Giriş
Bağla

Yonca haqqında bilmədiklərimiz

SAĞLAMLIQ / Xalq təbabəti

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yoncanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Yonca haqqında bilmədiklərimiz

Yoncanın dünya florasının tərkibində 300-dən artıq növü yayılmışdır. Qafqazda 60, o cümlədən Azərbaycanda 43 növünə rast gəlmək olar. Yonca növlərinin əksəriyyəti qiymətli yem, dərman, boyaq, qida və bəzək bitkisi hesab edilir. 

Yonca haqqında bilmədiklərimiz

Ağ yonca – Ağ yoncanın yaşıl hissəsinin tərkibindən 21,7% selüloza, 0,25% saponin, kumestrol, tirfoliol, dafnoretin, umbelliferon, bikumal 3, 4, 7-triqidroksiflavon formononetin, bioxanin, daudzein, qenistein kversetin, izokversitrin, ononin, 7-qlükozid bioxanin, kampferol flavonoidləri, yarpaqlarından fruktoza, qlükoza, ksiloza, saxaroza, fruktozilffuktoza, ffuktozilqlikoza, rafmoza, maltoza karbohidratları, malin, yantar, fumar qliserin, alma, limon, üzvi turşular, C, P, karotin, 11,1-11,8% piyli yağ və s. maddələr toplanmışdır. Bitkinin preparatlarından Amerikada dolamada, sulu sarğı qoyulmasında, mazından kanseroqen əleyhinə, qadın

xəstəliklərində, kapilyar damarların möhkəmləndirilməsində, tonusun artırılmasında, ağrının kəsilməsində, zəhərlənmədə, orqanizmin müqavimətinin artırılmasında, cövhərindən yaraların sağalmasında, bronxial astmada, dəmləməsindən sidik yolları xəstəliklərində, soyuqdəymədə, bəlğəmgətirici kimi, baş gicəllənmələrində, hamaşçiçəyinin sulu – spirtli cövhərindən epilepsiya, qrija, vərəm, podaqra, zəhərlənmə əleyhinə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Almaniyada bu preparatlardan revmatizm və vəz şişlərində işlədilir.

Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir. Ağ yoncanın yaşıl hissələrindən və çiçəklərindən yeyinti sənayesində xlorofil və flavanoidlərlə zəngin olan yaşıl və sarı rəngli boyaqlar hazırlanır. 

Yonca haqqında bilmədiklərimiz

Çəmən yoncası – Çəmən yoncasının kök, yerüstü hissəsinin və çiçəklərinin tərkibindən pratenzein gempferol, formononetin, qenistein, qaidzein, bioxanin, kversetin, qeniskozin, rotindin, ononin, izoramnetin, izotrifolin, pektolinadin, pratol, trifolin, trifolitin, pratoletin flavonoidləri, peonidin, delfinidin, petunidin, malvidin antosianları, sitosterin, 10%-ə qədər saponin, C, B, E, K və karotin vitaminləri,

kumarin, nişasta, qlükoza, maltaza, izomaltoza, 18,6-24% həll olan şəkər, 8%-ə qədər aşı maddəsi, psevdokumoxinon, xinon, qlükozid, psevdokumoxinon, toluxnon, mum, 0,28% efir yağı, 6,8% lipid, və s. maddələr tapılmışdır. Amerika və İngiltərədə yoncanın cövhərindən dəridə əmələ gələn xərçəngin müalicəsində yeni sarğı halında istifadə edilir. Sulu-spirtli qarışığı bəd xassəli şişlərin inkişafının qarşısının alınmasında, kökündən hazırlanmış cövhəri qrija, soyuqdəymə, şiş əleyhinə, yerüstü hissəsindən alınan preparatlar baş ağrılarında, baş gicəllənməsində, antiseptik, raxit, bronxial astma, qanazlığında, qadın xəstəliklərində, şirəsi isə xanazır, ateroskleroz əleyhinə işlədilir, sinə və ödqovucu ətirli vannalar hazırlanır. Qaraçay-Çərkəz vilayətində çəmən yoncasının suluspirtli cövhərindən vərəm, qadın xəstəlikləri, qrija, Komi vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəstəliklərin müalicəsində istifadə edilir. 

Yonca haqqında bilmədiklərimiz

Bitki çiçəkləyən zaman başcıqlarını toplayır, xəstə adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış başcıqlarından şorbaların tərkibinə daxil edirlər. Cavan yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğranmış çuğundur, bişirilmiş yumurtanın tərkibinə əlavə edərək həvəslə yeyirlər. Yoncadan hazırlanmış salatların tərkibinə sirkə və yaxud xardal şirəsi əlavə edirlər. Qırğız xalqı bitkinin cavan yarpaqlarını toplayıb, qoyun quyruğundan hazırlanmış xörək və kabablara qatırlar. Yerli adamların dediyinə görə, ağır əməkdən sonra orqanizmi əvvəlki vəziyyətinə qaytarmaq üçün çəmən yoncası yarpağı əlavə edilmiş xörəklərdən istifadə olunur. Bundan başqa, onun yarpaq və başcığını toplayır, qurudulmuş və yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklərin  yanında süfrəyə verirlər.



Şərhlər (23)

rana969 rana969 16 February 2014 00:46 Cavab yaz

İlk dəfədir ki, yoncanı insanların yediyini öyrəndim shok bizdə bunu heyvana verdiklərini eşitmişəm ( görmüşəm desəm yalan olar) . blush Təşəkkürlər Xəyalə xanım ətraflı məlumat üçün give_ros
Deniz84 Deniz84 13 February 2014 13:48 Cavab yaz

Bu bitkini görmüşəm. Heyvanlar üçün ən ləzzətli və bahalı yem olduğunu bilirdim mocking Ancaq belə faydalarını bilmirdim. Təşəkkür Xəyalə.
Milana.M Milana.M 12 February 2014 10:56 Cavab yaz

Bizim kənddə bunu mala-heyvana verirdilər indi deyirsiz özümüz yeyək bajı

love Fatma xanım, deyirəm maraqlıdır heyvanlara nəyə görə veririk? Faydası olduğunu düşünməsək verməzdik. Demək hələ məlum olmayan çox faydası var. Araşdırmalar davam edir hi
Fatime baci Fatime baci 11 February 2014 22:10 Cavab yaz

Cox sag olun,melumatimiz oldu yonca haqda bir az da olsa.her yasil bitkinin bir xeyri var
girl2013nika girl2013nika 11 February 2014 21:44 Cavab yaz

Mal qara ona gore bele saglamdida.Bilirler ne yediyini tesekkurlerr xeber ucun
Fatma Fatma 11 February 2014 18:07 Cavab yaz

Bizim kənddə bunu mala-heyvana verirdilər indi deyirsiz özümüz yeyək bajı biggrin
hələ turşiya qoyulduğunu heç eşitməmişdim
qeribe qeribe 11 February 2014 16:06 Cavab yaz

Cox sag olun xanim,bu bitkiler haqda bilmediklerimizi burda oyrendik, tesekkur edirem. give_ros
Milana.M Milana.M 11 February 2014 15:46 Cavab yaz

Xəyalə xanım bizim institut Yoncanın bir necə sortunu yaradıblar. Tədqiqatçı alimllərimiz hələdə yoncanın üzərində tədqiqat aparırlar. Yonca bitkisis çox maraqlı bitkidi.

Məncə də çox maraqlı bitkidir. Yeniliklər aşkar edilər inşAllah
totuwun mamasi totuwun mamasi 11 February 2014 15:38 Cavab yaz

Yoncanin qida kimi qebulundan xebersiz idim tapib mudleq dadacamlol
tewekkurler xeyale xanim give_ros
bay_gril89 bay_gril89 11 February 2014 15:14 Cavab yaz

Çox sağolun bacı.
Aytac M-ca Aytac M-ca 11 February 2014 14:19 Cavab yaz

MARAQLIDIR YONCA RAYONDA HEYETLERDE BITIR, AMMA BELE SALATLARDA TURSUSUNU BILMIRDIM COX SAGOLUN XEYELE XANIM
Meleyim090 Meleyim090 11 February 2014 14:05 Cavab yaz

Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir.

İlk dəfədir ki, Yoncanın qida məqsədli istifadə edildiyini öyrəndim sayənizdə təşəkkürlər müəllifə give_ros
ceyla 2003,ceferova ceyla 2003,ceferova 11 February 2014 12:06 Cavab yaz

Sag ol xeyale sayende yonca haqda bilmediklerimizi bildik
feride-asadova feride-asadova 11 February 2014 11:50 Cavab yaz

Bu qədər faydalı olduğunu bilmirdim.
lolita.lolita. lolita.lolita. 11 February 2014 11:20 Cavab yaz

Xəyalə xanım bizim institut Yoncanın bir necə sortunu yaradıblar. Tədqiqatçı alimllərimiz hələdə yoncanın üzərində tədqiqat aparırlar. Yonca bitkisis çox maraqlı bitkidi.
menasiz dunya menasiz dunya 11 February 2014 11:11 Cavab yaz

Yoncadan yemek hazirlamaq bilirem,lakin tursusunu bilmirdim.Etrafli melumat ucun tesekkur
Yovshan Yovshan 11 February 2014 10:44 Cavab yaz

Maraqli mövzuya oxşayir , oxuyum məlumatlanim , lazim olar..)
Milana.M Milana.M 11 February 2014 10:26 Cavab yaz

SonayВ Quluzade,
Dəyməz Sonay, həqiqətən də gözəl mənzərəsi olur yoncanın amma kimyavi tərkibinə görə faydası görünüşündən də çoxdur.


AYSUNВ MEMMEDOVA,
MelekВ Babazade,
XediceВ ,
RəmziyyəВ Verdiyeva,
Buyurun xanımlar
remis1977 remis1977 11 February 2014 10:15 Cavab yaz

BİRİNCİ DƏFƏDİ Kİ YONCADAN YEMƏKDƏ TURŞUDA İSTİFADƏSİNİ EŞİDİRƏM SAДћOLUN.
lady first_1988 lady first_1988 11 February 2014 10:10 Cavab yaz

Tesekkurler maraqlıdı
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика