Hər gün yolda, iş yerində, televizorda, internetdə rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz donuq, mənasız, boş, hüzünlü və davakar üz ifadəsinin ardında sevgisizlik ruhu gizlənmişdir. Sevgisizlik əvvəl insanın qəlbində bir tənhalıq arzusu, hüzursuzluq, bikefliklə özünü göstərir, sonra da stress, depressiya, laqeydlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, aqressivliyə qədər gedib çatan bir xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bəziləri “inteligent”, çox bilmiş, lovğa-lovğa danışan, heç kimi bəyənməyən, heç kimi sevməyən, hər kəsə ağıl verən insanlardır. Belə düşünək: bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşlıq etdiyinə, bir insana hörmət göstərib, könül aldığına, gözəl sevgi cümlələri istifadə etməsinə rast gəlmək mümkün deyil. Ruhları təkəbbürdən, eqoizmdən bərkimişdir. Amma həmin insanlar qəzəbə, nifrətə, kinə gələndə özlərini bu hisslərə ən yüksək səviyyədə qapdırırlar. Onlar müdirindən, iş yoldaşlarından, qonşusundan, hətta yolda qarşılaşdığı adamlardan nifrət edirlər. Qohumları ilə küslü olurlar aylarca.
Demək olar ki, sevdikləri tək bir insan yoxdur, yəni özlərindən başqa. Hansı millətdən, hansı dildən, hansı irqdən və ya hansı düşüncədən olursa olsun, bir insanın zərər görməsinə, öldürülməsinə, fiziki və ya mənəvi əzab çəkməsinə sevinmək, "əcəb oldu" demək necə böyük vicdansızlıqdır. Qəlbsizlikdir! İnsan bir qarışqanı incitməyə çəkinməlidir. Dünyanı sevgisizlik dörd tərəfdən mühasirəyə alıb. Mən insanam deyən bir şəxs kiminsə dərdinə, əzabına sevinməz. Sosial şəbəkələr də belə insanların kin dolu şərhləri, paylaşımları ilə özlərini büruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən kimi sivri dilləri ilə hər kəsi incitməyə çalışırlar. Tək kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmırlar, dayanmadan insanları səmimiyyətsizcə acı-acı tənqid edirlər. Özləri cavabını tapa bilmədiyi sualla qarşılaşanda isə, acıqlarından demaqoqluğa baş vururlar. Tək bacardıqları şey sevgisizliyin, o bəlanın acısı ilə insanları incitməkdir. Amma Allah adətən sevgisizlikdən kömürləşmiş bu ruhla, bu çirkin əxlaqla etdiyi bütün hərəkətləri öz ayaqlarına dolaşdırır və ən çox inciyən yenə özləri olur. Çünki sevgisizlik elə bir şeydir ki, insanın ruhunu adətən bədəni sürətlə yayılıb məhv edən xərçəng xəstəliyi kimi məhv edir. İçdəki bu əzab və nifrətdən, qəzəbdən yanıb-qovrulma insanın üzündə zillət və nursuzluq şəklində əks olunur. Belə insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə dayana bilmir və bu çöküntüdən payını alır, sürətlə məhv olur.
Düzdür, az-çox hamımızda nifrət hissi, kin duyğusu, qəzəb ola bilər. Heç birimiz mükəmməl, qüsursuz deyilik çünki. Qarşımızdakı insanların qüsursuz olmalarını gözləmək də doğru deyil. Sadəcə biliriksə, öyrətməliyik. İnsan xətalara düşmədən bəzən doğruları öyrənə bilmir, ya da qərarlı bir şəkildə tətbiqə keçirə bilmir. Bəzən bir doğruya yönəlmək üçün bir az incinməliyik. Əsas olan keçmiş deyil, bugündür. Və bəlkə də indi verəcəyimiz bir qərar gözəl dostluqlara, sevgiyə, qardaşlığa, sonsuz nemətlərə açıla bilən bir açar, bir yol olar. Əsas olan odur ki bir də, vicdanın, doğrunun, gözəlliyin və haqq olanın sözünü eşitmək, içindəki pisliyin səssiz dilini batırmaqdır. Gözəl sözə tabe olmağın vaxtıdır. Dünyaya gəliş məqsədimiz sevgi ilə rifah içində yaşamaq, dünyanı sevgi ilə abadlaşdırmaqdır. İnsana sevgini qazandıracaq yeganə güc isə sadəcə iradə və imandır. İman özü ilə Allah sevgisi gətirir. Allah sevgisi də insanın üzərində çox gözəl və pozitiv təsir yaradır. Unutmayaq ki, sevgi Quranın ruhunda da əsas mövzudur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz, kirli, paslı qəlblərin bir-birindən ayrılmasıdır. Və yenə dünya kurs yeridir əslində, sevgi dərsini öyrədən kurs. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl sevginin dərinliyini, şəfqətin dərsini aldığımız bir kurs..
XƏBƏR LENTİ
Uşaqlar üçün tort nümunələri
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək? - AÇIQLAMA
Kitab 43 ildən sonra kitabxanaya qaytarıldı
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Biliyini yoxla (2)
Sürücülərin işi asanlaşdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
WhatsApp-dan daha bir yenilik
2012-ci ilin bilərzikləri
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Haydi Klum gəncliyinin sirrini bölüşdü
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Elvis Presli sağdır - İDDİA
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Görənləri şoka salır - Bu nədir?
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Trend: İpli Çəkmələr
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Bu kəşf alimləri qorxutdu
Uşaq yatarkən mübahisə etməyin!
Peşman olduğunuzu düşünmüsünüzmü?
iPad mini-də Retina olacaq
Balla gözəlləşin
Ərgin pendirin zərərləri AŞKARLANDI
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Sevdasınız,yoxsa Afət?
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
2014-cü ilin ziyafət geyimləri
Millət vəkili xəyanətdən yazdı
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Azərbaycanin iri enerji obyektində qışa hazılıq başa çatıb
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
Dərimiz niyə quruyur?
Metal yeyən bakteriya kəşf edildi
Kəs və yapışdır-4
Uşaq ayaqqabıları (2)
Günün ulduz falı - 04.09.2013
- ŞƏRHLƏR