Giriş
Bağla

Sevin, sevilin, kəşf edin...

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Sevin, sevilin, kəşf edin...

Bu əsəri çoxları oxuyub, çoxları onda bir məna tapıb. Ekzüperinin kiçik bir əsərə bu qədər mənanı necə sığışdırdığına çoxunuzun heyrətləndiyinə də əminəm.. Məni əsərdə şahla, əyyaşla, şöhrətpərəstlə olan dialoqlardan çox Balaca Şahzadənin Qızılgülünə olan sevgisi təsirləndirdi.. Bu sevgi adi sevgi deyil, əmək verilmiş, narahat gecələr keçirmiş, yuxusuz qalmış sevgidir. Şahzadə öz nazlı və gözəl Gülünün zəifliklərini də qəbul edir, çünki onu sevir, onun Gülünün tayı-bərabəri yoxdur, çünki bu Gül onun sevgisindən yaranıb, onun qayğısından, verdiyi dəyərindən yaranıb… O bu Gülə başqa güllərlə xəyanət də edə bilməz, onları sevə də bilməz.. Çünki başqa gülləri böyütsə, Şahzadə artıq həmin Şahzadə olmayacaq. Çünki təkcə o Gülünü yox, gülü də onu yaradıb. Onlar bir-birinin varlığından doğublar.. Başqa planetlər kəşf edə bilərlər, başqa yerlərdə rahatlıq da tapa bilərlər.. amma sonda, Şahzadəsi yenə o qüsurunu örtmək və Şahzadəsini günahkar çıxarmaq üçün dəridən qabıqdan çıxan nazlı Gülünü istəyəcək.. Çünki, o Güldən yox, həmin o sevgidən bir də olmayacağını bilir…..

Sevin, sevilin, kəşf edin...

 Bu sözlərlə Şahzadə Gülünü başqa qısqanc güllərin yanında öyür:

 

“Siz gözəlsiniz, amma içiniz boşdur, Sizə görə adam özünü fəda vermək istəməz. Əlbəttə, adi bir yolçu mənim gülümə baxıb fikirləşə bilər ki, o da eynilə sizlərə oxşayır. Ancaq, bu gül sizin hamınızdan mənə daha əzizdir. Bir halda ki, məhz onu mən sulamışam. Sizləri yox, məhz onu şüşə örtüklə örtmüşəm. Məhz onu mən arakəsmə ilə küləkdən qorumuşam. Məhz onun xatirinə kəpənək qurdlarını qırmışam. Məhz onun şikayətlənməsinə, özünü öyməsinə və hətta bəzən susmasına da mən qulaq asmışam. Çünki, o, mənim qızılgülümdür!“

Sevin, sevilin, kəşf edin...

Əsas məsələ son cümlədədir. Çünki o mənim qızılgülümdür… Bəli, çünki onu mən yaratmışam.. Bunlar açar sözlərdir.. Bu əsərin üstündən “Beautiful Mind” filminə də baxıb, “Dünyanı ancaq şüurlu məhəbbət və qəlbimizdəki uşaqlar xilas edəcək..” fikrimi möhkəmləndirdim.. Sevin, sevilin, kəşf edin bir-birinizi.

Ülviyyə...



Şərhlər (30)

Xanim_Xatun Xanim_Xatun 27 January 2015 09:23 Cavab yaz

Çünki o mənim qızılgülümdür

çox bəyəndim..

Çünki o mənim qızılgülümdür

çox bəyəndim..

Çünki o mənim qızılgülümdür

çox bəyəndim..
Xanim_Xatun Xanim_Xatun 27 January 2015 09:23 Cavab yaz

Çünki o mənim qızılgülümdür

çox bəyəndim..
melek-10 melek-10 3 May 2014 11:38 Cavab yaz

Xebere gore təşəkkür give_ros i_am_so_
nilu nilu 23 April 2014 21:12 Cavab yaz

Xəbərə görə təşəkkürlə Xəyalə give_ros
askderyasi22 askderyasi22 19 April 2014 16:31 Cavab yaz

Gozel hekayedir hamisini oxuyacagam təşəkkür give_ros
bay_gril89 bay_gril89 17 April 2014 16:46 Cavab yaz

SUPER XEBERDİR...
Aytac M-ca Aytac M-ca 17 April 2014 15:44 Cavab yaz

Gozeldi beyendim cox sagolun.
murad.fikret murad.fikret 16 April 2014 23:15 Cavab yaz

Mene gul hediyyesi edende sevmirem
700=700 700=700 16 April 2014 20:32 Cavab yaz

Sevmek menlik deyil amma sevilmek cooox gozel hissdi bele daha yaxşidi kiss ALLAH sevenlere sebr versin birde agil mocking
moskow qadini moskow qadini 16 April 2014 16:20 Cavab yaz

Teshekkurler canim... give_ros
qeribe qeribe 16 April 2014 15:43 Cavab yaz

Gözəl və maraqlı hekayədir. Həyatda hər şeyə sevgi ilə cavab vermək çox çətindir.
Sevgi muxtelifdir,tesekkur edirem. give_ros
Deniz84 Deniz84 16 April 2014 01:22 Cavab yaz

Sevmeyinde sevilmeyinde basina das dussun.teşekkur xebere gore

Bu xəbəri və həmin əsəri oxuyun məncə bu dediyinizə peşman olacaqsınız.lol
Gözəl və maraqlı hekayədir. Həyatda hər şeyə sevgi ilə cavab vermək çox çətindir.
“Dünyanı ancaq şüurlu məhəbbət və qəlbimizdəki uşaqlar xilas edəcək..”
ulka-894 ulka-894 16 April 2014 00:41 Cavab yaz

Sevin, sevilin, kəşf edin bir-birinizi. AMAN lap yeniden vurulmaq,sevmek esqine dusdum! Cox gozel hekaye parcasi idi.Men sevgi ile aile heyati qurmamisam,tedricen alismisam,amma yene de deqiq bilmirem bu aramizda olanlar sevgidir ya yox,sadece bilirem ki,onsuz heyatimi tesevvur ede hedda gizli xeyal bele ede bilmirem!
askom askom 16 April 2014 00:06 Cavab yaz

Yazi cok guzel.O,hikayeyi okumak isterdim.sevmek kolay,sevilmek coooookkkkk zorrrrrrrr.
AYKA super AYKA super 15 April 2014 21:38 Cavab yaz

Sevmeyinde sevilmeyinde basina das dussun.teşekkur xebere gore
ayniska milaska ayniska milaska 15 April 2014 20:19 Cavab yaz

Men oxumamisam o eseri tesekkurler, dogrudan da sevmek sevilmek gozeldir!
GulenaY GulenaY 15 April 2014 20:10 Cavab yaz

Oxudum ,hmm amma son cumle xoshuma geldi
onurcuq onurcuq 15 April 2014 20:09 Cavab yaz

XEBER UCUN TESEKKURLER.
totu92 totu92 15 April 2014 19:56 Cavab yaz

OXUMAMIWAM AMMA MARAQLIDI
Ryos Ryos 15 April 2014 19:46 Cavab yaz

Canim sevgini cox gozel tesavvur edib bizlere teqdim etdiyin ucun cox saqol..Allah razi olsun sennen.. give_ros air_kiss
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика