Artıq uzun müddətdir ki, çoxları təhsil sistemindən və dərs zamanı öyrədilənlərdən narazıdır. Ancaq bu narazılıqlara baxmayaraq, sistemdə təəssüf ki, bu yöndə bir o qədər də dəyişikliklər baş vermir. Bizim məktəblərimizdə keçilənlərin “həyat məktəbi” ilə heç bir əlaqəsi yoxdur. Hətta deyərdim ki, elə şeylər barədə söhbətlər açılır ki, bu şagirdin bir şəxsiyyət olaraq özünəinamını da itirməyinə gətirib çıxarda bilir. Ona görə də təhsil sistemində öyrədilməyən “həyat dərsləri” barədə söhbət açmağın tam yerinə düşəcəyini düşündüm. Gəlin onlarda tanış olaq.
1. İnsanları onları təqlid edərək dəyişdirə və ya diqqəti üzərinizə çəkə bilməzsiniz.
2. Əsl bilik yaşanaraq təcrübələr nəticəsində əldə edilir. Kitab səhifələrindən onları öyrənə bilməzsiniz.
3. Xəyal edə bilmək öyrənməkdən daha dəyərlidir.
4. Bir çox mövzularda məktəbdə sizə öyrədilənlərin tamamilə əksini edə bilərsiniz.
5. Nə edirsinizsə edin, əsas odur ki, etdiyiniz hər bir işi ürəklə edin.
6. Hər hadisə və ya hər bir şəxsin daxilində olan “yaxşı”-nı görə bilmək üçün beyninizi inkişaf etdirməlisiniz.
7. 7. Daxili səsinizə güvənin və heç vaxt şübhə etməyin. Daxili səsinizə qulaq asdığınız müddətdə həm özünə inamınız güclənəcək, həm də daha gözəl bir şəkildə rəhərlik edə biləcəyinizi görəcəksiniz.
8. Üzərində vaxtınızı sərf edib işlədiyiniz hər bir mövzu mütləq gözəl olacaqdır.
9. İnsanlar onlara nə dediklərinizi unuda bilər, amma onlara özlərini necə hiss etdirdiklərinizi əsla unutmayacaqlar.
10. Hər zaman hər şey barədə suallar verin və cavablar almağa çalışın. Heç vaxt az biliklə yetinməyin.
11. Bəhanələrə sığınmayın və şikayət də etməyin. Hər zaman şikayət etmək üçün bəhanə tapmaq olar. Önəmli olan çıxış yolu tapa bilməkdir.
12. Əgər yerinizdə qaldığınızı və çıxış yolu tapmadığınızı görsəniz, mütləq kimdənsə kömək istəyin.
13. Yenidən başlamaq üçün heç bir zaman gec deyil.
14. Heç vaxt nəyəsə bağlanmayın.
15. Əgər inamınız varsa, edə biləcəksiniz, edəcəksiniz!
16. Bəzən hadisələri öz axış tərzinə buraxmaq lazımdır. Belə hallarda sadəcə olaraq zamana güvənin.
17. Bu an ola biləcəyiniz ən gözəl nöqtədəsiniz. Başınıza gələn pis şeylərin və bəxtsizlik olaraq dəyərləndirdiyiniz hadisələrin Allah tərəfindən bir sınaq olduğunu və bu halların əslində sizə bir sıra şeylər öyrətdiyini əsla unutmayın.
18. Diqqətinizi cəmlədiyiniz şey sizin həqiqətlərinizi üzə çıxarır.
19. Hər birimizin özümüzü rahat hiss etdiyimiz yerlər var. Bu vərdişlərimizin daha rahat olduğu bir yerdir. Amma əsl məsələ bu çərçivədən kənara çıxa bilməkdir. Yeni dünyalar kəşf edin və özünüzə hər bir şəraitdə rahat olmağı öyrədin.
20. Həyat səyahətində çatılacaq bir mənzil yoxdur. Düşünməyin ki, yolun sonunda sizi bir mükafat gözləyir. Həyatın özü elə bir müddət və hədiyyədir. Buna görə də hər anınızın qədrini bilin və bu anınızla yaşayın. Əldə etdiyiniz təcrübələri gözardı etməyin.
XƏBƏR LENTİ
Bill Geyt "Coronavirus"la mübarizəyə 100 milyon dollar ayırdı
Sılanın qanlı köynəyini istəyirlər
Ronaldo yenə ən yaxşı oldu
Tapılan telefonda “oğrunun" selfisi və VİDEOSU aşkarlandı
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
Putin möcüzə yaradır
Məşhur aktrisa həbs olundu-FOTO
Metro ilə gedənlərə müjdə
''Kirpi'' salatı (foto resept)
Hotmail tarix olacaq
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Dəbli görünmək yaşla bağlı deyil
190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA
Nokia xəritəsini Apple-a verməyəcək
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
"Bizim Tarla" Manqal salatı
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Günün ulduz falı - 21.09.2013
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Yaponların uzun ömür sirri
2019-un ən dəbli qadını seçildi
İlk dərs günü hava belə olacaq
Məşhur cütlüyün BARIŞIQ xəbəri yayıldı
Anita Tsoy koronavirusdan sağaldı
Möhtəşəm qış toyu üçün tövsiyələr
Sünnət əməliyyatına dair məsləhətlər
Avropanın Çin səddi: miqrantlara yer yoxdur
Dərslər sentyabrın 15-dək təxirə salınır? - RƏSMİ
"Alo, qurbanım qaçdı" xidməti
Əsmər qadınlar necə makiyaj etməlidir?
Uşaqların sosial-psixoloji inkişafı-6
Zəncəfilli peçenyelər( foto resept)
Təhsildə yenilik
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Ronaldodan yeni rekord
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
Dadlı borş
Ermənilər necə silahlandırılır?
Azərbaycanda snayper kursları bərpa olunur
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
Qırmızı pomada seçərkən diqqət edin
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Britni Spirsin son paylaşımı diqqət çəkdi-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Xizək sürməyin 5 müsbət təsiri
Qırmızı lobya şorbası (foto-resept)
1 aya sürətli saç uzadan maska
Sağlamlığınızı onların güdazına verməyin
- ŞƏRHLƏR