Giriş
Bağla

Məktəbdə öyrədilməyən dərslər

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Artıq uzun müddətdir ki,  çoxları təhsil sistemindən və dərs zamanı öyrədilənlərdən narazıdır. Ancaq bu narazılıqlara baxmayaraq, sistemdə təəssüf ki, bu yöndə bir o qədər də dəyişikliklər baş vermir. Bizim məktəblərimizdə keçilənlərin “həyat məktəbi” ilə heç bir əlaqəsi yoxdur. Hətta deyərdim ki, elə şeylər barədə söhbətlər açılır ki, bu şagirdin bir şəxsiyyət olaraq özünəinamını da itirməyinə gətirib çıxarda bilir. Ona görə də təhsil sistemində öyrədilməyən “həyat dərsləri” barədə söhbət açmağın tam yerinə düşəcəyini düşündüm. Gəlin onlarda tanış olaq.

 

1. İnsanları onları təqlid edərək dəyişdirə və ya diqqəti üzərinizə çəkə bilməzsiniz.

2. Əsl bilik yaşanaraq təcrübələr nəticəsində əldə edilir. Kitab səhifələrindən onları öyrənə bilməzsiniz.

3. Xəyal edə bilmək öyrənməkdən daha dəyərlidir.

4. Bir çox mövzularda məktəbdə sizə öyrədilənlərin tamamilə əksini edə bilərsiniz.

5. Nə edirsinizsə edin, əsas odur ki, etdiyiniz hər bir işi ürəklə edin.

Məktəbdə öyrədilməyən dərslər 

6. Hər hadisə və ya hər bir şəxsin daxilində olan “yaxşı”-nı görə bilmək üçün beyninizi inkişaf etdirməlisiniz.

7.      7. Daxili səsinizə güvənin və heç vaxt şübhə etməyin. Daxili səsinizə qulaq asdığınız müddətdə həm özünə inamınız güclənəcək, həm də daha gözəl bir şəkildə rəhərlik edə biləcəyinizi görəcəksiniz.

8. Üzərində vaxtınızı sərf edib işlədiyiniz hər bir mövzu mütləq gözəl olacaqdır.

9. İnsanlar onlara nə dediklərinizi unuda bilər, amma onlara özlərini necə hiss etdirdiklərinizi əsla unutmayacaqlar.

10. Hər zaman hər şey barədə suallar verin və cavablar almağa çalışın. Heç vaxt az biliklə yetinməyin.

 

11. Bəhanələrə sığınmayın və şikayət də etməyin. Hər zaman şikayət etmək üçün bəhanə tapmaq olar. Önəmli olan çıxış yolu tapa bilməkdir.

12. Əgər yerinizdə qaldığınızı və çıxış yolu tapmadığınızı görsəniz, mütləq kimdənsə kömək istəyin.

13. Yenidən başlamaq üçün heç bir zaman gec deyil.

14. Heç vaxt nəyəsə bağlanmayın.

15. Əgər inamınız varsa, edə biləcəksiniz, edəcəksiniz!

16. Bəzən hadisələri öz axış tərzinə buraxmaq lazımdır. Belə hallarda sadəcə olaraq zamana güvənin.

17. Bu an ola biləcəyiniz ən gözəl nöqtədəsiniz. Başınıza gələn pis şeylərin və bəxtsizlik olaraq dəyərləndirdiyiniz hadisələrin Allah tərəfindən bir sınaq olduğunu və bu halların əslində sizə bir sıra şeylər öyrətdiyini əsla unutmayın.

Məktəbdə öyrədilməyən dərslər

18. Diqqətinizi cəmlədiyiniz şey sizin həqiqətlərinizi üzə çıxarır.        

     19. Hər birimizin özümüzü rahat hiss etdiyimiz yerlər var. Bu vərdişlərimizin daha rahat olduğu bir yerdir. Amma əsl məsələ bu çərçivədən kənara çıxa bilməkdir. Yeni dünyalar kəşf edin və özünüzə hər bir şəraitdə rahat olmağı öyrədin.

       20. Həyat səyahətində çatılacaq bir mənzil yoxdur. Düşünməyin ki, yolun sonunda sizi bir mükafat gözləyir. Həyatın özü elə bir müddət və hədiyyədir. Buna görə də hər anınızın qədrini bilin və bu anınızla yaşayın. Əldə etdiyiniz təcrübələri gözardı etməyin.



Şərhlər (31)

Milana.M Milana.M 4 November 2014 18:38 Cavab yaz

20. Həyat səyahətində çatılacaq bir mənzil yoxdur. Düşünməyin ki, yolun sonunda sizi bir mükafat gözləyir. Həyatın özü elə bir müddət və hədiyyədir. Buna görə də hər anınızın qədrini bilin və bu anınızla yaşayın. Əldə etdiyiniz təcrübələri gözardı etməyin.
Deniz84 Deniz84 4 November 2014 18:27 Cavab yaz

13. Yenidən başlamaq üçün heç bir zaman gec deyil.
nano nano 24 May 2014 19:35 Cavab yaz

Mende sozun esl menasinda yaxwi ehval yarandi. cox sagolun bele meqalelere yer verirsiniz.mekteb universitet magistr dedik oxuduq amma heyatda cox weyler varki men hele de bilmirem ve mektebi zeif oxuyan kimse bunu menden daha yaxwi bilir. heyat davam edir ve biz de oyrenmeye davam etmeliyik
nilu nilu 23 May 2014 15:41 Cavab yaz

Gözəl xəbərə görə təşəkkürlər canım give_ros
Aytac M-ca Aytac M-ca 15 May 2014 23:16 Cavab yaz

Maraqli xeberdi cox sagolun.
gozel eliyeva gozel eliyeva 7 May 2014 20:41 Cavab yaz

AylinВ Memmedova,
mence de bacim sene qatiliram yes

SonayВ Quluzade,
duzdur bacim
Songul Songul 7 May 2014 14:57 Cavab yaz

Əgər bir şagird oxumursa burada həm müəllimənin həm də valideynin səhvi var. Müəllimənin səhvi ondadır ki. şagirddə dərsə olan marağı oyada bilməyib, valideynin isə səhvi ondadır ki, o öz uşağının dərsi ilə maraqlanmır. yəni az deyil belə şagirdlər.

Aqat, bir misal çəkim. Mənim oğlumla oturan bir qız vardı, hər gün gəlirdi ki, Z. 2 aldı, mən də danlayırdım ki, adam yoldaşına gülməz, kömək elə və s. Valideyn iclasında müəllimə deyir ki, niyə uşağınla maraqlanmırsan, gülür, heç vecinə deyilmiş kimi. Sonra eşitdim ki, bu qız karateyə gedir. Sözün həqiqi mənasında əlim üzümdə qaldı. Ananın uşağını karateyə aparmağa vaxtı, imkanı var, əlindən tutub, yazı yazdırmağa yox. Müəllim neynəsin ireful
Aqatkris Aqatkris 7 May 2014 14:53 Cavab yaz

AygulВ isgenderova,
YaZ-yAgMuRum,
RealistВ (A-N),
Diqqətiniz üçün təşəkkür edirəm xanımlar. give_ros

kaş lazım olanlar oxuyub nəticə çıxardardılar


Ümid edək ki, nəticə çıxaranlar olar smile

Q,
sizə oxuduğunuz üçün də təşəkkür edirəm. give_ros

бѓ¦PrİnCeSsAбѓ¦,
♥AynişkaВ Gülüm♥,
YaZ-yAgMuRum,
canim,
Happiness-lady,
Xanımlar, hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. give_ros

ElladaВ Babayeva,
kamile,
ElladaВ Babayeva,
Ruhəngiz,
Nigar,
CeylanВ Mumoğlu,
hər birinizə dəyərli şərhləriniz üçün təşəkkür edirəm air_kiss

tam üzərinə basdıne əslində təhsil sistemimizdə bir çox yeniliklər edilib. Amma biz sadəcə olaraq tənqid etməyi sevirik deyə eləcə pisliyirlər hər şeyi. Amma sadəcə olaraq diqqətlə yanaşsaq və inkişaf etmək istəsək çoox şeyi edə bilərik.

bawa duwmurem mellimler ders kecmirse bunun gunahi valideyndedimi? sizin daniwginizdan bele cixdiki gunah valideyindedi, niye valideyn oyretmelidi?, mellim bunun ucun pul alir maaw alir.

Ulka xanım, bilirsinizmi necədir? valideyn də evdə mütləq müəyyən qədər öyrətməlidir. Əgər bir şagird oxumursa burada həm müəllimənin həm də valideynin səhvi var. Müəllimənin səhvi ondadır ki. şagirddə dərsə olan marağı oyada bilməyib, valideynin isə səhvi ondadır ki, o öz uşağının dərsi ilə maraqlanmır. yəni az deyil belə şagirdlər. Bir şeyi unutmamaıyıq ki keyfiyyət li bilik yalnız o zaman əldə edilir ki, müəllim-şagird-valideyn ittiqafı yaradılsın.
A-N-ar (Realist) A-N-ar (Realist) 7 May 2014 14:03 Cavab yaz

nece yeni valideyn oyretmelidi, uwaglari oyretmekcun mektenler mellimler var, valideyn oyreden idi, hec mektebe yollamazdide uwagni. cox mentiqsiz daniwrsize. valideyn neqeder savadli olur olsun bunun dexli yoxdu, onda butun savadli xanimlar mellimler ozleri oyretmelidi uwaglarini?! bu fikrle hec razi deyilem. uwaglari oyretmekcun mellim var mekteb var, herkes oz iwini gormelidi.


Xanım, o övlad bəxtəvərdir ki, onun valideyini dünyagörüşlü, savadlı, uzaqgörən, hüdudlarını dərk edən, cahillikdən uzaq biridir. Müəllim tədris edir. Vicdanlı müəllim şagirdə canını qoyur. Ancaq və ancaq, bizim ölkəmizdə müəllimin əməkhaqqı hələ də acınacaqlı vəziyyətdədir. Məhz bu səbəbdəndir ki, bir çox müəllim tədrisə başdansovdu yanaşır. Düzdür, şikəst qalan şagirddir, lakin "su başdan bulanır". Deməli, bu məqamda ən önəmli faktor valideynin savadlı olmasıdır ki, övladına hər zaman dəstək ola bilsin. Valideyin övladın həyatındakı ən böyük amildir, onun nəinki tərbiyəsi, hətta təhsili də bilavasitə, ondan asılıdır. Şagirdi təkcə, təhsil ocağı savadlandıra bilməz!!! Odur ki, hər bir valideyin hərtərəfli olmağa çalışsın.
Bu sözüm, qızlarını erkən yaşdan şikəst qoyanlara, ona bir təhsili çox görüb, başından edən, ər evinə göndərən valideynlərədir ki, məhz cahillik də buna görə kök salır. İstisnalar, təbii ki, hər zaman var. Ancaq, mütləq gerçək belədir. Təəssüf!!!
Ryos Ryos 7 May 2014 13:42 Cavab yaz

SonayВ Quluzade,
Qohum bacimla raziyam..Mektebde muellim evdede valideyn ushaqa komey olmalidi..Adi bir shey deyim.Menim balacam hazirliq kursuna gedir..Orda ona sheir verirler oyrenmeye..Onu evde ona men oyretmesem ushaq onu nece oyrenecey?O uzdende biz valideynlerde en azinnan bildiyimizi ushaqlarimiza komey etmeliyik..Muellimnen mulellimede ferq var..Boyuk oqlumun 1 ci sinifden 3 cu sinife kimi sinif rehberi muellimesi hem bir insan kimi hem muellime kimi tayi beraberi yoxidi..Sehheti ile elaqedar olaraq mektenden gedesi oldu,cunki yashida coxidi..sonra sinife bashqa bir muellime geldi butun sinifi berbad gune qoydu..Odurki biz valideynlerinde ushaqlara komeyi olmalidi..Aqat canim gozel movzudu coxsaqol..
Songul Songul 7 May 2014 13:20 Cavab yaz

UlkaВ Gulaliyeva,
Sizi heç kim məcbur eləmir ki, mənim fikrimlə razı olasınız bu bir. İkincisi, burda vurma cədvəlinin öyrənilməsindən söhbət getmir, uşağın prinsipial olaraq, öz istəyinə çata bilmə bacarığının öyrədilməsindən gedir.
Müəllim neynəsin, sinifdə keçilən dərs evdə təkrarlanmasa, möhkəmlənərmi?
Əslində yazardım, fikirləşdim ki, dəyməz.
ulka.2013,ulviyya ulka.2013,ulviyya 7 May 2014 13:00 Cavab yaz

heyta dersleri niye ki kecirilir, bes insan cemiyyet dersi nedi. hec heyat dersi olmasin muellimlerin keseriyyeti dersden elevae uwaqlara bu barede melumat verir, wexsen bizde beledi...


Sonay Quluzade
Qadın saytı olduğundan burdakı müraciət təbii olaraq şagirdlərə deyil, onların analarına ünvanlanıb, hansı ki, təhsildən ağız dolusu narazıdırlar, amma xəbərin oxunma sayı, şərh sayı dəb xəbərləri, mətbəx xəbərləri ilə müqayisədə qat-qat azdın. Ən azından buna görə təhsildən şikayətlənmək lazım deyil. Təhsil pisdirmi, sən ana olaraq nümunəvi ol. Araşdır, oxu, öyrən, sonra da öyrət, tətbiq et.
İndiki təhsili pisləmək doğru deyil, deyirik ki, 2-ci sinif şagirdi hazırlığa gedir, niyə? Ona görə ki, ana uşağını hazırlayacaq qədər savadlı deyil, öz yaşıma uyğun götürsək, ananın təhsili gəlib sovet dövrünə düşür, onda da pisiydimi?
Oğlum 2-ci sinifdə oxuyur, razıyam uşaqlar çox yorulur, çantasını yerdən qaldırmaq olmur, amma biz keçmədiyimiz, xəbərimiz olmadığı bəzi fənləri məktəbdə tədris edirlər, məs., Həyat bilgisi fənnindən, texnologiya fənnindən mən çox razıyam, uşaq davranış qaydalarını, azdan-çoxdan həyatı öyrənir, özü öz əllərilə nəsə yarada bilir. Mən oğlumun müəlliməsindən çox razıyam, çünki uşaqlara yaradıcı yanaşır. Çatışmamazlıqlar da var, razıyam.
Xəbərdəki dərsi isə valideynlərin dəstəyi ilə həyat özü öyrədəcəkdir, həm də baş daşa dəyəndə daha yaxşı yadda qalır, bir də başqa fikrə düşmürsən


men sizin fikrinizle hec ama hec razi deyilem, nece yeni valideyn oyretmelidi, uwaglari oyretmekcun mektenler mellimler var, valideyn oyreden idi, hec mektebe yollamazdide uwagni. cox mentiqsiz daniwrsize. valideyn neqeder savadli olur olsun bunun dexli yoxdu, onda butun savadli xanimlar mellimler ozleri oyretmelidi uwaglarini?! bu fikrle hec razi deyilem. uwaglari oyretmekcun mellim var mekteb var, herkes oz iwini gormelidi.

bawa duwmurem mellimler ders kecmirse bunun gunahi valideyndedimi? sizin daniwginizdan bele cixdiki gunah valideyindedi, niye valideyn oyretmelidi?, mellim bunun ucun pul alir maaw alir.
Songul Songul 7 May 2014 10:00 Cavab yaz

Qadın saytı olduğundan burdakı müraciət təbii olaraq şagirdlərə deyil, onların analarına ünvanlanıb, hansı ki, təhsildən ağız dolusu narazıdırlar, amma xəbərin oxunma sayı, şərh sayı dəb xəbərləri, mətbəx xəbərləri ilə müqayisədə qat-qat azdın. Ən azından buna görə təhsildən şikayətlənmək lazım deyil. Təhsil pisdirmi, sən ana olaraq nümunəvi ol. Araşdır, oxu, öyrən, sonra da öyrət, tətbiq et.
İndiki təhsili pisləmək doğru deyil, deyirik ki, 2-ci sinif şagirdi hazırlığa gedir, niyə? Ona görə ki, ana uşağını hazırlayacaq qədər savadlı deyil, öz yaşıma uyğun götürsək, ananın təhsili gəlib sovet dövrünə düşür, onda da pisiydimi?
Oğlum 2-ci sinifdə oxuyur, razıyam uşaqlar çox yorulur, çantasını yerdən qaldırmaq olmur, amma biz keçmədiyimiz, xəbərimiz olmadığı bəzi fənləri məktəbdə tədris edirlər, məs., Həyat bilgisi fənnindən, texnologiya fənnindən mən çox razıyam, uşaq davranış qaydalarını, azdan-çoxdan həyatı öyrənir, özü öz əllərilə nəsə yarada bilir. Mən oğlumun müəlliməsindən çox razıyam, çünki uşaqlara yaradıcı yanaşır. Çatışmamazlıqlar da var, razıyam.
Xəbərdəki dərsi isə valideynlərin dəstəyi ilə həyat özü öyrədəcəkdir, həm də baş daşa dəyəndə daha yaxşı yadda qalır, bir də başqa fikrə düşmürsən crazy
Çox sağ ol, ay Aqat, aktual mövzuya toxunmusan, inşəAllah ki, faydalı olar.
Allah bilir, onun məktəb yaşına nələr, ixtira edəcəklər.

Bir neçə gün əvvəl mənim oğlum deyir ki, mama, biz 5-ci sinifdə dəftərə yox, planşetə yazacağıq elə? Əvvəl dedim, niyə elə dəftərə yazacaqsınız, sonra fikirləşdim ki, 3 ilə çox şey ola bilər blum
Ceylan Mumoglu Ceylan Mumoglu 7 May 2014 02:03 Cavab yaz

Xəyal edə bilmək öyrənməkdən daha dəyərlidir.

Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur.
Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.

Albert Eynşteyn
Təşəkkürlər, Agatcım kiss
NIGAR82 NIGAR82 7 May 2014 01:16 Cavab yaz

Aqat xanim,super xeberdir.Cox tewekkur edirem give_ros
ruzigar ruzigar 6 May 2014 23:41 Cavab yaz

Maraqlı mövzuya görə çox sağ ol Aqat bacı.
Ellada84 Ellada84 6 May 2014 23:01 Cavab yaz

kamile,
Düzdür..
Senindostun Senindostun 6 May 2014 22:30 Cavab yaz

Tecrube tecrube tecrube!!!oxududugumuz her bir seyi tecrubede gormesek derk etmirik ve yadda saxlamiriq,bu hele de tehsilimizin problemidir,xeberinizi cox beyendim tesekkur edirem!
Ellada84 Ellada84 6 May 2014 22:26 Cavab yaz

Hər bir cümlə anlamlıdır..
Əsl bilik yaşanaraq təcrübələr nəticəsində əldə edilir. Kitab səhifələrindən onları öyrənə bilməzsiniz.

Mənim müəllimələrim yaxşı olub.Peşə məktəbində oxuyanda dərsdən əlavə müəlliməmiz bizlə söhbət edirdi.İndiyənə qədər sözlərini xatırlayəram.Maraqlı,dəyərli xəbərə görə çox sağ ol.Qələminə qüvvət. i_am_so_
canim 1985 canim 1985 6 May 2014 22:01 Cavab yaz

Çox maraqlı mövzudu
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика