Giriş
Bağla

Qədim Pompeyin qalıqları

MÜXTƏLİF / Səyahət

Pompey -  Neapolun yaxınlığında, Vezuvi vulkanının külü altında qalmış qədim yunan şəhəridir. Müasir dövrdə isə açıq səma altında muzeydir. YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilib. 

Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları

Pompeydə forumun təsviri, arxada -Vezuvi vulkanı.

Qədim Pompeyin qalıqları

Pompeyin dəqiq salınma tarixi məlum deyil, lakin şəhərin ən qədim tikilisindən biri olan Apollon məbədini e.ə. VII əsrin sonuna aid edirlər. Pompeyin digər tikilisi - Dori məbədi e.ə. VI əsrin əvvəlinə aiddir. Arxeoloqlar Amedeo Mayuri və Stefano de Karonun apardıqları qazıntıların nəticəsində erkən şəhər qala divarı və qapı qalıqlarını aşkar edilib və onlar bu tapıntıları e.ə.VI əsrə aid edirlər. 

Qədim Pompeyin qalıqları

Mascolo Giovanni Battista. Mount Vesuvius after the eruption. 1633-cü il. 

Qədim Pompeyin qalıqları
Muller Rudolf. Pompeyin dağıntıları.
Vezuvi vulkanının püskürməsindən əvvəl e.ə. 62-ci ilin fevralında güclü zəlzələ baş vermişdir. Fəlakət şəhərdə böyük dağıntı törətmişdi. Bütün binalar xəsarət almışdı. Bəzi binalar təmir edilsə də qalanları şəhərin məhvinə qədər dağınıq vəziyyətdə qaldı.
Qədim Pompeyin qalıqları
K.P.Brullov .Pompeyin son günü.
Qədim Pompeyin qalıqları
İ.K.Ayvazovski. Pompeyin məhvi.
79-cu ilin avqustunda Vezuvi vulkanının püskürməsi başlayır və 1 gün davam edir Bu, 3 şəhərin (Pompey, Herkulanum, Stabii) məhvinə səbəb olur. Qazıntılar zamanı  şəhərlərdə hər şeyin facidən əvvəlki kimi qaldığı aşkar edilib. Külün altında hər şəraiti olan evlər, insan və heyvan qalıqları tapılıb. Vulkanın gücü o qədər çox olub ki, hətta kül Misir və Suriyaya qədər gedib çatmışdı.
Qədim Pompeyin qalıqları
 Vezuvi krateri.
Qədim Pompeyin qalıqları
İsidanın məbədi. 1870-ci ilin şəkli.
Pompeyin 20000 min əhalisindən 2000-i həlak oldu. Əhalinin çoxu faciədən öncə şəhəri tərk etmişdi. Şəhərin kənarında da həlak olanlar aşkar edilmişdi. Həlak olanlar arasında Böyük Plini də olub. O, elmi marağa görə və insanlara kömək etmək məqsədi ilə Vezuviyə yaxınlaşmağa çalışmış və nəticədə ocağlardan birində - Stabiyanın yaxınlığlnda həlak olmuşdu.
Qədim Pompeyin qalıqları
Pierre-Henri de Valenciennes. 
Şəkildə Plininin ölümü təsvir edilib. Zəifləmiş, boğulan alimi iki qul tutur.
Qədim Pompeyin qalıqları
1592-ci  ildə arxitektor Domeniko Fontana Sarno çayından şəhərə su kanalı çəkən zamanı şəhər qalalarının bir hissəsini aşkar edir. 1689-cu ildə su quyusu qazılan zaman üzərində Pompey sözü yazılan qədim binanın qalıqları aşkar edilir. Lakin o zaman bu binanı Böyük Pompeyin evi hesab etdilər.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Enslen Karl Qeorq.1825 il. Pompeydə forum.
Qazıntılara 1748-ci ildə Alkubyerrenin başçılığı ilə  başlandı. O, tapılan şəhərin Stabiya olduğunu iddia edirdi. Əsas işlər Herkulanumda gedirdi, Pompeydə 3 bir-birindən aralı qazıntı işi gedirdi. Alkubyerrini yalnız bədii qiyməti olan tapıntılar maraqlandırırdı. O, tapıntıları Portiçidəki kral muzeyinə göndərirdi. Digər tapıntılar məhv edilirdi. Bu, bəzi alimlərin etirazına səbəb oldu.
Qədim Pompeyin qalıqları
Pompeydə çörəkxana. 
Qədim Pompeyin qalıqları
Herculaneum.
Veqanın dövründə 1760-1804-cü ildə qazıntılar başqa istiqamət aldı. Araşdırılmış binaları artıq basdırmır, şəhərdən kənara çıxarırdılar. Açılan abidələr bərpa edilirdi. Muzeyə gondərilməyən əşyalar hamının tamaşa edə biləcəyi yerdə qoyulurdu. Ekskursiya planı tərtib edilmişdi. 1763-cü ildən tapılan şəhərin Stabiya deyil, Pompey olduğu bilinir. Myuratın dövründə 1808-1814-cü ildə daha aktiv işlər aparılırdı. Bu işlərdə Karolina Bonapartın böyük rolu olmuşdur.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
1863-cü ildən qazıntılara Cuzeppe Fiorelli başçılıq edirdi. 1870-ci ildə o cəsətlərin altında boşluqların əmələ gəldiyini aşkar edir. Bu boşluqlara qips tökərək qurbanları hansı vəziyyətdə öldüklərini öyrənmək oldu.
Onun dövründə qazıntılar ilk dəfə sistematik xarakter daşımağa başladı.1961-ci ildən xüsusilə 1980-ci il zəlzələsindən  başlayaraq şəhərdə yalnız bərpa işləri gedir. 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
İndiki zamana qədər 3/5 hissəsi açılmışdır: müdafiə qalaları, qapılar, nekropollar, mozaikalı evlərdən ibarət kvartallar, freskalar, 2 forum, amfiteatr, 2 teatr, məbədlər və s. Pompeyin işıqlanması üçün işlər gedir.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Pompeydə fəvvarə.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Qədim Pompeyin qalıqları


Şərhlər (18)

Lale_LR Lale_LR 30 November 2014 10:50 Cavab yaz

Bəs nə əcəb, vulkan püskürməsindən həlak olanların qalıqlarından şəkillər yerləşdirməmisən. Əsas o şəkillər daha çox maraqlı gəlir insanlara.

Bu barədə film izləmişdim.indiyə qədər təsiri altında qalmışam cray Belə bir vəaiyyəətə düşə biləcəyimizi tez-tez düşünürəm...
nano nano 29 May 2014 08:23 Cavab yaz

Cox maraqli faktlardi sagolun Allah qoysa ne vxtsa gedib oralari gormek isterem
sadka97 sadka97 26 May 2014 20:53 Cavab yaz

Ele olmeli millet olub.
ayan_ ayan_ 29 April 2014 19:55 Cavab yaz

Essi bir teeher olmusameee bu Pompeyden lap... biggrin Pompey eslinde romada bir boyuk serkerde adidir tarixde.tarix fenninde iki deqiqeden bir pompey,pompey.adini esidende ureyim bulandi lap(axaxaxa) crazy
gozel eliyeva gozel eliyeva 27 April 2014 21:54 Cavab yaz

Sagolun tarihi cox sevirem yeni malumatlar aldim good
Aynur85 Aynur85 27 April 2014 19:33 Cavab yaz

Tarixi melumatlar menim ucun maraqlidir
Aytac M-ca Aytac M-ca 27 April 2014 18:25 Cavab yaz

Melumat ucun cox sagolun Xeyale xanim.
aska-86 aska-86 27 April 2014 12:42 Cavab yaz

Filmine baxmisam-tesekkurler! give_ros
Milana.M Milana.M 27 April 2014 11:38 Cavab yaz

Şərhləriniz üçün çox sağolun. Çox maraqlı faktlar tapanda sevə-sevə sizinlə paylşıram.
qeribe qeribe 27 April 2014 00:33 Cavab yaz

Bu haqda filmini izlemisdim, cox sagolun, tesekkurler.
askom askom 26 April 2014 23:02 Cavab yaz

Bu filmi seyretmisdim.haber icin tesekkurler,
Elif.. Elif.. 26 April 2014 21:49 Cavab yaz

Bu tip xeberleri cox sevirem. Tarixe, xususile qedim tarixe aid olan xeberleri xususi maraqla oxuyuram. Filmini izlemisdim. cox sagolun.
Flaminqo Flaminqo 26 April 2014 20:27 Cavab yaz

Bele gözel yerleri kinolarda görurdum amma xeber cox gözel oldu.
ruzigar ruzigar 26 April 2014 18:48 Cavab yaz

Xəyalə bacım,belə gözəl xəbərə görə sənə təşəkkürümü bildirirəm,həqiqətən də maraqlıdır.Pompey şəhərinin tarixi,həyatı haqqında bu qədər məlumatım yox idi.Belə xəbərlərin də davamlı olmasını diləyirəm.
Ayka_m_ova Ayka_m_ova 26 April 2014 18:24 Cavab yaz

Bu haqda sənədli filmə baxmışam .Deyilənə görə bu hadisənin canlı şahidi kiçik bir uşaq olub... kül altda qalan insanlar küldən heykələ dönüb, hamilə qadın varidi oda o vəziyyətdə külün altında qalıb elə bil ki, heç insan deyil esl heykəldi.
lale_123 lale_123 26 April 2014 18:16 Cavab yaz

Maraqla oxudum tesekkurlker
Ceylan Mumoglu Ceylan Mumoglu 26 April 2014 17:54 Cavab yaz

Ən xoşladığım xəbərləri yazmağa başlayırsız artıq, bu məni hədsiz sevindirir kiss
Xəyalə, canım qədim Pompeyin tarixi haqqında çox geniş yazmaq olar, təbii ki, bir xəbərə sığdırmaq çətindir.
Bəs nə əcəb, vulkan püskürməsindən həlak olanların qalıqlarından şəkillər yerləşdirməmisən. Əsas o şəkillər daha çox maraqlı gəlir insanlara. Burdan 3D formatlı “Pompeii” haqqında izləyə bilərsiz.http://www.amerikaninsesi.org/content/hollywood-pompeii-/1846583.html
Adminlərdən xahiş edərik, tam filmi də tapıb saytımıza yerləşdirsinlər.
aysun2013 aysun2013 26 April 2014 17:40 Cavab yaz

Xeyale xanim cox saqolun gozel yerlerle bizi tanis etdiz

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика