Giriş
Bağla

Sürətli saç uzatmağın 7 üsulu

GÖZƏLLİK / Saçlara qulluq

Sürətli saç uzatmağın 7 üsulu

Uzun saç həqiqətən də qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərcləyir, bir çox üsullara müraciət edirlər. 

Sizə bildirəcəyimiz sürətli saç uzatmanın 7 üsulunu tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayacağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır.

Bitki yağları ilə masaj edin 

Bitki yağları ilə edilən masaj saç uzatmaq üçün ən təsirli üsullardan biridir.  Bu üsul saçınızı bəsləyir və qan dövranına kömək edir.
Yalnız bu yağları tətbiq etməzdən əvvəl bir az isidin və ilıq halda saçınıza və saç diblərinə sürtün. Bunun üçün kokos yağı, zeytun yağı, gül yağı, badam yağlarıyla edilən masaj sürətlə saçınıza nüfuz edərək saçlarınızın qısa müddətdə uzanmasını təmin edəcək. Masajı bitirdikdən sonra saçınızda bu yağı yarım saat saxlayın. Bu üsul saçınızın sürətlə uzanmasını təmin etməklə yanaşı, saç tökülməsini və kəpəyin yaranmasını da önləyəcək.
Sürətli saç uzatmağın 7 üsulu
Soğan suyu 
Soğan saç uzatmaq üçün yaxşı vasitədir. O, saç köklərinin yenilənməsinə kömək edir.  Soğandan faydalanmaq üçün bir kiçik ölçülü soğan, 3 diş sarımsaq və bir çubuq darçın lazımdır. Bütün bu vəsaitləri ən az 15 dəqiqə qaynadın. Hazırladığınız suyu soyuduqda saçınıza çəkin. Bunu 1 həftə etməlisiniz. Soğan, sarımsaq və darçın suyundan ibarət olan bu su saçlarınızın sürətlə uzanmasını təmin edəcək. Bundan əlavə, istəsəniz, şampununuza da bu sudan əlavə edə bilərsiniz.
Sürətli saç uzatmağın 7 üsulu
Kartof suyu
Kartof saç uzatmaq üçün olan vasitələrdən biridir. Şirəçəkən vasitəsilə kartofu sıxıb suyunu çıxarın.  Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı saçlarınıza çəkib 20 dəqiqə saxlayın və saçlarınızı ilıq su ilə yaxalayın.
Saçlarınızın qırıqlarını kəsdirin 
Saçdakı qırıqlar və köhnəlmiş saç ucları saçların uzanmasını gecikdirir. İki ayda bir dəfə saçlarınızın qırıqlarını kəsdirin. 
Mütəxəssislər səhər və axşam gündə 2 dəfə nizamlı saçları daramağın qan dövranını sürətləndirərək saçların böyüməsinə səbəb olduğunu bildirirlər. Saçlarınızı nəm halda daramayın! Belə etsəniz, saçlarınız asan qırılar, güçsüzləşər və canlılığını itirər.
Sürətli saç uzatmağın 7 üsulu
Saça qulluq 
Saçlara qulluq saçların uzanması üçün çox əhəmiyyətlidir. Bu tətbiq saçlarınızın qırılmasını da önləyər. Yumurta saçlarınızı bəsləyən və gücləndirən ən ideal qidalardan biri kimi qəbul edilir. 
Saçınıza yumurta sarısı sürtün və ən az yarım saat saçınızda saxlayın. Yumurta saçlarınızı bəsləyərək sürətlə uzanmasına köməkçi olacaq.
Sağlam qidalanın 
Uzun və sağlam saçların olması yaxşı qidalanmaqdan asılıdır. Uzun saçlara qovuşmaq üçün kök, qatıq, kələm, ispanaq, brokkoli, meyvə və digər zülal cəhətdən zəngin olan qida maddələrini bolluca qəbul etməlisiniz. Buna əlavədən çoxlu su için. Balıq və qoyun əti kimi zülal cəhətdən zəngin qidalar da saçlarınızın uzanmasına təsir edir.
Sürətli saç uzatmağın 7 üsulu
Təbii yağlar 
1 ç.q lavanda yağı, 1 ç.q rozmarin və 1 ç.q şam ağacı yağını qarışdırın. Yavaşca bu yağla masaj edin. Ardınca nəmli, çox isti olmamaq şərtilə isti bir bezlə başınızı sarıyın. Saçlarınız bu yağı əməcək və qısa müddətdə uzun saçlara qovuşacaqsınız. Bu tətbiq parlaq, həcmli, və uzun saçlara qovuşmağı təmin edən ən köhnə üsullardandır.


Şərhlər (53)

hizaS2 hizaS2 21 May 2015 23:15 Cavab yaz

saçlarım uzundur ancaq çox cansız və matdır. Bu məsləhətlər işimə yarayacaq. give_ros
esmet.leman esmet.leman 20 September 2014 10:12 Cavab yaz

Evvelce cox tewekurler Gulsen xanim... Menim saclarim cox uzun idi sonra nedense yavaw yavaw tokulmeye bawladi ama onu Inarnnan getirilmiw wampunla yudum indi tokulmur ama daha uzanmir sizin onerdiyiniz maskalari edecem gorek xeyri olurmu... Bir de deyirler ki saci horende tez uzanir goresen bu doqrudu?
SS,, SS,, 20 July 2014 12:50 Cavab yaz

Men yumurta maskasini edirem ve artiq xeyrini de gormeye baslayiram.Diger maskalardan da istifade edecem.Mence bu maskalar mutemadi edilse xeyrini gorerik tebii ki
lemaskam lemaskam 20 July 2014 12:31 Cavab yaz

Xebere gore tesekkur canim
sebiw.1995 sebiw.1995 1 July 2014 14:45 Cavab yaz

Mence terkibinde kartof olan xeyirlidir sad
amina.salimova.5 amina.salimova.5 19 June 2014 10:24 Cavab yaz

ElayВ Memmedova,
Sogani qaynadib suyunu çəkirsiz saçlarınıza yoxsa qaynatmamış,? hansi daha yaxwi olar ?
ulka-894 ulka-894 14 June 2014 22:08 Cavab yaz

Gulsen xanim meslehetlerinize men de emel edirem,bitki yaglari ile masaj,sogan suyu,kas uclasrinin kesdirilmesi,yumurta sarisi,Burda menim ucun yeni olan kartof siyuy idi,onun da saclarin uzanmasina tesirini bilmirdim
a.quliyeva a.quliyeva 14 June 2014 19:40 Cavab yaz

Ela yaglari mende edecem yumurtani etmisem amma yayda meslehet gormezdim biggrin
sedef inci sedef inci 5 June 2014 21:03 Cavab yaz

Bilmiyodum tesekkur
askom askom 30 May 2014 19:45 Cavab yaz

Mutlaka yapmaliyim.cok tesekkurler.
xalide_97 xalide_97 30 May 2014 19:34 Cavab yaz

Cox saq olun ki bize bu cur gozel meslehetler verirsiniz yes
SEMOW 2014 SEMOW 2014 28 May 2014 14:42 Cavab yaz

Sacim hem uzundu hem qalin hemde canlidi dance
sonawka1989 sonawka1989 23 May 2014 23:49 Cavab yaz

Menim saclarim uzundu amma cox cansizdi ne edimme
AYKA_57 AYKA_57 20 May 2014 18:27 Cavab yaz

Men ne qedet masaqa yoxlamisam xeyri olmuyub daha hec birine inanmiram
menasiz dunya menasiz dunya 20 May 2014 12:02 Cavab yaz

Bezilerini bilirdim,bilmediklerimide oyrendim tesekkur baci give_ros
nilu nilu 19 May 2014 14:24 Cavab yaz

Faydalı xəbərdir,təşəkkürlər
Unkown Unkown 19 May 2014 12:08 Cavab yaz

En yaxswisi genegercek yagidi gerek mende alam birdeki zeytun ve badam yagi heftede bir defe bu yaglarla sacamasaj edilse belke bir faydasini gormek olar.
fix.az fix.az 18 May 2014 12:36 Cavab yaz

Tebii maskalar tehlukesizdi.saclarin saglam uzanmasi ucun sacqirani temizlemek ve fenden az istifade etmek lazimdi...
Elay-2014girl Elay-2014girl 18 May 2014 12:12 Cavab yaz

Salam men sogan suyundan saclarima maska etdim cox faydasini gordum sizede meslehet gorurem
Nilay Nilay Nilay Nilay 15 May 2014 23:16 Cavab yaz

Tesekkur edirem cox sagolun
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика