Giriş
Bağla

Acı təcrübələrdən dərs alaq

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Acı təcrübələrdən dərs alaq

Həyatınız eyni hadisələrin təkrarından ibarət ola bilər? Sevdiyiniz adamların hamısı məsuliyyətsizdir və münasibətləriniz hər zaman məyusluqla bitir? Dostlarınız - dost bildikləriniz həmişə sizi məyus edir və bunun yüzlərlə səbəbi var. Demək ki, siz də səhvlərinizdən lazımı qədər nəticə çıxarmırsınız. 

Nümünə üzərində təqdim etsək daha yaxşı olar. Tutaq ki, uşaqlıq, gənclik dövrünüzdə atanız ilə həll edə bilmədiyiniz, hətta fərqində olmadığınız problemlər yaşamısınız. O, çox sərt, kobud rəftarlarıyla sizi bezdirib. Əgər həmin münasibətlərdən düzgün nəticə çıxarmamısınızsa, həyat yoldaşınızla eyni problemləri yaşayacağınıza şübhə yoxdur. İlk vaxtlar belə olmasa da, sonradan hiss edəcəksiniz ki, sevdiyiniz şəxs atanıza "çevrilib" və sizə tənqidi yanaşır. Siz də  "Ay Allah, mən görəsən nə etdim ki, eyni şeyləri yaşayıram. Həyatım boyu bu kişilərdən çəkdiyim əziyyət nədir?!" deyəcəksiniz...
Acı təcrübələrdən dərs alaq
Məyusluq hissinizi müsbət enerjiyə döndərə bildiyiniz zaman həyatınız dəyişəcək. Eyni təcrübələri yaşamaqdan xilas olacaqsınız. Hətta, bir neçə xroniki xəstəliklərinizdən də. İnanmırsınız? Xroniki narahatlıqların çoxu tıxanmış enerjilərdən, həll edilməmiş problemlərdən qaynaqlanır. Məsələn, bir ailədə iki qız övlad varsa, hansının xasiyyəti ananın xasiyyətinə daha çox bənzəyirsə, həmin qız ananın tutulduğu xroniki xəstəliklərdən əziyyət çəkir. Və ya ona bənzər xroniki xəstəliklərə yoluxur. 
Hər bir xatirənizə dəyər verin. Hər dəfə "Bu hadisə mənim başıma niyə gəldi?" sualını tez-tez özünüzdən soruşmağı da unutmayın. Və inanın ki,  siz yaxşı olduğunuz müddət ərzində başınıza gələn hər hadisə sizi bir addım irəliyə aparır.
Sevgi ilə xoşbəxtliklə həyata köklənin. Acı təcrübələrdən nəticə çıxarın ki, təkrarlanmasınlar.
Acı təcrübələrdən dərs alaq
O, artıq xoşbəxt bir qadın idi, çünki sevgilisini olduğu kimi qəbul etməyə qərar vermişdi.
Əslində yerində dayana bilmirdi, amma dünən bütün günü evdə keçirdilər. Bir dəfə qəhvə və ərzaq almaq üçün marketə düşüb gəldilər. Sevgilisi bütün günü televiziya seyr edir, o isə uzun müddətdən sonra ilk dəfə yemək bişirdi. Axşam televiziyanın qarşısında saçlarını oxşayarkən yuxuya getmişdi. Çünki sevgilisi sənədli filmlər seyr edir, sənədli filmlər isə ona əks təsir göstərirdi.
Bu səhər kompüterin qarşısında nə yazacağını düşünərkən sevgilisi zəng etdi və günorta üçün bir planı olub-olmadığını soruşdu. Bir neçə saat əvvəl xüdahafizləşmələrinə baxmayaraq, təəccüblə "Xeyr, yoxdur" dedi. "Elə isə sənə suşi ala bilərəm?" dedi. Bir anlıq qulaqlarına inana bilmədi, "Doğrudan?" dedi.
Hər zamankı bacarıqsızlığı ilə restorana girərkən çətirini sevgilisinin gözünə ilişdirdi. O  da gözünü ovuşduraraq yalnız gülümsədi. Onunla bu günorta özəl bir şey danışmadılar, amma yedikləri ən gözəl yeməklərdən biri idi. Əslində suşini sevmirdi, amma "Sevgilim üçün çiy toyuq belə yeyərəm" deyənlərə nümünə üçün çiy balıq yedi.
Sevgilisi indi işləyir. Ondan qat-qat çox gəliri var, amma o, bunu dərd etmir. Bacarıqsızlığı, çox danışmağı, qəribə mövzularda köşə məqalələr yazmağı, hec cür itməyən qarın piyləri sevgilisinə heç təsir etmir. Bəli, yəqin onu olduğu kimi sevir.  Sevgilisi çox səssizdir, heç ona bənzəmir. Əsla kobud deyil, ona heç qarışmır, hökm etmir. Sevgilisi özü ilə barışıb, onun kimi təzadlarla yaşamır.
Acı təcrübələrdən dərs alaq
Bir gün onunla dalaşdılar. Ortaq heç bir nöqtələri olmadığına və bu əlaqənin davam etməsinin mənasız olduğuna qərar verdilər. Hətta ona səsini belə yüksəldib "Artıq ətrafındakıları dəyişdirməyə çalışmaqdan vaz keçib, həyatı və münasibətlərini bir az axarına buraxmağa səbəb axtarmırsan" dedikdən sonra qapını çırpıb getdikdə saatlarla ağlamış və onu bir daha görə bilməyəcəyini düşünmüşdü.
Əslində soruşsanız, bu maraq və sevgi nə qədər davam edər? Sonsuza qədər qüsursuz münasibət qurmaq mümkündürmü? Qərarsızsınız? İnsan qəribədir. Bir gün elə hiss edir, bir gün belə.
Əslində zidd qütblər bir-birini çəkir və sevgi varsa, o münasibət heç vaxt sonlanmır. Bu yaxınlarda Amerika istehsalı olan bir filmdə insana çox təsir edən bir sual vardı. "Mütəmadi olaraq dalaşmırsınızsa, sevdiyiniz bir insanla münasibətiniz nə vaxt bitər?" Düzgün cavab:  Heç bir zaman. 


Şərhlər (12)

SS,, SS,, 16 January 2015 19:07 Cavab yaz

Aci tecrube insana ireli getmek ucun boyuk tecrubedir
gulnare humbatova gulnare humbatova 27 March 2014 03:00 Cavab yaz

Nese qariwiqdi fikirler...Tewekkurler...
Flaminqo Flaminqo 26 March 2014 17:27 Cavab yaz

Vallahi bir şey anlamadim ki oxudum oxudum amma hecne başa duşmedim
Ryos Ryos 15 March 2014 15:56 Cavab yaz

Qusurlu ya qusursuz eyer iki insan arasinda sevgi hormet istek varsa onda o munasibetler qurduqu aile omrunun axirina kimi davam edecey ne olursa olsun.Maraqli idi..cox saqolun. teshakkur edirem give_ros
Aytac M-ca Aytac M-ca 12 March 2014 19:29 Cavab yaz

QArsiliqli hormet ve sevgi o, ebediyyete qeder davam eder. give_ros
2014 askim 2014 askim 11 March 2014 15:02 Cavab yaz

Maraqli idi yes tesekkurler
qeribe qeribe 11 March 2014 10:09 Cavab yaz

Maraqlı xəbər üçün təşəkkürlər give_ros
aishvarya rai aishvarya rai 9 March 2014 14:00 Cavab yaz

Ləman_,
AygulВ isgenderova,
Айшан,
Narın,


cox sag olun beyendiyinize sevindim
rana969 rana969 9 March 2014 13:49 Cavab yaz

Maraqlı xəbər üçün təşəkkürlər give_ros
nazima nazima 8 March 2014 06:15 Cavab yaz

Maraqli idi xebere gore cox saqolun.
AYKA_57 AYKA_57 8 March 2014 05:14 Cavab yaz

MARAQLI,MELUMATDI TESEKKUR
Leman(wirniyyatci) Leman(wirniyyatci) 7 March 2014 22:10 Cavab yaz

Cox sagol bacim yazan ellerin var olsun

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика