Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya - zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub.
3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur.
Mariyanın təbiətə olan böyük marağı ilə rəsm çəkməyə olan həvəsinin birləşməsi daha 13 yaşındaykən müxtəlif növ bitki və böcək təsvirləri yaratmasına səbəb olur.
1665-ci ildə Mariya ögey atası Marrelin şagirdi Cohann Andreas Qraff ilə ailə qurur. Ondan iki qız övladı olur. 1667-ci ildə Mariya ailəsi ilə birlikdə Nürnberq şəhərinə gedir. Orada ilk peşəkar uğurlarını əldə edir. 1681-ci ildə ögey atası vəfat edir və ailə mirası yerbəyer etmək üçün Frankfurta dönmək məcburiyyətində qalır.
Mariya 1685-ci ildə 38 yaşındaykən həyat yoldaşından ayrılır. Anası və qızları ilə birlikdə Hollandiyada qatı protestant cəmiyyət olan Labadistlərə qoşulur. Bu dövrdə Surinam plantasiyalarından gətirilən tropik bitkilərə qarşı böyük bir həvəs, maraq hiss edir.
1691-ci ildə Amsterdama gedir və orada naturalist rəssam, böcək mütəxəssisi kimi tanınır və bu şöhrəti zəngin ailələrin tropik bitki kolleksiyalarına yol açır. Mariya ən sonda Surinama gedir. 1715-ci ildə iflic keçirir və 1717-ci ildə Amsterdamda vəfat edir.
Mariya Merian həşəratları mükəmməl şəkildə çəkən və rəngləyən usta sənətkardan elm insanı olmağa doğru böyük bir yol keçir. Kitablarından birində gəncliyində vaxtını böcəkləri tədqiq etməklə keçirməsi haqqında yazıb. Nürnberqdə olduğu zaman çox gözəl bağçalar gördüyünü qeyd edib. Tədqiqatlarının nəticəsi kimi 1675-ci ildə ilk kitabını - "New book of flowers" ("Çiçəklərin yeni kitabı") nəşr etdirir. Tırtılların çevrilməsindən bəhs edən ikinci kitabı isə 1679-cu ildə yayımlanır.
Hollandiyada olarkən tropik bitkilərə və heyvanlara olan marağı onun 1699-cu ildə Surinama səyahətə getməsinə səbəb olur. Orada çoxlu sayda yerli bitkiləri araşdırır və onlara ad verir. Hollandiyanın müstəmləkə siyasəti onu çox üzür. Yerlilərin həyat şəraitindən təsirləndiyini bildirir. Hamilə qulların uşaqlarının da özləri kimi qul olmaması üçün yerli bitkidən istifadə edərək uşaq salmalarından bəhs edirdi.
Mariya 1701-ci ildə malyariya xəstəliyi üzündən Hollandiyaya qayıtmağa məcbur olur. Dörd il sonra - 1705-ci ildə Surinam böcəklər haqqındakı "Metomorphosis İnsectorum Surinamensium" ("Surinam həşəratlarının şəkildəyişməsi") kitabını yazır.
Elmi çalışmalarında Mariya 186 növ böcəyin həyat dövrlərini araşdırmışdı. Mükəmməl təcrübələri və araşdırmaları ilə elmdə həşəratların tədqiqinə öz töhfəsini verə bilmişdi. Mariyanın latın dilindən istifadə etməməsi səbəbindən bir çox elm adamı onun nailiyyətlərindən uzaq qalmışdı. 1665-1771-ci illər ərzində Mariyanın üç kitabının cəmi 19 nüsxəsi nəşr edilmişdi.
Rus çarı Birinci Pyotr Mariya Merianın çalışmalarına böyük heyranlıq bəsləyirdi və o, Mariyanın portretini iş otağının divarından asmışdı. Məşhur alman yazarı Höte də Mariyanın elmi və sənəti tablolarda birləşdirməsinə heyranlığını bildirmişdi.
Günümüzdə Mariya Merian təkrar xatırlanır və kəşf edilir. Avropa Birliyində Euroya keçmədən əvvəl 500 Alman Markı banknotlarında onun portreti vardı. Bundan başqa, bir neçə məktəb Mariyanın adını daşıyır. 2005-ci ildə Almaniyada modern tədqiqat gəmisi Mariya Merianın adı verilmişdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
İlk qəbul imtahanının vaxtı açıqlandı
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Gilaslı, limon souslu keks (foto-resept)
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Bunları bilmək maraqlıdır
Universitetlərin filialları niyə birləşdirilir?
63 illik nikahdan sonra eyni gündə öldülər
Kenan Beren Saata yazdığı mahnını oxudu
Şahzadə Beatris ərə gedir-FOTO
Saç tökülməsinin qarşısını alan 4 yol
2017 gəlinlik modelləri
Hava haqqında
Bir-birindən gözəl çiçəkli tortlar
Şəkər əvəzinə nə istifadə edək?
HAVA necə olacaq?
12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Qısqanmaq və tərk etmək
Günün ulduz falı
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Hacı Nurandan üzücü xəbər
Qara duzun xeyri və zərəri
Uzun saçlara necə qulluq etmək lazımdır?
Bakıda Günəşin dəyişkənliyinin sirri açılacaq
"Kiyev" tortu (foto resept)
Roseola infantum
2015-ci ilin telefon qabları
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Ulduzlar Şahmarın gözüylə....
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Yararlı məsləhətlər (2)
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Qadin.Net - 7 YAŞ
Ordumuz gücünü göstərdi
Xoşbəxt ailələrin sirri
Əhalinin gəlirləri artdı
Mətbəximizdə keçmişə dönüş
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Çox yeyildikdə öldürən qidalar
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Ətirlər haqqında bilməli olduğunuz 10 qayda
Ərik pəhrizi
Alişanın Buseyə evlilik şərti var
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
- ŞƏRHLƏR