də bərpa edir.

Ətirşah yağı bir sıra digər yağlarla birlikdə çox gözəl təsir göstərir: qızılgül, limon və portağal yağları, nanə, evkalipt, berqamot, sidr ağacı yağı, səndəl ağacı yağı, rozmarin, adaçayı yağı, lavanda, yasəmən, mixək.

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah yağından isifadə

 Oynaqlarda ağrı və hərəkətsizlik üçün: ətirşah yağı - 4 damcı, qızılgül yağı - 2 damcı, səndəl yağı - 2 damcı, badam yağı - 2 damcı. Bu qarışıq ağrı olan nahiyəyə, əzələ və oynaqlara masaj edilərək sürtülür. 

Stres zamanı sakitləşdirici kimi: ətirşah yağı - 5 damcı və istənilən sitrus bitkisi yağı - 2 damcı.

İnqalyasiya kimi: isti suya 3 damcı əlavə etməklə 5 dəqiqə müddətində nəfəs almaq.

Kompres: 5-7 damcını az miqdarda spirt və ya suda həll etməklə 1/2 l suya çatdırmaqla hazırlanır.

Masaj: 10-15 q baza yağına 1-5 damcı efir əlavə olunur.

Kosmetik yağ kimi: isifadə etdiyimiz əl və bədən kreminizə 3 damcı əlavə edə bilərsiniz. 

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Otaqdan xoşagələməz qoxunu aradan qadırmaq istəyirsinizsə, hər 5 kv.m sahəyə 3 damcı efir bəs edir. Bundan həm də aromoterapiya zamanı istifadə edilir, həm də ağcaqanad, milçək və digər cücülərə öldürücü təsir göstərir. Ağcaqanadlarla mübarizə aparmaq üçün 3 damcı ətirşah efiri, 2 damcı lavanda yağı, 2 damcı sidr ağacı yağı daha effektiv təsir göstərir. Ətirşah yağı esterogen hormonunun ifrazını stimulə edir, ona görə də kontraseptiv vasitələrlə bir yerdə istifadə olunur. Aromaterapiya zamanı istifadəsi rahatlanmaq, stressi, revmatik və əzələ ağrılarını ardan qaldırmaq, aktivliyi bərpa etmək və ən əsası həzz almaq məqsədilə istifadə olunur.

 36-38 dərəcə temperaturda su doldurulmuş çanağa 4-7 damcı efir yağı, 1 x/q emulqator (duz, dəniz duzu, süd, bal) əlavə olunur. Efir yağı bilavasitə çanağa girən zaman tökülməlidir. Əks halda onun əksər hissəsi buxarlanıb itəcək.

 Məsləhət görülmür: Həssas dərili insanlarda allergiyaya səbəb ola bilər. Qanda şəkərin səviyyəsi aşağı olanlarda, hamiləlik zamanı, 3 həftə ardıcıl isifadə, 6 yaşa kimi uşaqlara məsləhət görülmür.



Şərhlər (12)

Pervane01 Pervane01 28 April 2015 21:13 Cavab yaz

Bu gulun iyisini sevmirem
virtual dərslər virtual dərslər 27 April 2015 08:20 Cavab yaz

Tursmeze iyisi var xeyirl imis bilmirdim
Xanim_Xatun Xanim_Xatun 27 December 2014 11:46 Cavab yaz

ikinci şəkildəki bitkidən biizm məktəbdə vardi.cox xoşlayirdim iyini...Mən oturdugum tərəfdə idi.
Ayka_m_ova Ayka_m_ova 30 October 2014 00:40 Cavab yaz

Gözəlliyinə baxmaq yetərlidi give_ros
moskow qadini moskow qadini 16 June 2014 20:11 Cavab yaz

Teshekkurler xebere gore give_ros
ruzigar ruzigar 11 June 2014 21:04 Cavab yaz

Faydalı xəbərə görə çox sağ ol,Ülkər.Ətirşah varım idi soldu.Onun da yağının olduğunu bilmirdim.Hələ nə qədər də faydası var imiş.Sayəndə məlumatım oldun.
qeribe qeribe 11 June 2014 15:08 Cavab yaz

Ətirşahdan bizdə var amma bu qədər faydalı olduğunu bilmirdim.Xəbərə görə təşəkkürlər give_ros
sekret_love sekret_love 11 June 2014 12:31 Cavab yaz

Çox sag olun maraqli melumata gore. bu yaglari hardan elde etmek olar winked
ESNA_2012 ESNA_2012 11 June 2014 11:03 Cavab yaz

Etirshahin bu qeder faydali bir cicek oldugunu bilmirdim,amma iyini hec xoshlamiram nefesimi tutur.
nilu nilu 10 June 2014 22:37 Cavab yaz

Ətirşahdan bizdə var amma bu qədər faydalı olduğunu bilmirdim.Xəbərə görə təşəkkürlər give_ros
Aqatkris Aqatkris 10 June 2014 21:51 Cavab yaz

Mən bu çiçəyin ətrini heç sevmiəm başımı ağrıdır. və bu qədər də faydalı olduğunu heç bilmirdim.
Ellada84 Ellada84 10 June 2014 21:08 Cavab yaz

Hardasa oxumuşdum. Ətirşahı yatan otaqda qoymazlar.Asma xəstəliyindən əziyyət çəkən insanlar üçün qorxuludu.Ətirşah axşamlar tozlanır.Qoxusu boğa bilər insanı.Mənim xoşum gəlmir bu bitgidən.Amma gözəl çiçək açır.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика