Giriş
Bağla

"Yapı Kredi Bank Azərbaycan" "Ümid Yeri’" uşaq evini ziyarət etdi.

Bizimdir! / Təqdimat

“Yapı Kredi Bank Azərbaycan’’ “Ümid Yeri’’ uşaq evini ziyarət etdi.
Hər zaman sosial layihələrə dəstək olan  “Yapi Kredi Bank Azərbaycan’’ bu dəfə də 16 fevral 2014cü il tarixində Binə  qəsəbəsində fəaliyyət göstərən  kimsəsiz uşaqlara himayədarlıq edən “Ümid Yeri’’ uşaq evini ziyarət etdi. Uşaq evində 40-dan çox azyaşlı və məktəbli uşaqlar qalır.
Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyyət tərəfindən təşkil olunan intelektual və əyləncəli oyunlar uşaqların sevinc və həyəcanına səbəb oldu.  Daha sonra çoxlu sayda hədiyyələr uşaqlara paylanıldı.
Beləcə,bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.
Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir. 
“Yapi Kredi Bank Azərbaycan’’ belə tədbirləri 2014cü ildə mütəmadi olaraq keçirməyi planlaşdırır.



Şərhlər (5)

Deniz84 Deniz84 17 February 2014 23:28 Cavab yaz

Gözəl hərəkətdir. Allah razı olsun.)) Onlara işlərində daim uğurlar.
remis1977 remis1977 17 February 2014 17:33 Cavab yaz

YAXŞILIQ EDINLƏR UCA RƏBBİMİZ DARDA QOYMAZ
melek87 melek87 17 February 2014 16:31 Cavab yaz

Halaldan qazanılan puldan yetim uşaqlara yardım etməkdən gözəl nə ola bilər.Ban isə...
aysun2013 aysun2013 17 February 2014 16:25 Cavab yaz

Saqolsunlar allah razi olsun onlarda balalarimizi sevindiribler saqolsunlar girl_ang
feride-asadova feride-asadova 17 February 2014 16:17 Cavab yaz

“Yapi Kredi Bank Azərbaycan’’ belə tədbirləri 2014cü ildə mütəmadi olaraq keçirməyi planlaşdırır.
Könlü sinmiş uşaqları sevindirməkdən gözəl nə ola bilər həyatda....

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика