Giriş
Bağla

Çiyələk haqında bilmədiklərimiz

Sağlamlıq / Xalq təbabəti

Çiyələk haqında bilmədiklərimiz

İstər ətri, istərsə də dadı insanı sanki ovsunlayır. Ətri və dadı qədər görünüşüylə də cəlbedici bir meyvədir. Eyni zamanda təxmin edə bilməyəcəyiniz qədər faydalıdır. Marketlərdə yer almağa başlayan bu gözəl meyvənin faydalarını sizinlə də paylaşmaq istəyirəm. 

1. Çiyələk diş və diş ətləri üçün böyük bir dərman mənbəyidir. Çiyələk diş ətlərini gücləndirərkən dişlərin öz bəyazlığına qovuşmasını təmin edir. Maralıdır ki, bir çox məşhur ulduzlar dişlərini ağartmaq üçün çiyələklə dişlərinə masaj edirlər.

Çiyələk haqında bilmədiklərimiz
2. Ən gözəli şirin çiyələkdir! Xüsusilə pəhriz zamanı şirniyyat böhranına girdiyiniz zaman çiyələk yeyərək şəkərə olan istəyinizi azalda bilərsiniz. Şəkər nisbəti aşağı olan çiyələyin 10 dənəsi yalnız 58 kaloridir! Bununla yanaşı, çiyələk arıqlamaqda köməkçi olan hormonları da tənzimləyir. İştahı kəsərək maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.
Çiyələk haqında bilmədiklərimiz
3. Çiyələk antioksidantdır və buna görə də immun sistemini gücləndirir. Hətta xərçəngə qarşı qoruyucu təsirinin olduğu da sübut edilmişdir.
4. Çiyələyin dəriyə faydalarını da saymaqla bitirə bilmərik. Tərkibindəki vitaminlərlə dərinin cavanlaşdırır. Çiyələkdən yalnız yeməklə deyil, maskasını etməklə də faydalana bilərsiniz. Bunun üçün çiyələk püresini bir az südlə qarışdıraraq üzünüzə sürtə bilərsiniz. Bu maskanı həftədə bir dəfə tətbiq etməyiniz kifayətdir.
Çiyələk haqında bilmədiklərimiz
5. Çiyələk eyni zamanda bədən üçün bir təmizləyici vasitədir. Toksik maddələrin bədəndən xaric edilməsini təmin edir. 
6. Stresli olduğunuz zaman çiyələyin sakitləşdirici təsirini sınaqdan keçirə bilərsiniz. Çoxlu yediyiniz zaman əsəbləri sakitləşdirər, eyni zamanda da təzyiqinizi nizamlayar.
7. Gündə iki kasa yeyilən çiyələk 1 həftə ərzində cinsi gücü artırıcı təsir göstərməyə başlayır. Qan dövranını artırması və sperm sayını çoxaltmasını nəzərə alaraq deyə bilərik ki, kişilər üçün də faydalı bir meyvədir.


Şərhlər (28)

virtual dərslər virtual dərslər 2 April 2015 09:05 Cavab yaz

Faydaliymis.Bu meyveni sevmemek olmaz mence
gunka9 gunka9 4 May 2014 15:02 Cavab yaz

Çiyeleyi cox sevirem
Ellada84 Ellada84 24 April 2014 23:27 Cavab yaz

Mən çiyələk elədə yeyən deyiləm.Yeyəndə bir iki dənə yeyənəm elədə sevmirəm.Amma keçən yay nəsə çox yedim.. unknown
nilu nilu 20 April 2014 20:38 Cavab yaz

Çiyələyi çooooooooooox sevirəm nyam
moskow qadini moskow qadini 18 April 2014 18:17 Cavab yaz

Teshekkurler...Maraqlı xəbərdir give_ros
qeribe qeribe 18 April 2014 01:46 Cavab yaz

Zəhra bacım,faydalı məlumatlara görə təşəkkürlər.
Yaso Yaso 17 April 2014 22:41 Cavab yaz

Çiyeleyi cox sevirem
Aytac M-ca Aytac M-ca 17 April 2014 17:22 Cavab yaz

Ciyelek cox gozel gilemeyvedir.men murebbesinide cox hazirlayiram qisda cayla lezzet eliyir tesekkurler.
Zehra2012 Zehra2012 17 April 2014 16:21 Cavab yaz

Şərhləriniz üçün hər birinizə təşəkkür edirəm. give_ros
xedice 033 xedice 033 17 April 2014 16:11 Cavab yaz

Çiyələyi çox sevirəm uşaqlarda xoşlayır olsa yeyərdim
totu92 totu92 17 April 2014 15:19 Cavab yaz

Mende cox sevirem ciyeleyi ve neqeder olsa da yeyerem adami heqiqeten celb edir ozune gorunuwu ve dadida eladi cox sagolun bu gozel xebere gore
Leman(wirniyyatci) Leman(wirniyyatci) 17 April 2014 14:55 Cavab yaz

Ciyeleyi cox sevirem gunde nece kq olsa yiyeremnyam
girl_1999,gunka girl_1999,gunka 17 April 2014 13:24 Cavab yaz

Çiyeleyi cox sevirem cox faydali oldugunu xeberiniz vasitesi ile oyrendim tesekkurler
700=700 700=700 17 April 2014 12:07 Cavab yaz

Men ciyeleyi coox sevirem amma bele faydali oldugunu bilmirdim maraqli xebere gore təşəkkür
lale_123 lale_123 17 April 2014 11:14 Cavab yaz

Mende sevirem ciyeleyi tesekkurler
sahil_13 sahil_13 17 April 2014 10:55 Cavab yaz

SonayВ Quluzade,
Allah qorusun bed nezerden Sonay balanın o ciyelek dodaqlarını
ruzigar ruzigar 17 April 2014 10:47 Cavab yaz

Mahmudzade,
Bacı düz deyirsən.Ümumiyyətlə,indiki meyvələrin dadı heç yoxdur.Marketlərdə çiyələyə baxırsan sünilik hiss olunur sanki oyuncaqdır.
Zəhra bacım,faydalı məlumatlara görə təşəkkürlər.
R.G.AL-SU R.G.AL-SU 17 April 2014 10:42 Cavab yaz

SonayВ Quluzade,-çox merak etdim çiyələk dodaqlını,maşAllah
Dəniz84,-xoşbəxt insansanki,əsəbləşəndə yadına çiyələk düşəcək crazy
mən də çiyələk sevənəm,uşaqlarımda çox xoşluyur
Ayka_m_ova Ayka_m_ova 17 April 2014 10:21 Cavab yaz

Bu faydalar indiki çiyələkdə hardadı eeeee dash üzü qırmızı içi göy dərman səpib 15 dəqiqəyə qızardirlar ireful təşəkkürlər təmiz çiyələk tapsaq yararlanarıq inşəALLAH
Songul Songul 17 April 2014 10:14 Cavab yaz

Ciyeleyi nedense cox sevmirem ciyelekli ne varsa hec birin yeye bilmirem birce mürebbesin xoşlayıram Mövsüm vaxtı uzağı 5-6 dene ciyelek yeyirem

Elə bilirdim ki, çiyələyi sevməyən tək mənəm. İndi nisbətən düzəlmişəm, əvvəllər ümumiyyətlə, qoxusu gələndə əsəbləşirəm. Çiyələyi yalnız Sonaya hamilə olanda sevib, yemişəm, yəqin ona görə də, çiyələk dodaqlı oldu qızım mocking
Çox sağ ol, Zəhra.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика