Giriş
Bağla

Necə bir gənclik gəlir?

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Necə bir gənclik gəlir?

Cəmiyyəti daşıyan nəqliyyat vasitələrində səyahət edən bir şəxs kimi bəzən cəmiyyətin düşdüyü girdabın içində özümü itmiş hesab edirəm.

Nəqliyyat tıxacında davam edən gediş-gəlişlər bəzi insanların danışmasına səbəb olur. Gənclər sanki ətrafında heç kim yoxmuş kimi rahat, gündəlik həyatlarında yaşadıqlarını danışırlar. Oğlanlar qızlardan, qızlar isə oğlanlardan. Elə bil ki, həyatlarını qız dost və oğlan dost, sədaqətsizlik, yalan, qeybət, bir az telefon və kompüterdən ibarətdir. Nə ata, nə ana, nə qardaş, nə müəllim, nə ailə, nə məktəb, nə işsizlik, nə kasıblıq, nə dövlət problemləri heç diqqətlərini çəkmir. Sanki ancaq qızlardan və oğlanlardan ibarət bir planetdən gəlmiş kimidirlər. Bu planetdə bəyənilən hər qız və oğlan dərhal əldə edilməlidir. Bezən kimi bir başqasına yönəlməlidir. Sədaqətsizlik o qədər normal şeydir ki,  ən yaxın dostunun dostu ilə görüşmək adi şey sayılır...

Əslində gənclərimizi dinləsək, onların da şikayətləri olduğunu unutmamalıyıqEhtiyaclarının  qarşılanmamasından, güvənilməməkdən, aciz kimi görülmələrindən, qəbul edilməməkdən şikayətçildirər. Azadlıqlarının məhdudlaşdırılmasından, məsuliyyət verilərkən yaşadılan qarışıqlıqdan şikayətçildirər. Onlar olduqları kimi qəbul edilmək istəyirlər.  

Necə bir gənclik gəlir?

Gənclərin arasında “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərin hansı məna ifadə etdiyini öyrənəndə doğurdan da narahat olmağa dəyər. Bu sözlərlə ifadə olunan məna bizim nəsil üçün çox pis örnəkdir. Bəzi oğlanların ehtiras uğruna qızları sanki oyuncaqmış kimi "işlədib" atması, qızların isə belə oğlanlara inanması günümüzün ən aktual problemlərindən biridir. Azdırmı əliuşaqlı, dul qalan, həyatı puç olan qızlarımız? Qızların isə kiçik yaşlarından, həyatı belə anlamadan eşqə düşməsi, ata-anasını, hətta bacı-qardaşlarını belə bir oğlana qurban verməsi nə dərəcədə məntiqə uyğundur? Azdırmı bacıya görə əli qana bulaşmış qardaşlarımız? Əvvəlcədən düşünülməmiş hərəkətlər və dağılan ailələr...

Necə bir gənclik gəlir?

"Gənc, yaşca böyüyünə hörmət etdiyi kimi, eyni zamanda yaşca özündən kiçiyə mərhəmət edən və öz yaşındakını özündən üstün sayan kimsədir" . Burada çox aydın bildirilmişdir ki, "ədəb" gəncliyin bir sifətidir. Buna görə də hörmətsizlik və ədəbsizliyi "Gəncdir, üzrlü hesab edək" deyə ötürmək olmaz.  Gənci anlamaq başqa, haqq vermək başqa bir şeydir.

Hər bir valideyn öz övladıyla dostluq münasibətləri yaratmalıdır. Ən çox isə bu dostluğa ehtiyacı olan yetkinlik yaşına çatan qızlarımızdır. Gənclərimiz  “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərə sanki bir növ əyləncə kimi baxırlar. Əziz valideynlər, sizcə də bu tip əyləncələr düzgündürmü? 

     Məncə, ahıl insanlar, ana, ata, müəllimlər gəncləri bu tip əyləncələrin təhlükəsindən qorumalıdırlar. Gənclərin yaşamaq istədiyi özbaşına həyatın nə qədər təhlükəli olduğunun mənasına varmaq vaxtı keçir. Əziz Qadın.Net.lilər, daha çox gözləmək mənasızlaşır. Çünki, “Gec gələn təsəlli edamdan sonrakı əfvə bənzəyir...” 

Necə bir gənclik gəlir?

    Unutmayın ki, gənclik ümid etmə yeridir. İnsanlar arasında ən çox gənclər hər şeyi dəyişdirə biləcək bir gücə etiqad edərlər. Onlar üçün qeyri-mümkün bir şey yoxdur. Buna görə ən inqilabçı fikirlər onlardan çıxır. Çünki bu fitri güvən və ümidi özlərinə verən üzərilərində təcəlli edən adı Hayy və Qadirdir. Bəlkə deyilə bilər ki, gənclərin sözlə və ya həllə daimi zikri "Və hüve  küllü şeyin qədr"dir. Onlar fərqində olsa da, olmasa da bu zikrin müdavimidirlər. Bilindiyi kimi, adı Hayy və Qədr özü də bir gənc olan Hz. İsada əzəm dərəcədə təcəlli etmiş, onu insanlara mümkünsüzü mümkün edən peyğəmbər kimi təqdim etmişdir. Yenə Quranda gözəl bir gənc nümunəsi Hz.Musanın köməkçisi Hz. Yuşadır. Onu daha sonra İsrail oğullarına varis edən Musa (s.a.s)ya olan sədaqəti və xidmətidir. Xıdırla görüşməsindən sonra da dahi Yuşa (s.a.s)nın Hz. Musanı tərk etməsi bir tərəfdən ondakı sədaqətə və vəfaya, digər tərəfdən gəncliyin nəzərində Musa (s.a.s)nın təmsil etdiyi şəriətin Xıdırın təmsil etdiyi elmi lədünnə seçilən bir xüsus olduğunu göstərir. Gənc - bədəni güclü olduğu kimi ehkamı şəriətə də güclə sarılandır. Çünki dinin şəriət ölçüsü də onun həyat sahibi olan bədəni kimidir.



Şərhlər (30)

Xanim_Xatun Xanim_Xatun 25 November 2014 10:45 Cavab yaz

"Gənc, yaşca böyüyünə hörmət etdiyi kimi, eyni zamanda yaşca özündən kiçiyə mərhəmət edən və öz yaşındakını özündən üstün sayan kimsədir" .

Bəzi gənclərimiz statda yazıldığı kimi olur.Bəs bu halqa yaşlı nəsil necə davranır onlara?Mən çox şahid olmuşam işə gənc kadr gələndə yaşlı nəsl onu başlayırlar sıxmaga.Belə halda gənc bir dəfə dözəcək,iki dəfə , üçüncüdə balayacaq hörmətsiklik etməyə..Onda dincələcəklər..
gozel eliyeva gozel eliyeva 21 May 2014 14:46 Cavab yaz

yagmurВ atasoy,
bencde de
coco91 coco91 22 April 2014 11:39 Cavab yaz

Serhlerin ekseriyyetinde genclerimiz tenqid olunur,amma bunu hec istemezdim,men de gencem,hele unuversitetde oxuyuram,amma etrafimdaki insanlar cox da pis xarakterli deyiller,cox savadli instdadli genclerdir,heyat dolu,islemek arzusu oaln,xaricde tehsil almaq isteyen genclerimiz ifayet qederdir,gelin yaxsi danisaq ki hemise yaxsi olsun,tenqid artiq netice vermir,stilulyasiya artirilmalidir,daha cox ruh yuksekliyine yoneldirlmelidir,fikirler,deyimeler
700=700 700=700 22 April 2014 00:46 Cavab yaz

Gencliyimizi ele yawayaq ki sonra pewman olmayaq etdiyimiz sehvler bizi ucuruma aparmasin dash
qeribe qeribe 5 April 2014 02:34 Cavab yaz

Bacım çox gözəl mövzudur.ALLAH hamının balasını saxlasın girl_ang give_ros
girl-2014 ayka girl-2014 ayka 5 April 2014 00:16 Cavab yaz

Indiki gencler ozlerini dunyanin merkezinde hesab edirler her sey onlarin istediyi kimi olmalidir..Ama men yenede gunahi valideyinlerde gorurem,cunki olar usagin her dediyini edirler sonra etmeyende usaq onlarin sozune baxmir,ve hansisa yolla istediyine catir..Ona gore bizim gencliyimiz bax bele formalasir...Yazasi soz coxdur,,,Ama basa dusen olacaq goresen?
teris7777 teris7777 4 April 2014 23:52 Cavab yaz

Genclik gozel weydir her yawinda oz gozelliyi var elbetdeki bunlarin hamisini butun genclere wamil etmek olmaz 10nu pisdirse 15wi yaxsidir tewekkurler
qadin_2014,ayka qadin_2014,ayka 4 April 2014 21:16 Cavab yaz

indiki gencler dehsetdiler
aysun2013 aysun2013 4 April 2014 21:09 Cavab yaz

Bu gunki gencler cox ferqlenirler..Deyerdimki dunya gorushleri tamamile bashqadir..Boyuklere hormet qalmiyib,geyimleri bir bashqadi,danishiqlari ferqlidi,nebilim bu gun dehshetli bir veziyyetdi..Amma butun genclerede aid deyil.Bizim dovrumuzun gencleri ile indikiler cox ferqlidi..cox yazmaq olar..Ammma ne faydasi..cox saqol bacim..Allah razi olsun..

Canim bacım şərhinin hər hərfi ilə razıyam canim
Ryos Ryos 4 April 2014 21:05 Cavab yaz

Bu gunki gencler cox ferqlenirler..Deyerdimki dunya gorushleri tamamile bashqadir..Boyuklere hormet qalmiyib,geyimleri bir bashqadi,danishiqlari ferqlidi,nebilim bu gun dehshetli bir veziyyetdi..Amma butun genclerede aid deyil.Bizim dovrumuzun gencleri ile indikiler cox ferqlidi..cox yazmaq olar..Ammma ne faydasi..cox saqol bacim..Allah razi olsun..
Milana.M Milana.M 4 April 2014 20:08 Cavab yaz

İldən ilə gənclər yaxşı gəlmir. Gələcəyə inamla baxmaq müşkül məsələyə çevrilib. Hər birimizin övladları var və onların gələcəyinin necə olacağını düşünməkdən qorxuruq. On il əvvəl gənclik belə deyildi, on il sonra da bu günkü kimi olmayacağına əminəm. Lakin hansı səviyyədə olacağını nəinki demək düşünmək belə mümkün deyil. Gənclər həqiqətən böyüyə kiçiyə yol verməz, hörmət etməz olublar. Gürcüstanda ən çox rastlaşdığım və qəti bəyənmədiyim davranış budur. Adi etik qaydalara riayət edən gənc görmək mümkünsüz olub. Etik qaydalara riayət edən gənclər yalnız ictimai yerlərdə işləyən gənclərdir. O da hamsına aid edilmir. Hər bir valideyn övladının gələcəyindən narahatdır. Amma gələcəyin hansı sürprizlər edəcəyini kimsə bilə bilməz. Odur ki, gələcəyin gənclərini yetişdiridiyimizi unutmayaq. Orta məktəblər bu baxımdan kasıbdır. Nəzarət demək olarkı 0-a bərabərdir. Allah bütün balaları qorusun. Gəncliyin gözəl çağlarından kimsə peşman olmasın. Gənclik gözəldir. O illərin xatirəsi əbədidir. Həmin illərin əbəs yerə axıb getməməsi üçün ilk növbədə gəncin özü əlindən gələni etməlidir. Günü günə calamaqla deyil, hər günü özünə görə ideal yaşamağa çalışmaq, hər gün yeni nəsə öyrənmək lazımdır. İnsan ilk növbədə özünün müəllimi olmalıdır. Aktual mövzuya toxunduğunuz üçün çox sağolun xanım. Xəbərləriniz davamlı olsun inşAllah.
Flaminqo Flaminqo 4 April 2014 19:15 Cavab yaz

EH LAP YARALI BIR MOVZUYA TOXUNMUSUNUZ,ELE GOTUREY BURA GELEN OQLANLARIN COXU OZLERINE FIRLANMAQ UCUN QIZ AXTARMAQA GELIR,AQIZLARI EYRI GEDIRLER COX VAXT BURDAN
ruzigar ruzigar 4 April 2014 18:48 Cavab yaz

Bacım çox gözəl mövzudur.Çox sağ ol bacı.
İndiki gənclərin davranış mədəniyyəti yoxdur.Düzdür bunu bütün gənclərə şamil etmək düzgün olmazdı.Adicə öz oxuduğum illərdən götürürəm.Məktəbimizdə uzaqdan direktorumuzu və ya sinif rəhbərimizi görəndə üzünə baxmağa utanırdıq.Müəllimlərlə ədəb-ərkanla danışırdıq.Amma indi məktəbə gedirəm gənclərin geyimlərindən tutmuş,danışıqlarınacan insanı utandırır.Direktor 11-ləri səsləyir,onun sözünə məhəl qoymadan gedirlər.
Mən də həmişə oğlumu öz bildiyim kimi tərbiyə etmişəm.Həmişə qaynım deyirdi sən düzgün tərbiyə vermirsən.Amma indi çox şükürlər olsun ki,çəkdiyim əziyyətin bəhrəsini görürəm.Bir çox müsabiqələrin laureatı olub,öz üzərində çox çalışır inşaAllah namazdadı,dərsdən sonra məscidə gedir namazlarını qılır,bəzən gəlir ki ay ana gəl gecə namazı qılaq.Bir sözlə,ALLAHIMDAN çox razıyam ki övladlarım düzgün yoldadı,böyük-kiçik bilirlər.
ALLAH hamının balasını saxlasın,bütün pisliklərdən qorusun Amin inşaAllah.
Awkitowkom_2013 Awkitowkom_2013 4 April 2014 18:30 Cavab yaz

Genclik coox yaxsi bir seydi ama gorek yasayasan yasamasan anlamassan...gencler indi coxu ne boyukleri dinleyir ne de hormet edir
neyse xebere gore twk edirem
QADIN.AZERI QADIN.AZERI 4 April 2014 17:49 Cavab yaz

Bu sozleri butun genclere samil etmek olmaz,indinin ozunde de savadli terbiyyeli genclerimiz coxdu
canim 1985 canim 1985 4 April 2014 17:18 Cavab yaz

İndiki gənclər dəhşətdilər
genc qiz genc qiz 4 April 2014 17:02 Cavab yaz

Oglanlar arsinda bezi nalayiq sozler adami lap bogaza yigir angry
xedice 033 xedice 033 4 April 2014 16:24 Cavab yaz

İndiki gənclərə söz çatdırmaq olmur
Ayten Ismayilova Ayten Ismayilova 4 April 2014 16:21 Cavab yaz

Hamınızın fikrini oxudum, hər birinizin fikrinə hörmətlə yanaşıram, ayrı-ayrılıqda çox gözəl fikirlər qeyd etmisiz, bəyəndiyinizə sevinim, sizədə təşəkkürlər give_ros
askom askom 4 April 2014 15:39 Cavab yaz

Bana gore insanin gencken kotu yola dusmemesi icin,ilk once cocuklugundan anne ve baba terbiyyesi almali,korkusu olmali.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика