Giriş
Bağla

"Supermen" olmaq istəyirsiniz?

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

 

"Supermen" olmaq istəyirsiniz?

 

Hamı istəyir ki, mükəmməl insan olsun. Hamı onu sevsin, ona dəyər versin, ona hörmət etsin. Necə deyərlər "Supermen" kimi birisi olmaq istəyir hamı. Heç səhv etməsin, səhvi olanda belə hamı ona güzəştə getsin... Bunlar gözəldir... Bir insanın bunları istəməsi də ən təbii haldır. Bunun üçün bir qızıl qaydanı həmişə yadda saxlamaq lazımdır: "Sevilmək və dəyər görmək istəyiriksə, seviləsi və dəyər veriləsi biri olmalıyıq!". Yalnız öz mənfəətini düşünməklə, başqalarının narahatlığı naminə belə olsa özünə rahatlıq əldə etməyə çalışmaqla, ətrafdakı hər kəsin yalnız pis xüsusiyyətlərini görməklə, insanlar arasında açıb ifşa etməklə, hər bir problem qarşısında anlayışsızlıq göstərməklə səni heç  kəs sevməz və dəyərləndirməz... Səni adam yerinə belə qoymazlar. Düz də edirlər. Belə bir insan modeli kimə və ya hansı cəmiyyətə lazımdır? Heç kəsə... Heç kimə... Bəziləri sayılıb, seçilmək üçün olmazın yollara əl atırlar. Özünü Polat Alemdara oxşatmağa çalışanlar kim, tanışlarının danışıqlarında səhv tutub camaat içində onu ona bildirib özünü ağıllı göstərməyə çalışanlar kim, yolda Terminator kimi gəzənlər kim, xoruz kimi qollarını yana açıb özünü göstərənlər kim və daha kimlər, kimlər, kimlər... Zavallılar heç fərqində belə deyillər ki, belə etməklə nəinki sevgi və hörmət qazanırlar, əksinə cəmiyyət içində dəyərsiz və mənasız bir ət yığını olaraq görülürlər. Bəziləri isə özlərində seviləsi və dəyər veriləsi heç bir xüsusiyyətin olmadığını çox gözəl bilir və mədəti Facebook, Twitter, İnstagram kimi sosial şəbəkələrdən umurlar. Yazdıqları yekəxana statuslarla, saxta və süni şəkillərlə öz eqolarını doyurmağa çalışırlar. Öz aləmlərində bir anlığa özlərini belə aldadırlar və o saxta kimliyin həqiqətən də onlarda olduğunu zənn edirlər... Belələrinə aqressiv də olsa bir söz demək istəyirəm: "Puah! Sizə fikir verərlər!" smile İnanın, sizi heç kəs vecinə almır. Nə həmcinsləriniz, nə də əks cinsin nümayəndələri... Bu kimi üsullarla əsla sevilə və dəyər görə bilməzsiniz. Dəyərsiz və lazımsız biri olaraq görüldüyünüz bir cəmiyyətdə isə heç vaxt xoşbəxt ola bilməzsiniz. Bax, qaqa, sənə üzümü tuturam, qəlyanda tüstünü üfürən yerdə şəkil çəkib paylaşmaqla səni heç kəz "zor oğlan" kimi tanımayacaq! Blackberry, Kent-8, maşının açarları, alışqan və bıçağın birgə şəklini çəkib paylaşmaqla heç bir qız "Oy da bu imkanlıdır, mən bununla əlaqə yaradım" deməyəcək, arxayın ol... Trenajora gedib ştanq qaldıran yerdə şəklini paylaşmaqla heç kəs səndən qorxub sənə hörmət etməyəcək... 

 

"Supermen" olmaq istəyirsiniz?

 

Xoşbəxt olmaq üçün qızıl qaydaları sizə açıqlayıram:

1) Maddi durumunuzu, ətrafınızdakıların sizə münasibətini, heç vaxt başqalarınkılarla müqayisə etməyin, Allahın verdikləri ilə qane olub, yalnız Allahı razı salacaq şəkildə yaşamağa çalışın...Allah bir qulunu sevsə, onu başqa insanlara da sevdirər. Bunu Peyğəmbər Əfəndimiz buyurub, haqq olduğuna əmin olun!

2) İnsanların yox, Allahın razı olacağı şəkildə davranın, o zaman özünüzü minlərlə zövqə əsasən minlərlə cildə girərək yox, yalnızca tək olan Allahın istədiyi şəkilə girərək yaşamış hiss edəcəksiniz və bu sizə əcaib bir rahatlıq verəcək.

3) Bunları etdiyiniz andan etibarən Allah dəyərinizi və sizə olan sevgini, sayğını artıracaq... O zaman buğda kimi bar verdikcə başınızı aşağı dikin, sizə hər nemət kimi sevgi və hörməti də verənin Allah olduğunu unutmayıb Ona şükr edin.

4) Hər zaman özünüzü haqlı çıxarmağa çalışmayın, səmimi olun, günahı ilk olaraq özünüzdə axtarın. Ətrafı dəyişməzdən əvvəl ilk olaraq özünüzü dəyişməyə başlayın, haqlı olmağa yox, xoşbəxt olmağa niyyətlənin. Özünüzə və ətrafınızdakılara hörmət edin, onların da mənfəətlərini düşünün ...

Və buyurun, artıq xoşbəxtsiniz.smile Özünüzü indi "Supermen" hesab edə bilərsiniz inşaAllah.



Şərhlər (10)

700=700 700=700 17 April 2014 17:17 Cavab yaz

Maraqli movzudu...
Aytac M-ca Aytac M-ca 28 March 2014 08:26 Cavab yaz

Cox gozel yazmisiz movzuya gore tesekkurler.
Yusif.N Yusif.N 22 March 2014 22:08 Cavab yaz

Hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı xoş gördük :)
rana969 rana969 22 March 2014 19:22 Cavab yaz

İlk xəbərinizdir təbriklər davamlı olsun. give_ros "Superman" yox "superwoman" olmaq istiyərdim biggrin
subay xanimlar subay xanimlar 21 March 2014 17:12 Cavab yaz

Marqali movzu secmisiniz oxuyub bir mena cixartmaqa deyermiw
Flaminqo Flaminqo 21 March 2014 15:52 Cavab yaz

Onsuzda meni heyatimda olan insanlar cox sevir
qeribe qeribe 21 March 2014 13:01 Cavab yaz

İlk xəbərinizə görə təbriklər.

Gözəl mövzu seçmisiz.Davamlı olsun.
ruzigar ruzigar 21 March 2014 11:11 Cavab yaz

Sevilmək və dəyər görmək istəyiriksə, seviləsi və dəyər veriləsi biri olmalıyıq!".
Həqiqətən də belədir.Bundan əlavə insan nə qədər sadə olsa bir o qədər onun xeyrinədir.Amma görürsən bəzi hallarda insanın ürəyiyumşaqlığından,sadəlövlüyündən sui istifadə edirlər.
İlk xəbərinizlə sizi təbrik edirəm.Gözəl mövzu seçmisiz.Davamlı olsun.
Ceylan Mumoglu Ceylan Mumoglu 21 March 2014 10:45 Cavab yaz

Yusif Nebiyev,
Saytımıza xoş gəlmisiniz. İlk xəbərinizə görə təbriklər.
nura_nen nura_nen 21 March 2014 08:10 Cavab yaz

Cox gozel movzudur.menim en yarali movzumdur.hec ozunden razi insanlari beyenmirem. negative cox gozel qeydler etmisiz. good movzuya gore tesekkurler. give_ros

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика