Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Sirkə deyilən yumurtaları görmək bitin özünü görməkdən daha asandır və ümumiyyətlə boyuna yaxın, qulaqların arxasında və başın arxasında saç tellərinə yapışmış halda olurlar. Sirkə kir və ya kəpək kimi yumaqla təmizlənmir. Əvvəl bit əleyhinə hər hansısa bir dərmanla öldürülməli, sonra bu məqsəd üçün hazırlanmış dərmanın içində olan xüsusi daraqla saçdan təmizlənməlidir.
Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanları üstündə yaşaya bilməz. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər.
Necə yayılır?
Bitlənmənin natəmizliklə heç bir əlaqəsi yoxdur, əslində bit təmiz, sağlam saçı çirkli saçdan çox sevir. Yaşlı, ya da uşaq - hamı bitlənə bilər. Ən məşhur əlaməti başın və boyunun şiddətlə qaşınmasıdır. Saç biti keçicidir. Daraq, şarf, yastıq, papaq və tüklü oyuncaqlar kimi paylaşılan fərdi əşyalar ilə yayılır. Təkrarlanan epidemiya riskini azaltmaq üçün bu əşyaları heç kimsəylə bölüşməyin.
Bitləndiyimizi necə bilərik?
Bitlənməyi göstərən ilk işarə baş dərisinin tez-tez qaşınmasıdır. Biti aşkar etmək və yayılmasına mane olmaq məqsədilə boynun arxa qismindəki və qulaq arxasındakı saçlar diqqətlə yoxlanılmalıdır. Bitlər işıqdan qaçdıqları üçün yalnız saç tükünə yapışmış kiçik ağımtıl oval yumurtaları (sirkəni) görə bilərsiniz.
Bit əleyhinə ideal müalicə necə olmalıdır?
- Tək dəfə ilə tez müddətdə təsir göstərməlidir.
- Gözəl qoxulu, saçları dolaşdırmayan, daramağı çətinləşdirməyən, ətrafa səpilməyən rəngli saçlarda problem yaratmayan xüsusiyyətlərə sahib olmalıdır.
- Bitlərin saça yenidən qayıtmasına mane olmalıdır.
- Yalnız bitləri deyil, sirkələri də yox etməlidir.
- İstifadəçi tərəfindən yaxşı qəbul edilməli, əks təsirləri olmamalıdır.
- İstifadəçiyə toksiki təsiri olmamalıdır.
Bu günə qədər bir çox yoldan istifadə edərək insanlar bitlə mübarizə etməyə cəhd göstərmişlər. Pis iyli qaz və zəhərli maddələri özündə cəmləyən dərmanlar bunlardan bəziləridir. Daha çox uşaqlarda rast gəlindiyi üçün müalicənin uşaqlar üçün güvənli, yüksək nisbətdə təsirli, yalnız bitləri deyil, yumurtalarını da öldürən bit əleyhinə dərmanla edilməsi lazımdır.
Halbuki, indiki vaxtda artıq bu sahədə istifadə edilən maddə və dərmanlarda böyük inkişaf dövrü keçirib, hətta qoruyucu təsirli permetrin faktor maddəsi tərkibli dərmanlar hazırlanmışdır. Saç biti müalicəsində həm bitləri, həm də yumurtaları məhv etmək və təkrar qayıtmasının qabağını almaq lazımdır. Apteklərdə müxtəlif formalarda bir çox bit öldürən dərmanlar var - şampun, saç kremi kimi. Lakin bunlar hamısı bit müalicəsində istədiyiniz effekti göstərməz!
Bit əleyhinə müalicədə istifadə edilən müxtəlif maddələr bunlardır:
Gamma Benzen Hekzaklotid - Bitin sinir sistemini iflic edərək təsir göstərir. Ölkəmizdə qadağan edilib.
Benzyl Benzoat - Dəri və selikli qişaya təsir etdiyi üçün bit müalicəsində çox istifadə edilmir.
Fenotrin (Sumitrin) - İşıqda üstünlüyünü qoruya bilməz. Tətbiqdən sonra günəş işıqı altında fəaliyətini itirir. Bu səbəblə qalıcı təsiri yoxdur.
Piretroidlər 1.Jenerasiya - Xrizantem çiçəyinin böcək öldürücü təsiri qədim zamanlarda hiss edilmişdi. Köhnə Yuqoslaviya torpaqları üzərində olan Dalmatiandakı bir xalq hekayəsinə görə, yaşlı bir qadın ağ çobanyastığı çiçəklərinə oxşayan bir çiçək yığır. Çiçək solanda bir küncə atır, daha sonra dönüb baxanda solmuş çiçəklərin ətrafında ölü böcəkləri görür. Bu çiçək növünün böcəklər üzərində öldürücü təsiri bu şəkildə hiss olunur. 1800-ci illərdən başlayaraq quru çiçəklər böcək öldürücü kimi ABŞ-da ixrac edilir. 1900-cü illərdə piretroid adlandırılan bu maddənin bit əleyhinə müalicədə istifadəsində işıqdan kor olma problemi əmələ yaratmışdı.
Permetrin eyni zamanda bit əleyhinə müalicədə ən az 2-6 həftəyə qədər qoruyucu təsirə də malikdir. İndiki vaxtda permetrin qoruyucu xüsusiyyəti, istifadəsinin asanlığı, əks təsirlərinin az olması və etibarlı olması səbəbiylə ən çox seçilən dərmanlardandır.
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR