Əgər ağcaqanad boyda düşüncə və təfəkkürümüz olsa, məkan və zamana sığmayan qəlbimiz olar. İrad tuta bilərsiz ki, mövzu qəhətliyidir məgər? Bu nə mövzudur belə? Sadəcə olaraq, məsələyə hər zaman ağcaqanadlara qarşı olan fikirlərlərdən tamam fərqli bir fikirlə yanaşmaq istəyərdim. Bu dünya bizə zahirlə kifayətlənməməyi öyrətməkdədir. Lakin biz lazım olan dərsləri götürə bilmirik. Elə təsadüf deyib, üstündən keçirik. İnsan hər şeyi hikmət və səbəblərə görə tanıdıqda onun daxili aləmi daha da rəngarəng olur. Daha da inkişaf edərək, qəlb dairəsinin sahəsini genişlətməyə çalışır. Bu kiçik məkan ona sığmır ki, sığmır.
Ağcaqanad məsələsinə gəldikdə isə... Bir çox insanlar ağcaqanad kimidir. Qanına teşnədir. Onu yalnız sənin qanın maraqlandırır. Sənin kimliyinlə heç işləri yoxdur. Şah, vəzir, fəhlə, fahişə, mərd, vətənpərvər, biqeyrət və s. olmağından asılı olmayaraq qana susamış ağcaqanadlar üçün sən sadəcə gözəl bir nemətsən. Ağcaqanad ona qarşı qurulmuş tuzaqları önəmsəmir. Tutduğu məqsədinə çatmaq üçün ölümə belə gedir. Əgər qolunu mühafizə etsən, ayağına daraşacaq. Hətta bütün bədənini bürüsən belə, nəfəs almaq üçün sənə üzünün bir miqdarının açıq qalması gərəkdir. O bunu duyur, bunu hiss edir və imkan tapdıqca, qənimət əldə etmək naminə ora da hücum edir.
Ağcaqanadların dişiləri əsasən qan sovurucusudur. Bəzən nəsil çoxalmasının təmin olunması üçün dişi ağcaqanadın qana ehtiyacı vardır. Deməli, ağcaqanad nəfsinin istəklərinə uyğun bu yola əl atmayıb. Buna meyilli olması onun həyat proqramını nizamda saxlamaq üçündür. Düzdür, onların qanı sovurmazdan əvvəl buraxdıqları şirə qaşındırıcı, qızardıcı, hətta infeksiyaya yoluxucu ola bilər. Bu infeksiyanın yaradıcısı da insandır. İnsan özü öz əliylə yaratdığı antisanitariyanın qurbanına çevrilir. Təbiətin düzgün nizamını pozmağa cəhd edən insan, özü yaratdığı nızamsızlığın qurbanı olur bəzən. Ağcaqanad qida obyektini tərdə cəmləşən süd turşusunun vasitəsilə seçir. Ən çox kirli, tərli insanlar onun qurbangahına çevrilir. Normal hava şəraitində bədən temperaturu stabil olduqda, bədən təmiz olduqda ağcaqanadlar bəzən insana yaxınlaşmır.
Mistik cəhətdən fikir versək, bəzən ağcaqanadın insanı oyatma halları da var. İnsan dərindən düşündükdə, hansısa bir işinin təxirə salındığını, lakin ağcaqanadın onu sanki, oyadaraq yadına saldığının şahidi olur. Ağcaqanad nəinki insan, hətta başqa məxluqların qanı ilə qidalanır. Özündən dəfələrlə böyük, əcəlinin onun əlində olan qida obyektinə tərəf cəsarətlə hərəkət edir. Ölsə də, axmaqlıq və ya təkəbbür ucbatından deyil, missiyası uğrunda həlak olunmuş sayılır.
Ağcaqanadların özünü mühafizə etmə, pusqu qurma, düzgün zamanı qiymətləndirmə cəhətləri də olur. Bu silsiləni daha da uzada bilərik. Lakin, kifayətlənmək lazımdır. Əgər biz ağcaqanadın həyatı barədə araşdırma aparsaq, adi sayıb, heç fikir vermədiyimiz bir çox şeyin həqiqətdə tamam başqa cür olduğunun şahidi olarıq. Hətta qəhqəhə də çəkərik ki, bu kiçik həşəratdan nəsə götürmək olar? Əlinlə bir silləyə məhv etdiyin həşəratdan? Lakin həyata başqa açıdan baxdıqda, kiçik və yığcam dünyamızdan daha geniş ərazilərə baxdıqda, baxış bucağımızı dəyişdikdə, elə xırda detalların şahidi oluruq ki, daha nə qələm bunu yaza bilir, nə də söz ifadə edə bilir.
Əgər ağcaqanad boyda düşüncə və təfəkkürümüz olsa, məkan və zamana sığmayan qəlbimiz olar. "Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir." (2;26) Fərid Abdullah
XƏBƏR LENTİ
Toy çantaları
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Nazirlik məktəblinin “ağır yükü”nə çarə tapdı
Göbələk içlikli lavaş(foto resept)
Göz linzaları kor edə bilər
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Yutub fenomeni rəzil oldu - FOTO
Botoks təsirli təbii maskalar
Zeze__cards - 2
Cüt səyahətin maraqlı tərəfi
"Uçan boşqab"ı çəkdi
Evdə boş yerləri dəyərləndirin
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Yasəmən gülü və faydaları
Ev dekorasiyası haqda fikirlər
Hikmətli sözlər
Gələn həftədən Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanacaq
Nəyə görə barmaqlarımız şaqqıldayır?
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Məşhur futbolçunun FOTOsu QALMAQAL yaratdı
Roma barədə şok xəbər
Monika Belluçi yeni imicdə heyran etdi-FOTO
"Yeşilçam" ulduzu yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Hərbçilərimiz Ağdamda minaya düşdü: Həlak olan var - RƏSMİ
Xocalı dünyanın ən böyük məscidlərindən birində
Ağ-qara illüstrasiyalar
Limonlu kakaolu keks (foto resept)
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Gözəllik içkiləri
Kremli çörək
"Telegram"ın işində qüsurlar yarandı - Azərbaycanda
Neqativ düşüncənin orqanizmə təsiri
İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır
Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi
Fendidən romantik ayaqqabı və çantalar(2010)
Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz
Maska taxarkən yol verilən 5 səhv
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Ramazan ayının 19-cu gününün imsak və iftar vaxtları
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
Çimərlik çantaları
Xəzərdə zəlzələ oldu
Dərini 10 yaş cavanlaşdıran üsul
Öz səsimizi niyə bəyənmirik?
İrem Derici artıq çəkilərini belə gizlətdi-FOTO
Kimə inanaq?
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
- ŞƏRHLƏR