Giriş
Bağla

Şəhərin emosiyalarını ifadə edən D-qala

MÜXTƏLİF / Səyahət

Şəhərin mərkəzi hissəsi olan Dutinxema Hollandiyada yerləşir. Qəribə formalı nəhəng bir damcını, böyük dişi və ya hətta kosmosdan gəlmələri xatırladır. Amma əslində şəhər sakinlərinin sifarişi ilə hazırlanmış rəsm heykəltəraşı olan D-qala Dutinxemanın ürəyidir. Axı o, sakinlərin əhval-ruhiyyəsini əks etdirir. 
Şəhərin emosiyalarını ifadə edən D-qala
Qala formasında tikilmiş bu yüksək qurğu sakinlərin emosional vəziyyətini əks etdirir və sakinlərin cavablarına uyğun öz rəngini dəyişir. Sakinlər bu zaman DutinxemР°nın xüsusi hazırlanmış suallarını cavablandırır. Bu suallar sakinlər üçün mütəmadi olaraq bu layihənin saytında yerləşdirilir. Kompüter bazasında 360 sual yerləşir və sistem ixtiyari qaydada hər gün onlardan cəmi dördünü seçir. 
Şəhərin emosiyalarını ifadə edən D-qala
Bu heyrətamiz incəsənət obyekti sevgi, nifrət, xoşbəxtlik və qorxu kimi emosiyaları ifadə edə bilər.  Hər bir sual üçün sistem müəyyən cavab seçir və  onların hər birinin öz reytinq balı olur. Bundan sonra sistem sakinlərin cavablarına görə balları cəmləşdirir və qala sakinlərin emosiyalarını ifadə edən müəyyən rəngə boyanmağa başlayır. Əgər sakinlərin cavablarının əksəriyyətini sevgi təşkil edərsə, bu zaman D-qala qırmızı rəngə, nifrət - yaşıl, qorxu - sarı, xoşbəxtlik isə - göy rəngə boyanacaqdır. Dünyanın bəzən bax belə möcüzələri də mövcuddur. 
Şəhərin emosiyalarını ifadə edən D-qala
D-qalanın rəsmi saytında sorğunun nəticələri şəhərinin müxtəlif rayonlarına müvafiq olaraq verilir. Belə məlumatlardan istifadə edərək Dutinxemanın hər bir sakini şəhərin hansı hissəsində daha çox xoşbəxt insanın yaşadığını və  sevginin ən çox harada hakim olduğunu biləcək. Qalanın belə heyrətamiz yaradılması üzrə layihə müəllifi NOX dizayn studiyasına rəhbərlik edən məşhur memar Lars Speybrukdur. 
Şəhərin emosiyalarını ifadə edən D-qala
Həmçinin qalanın yaxınlığında "sevgi, nifrət, qorxu ya xoşbəxtlik ünvanına" olan məktubları göndərmək üçün poçt qutusu da yerləşdirilib. Bu zaman onlar D-qalanın rənginə təsir edir. Ən emosional və parlaq məktubun müəllifi ilin sonunda on min avro mükafat alır.
Şəhərin emosiyalarını ifadə edən D-qala
Bu, qalanın aşağı hissəsindən görünüşüdür.



Şərhlər (19)

nezis nezis 27 October 2014 23:50 Cavab yaz

Qeribe formasi var .cox sagolun
Deniz84 Deniz84 14 June 2014 08:59 Cavab yaz

Görünüşü adamı biraz vahimələndiriree elə bil yapdplanetli zaddır

Elə mən də ilk görəndə ona oxşatdımlol
Maraqlı incəsən əsəridir. Emosiyalara görə rənginin dəyişməsi də maraqlı ideyadır. Təşəkkür Gülya)
askom askom 4 June 2014 15:44 Cavab yaz

Cok ilginc bir yapisi var.Cok tesekkurler.
nilu nilu 29 May 2014 13:30 Cavab yaz

Maraqlı xəbərə görə təşəkkürlər Xəyalə give_ros
ayhel ayhel 17 May 2014 17:17 Cavab yaz

Tewekkur xebere gore
Aytac M-ca Aytac M-ca 15 May 2014 22:23 Cavab yaz

Maraqlidi hec melumatim yoxuydu bu haqda.
Milana.M Milana.M 15 May 2014 11:23 Cavab yaz

Çox maraqlı xəbərdi Gulya çox sağol. Qalanın rənginin dəyişməyindən çox onun forması maraqlı gəldi. D hərfinə bənzətmədim amma çox qeyri-adi olduğuna söz ola bilməz. Davamlı olsun
gulya_s gulya_s 15 May 2014 00:09 Cavab yaz

Cox sagolun xanimlar werhleriniz ucun,bu qala haqqinda mende ele xeberi hazirlayarken melumatlandim,dogurdanda her emosiyaya uygun reng deyiwmesi olduqca maraqlidi
aysun2013 aysun2013 14 May 2014 22:36 Cavab yaz

Cox maralidi canim menim cox saqolki bizle bolusmusen
qeribe qeribe 14 May 2014 21:14 Cavab yaz

Maraqlı qaladı,çox sağ ol,bacı. kiss
gozel eliyeva gozel eliyeva 14 May 2014 20:47 Cavab yaz

Hmm cox qeribe qaladir canim menim amma men bundan qorxdum ilbize oxsayirR_E_N_A_,
yaxsi ki Bakida yoxdur bacim Allah agzindan yer alsin crying
Happiness lady Happiness lady 14 May 2014 18:43 Cavab yaz

Maraqli melumata gore tesekkurler.
sahil_13 sahil_13 14 May 2014 18:38 Cavab yaz

Maraqlı qaladı bunu deniz ilbizine de oxşadıram acılmış paraşütədə
nicat-pari nicat-pari 14 May 2014 17:25 Cavab yaz

MARAQLIDI,GORUNUSU DE,ELE FUNKSIYASI DA.TESEKKURLER MELUMATA GORE.
Aqatkris Aqatkris 14 May 2014 17:08 Cavab yaz

Görünüşü adamı biraz vahimələndiriree elə bil yapdplanetli zaddır crazy
deyerlim deyerlim 14 May 2014 16:27 Cavab yaz

Əcəb maraqlı forması var, hələ emosiyalara uyğun rəngini dəyişməsi də qəribədir.
ruzigar ruzigar 14 May 2014 15:57 Cavab yaz

Maraqlı xəbərə görə çox sağ ol,bacı.Həqiqətən də qəribə forması var. unknown
NIGAR82 NIGAR82 14 May 2014 14:47 Cavab yaz

Melumatim yox idi.Tewekkur edirem give_ros ,sayenizde melumatim oldu bu qala haqda.Insan zekasi her weye qadirdir
sevilka2014 sevilka2014 14 May 2014 14:11 Cavab yaz

BAKIDA OLSA ELA OLARDIII biggrin nyam

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика