Giriş
Bağla

Plan

Bizimdir! / Virtual dərslər / Coğrafiya

 

Plan

 

Coğrafiya elminin inkişafında, Yerin hərtərəfli öyrənilməsi və təsvirində kartoqrafiyanın rolu böyükdür. Kartoqrafiya Yerin təsviri üsulları haqqında elmdir.

Plan - xəritə və qlobus kartoqrafik təsvirin növləridir. Plan məhəllin yuxarıdan görünüşünün miqyaslı və şərti işarəli təsviridir. Planın tərtibi miqyasın təyini ilə başlayır. Miqyas Yer səthinin artoqrafik təsvirlərdə kiçiltmə nisbətini göstərən kəsrdir. Məsələn, yer səthində ölçüləri 4 km x 4 km olan məhəllin planını ölçüləri 50sm x50 sm olan planşetdə tərtib etmək üçün hansı miqyası qəbul edəcəyimizi təyin edək. Miqyası təyin etmək üçün 1sm-ə məhəldə uyğun gələn məsafəni tapmaq lazımdır. 4km= 400 000sm. Sadə tənasüb quraq:

50sm  -  400 000sm

1sm  -  Xsm    X =(400 000x1) : 50 = 8000

Deməli, verilən ölçülərə uyğun olaraq, məhəllin planını tərtib etmək üçün kiçilmə nisbəti 8000-dir, yəni miqyas 1:8000 təyin olunur. Formasına görə miqyaslar 3 yerə bölünür: ədədi miqyas, adlı (izahlı) miqyas və xətti miqyas.

1:10 000, 1:50 000, 1:2 500 000 və s. ədədi miqyas adlanır. Ədədi miqyasdan miqyasın kəmiyyəti (kartoqrafik təsvir növlərinin 1 sm-nə yer səthində uyğun gələn məsafə) tapılır və bu, yazılış formasına görə adlı (izahlı) miqyas adlanır. 1:500 000 və 1:2 500 000 ədədi miqyasların izahlı miqyasını təyin edək: 500 000sm = 5000m = 5 km; 2 500 000sm = 12km. Verilən ədədi miqyasların müvafiq olaraq izahlı miqyasları 1 sm-də 5 km və 1 sm-də 25 km kimi yazılır.

Ədədi və izahlı miqyasın qrafik üsulla ifadəsi xətti miqyas adlanır və aşağıdakı kimi göstərilir. 

Plan

Yer səthindəki coğrafi obyektlərin kartoqrafik təsvirlərini vermək üçün şərti işarələrdən istifadə olunur. Məhəlin planında şərti işarələr təsvir etdiyi obyektlərin müəyyən əlamətlərini yada salır. Məsələn, bitki örtüyü və su obyektləri öz rəngləri ilə, zavod tüstü borusu və s. təsvir olunur.

Ümumiyyətlə, şərti işarələri 3 qrupa bölmək olar: sahəvi (konturlu), xətti və miqyassız. Miqyaslı (konturlu və xətti) şərti işarələrin köməyi ilə təsvir olunan obyektlərin üəyyən ölçülərini miqyasa əsasən təyin etmək mümkündür: konturlu (sahəvi) şərti işarələrin köməyi ilə təsvir edilən obyektin sahəsini təyin etmək olar (bağ, bostan, çəmən, meşə, göl və s.); xətti şərti işarələrin köməyi ilə təsvir olunan obyektin (yollar, rabitə xətləri, çaylar və s.) uzunluğunu təyin etmək mümkün olsa da, onların enini təyin etmək olmur. Miqyassız şərti işarələrin köməyi ilə obyektin (su quyusu, dəyirman, zavod, məktəb, mayak və s.) ancaq yerini təyin etmək mümkündür.

Üfüq – müşahidəçinin öz ətrafında gözlə görə bildiyi Yer səthinin bir hissəsidir. 

Plan 

Məhəldə cəhət təyini üfüqün tərəflərinin müəyyənləşdirilməsi deməkdir. Üfüqün 4 əsas (şimal, cənub, şərq, qərb) və 12 aralıq cəhəti (şimal-şərq, cənub-şərq, şimal-qərb və s.) vardır.

Qədim Yunanıstanda istiqaməti Günəşə əsasən təyin edirdilər. Oriyentasiya (səmtlənmə) anlayışı da oriyens (şərq, Günəş çıxan tərəf) sözündən götürülmüşdür. Üfüqün tərəflərini yerli obyektlərə (ağacların gövdəsində bitən mamır, günorta vaxtı şaquli dirəyin kölgəsi), qütb ulduzuna və s. əsasən təyin etmək mümkün olsa da, müasir dövrdə üfüqün cəhətlərini kompas vasitəsilə təyin edirlər.

İlk sadə kompas b.e.ə II əsrdə Çində kəşf edilmiş, orta əsrlərdə Avropada təkmilləşdirilmişdir. Yer kürəsinin Şimal və Cənub coörafi qütbləri yaxınlığında (Kanada Arktika arxipelağı və Antarktidada Adeli torpağı) güclü maqnit sahəsinin olması maqnitlənmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır.

Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər şimal-cənub istiqamətləridir.Məhəldə müxtəlif obyektlərin birinin dügərinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur.

Azimut – (ərəbcə əs-səmt – istiqamət) şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbi istiqamətində ölçüləri 0 dərəcə ilə 360 dərəcə arasında dəyişən bucaqdır. Üfüqün əsas istiqamətlərinin azimutlari: şimal – 00 (3600), şərq – 900, cənub – 1800, qərb – 2700; aralıq istiqamətlərin azimutları: şimal-şərq – 450, cənub-şərq – 1350, cənub-qərb – 2250, şimal-qərb – 3150 və s.

Plan və xəritədə şərti olaraq yuxarı – şimal, sağ – şərq, aşağı – cənub, sol – qərb istiqamətlərini göstərir.

Qayda: Verilən azimut bucağı 1800- dən kiçikdirsə, geri qayıdılan azimutu təyin etmək üçün verilənin üzərinə 1800 əlavə etmək, 1800-dən böyükdürsə, veriləndən 1800 çıxmaq lazımdır. 

Plan 

Planda relyefin təsviri

Yer səthində hündürlük xüsusiyyətlərinə görə fərqlənən dağlar, düzənliklər, çökəkliklər mövcuddur. Yer səthinin bu nahamarlıqlarının cəmi relyef adlanır.  Plan çəkmək üçün ərazidəki dağ və təpələrin hündürlüyünü, çökəkliklərin dərinliyini bilmək lazımdır. Bu zaman mütləq və nisbi hündürlük anlayışlarından istifadə edilir. Yer səthində bir nöqtənin digər nöqtəə nisbətən şaquli xətt üzrə hündürlük fərqi nisbi hündürlük adlanır. Nisbi hündürlüyü sadə halda məktəb niveliri vasitəsilə ölçürlər. Plan və xəritədə relyef mütləq hündürüklər əsasında tərtib olunur. Nöqtənin okean və ya dəniz səviyyəsindən olan hündürlüyü (şaquli məsafəsi) mütləq hündürlük adlanır. Azərbycanda mütləq hündürlüklər Baltik dənizi səviyyəsin əəsasən ölçülür.

Relyef plan və tooqrafik xəritədə horizontalların köməyi ilə təsvit edilir. Eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən səlis əyri xətlər horizontal (izohips) adlanır. Qonşu horizontallar arasındakı hündürlük fərqi kəsmə hündürlüyü adlanır. Plan və topoqrafik xəritələrdə kəsmə hündürlüyü təsvirin bütün hissələrində sabitdir və nisbətən kiçikdir. 

Plan 

Kiçik miqyaslı fiziki xəritələrdə isə kəsmə hündürlüyü relyefin mürəkkəbliyindən asılı olaraq təsvirin müxtəlif hissələrində müxtəlifdir, daha böyükdür və horizontallar arasındakı sahələr lay-lay rənglənir. Kiçik miqyaslı fiziki xəritələrdə relyefi “oxumaq” üçün xəritənin kənarında hündürlük və dərinlik şkalası verilir. Hündürlük şkalası quru səthinin relyefini, dərinlik şkalası isə dəniz dibinin relyefini “oxumağa” köməklik göstərir.

Horizontallara əsasən relyefi oxumaq mümkündür. Horizontallar bir-birinə yaxındırsa, yamac dik, horizontallar aralıdırsa, yamac az meyillidir. Yamacın hansı tərəfə alçalma istiqamətini berqştrix və ya horizontal üzərində yazılmış rəqəmin köməyi ilə təyin etmək mümkündür. Berqştrix yamacın alçalma və uyğun olaraq səth axınlarının istiqamətini göstərən, horizontala perpendikulyar çəkilmiş kiçik xətlərdir. Horizontal üzərində yazılmış rəqəmin yuxarı tərəfi yüksəlmə istiqamətini göstərir.

Qapalı horizontallarla təsvir edilmiş relyef formasında daxili və kənar horizontal anlayışlarından istifadə olunur. Belə halda berqştrix daxilə doğrudursa, çökəklik, kənara doğrudursa, dağ (təpə) təsvir olunur.

Hazırda Yer səthinin planı havadan (kosmik və aeroplanalma) və yerüstü planalma yolu ilə tərtib olunur. Yerüstü planalma mürəkkəb alətlərin (teodolit, bussol və s.) köməyi ilə çəkilən dəqiq planalmadan və sadə alətlərin (kompas, vizir xətkeçi, ruletka və s.) köməyi ilə tərtib olunan gözəyarı planalmadan ibarətdir. Gözəyarı planalma qütb planalmasına (planalma bir nöqtədən aparılır) və marşrut planalmasına (planalma bir neçə nöqtədən aparılır) bölünür.



Şərhlər (21)

Xanim_Xatun Xanim_Xatun 13 June 2015 12:45 Cavab yaz

Üfüq – müşahidəçinin öz ətrafında gözlə görə bildiyi Yer səthinin bir hissəsidir.
AYKAWIRINKA AYKAWIRINKA 22 October 2014 16:44 Cavab yaz

Hal hazirda bu dersi kecmiwik...coox maraqli idi
elvira.melek.589 elvira.melek.589 17 June 2014 13:23 Cavab yaz

Təşəkkür edirəm give_ros
Fatma Fatma 28 May 2014 10:34 Cavab yaz

Aradan 1000 il keçəsinə baxmayaraq bu dərs yadıma düşdü 5 almışdım
bay_gril89 bay_gril89 28 May 2014 08:48 Cavab yaz

Maraqlı mövzudu.Təşəkkürlər. give_ros
tutus tutus 27 May 2014 22:00 Cavab yaz

Gozel cografiya fennim.tesekkur xeber ucun
qeribe qeribe 27 May 2014 20:44 Cavab yaz

Xəbərə görə təşəkkürlər Aqat xanim. give_ros
Aqatkris Aqatkris 27 May 2014 19:59 Cavab yaz

♥NiLuFeR♥,
İmtahanları TQDK təşkil etdiyi üçün onların kitabından yazıram.
nilu nilu 27 May 2014 19:47 Cavab yaz

Evdə kitablarım var,ordan oxuyuram.Kitabları olmayanlar üçün yaxşı xəbərdir.Təşəkkürlər.Hə birdə bir şey soruşum,məndə coğrafiya kitabı var böyük,sinif kitablarındakı dərsliklərin hamısı o kitabın içindədir,ümumiləşdirilmiş və aydın şəkildə.Qəbul imtahanlarına hazırlaşanlar,yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti.Elə 1ci vərəqində belə yazılıb.Kitab da 345 səhifədən ibarətdir.Bu kitabdan yazırsan bu dərsi ya sinif kitabından?
ruzigar ruzigar 27 May 2014 19:36 Cavab yaz

Xəbərə görə təşəkkürlər Aqat.23 il geriyə qayıdıb bu mövzuları yenidən təkrarlamış oldum.
Milana.M Milana.M 27 May 2014 19:12 Cavab yaz

Çox sevirəm coğrafiyanı. Yenidən təkrar edirəm sayəndə. Təkrar biliyin anasıdır.
R.G.AL-SU R.G.AL-SU 27 May 2014 18:34 Cavab yaz

Cografiyanı 5-ə oxumuşam,qorxumdan winked müəllim çooox əzazil idi,xəritə çubugu ilə doyərdi uşaqları,amma mənimlə işi olmazdı,çünki vaxtilə atama dərs vermişdi-onun xətrini çox istiyərdi,mən 11-i qurtaranda evimizə zəng etdib atama dediki-qızı oxut xaiş edirəm...təkrar üçün və keçmişimi xatırlatdıgın üçün sag ol Agat
Ellada84 Ellada84 27 May 2014 18:02 Cavab yaz

Coğrafiya dərsini sevməsəmdə.İmtahandan keçirdim.Müəlliməmiz bacımada dərs deyirdi.Ona görə çətinliyim olmurdu. biggrin
XATIRE84 XATIRE84 27 May 2014 17:56 Cavab yaz

Maraqli cox saqolun.
feride-asadova feride-asadova 27 May 2014 17:55 Cavab yaz

CeylanВ Mumoğlu,
Maraqlıdır Ceylan xanım,Sizi niyə döymürdü? scratch_
gozel eliyeva gozel eliyeva 27 May 2014 17:38 Cavab yaz

Hmm mekteb illerimi xatirladimm eyy cray
Aqatkris Aqatkris 27 May 2014 16:56 Cavab yaz

EZIYYETINIZI HALAL EDIN.ALLAH RAZI OLSUN.

təbii ki halaldır! Xəbərlərimi izləyənlər olduğunu görmək çox sevindiricidir smile

Aaaaaa,hele kecen gun kecdiyeee bu movzunu cograuyadan.cox sagolun,Agat_ xanim.

Bax gör necə yerinə düşdü, oxu qoy təkrar olsun sənin üçün :)

Məndən başqa hamını döyürdü

Nəsə şübhələndimee bu mövzudan. ayrıseçkilikmi edirdi? crazy

Dəniz84,
Təşəkkür edirəm canım. Bax elə sırf buna görə bu tip xəbərlər əlavə edirəm ki, başqa dillərdə axtarmalı olmayaq. Bizim dilimizdə belə məlumatlar olduqca azdır.
Deniz84 Deniz84 27 May 2014 16:28 Cavab yaz

Agatım, sayəndə bu cür elmi bilikləri axtarmaq üçün haaralarısa axtarmaq məcburiyyətində olmayacağıq. Artıq saytımızda var. Allah razı olsun.
Ceylan Mumoglu Ceylan Mumoglu 27 May 2014 16:21 Cavab yaz

Agatcım, coğrafiya müəllimimizi xatırladım. Allah rəhmət etsin ona. Məndən başqa hamını döyürdü biggrin
ayan_ ayan_ 27 May 2014 15:51 Cavab yaz

Aaaaaa,hele kecen gun kecdiyeee bu movzunu cograuyadan.cox sagolun,Agat_ xanim.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика