Giriş
Bağla

Nə istədiyini bilirsənmi?

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Nə istədiyini bilirsənmi?
Nə istədiyini bilməməkdən çətin heç nə yoxdur. Nə istədiyinizi bilməyərək, ömrünüzü bir stol arxasında oturub, qarışqa ömrü keçirə bilirik, nə istədiyimizi bilmədən qəlblər qırırırıq, öz qəlbimizi qırırıq, nə istədiyimizi bilmədən yaşamırıq, sadəcə mövcud oluruq. Və bu yaşla bağlı bir şey də deyil. İstəklərin müəyyənləşdirilməsi prosesi 50 yaşa kimi də davam edə bilər, nadir hallarda isə çox erkən də bitə bilər.
Bir məsələ də var ki, adətən təcrübəsizlik insana əminlik gətirmir. 14-18 yaşımızda nə istədiyimizi dəqiq bildiyimizi düşünə bilərik, amma yaş ötdükcə, 20-30 yaş arası artıq şübhələr başlayır, yenə çaşa, itə bilirik. Həyat düşündüyümüzdən də çətin və acılarla doludur. İstəklərimizi bilmədən düzgün yaşam tərzimiz də olmayacaq, həyatımız da. “Axı bu, mən idim ki, məntiqimlə hərəkət edirdim”, “Axı mən əmin idim ki, bu seçimim doğrudur!”, “Bəs niyə indi xoşbəxt deyiləm? Niyə?!”
Nə istədiyini bilirsənmi?
Bu suallar illər ötdükcə artır. Biz başa düşürük ki, əminliyimizi təmin edən şey təcrübəsizliyimiz olub. İllər keçdikcə təcrübəmiz də artır, ağlımız da. Amma bu ağıl və təcrübələrdən düzgün istifadə etməsək, o zaman onların bizə nə faydası olacaq?! Təbii ki, aramızda özünə bu sualları verməyib, xoşbəxt olan və ya xoşbəxtliyi naminə çox düşünməməyi seçənlər də var. Öz seçimlərimizdir – axmaqlıq və kor-koranə xoşbəxtlik də bir seçimdir. Amma ayıq-sayıq bədbəxt olmaq daha vicdanlı və şərəfli seçimdir. Ayıq-sayıq xoşbəxt olmaq isə çox çətin bir şeydir, bunun üçün özümüzü dərk etməliyik. Özümüz isə dərya kimiyik, baş vurduqca içimizə, daha da dərinliyə gedirik və dərinliyə getdikcə də xoşbəxt olma ehtimalımızı azaldır, amma sıradan insan olmamaq ehtimalımızı çoxaldırıq. İndi seçin, hansı sizə daha uyğundur. Bu seçimdə nə istədiyinizi bilməyinizdən asılıdır.
Nə istədiyini bilirsənmi?
Bu istəyi müəyyənləşdirənədək isə çox şey itiririk – böyük hisslər, xırda dostluqlar, kiçik insanlar, unudulmaz insanlar, depressiyalar, sevinclər, ağrılar, göz yaşları... Amma nəticədə mükafat böyükdür: özünüzü tanıyacaqsınız. Əvvəl-axır özünüzü kəşf edəcəksiniz. Və nə qədər çox axtarsanız, bir o qədər tez özünüzü taparsınız. Bəlkə də oturduğunuz yerdə yox, tam başqa yerdəsiniz. Bəlkə də baxdığınız gözdə yox, tam başqa gözlərdəsiniz. Bəlkə də heç vaxt sevməyəcəyinizi düşündüyünüz insansınız indi… "Bəlkə"lər çoxdur...
Sizə bir sualım var. Həqiqətən nə istədiyinizi bilirsinizmi? Nəyi istədiyinizdən əminsinizmi? Əminsinizsə, əldən verməyin. Əmin deyilsinizsə, özünüzü axtarın. Axştarışda olun. Mən də axtarıram…


Şərhlər (21)

Ro-Xe-Sa Ro-Xe-Sa 16 December 2014 02:38 Cavab yaz

Yaxsi movzuya toxunmusan. Bu xeberi oxudum yadima hind filmi "3 yaramaz " kinosu dusdu, 3 dostdan gedir kino, 3 de kollecde telebedirler amma onlardan biri basa edusurki neyatdan ne isteyir ve dostlarinida buna sovq edirki is tek oxumaqda deyil, isteyrek oxumaqdadir.Heyatin menasi diplom yada valideyinlerin tesirinden ibaret olmur
Deniz84 Deniz84 5 December 2014 15:04 Cavab yaz

Bu həyatda nə istədiyini bilməyən insan heç nəyə də nail ola bilməz. Gərək məqsədin, arzuların olsun. və məqsəd üçün daim çalışasan. Bax bu zaman həyat daha maraqı olur.
lemaskam lemaskam 13 August 2014 12:34 Cavab yaz

Tesekkurler.
700=700 700=700 18 April 2014 13:31 Cavab yaz

Tewekkur maraqlidir.
ulka-894 ulka-894 9 April 2014 00:07 Cavab yaz

Men bilirem ki,istidiyim yerde deyilem,dunyaya istidiyim gozle baxmiram,amma eksini de etmeye madii ve menevi imkanim yoxdur,men icimde bilirem ki,evde oturmaq ucun dogulmamisam,ev islerinin ohtesinden pis gelmesem de hemise ozumu cemiyyet icinde gorurem,o qeder ideyalarim =,maraqli fikirlerim var ki,herden onlardan bezilerini kiminse yaratdigini gorende dusunurem ki,men de catacam ki, arzularima! girl_ang heqiqi xosbet olmaq istiyirem,bunu tekce qadin xosbetliyi ile yox cemiyyetde de ozumu xosbet hiss etmek istyirem
Lale_LR Lale_LR 1 April 2014 18:53 Cavab yaz

Nə istədiyini bilməməkdən çətin heç nə yoxdur. Nə istədiyinizi bilməyərək, ömrünüzü bir stol arxasında oturub, qarışqa ömrü keçirə bilirik, nə istədiyimizi bilmədən qəlblər qırırırıq, öz qəlbimizi qırırıq, nə istədiyimizi bilmədən yaşamırıq, sadəcə mövcud oluruq. Və bu yaşla bağlı bir şey də deyil. İstəklərin müəyyənləşdirilməsi prosesi 50 yaşa kimi də davam edə bilər, nadir hallarda isə çox erkən də bitə bilər.
Yaxşı qurtarmışam ki,mən 30 yaşımda nə istədiyimi bilmişəm girl_ang Min şükür!
Sizə bir sualım var. Həqiqətən nə istədiyinizi bilirsinizmi? Nəyi istədiyinizdən əminsinizmi? Əminsinizsə, əldən verməyin. Əmin deyilsinizsə, özünüzü axtarın. Axştarışda olun. Mən də axtarıram…

Canbacı,sənə və bütün axtarışda olanlar uğurlar.Amma cavab çox uzaqda deyilki, əslində burnumuzun dibindədir, sadəcə görmürük. İnsanın yaradılış səbəbi- Allaha qul olmaq (Zəriyyət 56)Məqsədimiz bu olmalıdır.
Aytac M-ca Aytac M-ca 28 March 2014 08:19 Cavab yaz

Mende beze ne istediyimi bilmirem tesekkurler.
lovable_madam lovable_madam 25 March 2014 17:41 Cavab yaz

Mən nə istədiyimi çox yaxşı bilirəm və hər zamanda nəsə istəmirəmki versin,sadəcə istəyirəmki mənə nəvaxtsa verilən bir şeyi əlimdən almasın.Ən çox vaxt istədiyimdə xoşbəxtliyimdi,həmşə tanrımdan xoşbəxtliyimi almamasını istəmişəm,mənə ən lazım olan ailəmdi,xoşbəxt olmağımında səbəbkarları onlardı.Onlar üçün yaşayıram.Bacıcan təşəkkürlər əla mövzuya toxunmusan,əllərin dərd görməsin

Allah xoşbəxt eləsin sizi, Aytac. İnsan öz xoşbəxtliyini yanında görməlidir, görməyi bacarmalıdır.

Tewekkurler maraqli ve duwundurucu xeberdi

meslehetiniz ucun tewekkur canim


Buyurun, siz də sağ olun. dance1

Mən də axtarırdım vaxtı ilə , bilmirəm deyəsən tapmışam ona görə daha axtarmıram buraxışam zamanın ixtiyarına


Zaman bizə hər şeyi başa düşməkdə özü kömək edir. love



Bu bəlkələr bizi yıxacaq salmaqdan canım....


Ona görə də tez-tez BƏLKƏ demək lazım deyil. biggrin

Istek qelbden gelir duwunce ise agildan ona gore de duwunceli istekler daha gozeldir ve hamiya heyata kecire bilecek istekler arzulayiram

Çox gözəl qeyd etmisən, tamamilə razıyam dance1 give_ros

Mən əmin idim ki, bu seçimim
doğrudur!”, “Bəs niyə indi xoşbəxt deyiləm?
Niyə?!”
Ne istədiyimi deqiq bilirem amma mumkunsuzdu ve hec vaxtda real olmuyacaq

Reallaşmayan, yerinə yetməyən hər bir arzuda bir xeyir var, həmişə deyirəm, belə düşünürəm mən və şükür edirəm hər günümə. winked

Təşəkkürlər Madonitam düşündürücü xəbər üçün

Maraqli xeberdi tesekkurler

Siz də sağ olun. dance1

Nə istədimi bilirəm.Amma yenə axtarışdayam.Gündən günə istəyib artır.

Lap yaxşı, uğurlar sizə.

Cox maraqli ve dusundurucu xeberdi Bezen olurki mende ne istediyimi bilmirem .Ama ALLAHA sukurler olsunki hemise mene duz yolu gorseden bir aile verib ve bu mene cox komek olur.Maraqli movzu ucun saqolun

Çox gözəl, həmişə xoşbəxt olun, Amin. girl_ang
girl_2012aylinkha girl_2012aylinkha 23 March 2014 10:52 Cavab yaz

Maraqli xeberdi tesekkurler
rana969 rana969 22 March 2014 19:20 Cavab yaz

Heç bilirəmki nə istəyirəm dash Təşəkkürlər Madonitam düşündürücü xəbər üçün. air_kiss
girl-2014 ayka girl-2014 ayka 22 March 2014 17:50 Cavab yaz

Cox maraqli ve dusundurucu xeberdi scratch_ Bezen olurki mende ne istediyimi bilmirem unknown .Ama ALLAHA sukurler olsunki hemise mene duz yolu gorseden bir aile verib ve bu mene cox komek olur.Maraqli movzu ucun saqolun give_ros
Ellada84 Ellada84 21 March 2014 23:17 Cavab yaz

Nə istədimi bilirəm.Amma yenə axtarışdayam.Gündən günə istəyib artır. girl_ten
nrnr nrnr 21 March 2014 10:17 Cavab yaz

Mən əmin idim ki, bu seçimim
doğrudur!”, “Bəs niyə indi xoşbəxt deyiləm?
Niyə?!”
Ne istediyimi deqiq bilirem amma mumkunsuzdu ve hec vaxtda real olmuyacaq .Tesekkurler maraqli ve dusundurucu movzudu.
ruzigar ruzigar 21 March 2014 10:16 Cavab yaz

Maraqlı mövzudur.Mənim də hərdən bəlkələrim olub,nə istədiyimi də bilmiədiyim vaxtlarım olub.Amma bircə onu bilirəm ki,hər şey insanın özündən asılıdır,sidq ürəklə istəsə ALLAH da bəndəsini əliboş buraxmaz.
remis1977 remis1977 21 March 2014 00:02 Cavab yaz

AXTARAN TAPAR DEYİLLƏR. MƏN YORULDUM AXARMAQDAN.MARAQLI MÖVZUDU TƏŞƏKKÜRLƏR give_ros
sahil_13 sahil_13 20 March 2014 23:43 Cavab yaz

Canim Madamcim hemiweki kimi bu defede xeberin insani ic dunyasi ile uz-uze qoyur sanki daxilindeki ikinci menle baw-bawa qalirsan ozde bu bayram gununde scratch_ Bezen ne isteditimi bileirem lakin isteylerime guc gelen faktorlar olur ve bunu da aileli iki uwaq anasi ucun adi bir haldir Fikirlewirem ki qadin ya kiwi ferqi yoxdur eger isteyler cercive daxilinde olursa bu isteylere dogru getmek mutleqdir Lakin bezi endazeden kenar istekler olduqda agil o isteklere qalib gelirse bu cure agil sahibi olmaq ozu bir wansdir Istek qelbden gelir duwunce ise agildan ona gore de duwunceli istekler daha gozeldir ve hamiya heyata kecire bilecek istekler arzulayiram bye
aytac.mammedova.1 aytac.mammedova.1 20 March 2014 23:32 Cavab yaz

Mən nə istədiyimi çox yaxşı bilirəm və hər zamanda nəsə istəmirəmki versin,sadəcə istəyirəmki mənə nəvaxtsa verilən bir şeyi əlimdən almasın.Ən çox vaxt istədiyimdə xoşbəxtliyimdi,həmşə tanrımdan xoşbəxtliyimi almamasını istəmişəm,mənə ən lazım olan ailəmdi,xoşbəxt olmağımında səbəbkarları onlardı.Onlar üçün yaşayıram.Bacıcan təşəkkürlər əla mövzuya toxunmusan,əllərin dərd görməsin
minira72 minira72 20 March 2014 23:29 Cavab yaz

Bu bəlkələr bizi yıxacaq salmaqdan canım.... cray
Fatma Fatma 20 March 2014 23:12 Cavab yaz

Mən də axtarırdım vaxtı ilə , bilmirəm deyəsən tapmışam ona görə daha axtarmıram buraxışam zamanın ixtiyarına
teris7777 teris7777 20 March 2014 22:52 Cavab yaz

Arada olur ki ne istediyimi ozumde hec bilmirem amma meslehetiniz ucun tewekkur canim
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика