Giriş
Bağla

Bədən tipləri

DƏB / Stil dərsləri, ikonlar

                                          Bədən tipləri

Əziz Qadın.Netlilər bu xəbərimdə sizə hansı bədən tipləri olduğunu, bu bədən tiplərinin necə geyinməsi, geyinməməsi lazım olduğunu və bəzi məşhurların bədən tiplərinə görə doğru və səhv geyimləri haqqında nümunə verərək açıqlayacağam. Dünya üzərində edilən araşdırmalar nəticəsində 5 bədən tipi təyin olunmuşdur. Bunlar - armud, alma, qum saatı, düzbucaqlı və geniş bədən tipləridir.

Bədən tipləri

Armud bədən tipinin ümumi xüsusiyyətləri:

• İncə uzun boyun

• Dar çiyinlər

• Dar kürək

• Kiçik və ya orta ölçülü sinə

• Diqqətə çarpan incə bel xətti

• Qalın omba və baldırlar

Armud bədəni ən məşhur bədən tipidir. Türk qadınlarının böyük əksəriyyəti armud bədən tipinə sahibdirlər. Bu tipdə ombalar genişliyini saxlayaraq əlaqəni başqa tərəflərə çəkməyimiz lazımdır. Ən əhəmiyyətli nöqtə isə tarazlığı təmin etməkdir.

Nələr geyinməlidir?
• Üst geyimlərdə geyinməyiniz lazım olanlar çox detalı olan bluzlar, daha açıq və parlaq rənglərdə hər cür naxışlı və ya toxumalı səthli parçalardır. Bu, bədəninizin alt yarısını bərabərləşdirəcəkdir.
• Çiyinləri örtən qabarıq qollar və ya qalın asqılı bluzlar vizual olaraq sinə və çiyin bölgəsini daha geniş göstərəcək.
• Üst geyimləri seçərkən drap, yumru, geniş və kvadrat yaxa kəsimlərinə baxmalıyıq. Bu formalar daha açıq və geniş görünüş verərək diqqəti üzünüzə çəkər.
• Baletinli və ya qəlibli büsthalterləri seçmək lazımdır.
• Halter yaxa bluzlar omba və baldırlar arası tarazlığı təmin edər və çiyinləri daha geniş göstərər.
• Bədəninin alt qismi üst qismindən daha geniş olduğu üçün heç bir problem olmadan üstünüzə daha geniş paltarlar geyə bilərsiniz. Eyni zamanda, üzərinizə oturan geyimlər də yaxşı görünər.
• Klyoş ətəklər ən yaxşı variantdır.
• Paltar seçərkən çox geniş paltarlar seçilməlidir.
• Paltar naxışlıdırsa, naxışlar bədənin üst tərəfində olmalıdır.
• İspan tərzi və ya geniş ayaqlı cins şalvarlar ombalarınızın qalınlığını gizləyəcək.
• Düz ayaqlı şalvarlar qəşəng və zəif bir görünüş verər.
• Tünd rəng cins və şalvarlar seçilməlidir. Beləcə, ombalarınız daha incə görünər.
• Burnu açıq ayaqqabılar sizi, bağlı burunlu ayaqqabılardan daha uzun göstərər.
• Yumru burunlu ayaqqabılar armud bədən tipini bəstəboy göstərər.
• İncə burunlu və incə dikdaban ayaqqabılar vizual olaraq daha yaxşı görünər.
Bədən tipləri
Nələr geyinməməlidirlər?
• Armud formalı bədənlər dar ətəklərdən uzaq durmalıdır.
• Eyni zamanda dolğun ətəklərdən və böyük cibli cins şalvarlardan da uzaq durmaq lazımdır.
• Ombanın ortasından düyünlə birləşdirilmiş paltarlardan uzaq dayanmaq lazımdır.
• Arxa ciblərində işləmə, naxış və yellənən əlavə parçaları olan omba və alt qisimində çox detalı olan dar cinslərdən uzaq dayanmaq lazımdır. Bu modellər gözləri problemli bölgənizə çəkər.
• Böyük yan cibləri olan şalvarlar da geyinməyin.
• Əsla dar ayaqlı cins şalvar geyinməyin, ombalarınızı daha da geniş göstərər. 
• Ombanızın ən geniş yerində bitən pencəklər geyməməliyik.
• Parlaq kəmərlər də diqqəti geniş omba və baldırlarınıza çəkər.                          
Bədən tipləri
Alma bədən tipinin ümumi xüsusiyyətləri:
• Dolğun üz və boyun
• Geniş çiyinlər
• Dolğun, böyük sinələr
• Dolğun, qalın bel ətrafı
• Dar ombalar
• Formalı ayaqlar
Bədən tipləri
Nələr geyinməlidirlər?
• Bədənə oturan bluzlar yaraşar, ancaq çox dar olmamalıdır.
• V yaxalı bluzlar ən yaxşı görünən qisminizi vurğulayar.
• Alma bədənli qadınlar daha böyük sinələrə sahib olduqlarından hər vaxt kafi dəstəkli büsthalterlər geydiklərindən əmin olmalıdırlar.
• Asqılı body və üzərinə geyilən bir pencək ən yaxşı seçimdir.
• Beldən dar bluzlar, ya da bağlanan pencəklər belinizi və qarnınızı daha incə göstərər.
• Pencəklərinizin boyu ya beldən aşağı, ya da baldırlarınızın altında bitməlidir. Əsla ombanın ən geniş yerində bitən pencəklər geyməyin. Pencəklərinizi önü açıq geymək lazımdır.
• Tünd rəngli bluzlar ən yaxşı seçimlərdir.
• Əgər naxışlı bluz geymək istəsəniz, belinin ətəyi tünd, sinə qisimi açıq rəngli naxışlardan olmalıdır. Bu şəkildə diqqəti beliniz və qarnınıza deyil, sinənizə və üzünüzə doğru çəkmiş olarsınız.
• Arxa cibləri qapaqlı, ön qismi düz gələn cins şalvarlar seçilməlidir.
• Daha açıq rəngli cinslər baldır və ombanıza həcm verər.
• Gözəl ayaqlarınızı daha qısa ətəklərlə ortaya çıxarmalısınız. 
• Ətəklər ombada oturmalı və ətək ucuna doğru qabarıq olmalıdır. Bu şəkildə bədəninizin üst və alt qismi tarazlaşmış olar.
• Klyoş ətəklər belinizi incə və bədəninizi qum saatı şəklində göstərər.
• Dümdüz enən ətəklər də doğru seçimlərdəndir. Şifon və ipək kimi parçalar ətəklərdə ən yaxşı seçimlərdir.
• Daha canlı və parlaq rənglərdə və böyük naxışlı ətəklər geyinə bilərsiniz, ancaq naxışlar alt qismlərdə olmalıdır.
• Qalın kobud dikdaban ayaqqabılar bədəninizi daha balanslı göstərər.
• Əgər boyunuz qısadırsa, iti burunlu ayaqqabılar sizə daha uzun bir görünüş təmin edər.
• Xətləri incə və zərif olan ayaqqabılar, qalın dikdaban parlaq ayaqqabılar da doğru seçimlərdir.
Bədən tipləri
Nə geyməməlidirlər?
• Çox enli və qabarıq, böyük qollu geyimlərdən uzaq durun. Çiyin və qollarınızı daha da geniş və qalın göstərər.
• Bədəninizin üst qismində parlaq açıq rənglərdən, geniş naxışlardan uzaq durun. Hər tərəfi naxışlı bir bluz üst qisminizi daha kök göstərər, bu da əsla istəməyəcəyiniz bir şeydir.
• Çox dar olan şalvar və ya ətəklərdən uzaq durun.
• Tünd rəngli cinslər geyməyin, ombalarınızı olduğundan daha kiçik göstərər.
• Topuqda daralan şalvarlar geyməyin, bədəninizin üst qismini daha geniş göstərər.
• Paqonlu çiyinlərdən uzaq durun! 
Bədən tipləri
Qum saatı bədən tipinin ümumi xüsusiyyətləri:
• Sinələri dolğun və böyük, belin incəliyi diqqətə çarpan və omba və baldırları dolğundur.
Qum saatı bədən tipini geydirmək:
• Əgər qum saatı bədəninizdən məmnun olan qadınlardansınızsa, şanslısınız.
• Hər vaxt hədəfimiz tarazlığı təmin etmək olduğundan sizin bu mövzuda köməyə ehtiyacınız yoxdur.
• Qum saatı fiquru ən ideal qadın bədən şəkli kimi göstərilir. Ən asan paltar geydirilə bilənlərdənsiniz, çünki bir çox model üzərinizdə gözəl kimi dayanar.
Bədən tipləri
Nə geyməlidirlər?
• Bel və sinə ətrafınızı daha yaxşı vurğulayacaq geyimləri geyməlisiniz.
• Böyük sinəli olduğunuzdan hər vaxt dəstəkli büsthalter seçməlisiniz. 
• Bədəninizi daha uzun göstərəcək köynəklər geynini. V yaxalı, geniş yaxalı olanlar buna köməkçi olar.
• Bədənə dolanan və belə oturan köynək doğru seçimdir.
• Tünd rəngli geyimlər sizi daha uzun göstərər.
• Pencəkləri olduqca sadə seçməli, uzun və ya qısa olmaları əhəmiyyətli deyil. Ancaq yaxşı kəsimli, bel və sinə ətrafında üzərinizə oturmasına diqqət yetirməlisiniz.
• Qələm ətəklər sizə çox yaraşar.
• Klyoş ətəklər sizə yaraşar.
• Ombada geniş kəsimli və dar olan cinslərə baxmalısınız.
• Əgər ayaqlarınız gözəldirsə, onları əminliklə göstərin!
• İncə və zərif ayaqqabılar geyilə bilər.
Nə geyinməməlidirlər?
• Bədəninizin gözəl quruluşunu gizləyəcək geyimlərdən uzaq durun.
• Çox enli şalvar və köynəklərdən uzaq durun.
• Düz kəsimli ətək, pencək və şalvarlardan uzaq dayanmalısınız.
• Üzərində geniş naxışlı, xətli və kvadratlı, və sinə ətrafında çox detalı olan köynəklərdən uzaq dayanmalısınız.
• Çox qısa ətəklərdən də çəkinin, sizin boyunuzu qısa göstərər.
Düzbucaqlı bədən tipinin ümumi xüsusiyyətləri;
• Qalın boyun.
• Geniş kürək.
• Orta böyüklükdə sinələr.
• Dümdüz, diqqətə çarpmayan bel cizgiləri.
• Bərabər və balanslı çiyin, bel, ombalar.
• Möcüzə ayaq və qollar.
• Bu bədən tipi hazırda ideal top model bədən şəkli olaraq qəbul edilir.
• Kürəyiniz genişdir.
• Sinə, omba və bel ətrafını ölçərkən çox az fərq var.
• Döşlər adətən kiçik və ya orta böyüklükdədir, ombanız kvadrat və baldırlarınız düzdür.
• Uzun zəif qollarınız və qıçlarınızdan məmnunsunuz.
• Çəkiniz artanda qarnınız bir az önə doğru şişər və kilonuz baldırlarınıza gedər.
 Düzbucaqlı bədən tipini geydirmək:
• Hər vaxt hədəfimiz tarazlığı təmin etmək olduğundan, qum saatı bədənində olduğu kimi sizin köməyə ehtiyacınız yoxdur.
• Beləliklə hədəfimiz çox sadədir.
• Daha cizgili bel görünüşü yaradaraq sizi daha incə göstərməyə çalışmaq və diqqəti ayaq və baldırlarınıza çəkmək.
Nə geyinməlidirlər?
•  V yaxa və bədənə oturan geyimlərlə diqqəti üzünüzə çəkərsiniz.
• Gözəl və qalın asqılı köynəklər diqqəti sinənizə toplayar və sinənizi olduğundan daha geniş göstərər.
• Belinizdən aşağı doğru genişlənən pencəklər ombalarınızı daha yumru göstərər.
• Geyə bilməyəcəyiniz bir şey yoxdur. Yenə də üzərinizdə daha yaxşı dayanan bəzi parçalar var.
• Qələm ətəklər sizə yaraşar.
• Ombanıza oturan cins şalvarlara baxın.
• Böyük cibli və bir-birindən uzaq məsafədə yerləşdirilmiş arxa ciblər ombanızı daha dolğun göstərər.
• Baldır qisimlərində açıq rəngli yuma effekti olan cinslərdə ombaya şəkil verməyə faydalıdır.
• Qüsursuz ayaqlarınızı göstərməkdən çəkinməyin.
• Siz seksual dikdaban ayaqqabılar üçün ən mükəmməl qadınsınız.
Nə geyinməməlidirlər?
• Uzaq dayanmanız lazım olanlar siyahınız qısadır.
• Şaquli naxışlı və xətli parçalardan uzaq durun. Sizi daha zəif və formasız göstərərlər.
• Qısa pencəklərdən geyməyin.
• Cizgilərinizi göstərməyən bol geyimlərdən də uzaq dayanmalısınız.
Geniş bədən tipini geydirmək:
• Bel qisimindəki tarazlığı təmin etmək üçün enli ətəkli şalvarlarla birlikdə, tək tərəfli düyməli pencəklər geyilməlidir.
• Ətəklər uzun və sadə olmalıdır. 
• V yaxalı və qolsuz geyimlər daha uyğundur.
• Tünd rəngli geyimlər daha çox yaraşar. Yaşıl, tünd qırmızı, göy, tünd qəhvəyi kimi rəng tonları seçilməlidir.
• Nə qədər az naxışlı geyilsə, o qədər incə görünərsiniz. Buna görə böyük naxışları olan, parlaq və canlı rənglərdə paltarlardan qaçılmalıdır.
• Üfüqi xətli paltarlardan uzaq durun. Şaquli xətli paltarlar sizi daha incə göstərməyə yaraya bilər. Önü açıq geyilmiş bir pencəklə şalvarınızdan daha tünd və ya daha açıq tonlarda şaquli xətli köynək geymək ən doğrusudur.
Dikdaban ayaqqabılar boyunuzu daha uzun göstərərkən bədəninizi də daha uzadaraq incə görünməsini təmin edər. Aksessuardan istifadə etmək yaxşı olar.                                    
Qəşəng geyinmək üçün mütləq arıq olmağa ehtiyac yoxdur, yalnız bədəninizi tanımağınız kafidir. Hər bədənin müəyyən qaydalarına uyğun gəldiyiniz müddətdə bu sizə mane olmayacaq. Unutmayaq ki, moda yalnız gündəmi izləyib bahalı geyimlərə pul xərcləmək deyil. Moda həm gündəmi izləyib, özünüzə yaraşanı tapıb seçməkdir. 


Şərhlər (51)

Xanim_Xatun Xanim_Xatun 7 January 2016 14:44 Cavab yaz

Nə gəşəng məlumatlardı.Çox sag olun.
rovsane_82 rovsane_82 25 June 2015 01:14 Cavab yaz

Maraqli melumat idi,beyendim,
malahat.hesenova malahat.hesenova 30 December 2014 01:50 Cavab yaz

Maraqli melumatlardir, tewekkurler.
AYKAWIRINKA AYKAWIRINKA 8 November 2014 14:56 Cavab yaz

Məlumatım yox idi,sizin sayənizdə oldu təşəkkür
meta_net meta_net 9 August 2014 13:49 Cavab yaz

Tesekkurler bunlari hec bilmirdm.faydalanmaq lazim.. Deyesen men ancaq armudun yarisi oluram )) armud/duzbucaqli Ariq olmaq da bir sey deyilmis a)))
Saray_C Saray_C 29 June 2014 13:26 Cavab yaz

Maraqli idi elleriniz derd gormesin request Men ozumu armud beden qurlushuna benzetdim winked
DЖЏNД°Z DЖЏNД°Z 2 May 2014 01:32 Cavab yaz

Məlumatlara görə çox saqolun
Llamiya93 Llamiya93 1 May 2014 20:24 Cavab yaz

Melumata gore teşekkur mende hARDASa armud du
gunka9 gunka9 1 May 2014 19:04 Cavab yaz

Maraqli xeberdi tesekkur canim give_ros
Ayten Ismayilova Ayten Ismayilova 19 April 2014 20:46 Cavab yaz

Xanimlar xeberimi beyenib serh yazdiginiza gore men size tesekkur edirem give_ros
ELBA ELBA 16 April 2014 12:25 Cavab yaz

Hmm men qum saatiyammis tewekkurler;))) maraqlidir

Hmmm borani da ola biler ey ;)))-

Taxtada pis deyil ola biler yeni :))))
Aytac M-ca Aytac M-ca 16 April 2014 10:14 Cavab yaz

Mende duzbucaqli beden tipidi boyumda hundurdu tesekkurler maraqli idi.
1981, 1981, 14 April 2014 23:50 Cavab yaz

ALLAH SIZI GULDURSUN XANIMLAR. lol SHERHLERI OXUDUQCA OLDUM GULMEKDEN
totu92 totu92 14 April 2014 17:22 Cavab yaz

MARAQLI MELUMATDI
nejenka85 nejenka85 14 April 2014 16:02 Cavab yaz

Men qum saatiyam. amma onbam ceylonunku kimi boyukdu. ona gore ne geyinsem beli bos amma yannan cox dar qalir
coco91 coco91 14 April 2014 13:07 Cavab yaz

Maraqli melumat idi,beyendim,tipimi de armud olaraq gordum! smile
ulka-894 ulka-894 14 April 2014 10:52 Cavab yaz

Oxudun-oxudum oz tipimi tapa bilmedim axi! yeqin mene oxsayan meyve yoxdu cray armud deyilem cunki sinem de canagim da balacadi,qum saati umumiyyetle mene uyğun deyil,gerek bir balaca kokelim! o da ki....
giril.2014 giril.2014 14 April 2014 10:42 Cavab yaz

Xebere gore təşəkkür
g j bknkln m, m, g j bknkln m, m, 14 April 2014 10:23 Cavab yaz

Mende qum saati beden formam sekildeki kimi
Ayka_m_ova Ayka_m_ova 14 April 2014 10:22 Cavab yaz

CeylanВ Mumoğlu,
Həə qarpız-yemiş gələcəksə onda növbəmizi gözləyək mocking
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика