Giriş
Bağla

"Qırmızıpapaq" nağılı

Hamiləlik və analıq / "Ev məktəbi"

"Qırmızıpapaq" nağılı

Biri var idi, biri yox idi, bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi.

Nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. Рћ vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi, qonşular da onun barəsində beləcə deyərdilər: 

- Р’ах, Qırmızıpapaq gəlir! 

"Qırmızıpapaq" nağılı

Bir dəfə anası qutab bişirdi və qızına dedi:

- Qırmızıpapaq, get nənənin yanına, bu qutabları və bir küpə yağı ona apar, özü də gör necədir, sağ-salamatdırmı?

Qırmızıpapaq yığışıb Рѕ biri kəndə, nənəsinin yanına getdi. 

"Qırmızıpapaq" nağılı

Qız meşə ilə gedirdi, birdən qabağına bir boz Qurd çıxdı.

Qurd istədi Qırmızıpapağı yesin, ancaq cəsarət eləmədi, çünki yaxınlıqdan odun doğrayanların baltasının tappıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu:

- Hara gedirsən, ay Qırmızıpapaq? 

"Qırmızıpapaq" nağılı

Ancaq Qırmızıpapaq meşənin ortasında dayanıb qurdlarla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. Рћ, Qurdla salamlaşıb dedi:

- Nənəmin yanına gedirəm, bu qutabları və bir küpə yağı da ona aparıram.

- Nənən uzaqdamı olur? - deyə Qurd soruşdu.

- Çox uzaqda olur, - deyə Qırmızıpapaq cavab verdi. - Odur bax, Рѕ kənddə, dəyirmanın dalında, qıraqdakı birinci evdə.

Qurd dedi:

- Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yolla gedim, sən də bax, Рѕ biri yolla get. Görək hansımız tez gedib çatarıq.

Qurd bunu deyib bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı.

Qırmızıpapaq isə ən uzaq yolla getdi. Рћ arxayın-arxayın gedir, orada-burada dayanıb çiçək yığır və dəstə bağlayırdı. 

"Qırmızıpapaq" nağılı

Рћ hələ dəyirmana çatmamış, Qurd gəlib nənənin evinə çatdı və qapını döydü:

- Tıq... tıq!

Kimsən? - deyə nənə soruşdu.

Mənəm, nəvən Qırmızıpapağam, - deyə Qurd incə səslə cavab verdi, - sənə qonaq gəlmişəm, qutab və bir küpə yağ gətirmişəm. 

"Qırmızıpapaq" nağılı

Nənə bu zaman xəstə idi, yorğan-döşəkdə yatırdı. O, elə bildi ki, gələn doğrudan da Qırmızıpapaqdır, odur ki, qışqırıb dedi:

- Bala, ipi tut dart, qapı açılar!

Qurd ipi tutub dartdı, qapı açıldı. Qurd nənənin üstünə atılıb elə Рѕ saatca onu uddu. Qurd çox ас idi, çünki üç gün idi heç bir şey yeməmişdi.

Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və Qırmızıpapağın gəlməsini gözlədi. Çox keçmədi ki, Qırmızıpapaq gəlib qapını döydü:

- Tıq... tıq!

- Kimsən? - deyə Qurd soruşdu.

Qurdun səsi kobud və xırıltılı idi. 

"Qırmızıpapaq" nağılı

Qırmızıpapaq əvvəlcə qorxdu, sonra fikirləşdi ki, yəqin nənəsinə soyuq dəyib, səsi tutulub, ona görə də belə danışır. Qımıızıpapaq dedi:

 Mənəm, nəvənəm, sənə qutab və bir küpə yağ gətirmişəm.

Qürd öskürüb bir az incə səslə dedi:

- Bala, ipi tut dart, qapı açılar!

Qırmızıpapaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi:

- Qızım, qutabları qoy stolun üstünə, küpəni qoy yerə, özün də gəl mənim yanımda uzan. Yəqin ki, yol gəlib yorulmusan. 

"Qırmızıpapaq" nağılı

Qırmızıpapaq Qurdun yanında uzanıb soruşdu:

- Nənə, əllərin niyə belə böyükdür?

- Sən yaxşı-yaxşı qucaqlamaq üçün, mənim balam.

- Nənə, qulaqların niyə belə böyükdür?

- Yaxşı eşitmək üçün, mənim balam.

- Nənə, gözlərin niyə belə böyükdür?

- Yaxşı görə bilmək üçün, mənim balam.

- Nənə, bəs dişlərin niyə belə iridir?

- Belə səni tez yemək üçün, mənim balam! Qırmızıpapaq nəfəsini çəkməyə macal tapmamış, kinli Qurd qızın üstünə atıldı, ayaqqabıları və qırmızı papağı ilə birlikdə onu uddu. 

"Qırmızıpapaq" nağılı

Ancaq xoşbəxtlikdən elə bu zaman odun doğrayanlar çiyinlərində baltaları evin yanından keçirdilər. Onlar səs-küyü eşitdilər, tez yüyürüb evə girdilər və Qurdu öldürdülər. Sonra da Qurdun qarnını yarıb Qırmızıpapağı, onun dalınca da nənəni sağ və salamat çıxartdılar. 

"Qırmızıpapaq" nağılı


Şərhlər (32)

Pervane01 Pervane01 9 June 2015 18:24 Cavab yaz

Bu nağılı əzbərdən bilir uşaqlarım.
Xanim_Xatun Xanim_Xatun 10 January 2015 15:47 Cavab yaz

Uşaqlıgimizin nagili...
Щ…Щ„Ш§Щѓ Щ…Щ„Ш§Щѓ 3 December 2014 12:01 Cavab yaz

ay ne gozel, bu nagil bizim sevimli, cox tekrarladigimiz nagillardan biridir, seve-seve oxudum, tesekkur
Lale_LR Lale_LR 18 November 2014 13:19 Cavab yaz

Qırmızıpapağın nağılını katabını oxumuşam.Çox maraqlıdır. good

İmza Ruquş love
A_Xatire A_Xatire 11 September 2014 10:54 Cavab yaz

Çox sağ olun.bele nagillar axtarırdım
girl-2002aydashka girl-2002aydashka 17 August 2014 10:40 Cavab yaz

Cox maraqli nagildi kicik dayioglum ucun herden oxuyuram kiss
Sara___2014 Sara___2014 4 May 2014 16:00 Cavab yaz

Uwaqligimi xatirladim cray
lem_ka lem_ka 20 April 2014 14:29 Cavab yaz

biggrin biggrin biggrin Melikmemmedin nagili yoxduuu??? request
onurcuq onurcuq 19 April 2014 23:35 Cavab yaz

OQLUMUN SEVDIYI NAQILLAR SIRASINDADI
yequlya yequlya 18 April 2014 14:11 Cavab yaz

Canim.xalasi balama ne gozel xeber hediyye etdi.oxuyuruq birlikde.bu nagil yadimda tam qalmadigi ucun uwagida aldatmaq maraqsiz etmek istemirdim.sevdiyim bir nagil idi.Menide uwaqligima qaytardiz canim.
qeribe qeribe 18 April 2014 01:43 Cavab yaz

Qırmızıpapağın nağılı sevdiyim nağıllar sırasındadır.Çox sag olun Afət xanım. give_ros
Milana.M Milana.M 17 April 2014 21:09 Cavab yaz

Çox maraqla oxudum. Uşaqların hamsı nağıl sevir. Özü də onu nənə dilindən şirin və məlahətli səsələnir. Murad da qırmızı papağı nənəsinin dilində eşitməyi sevir. Çox sağolun Afət xanım.
Ryos Ryos 17 April 2014 16:53 Cavab yaz

Boyyy ay bacim Allah sennen razi olsunki ushaqliqimi yadima saldin..Bu naqili oqluma danishiram arada..Cox saqol bacim... give_ros
Ellada84 Ellada84 17 April 2014 16:09 Cavab yaz

Uşaqlıqdan bu nağılı əzbər bilirəm.Cizgi filmlərinidə izləmişəm.Bir rus nağılıda var ordakı musiqini arada yadıma düşəndə oxuyuram. smile

Mahmudzade,
Mən bunu heç düşünməmişəm indi sənin yazını oxudum birdən düşündüm.Dedim mən hələ böyüməmişəm ki.. biggrin
Aytac M-ca Aytac M-ca 17 April 2014 16:03 Cavab yaz

Qeseng nagildi tesekkurler.
xedice 033 xedice 033 17 April 2014 15:51 Cavab yaz

Sağ olun Afət xanım uşaqlığım yadıma düşdü
ayniska milaska ayniska milaska 17 April 2014 15:50 Cavab yaz

Bir nece gun bundan qabaq qizima ev tapsirigi kimi qirmizipapaq nagilini vermisdi muellimesi oyrenib danismisdi,biz de internetden axtarib tapmisdiq!Sene de tesekkur edirem Afet bunu da oxuyar!
girl_1999,gunka girl_1999,gunka 17 April 2014 15:38 Cavab yaz

Çox sag olun bu nagildan cox xosum gelir qizima danismaga calisiram amma alinmir o deqiqe qirmizi papagini getirirki he gel gedek canavar tapaq tesekkurler
totu92 totu92 17 April 2014 15:37 Cavab yaz

COX SAGOLUN LAP UWAQLIQIM YADIMA DUWDU
surikselale surikselale 17 April 2014 14:43 Cavab yaz

Her gece qizima nagil danisiram,bu nagili cox sevir
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика