Giriş
Bağla

Qadının ehtiyacları

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Qadının ehtiyacları

Ehtiyaclar sonsuzdur. Bəşər cəmiyyəti mövcud olandan sanki ehtiyaclar da onunla bir doğulub - maddi və mənəvi ehtiyaclar... Bütün bu ehtiyacları birləşdirən ortaq cəhət var ki, o da insanın var olması üçün vacib amillərdir. Amma maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı üstələyəndə o zaman əsl insanlıqdan çıxırıq. Bəzi insanlar düşünür ki, maddiyyat olmadan mənəviyyatdan söhbət gedə bilməz. Bu, belə deyil.  

Qadının ehtiyacları

Məsələn, biz qadınlar bəzən bir kəlmə şirin sözü neçə-neçə qarın dolusu yeməkdən üstün tuturuq. Xoş təbəssümə ehtiyac duyuruq. Əks cinsin nümayəndəsinin düşüncələrini gözlərindən oxumaq istəyirik. Bildirməsini istəyirik bizə olan sevgisini... Bir dəstə çiçəklə və bəzən həyətdən dərilmiş bir ədəd qızılgüllə bütün qəbahətlərini bağışlamaq istəyirik... Özəl günləri xatırlamasını istəyirik... Onun üçün bütün işlərdən önəmli olduğumuzu bilmək üçün... Sevdiklərimizin diqqətinə ehtiyac duyuruq ...

Qadının ehtiyacları

Əynimizdəki paltara, makiyaja, ya da saçımıza diqqət yetirərək bizdəki dəyişikliyi görüb “Nə qəşəngsən” deməsini gözləyirik. Hərdən son dərəcə həssaslığına ehtiyac hiss edirik... Baxışlarımızdan dərd-qəmimizi, qəlbimizdə kök salan acı nisgilimizi anlamasını istəyirik. ”Sənin əlindən zəhər olsa içərəm” deyən dildən qarşısına qoyduğumuz yemək müqabilində “Çox dadlıdır, əllərinə sağlıq” sözünü eşitmək istəyirik bəlkə. Gündəlik işlərdən baş qaldırıb bir az da bizə zaman ayırmasına ehtiyac duyuruq. İlk görüş yeri, ya da evlilik təklifi etdiyi yerlərə səyahət, bəzən də o günləri elə-belə - sadəcə yada salmaq üçün vaxt ayırmaq... Bəzən bir kəlmə ilə dəyərli olduğumuzu hiss etdirmək üçün xəfif bir pıçıltı ilə ”Nə yaxşı ki, varsan” deməyini arzulayırıq.

Qadının ehtiyacları

”Qadın zərif məxluqdur” deyirlər. Zəif yox. Zərif yaradılanlar kimi onun da qayğı və diqqətə ehtiyacı var. Bu ehtiyaclar ödənilməyəndə qadın zərif bir gül kimi solur, ya da başını aşağı dikir. Özünü tənha və lazımsız hiss edir. Halbuki, bəşəriyyətdəki bütün xoş əməllərin başında qadın durur. Bütün gözəlliklər qadın əlində rahatlıq, dinclik tapır. Bəs onda nədən bu əməyin ehtiyacını lazımınca qiymələndirməyək? Yazdıqlarım əsla təmənna deyil, sadəcə, bir qadının ehtiyaclarıdır, dostlar...



Şərhlər (29)

gorl-2013 gorl-2013 20 June 2014 17:20 Cavab yaz

Xebere gore tesekkur
lovable_madam lovable_madam 25 March 2014 14:01 Cavab yaz

Şirin söz, diqqət, (hədiyyələr də daxil olmaqla) və qayğı - ən çox bunlara ehtiyacı var qadınların. fellow
moskow qadini moskow qadini 23 February 2014 16:01 Cavab yaz

Cox gozel xeberdir TESHEKKUR EDIREM.
gunes eliyeva gunes eliyeva 22 February 2014 13:57 Cavab yaz

bizdəki dəyişikliyi görüb “Nə qəşəngsən” deməsini gözləyirik

mencede beledi
Aytac M-ca Aytac M-ca 22 February 2014 13:50 Cavab yaz

Hamısıyla razıyam her bir qadının üreyinnen keçenleri yazmısız,
lara 2008 lara 2008 20 February 2014 20:58 Cavab yaz

Cox razıyam kaş hər kişi öz xanımına qiymət verməyi bacaraydı.
turkane.melikzadeh turkane.melikzadeh 20 February 2014 20:22 Cavab yaz

Duzdu bacilar
karat13 karat13 20 February 2014 16:40 Cavab yaz

Fikirləriniz üçün təşəkkürlər, dostlar.
bay_gril89 bay_gril89 20 February 2014 00:18 Cavab yaz

Allah haqqı,biz qadınların o qədər istəkləri varki,bitmir-bitmir tükənmir.
Weyla Weyla 19 February 2014 20:50 Cavab yaz

DIQQET-----her bir qadinin ehtiyac duydugu bir weydir.Wexsen men diqqeti cox xowlayiram.Heyat yoldawim terefden xususlie~!Amma ne etse de menim qeder diqqetli deyil.Ay bugun bunu geyindin,bugun sacin bele oldu,bunu etsen daha yaxwi olardi,bu paltar sene o birisinden yaxwi yarawir...(((((((,,,......... Amma cooooooooooox boyuk teessuf hissi ile bildirirem ki,menim yoldawimda bunlarin hec birisi yoxdur((((((...lap aglamagim geldi((((...
ayanka_1990 ayanka_1990 19 February 2014 18:49 Cavab yaz

Aayyy men de bir CAN sozune her seyi qurban vererem.yoldasimdan tek diqqet gozleyirem )))))))
turka 27 turka 27 19 February 2014 18:03 Cavab yaz

Biz qadinlar var yaaa???Dogru deyibler,"qadinin qulagi onun en boyuk dusmenidi".Bezen en nifret etdiyimiz insandan bele bir kelme xos soz esidende o deq.yumsaliriq no Neynek ALLAH biz zerif mexluqlari da bele yaradib unknown Tesekkurler ela xeber idi girl_ten i_am_so_
Aynur85 Aynur85 19 February 2014 16:32 Cavab yaz

Cox gozel xeberdi tesekkurler give_ros
Happiness lady Happiness lady 19 February 2014 14:31 Cavab yaz

QADINLAR ÜZÜM KİMİDİR
GÖSTƏRDİYİNİZ RƏFTARA GÖRƏ
YA BƏHMƏZ OLURLAR YADA SİRKƏ

GOZEL YAZMISIZ ELLERINIZE SAGLIQ give_ros
Meleyim090 Meleyim090 19 February 2014 12:19 Cavab yaz

Gözəl yazı üçün müəllifə sonsuz təşəkkürlər give_ros . Qadınlar çox şey istəmir sadəcə bir az qayğı istəyir, nəvaziş istəyir, sevildiyini bilmək istəyir blush
ruzigar ruzigar 19 February 2014 12:07 Cavab yaz

Çox gözəl xəbərdir bacım.Təşəkkür edirəm.Nədənsə kövrəldim.Hər fikri yerli-yerində elə düzgün qeyd etmisiniz ki artıq şərhə ehtiyac duymadım. give_ros
Nermin_N Nermin_N 19 February 2014 10:59 Cavab yaz

Tamamile raziyam, amma unutmayaq ki heyatda her sey qarsiliqlidi, seveceksenki sevileceksen,nevazis edib hos davranacaqsansa qarsiligini da goreceksen. Qaldi ki kisiler guclu mexluqlardi, qadinlar ise qorunmaga mehkumdurlar give_ros
emilo emilo 19 February 2014 09:48 Cavab yaz

Super super super.
efsane orucova3 efsane orucova3 19 February 2014 09:39 Cavab yaz

Hamisini dogru deyirsiniz qadinlar zerif mexluqdur give_ros give_ros give_ros
sehla 1990 sehla 1990 19 February 2014 08:43 Cavab yaz

Xeber cox gozeldi Her bir qadin sevilmek diqqet qaygi hormet isteyir Sukur Allaha ki men bunlarin hamisini yoldasimdan gorurem Allah her kese menim kimi aile nesib etsin
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика