Giriş
Bağla

Daimi makiyajın incəlikləri

GÖZƏLLİK / Makiyaj

Daimi makiyajın incəlikləri
Daimi makiyaj (mikro-piqmentin tətbiq edilməsi) steril və tək istifadəlik iynənin köməyi ilə təbii və mineral tərkibli rənglərlə dərinin 2-ci qatına yerləşdirilir. İstifadə edilən daimi makiyaj bitki tərkibli olub, bütün sınaq testlərindən keçib, o cümlədən allergik təsirləri də sınanmışdır.  
Daimi makiyajın tətbiq edilməsi səbr və diqqət tələb edir. Ən vacibi isə gigiyenadır. Tətbiq ediləcək mərkəzin (gözəllik salonunun) bütün gigiyenik qaydalara uyğun olması  və bu sahədə sertifikatı olması çox vacibdir. Bu işi hər şəxsə etibar etmək olmaz.
Daimi makiyajın incəlikləri
Böyük şəhərlərdə bu işlə məşğul olan mərkəzlər çoxdur. Məhz bu baxımdan qeyd edilənləri unutmamalısınız. 
Şirişdilmiş qiymətə və kefiyyətsiz avadanlıqlara etibar etməyin. Daimi makiyajda təbii görüntü ala bilmək olduqca vacibdir. Daimi makiyaj ilə tatuaj qarışdırılmamalıdır.  Onların yalnız bir oxşar cəhətləri var ki, o da daim dəridə qalmalarıdır. Daimi makiyajdan üz dərisində ən çox istifadə edilən sahə qaşlardır.  Daimi qaşların tətbiqi digər qaş cizgilərindən fərqlənir. Onun sayəsində hər hansısa xəstəliyə görə qaşları tökülmüş birinə daimi qaş çəkmək mümkündür. Alçaq qaşlara sahib olan xanımlar qaşlarını qaldıra bilərlər. Seyrək qaşa sahib xanımlar isə daimi makiyaj sayəsində qaşlarını sıxlaşdıra bilərlər.
Daimi makiyajın incəlikləri
Daimi makiyajın üz dərisində ən çox istifadə edilən sahədən biri də dodaqlardır. Dodaq konturunun tətbiqi üçün hər hansı bir cərrahiyə əməliyyatına ehtiyac yoxdur. Əgər dodaqlarınızın olduğundan daha böyük və ya daha kiçik görünməyini istəyirsinizsə daimi makiyajdan yararlana bilərsiz.
Daimi makiyajın incəlikləri
Solmuş dodaqların daha canlı və təbii görünməsi üçün daimi makiyaja üz tuta bilərsiz. Dodaqlarınızda rəng boşluqları və ya hər hansısa ləkə varsa daimi makiyaj köməyinizə gələcək.  Daimi makiyaj sayəsində dodaq qələminə və dodaq boyasına qənaət etmiş olacaq və dodaqlarınız təbii rənginə qovuşacaqdır.


Şərhlər (35)

ELBA ELBA 30 January 2015 15:06 Cavab yaz

Yox masks faydalidir AMA buna risk etmeerem yenede tesekkurler
gunay36 gunay36 30 January 2015 14:52 Cavab yaz

Ela,tesekkurler xeber ucun.
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 5 January 2015 02:47 Cavab yaz

Super təşekkürler
Pervane01 Pervane01 5 January 2015 02:37 Cavab yaz

Makiyaj nə qədər sadə olarsa xanım bir o qədərdə gözəl görsənər.
Xanim_Xatun Xanim_Xatun 11 November 2014 16:31 Cavab yaz

Bəzən xanımlar iş yerinə gecə makiyaji halinda gəlirlər.yəni həddin artiq cox edirlər
Deniz84 Deniz84 7 November 2014 06:57 Cavab yaz

Amma qaşın tökülübsə və ətraf səni lağ obyektinə çeviribsə və sən buna görə kompleks yaşayırsansa, qaşın içinə sünidən seçilməyən makiyaja pis baxmıram, elətmək olar.

Razıyam belə olduqda olar.
gozel eliyeva gozel eliyeva 29 May 2014 14:20 Cavab yaz

Kosmetikadan cox istifade etmirem tesekkur biggrin
onurcuq onurcuq 8 April 2014 20:21 Cavab yaz

Men gundelik kosmetikadan istifade edirem.Istediyim kimi cekirem axsam da yuyuram.Daimi makyaj da yeqin ki tatuaj kimi rengi vaxt kecdikce solur.
bay_gril89 bay_gril89 30 March 2014 23:54 Cavab yaz

her kese tewekkurler... give_ros
aqaxan aqaxan 21 March 2014 13:23 Cavab yaz

Sukurler olsunki elebir prablemim yoxdur allah mene qawda verib dodaqda herwey yerindedi wukurler olsun sene yarebbim
Aytac M-ca Aytac M-ca 5 March 2014 14:56 Cavab yaz

XEBER UCUN COX SAGOLUN
ulka-894 ulka-894 2 March 2014 16:22 Cavab yaz

Ele de terefdari deyilem
bay_gril89 bay_gril89 28 February 2014 22:59 Cavab yaz

Hər kəsə təşəkkür edirə.
Ryos Ryos 28 February 2014 18:16 Cavab yaz

Heeeeeee ela ela..bir defe istedim gedim dodaqlarimi ele eletdirim kishimin bir doymediyi qaldi..ama men beyenireme..Qashimi tatuaj eletdirmishem 3 il once amma qashimin icine doydurmushem coxda hiss olunmur..Ehhhhhh qadinlar daha neler elemezki gozel olsunlar.Canim Zehram gozel xeberdi coxsaqol.. give_ros
QADIN.AZERI QADIN.AZERI 28 February 2014 14:52 Cavab yaz

Zehra xanim xebere gore tesekkurler,ancaq men suni gozelliyin eleyhineyem.Qadin her yasda gozeldi
asel asel 28 February 2014 13:38 Cavab yaz

Mən elətdirmirəm, elətdirənə uğurlar scratch_
rana969 rana969 28 February 2014 13:22 Cavab yaz

Xəbər üçün təşəkkürlər çox sağ olun Zəhra xanım maraqlı oldu give_ros
cute angel cute angel 28 February 2014 12:55 Cavab yaz

Xeber ucun tesekkurler ancaq tebi gozellik daha yaxsidir
2014 askim 2014 askim 28 February 2014 12:48 Cavab yaz

Men makiyajnan bir cur gozelem,makiyajsiz da basqa cur.Sukur Allaha bele seylere ehtiyacim yoxdu,gozel hele gozeldi makiyajla makiyajsiz onun bir ferqi yoxdu mence{ozumnen deyiremaaa} yahoo deyesen ozmu cox terifledim sarcasti tesekkurler kiss
AYKA_57 AYKA_57 28 February 2014 11:55 Cavab yaz

Maraqlidi tesekkur
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика