Giriş
Bağla

Körpələrin psixi inkişafı

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Körpələrin psixi inkişafı
Uşaqların fiziki inkşafı qədər psixi inkişafı da çox önəmlidir. Dünyaya gəldiyi ilk aylardan körpə ətraf mühitlə əlaqə qurmağa çalışır. 3 yaşınadək uşaqlar adətən daha çox öz oyuncaqları ilə oynamağı sevirlər. 3 yaşın sonlarında isə oyun və fəaliyyətin məhsuldar növləri uşağın psixi inkişafın sürətləndirir. O, ətraf aləmdə nə varsa, hamısına maraq göstərir, çoxlu suallar verir.
Nitq inkişafı üçün ən həssas və səmərəli dövrdür. 1 yaşından 3 yaşına qədər olan dövr nitqə yiyələnməyi, dili ilkin mənimsəməyi və qrammatik quruluşa yiyələnməyi əhatə edir. Uşaq 2-ci yaşın sonunda 300-ə, 3-cü yaşın sonunda isə 1000-1500-ə qədər sözdən istifadə edir.
Diqqət 
2-3 yaşında uşağın diqqəti yeni xüsusiyyətlər qazanır. Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlməsinə səbəb olur. 3 yaşa qədər uşaqlar əşyaya uzun müddət baxa bilir, diqqətlərini mərkəzləşdirir, cismi əli ilə "yoxlayır", onunla oynayırlar, bilavasitə təsir edən cisim və materialların surətini təsəvvüründə canlandırır, kiçik həcmli şeir və nağıla diqqətlə qulaq asırlar.
Hafizə
Qeyri-ixtiyari olur və uşaqlar qarşılarına xüsusi yaddasaxlama məqsədi qoymurlar. Onları maraqlandıran cisim və hadisələri qeyri-ixtiyari yadda saxlayırlar. 1-ci ilin sonunda xatırlama, 3-4 yaşda ixtiyari yaddasaxlama formalaşır. İlk ixtiyari yaddasaxlama oyun qaydaları ilə bağlı olur.
Körpələrin psixi inkişafı
Təxəyyül
Müəyyən təsəvvür ehtiyatına yiyələndikdən sonra inkişaf edir. Körpəlik yaş dövründə bu cür təsəvvürlər isə 1 yaşla 3 yaş arasında qazanılır və uşaq onu əhatə edə xarici mühitə dair təcrübə, təsəvvür əldə edir, kiçik həcmli nağıllarla bağlı məsələləri təsəvvür edə bilir.
Təfəkkür
Əyani-əməli xarakter daşıyır və əsasən hərəkətlərlə, konkret cisim və hadisələrlə bağlı olur. Nitqin inkişafı ilə əlaqədər olaraq onlar get-gedə ümumiləşdirmələr aparmağa başlayırlar. Amma hərəkətlərini planlaşdırmaqla çətinlik çəkirlər. Uşağın yaşlılarla ünsiyyəti, şəxsi həyat təcrübəsi və onu əhatə edən sosial mühit təfəkkürün inkişafına təsir göstərir.
Hisslər
Sürətlə inkişaf edir, xüsusilə utancaqlıq hissi... Bu yaşda məsuliyyət hissinin inkişafına da təsadüf etmək mümkündür. Bu hiss ona tapşırılan işi layiqincə yerinə yetirməyə imkan verir.
Körpələrin psixi inkişafı
Uşaq şəxsiyyətinin formalaşmasında ilk yaş "böhranı" adətən 3-cü yaşda büruzə verir. Bu yaşda uşaq artıq özü haqqında 3-cü şəxs kimi deyil, 1-ci şəxs kimi danışır və özünə "Mən" deyə müraciət edir. Uşağın özü haqqında ilk təsəvvürlərinin meydana gəlməsi, onun müstəqilliyə can atması və s. şəxsiyyətin inkişafı üçün əlverişli zəmin yaradır və ilkin şərt olur. Erkən uşaqlıq dövründə öyrənmənin başlanması müxtəlif hərəkətlərin, psixi təzahürlərin, nitq və ünsiyyətin optimal inkişafı əsas xarakterik cəhətlərdir.
Bu yaş dövrü üçün öyrənmənin aşağıdakı formaları vardır:
a) imprintinq;
b) şərti reflektor görmə;
c) vikar öyrənmə;
d) verbal öyrənmə (sözlü, şifahi).
Uşaq anadan olandan öyrəmənin elementar növlərinə - imprintinq, şərti reflektor görmə və operant öyrənmə əməli surətdə hazır olur. Bu növ öyrənmə həm heyvanda, həm də insanda mövcud olur. Vikar və verbal öyrənmə isə yalnız insana məxsusdur. 



Şərhlər (24)

feride-asadova feride-asadova 1 February 2014 10:22 Cavab yaz

Bu bilgi do give_ros lu xəbərə görə öz adımdan və sizlərin adınızdan Selena xanıma təşəkkür edirəm love

PrOsToВ NiKa, give_ros
Happiness-lady, give_ros
гЂЉYEGiŞгЂ‹, give_ros
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑ , give_ros
ayweВ guleliyeva, give_ros
в™ЎВ NarınВ бѓ¦В N...qВ в™Ў, give_ros
 Дождь ♪, give_ros
Gülbəniz, give_ros
Xanimlar şərhlərinizçün təşəkkür... love
melek87 melek87 1 February 2014 09:43 Cavab yaz

ÇOX MARAQLIDIR TƏŞƏKKÜRLƏR CANIM AMMA NƏDƏNSƏ KİM NƏ DEYİR DESİN UŞAQLARIMIZIN BİR ÇOX HƏRƏKƏTLƏRİ BİZİM ÖZ HƏRƏKƏTLƏRİMİZDİR HAMISINDA OLMASADA UŞAДћLARIN BİRİNDƏ ÖZÜMÜZÜ AYDIN ŞƏKİLDƏ GÖRƏ BİLƏRİK DİQQƏTLƏ FİKİR VERSƏK MƏNİM BÖYÜK QIZIM MƏN BALACALIQDA NECI İDİMSƏ İNDİ GÖRÜRƏMKİ UŞAQ EYNİ ELƏ BİLKİ MƏNİM UŞAQ VAXTIMI GÖRÜB YAMSILAYIR ÇOX QƏRİBƏDİR
Yovshan Yovshan 1 February 2014 09:32 Cavab yaz

Uşaq doğulduğunda tamamilə başqalarına möhtacdır. ən əsasi anasina , onsuz da uşaği idarə edən anadir. Bizim dövrümüzdə ailələrdə hərədə 4-5 uşaq olardi , belə bir anani da qinamağin adi yoxdur , hansina birinə yetə bilərdi ki.?? Ona görə də valideyn məcburən uşaqlari başindan etmənin yolunu "bəsdirin" , "sakit qalin" , "səs salmayin" , "düşün həyətə" , "məndən uzaqlaşin" və.s. kimi sözlərdə tapirdi. Biz öz problemimizi məcburən özümüz həll etməli idik. İndi çox şükür artiq ölkəmizdə ən azindan Baki şəhərində , ailələrdə maariflənmə gedir , hərədə çox şükür 1-2 uşaqdi , ananin bəs qədər onlari düzgün tərbiyyələndirməkdə hövsələsi , səbri çatir..
rana969 rana969 31 January 2014 01:03 Cavab yaz

Canım Fərişim nə gözəl xəbər hazırlamısan təşəkkürlər sənə kiss İnşAllah Allah qismət eləsə lazım olanda gəlib oxuyub faydalanaram blush
Songul Songul 30 January 2014 18:12 Cavab yaz

Ruhəngiz bacım,səninlə tam razıyam.Ən yaralı yerimdi bu. Sonra da deyirik ki uşaq təmiz danışa bilmir. Mən həmişə əleyhinə olmuşam ki, uşaqla uşaq dilində danışasan.

Fəridə, mənsə əksinə fikirləşirəm. 3-5 yaşlı uşaq təmiz danışanda acığım tutur ki, elə bil əkə-bükə arvad, kişidilər. İndi onun fitrətdən olanları da var, öyrədiləni də var. əvvəl-axır bu uşaq böyüdükcə böyük kimi danışmağı öyrənəcək da, nolar ki, bir az çox öz gözəl, şirin dillərində danışsınlar. Eşqin böyüyüb heç, Sonayın super şirin danışığı var.
Ata, şöndüy onu, başım ağlıyıl. Şənin nə isinə vay çi. Demədim cəlmə dayımca.
Offffff mən onun danışığına qurban olum. Hərdən deyirəm ki, Sonam, özün böyü danışığın böyüməsin love
Amma xəbəri tam oxumadım, sabah açıq başla oxuyacam, təbii imkan tapsam.
Ryos Ryos 30 January 2014 15:02 Cavab yaz

Sual vermək uşaqların öyrənmək istəyindən irəli gəlir. Biz cavab verməsək onsuzda uşaq o suala başqa yerdə cavab axtaracaq . Harda, necə , kimdən bunu bilmirik. Yalniş məlumatlanmasın deyə uşaqlarımızın suallarını cavablandirmaliyiq. Pervane xanımcım,o ki qaldı səninkimi əsəbi adama.... Təsəvvür edirəm uşaqin suallarına cavab verdikcə necə səbrin tükənirsə

He o hecde..Eseb olmuyan bir ana goster mene..Amma calishiramki cavabliyim yoxsa xetrine deyir kusur mennen.. dash
aywe_1992 aywe_1992 30 January 2014 13:57 Cavab yaz

maragli melumatlardi
cahangir_ramal cahangir_ramal 30 January 2014 13:48 Cavab yaz

mende calishiram ushaqin her sualina etrafli ve mentiqli cavab verim.ne qeder yorgun olsamda onlara vaxt ayiriram.ve cox isteyiremki onlar her terefli inkishaf etsinler.sizde bize bu movzuda gozel ve maariflendirici yazilarinizla yardim etdiyiniz ucun cox teshekkurler.bele sepkide yazilari cox beyenirem ve faydalanmaga calishiram.
yequlya yequlya 30 January 2014 13:40 Cavab yaz

Cox etrafli.deyerli, lazimli bir xeberdi.
Happiness lady Happiness lady 30 January 2014 10:57 Cavab yaz

Məsələn böyük oğlum hələ də uşaqları xəstəxanadan pulla aldığımızı düşünür. Əslində bu hardasa elə belədir. )) Nə isə))

CANIM DUZ YAZMISANDE ELE ELEDIR KORPENI DUNYAYA GETIRENDE PULLU OLDUN BASINDA FIRLANIRLAR PUL GOSTERMESEN USAGADA FIKIR VERMEZLER RAFAEL-COSQUN DEMIS VETENE YA IGID ESGER DOGUZDURURSAN YADA ESGER ANASI.NEYSE MOVZUDAN KENARA KECMIYIM BACIM COX GOZEL XEBERDIR COX SAGOL BOLUSDUYUN UCUN give_ros
girl2013nika girl2013nika 30 January 2014 09:34 Cavab yaz

Deyerli melumat etrafli xeber ucun tesekkurlerr.Aglimda qalacaq geleceyim ucun
feride-asadova feride-asadova 30 January 2014 09:17 Cavab yaz

Bu bilgi dolu xəbərə görə öz adımdan və sizlərin adınızdan Selena xanıma təşəkkür edirəm love
..Bəzi analar uşaq dil açanda onunla uşaq dilində danışır

Ruhəngiz bacım,səninlə tam razıyam.Ən yaralı yerimdi bu. Sonra da deyirik ki uşaq təmiz danışa bilmir. ireful Mən həmişə əleyhinə olmuşam ki, uşaqla uşaq dilində danışasan.
Uşağın zehni,əqli inkişafı ilə körpəliyindən məşğul olmaq lazımdır

Oğluma indidən sağ,sol və buna bənzər sadələri öyrədirəm. Məs: Paltar geydirərkən deyirəm ki" Sağ əlini anaya ver, indi də sol əlini". Və yaxud yeni bir oyuncağı olduqda ona oyuncaqla necə oynayacağını ,adını, rəngini və formasını izah edirəm.Ətrafımdakılar deyir ki "işin gücün yoxdu guya o nə başa düşür "Mən isə onlara qulaq asmıram. Məncə düz də edirəm. gamer
yazıq uşaq qalır beləki kimdən öyrənsin və beləliklə qapanır özünə sonrada deyirlər ki bu uşaq tupoydu heç nə bilmir

Hansısa yığıncaqda görürsən ki uşaqlar aktiv olduqda,suallara cavab verdikdə bəzi valideyinlər gözlərini öz cvb vere bilməyən uşaqlarına zilləyib dururlar. what İmkanları olsa durub uşağı ordaca döyərlər ki, sən niyə bilmirsən. Belə olanda adam az qalır ki,durub deyə ki, nə yapışmısan uşağın yaxasından nə öyrətmisən ki, nə də cavab gözləyirsən. dash Özünə inamsız olur bu cür uşaqlar.
..Gunde yuz sual verir en azinnan.Mende calishiram suallarini cavablandirim.

Sual vermək uşaqların öyrənmək istəyindən irəli gəlir. Biz cavab verməsək onsuzda uşaq o suala başqa yerdə cavab axtaracaq . Harda, necə , kimdən bunu bilmirik. unknown Yalniş məlumatlanmasın deyə uşaqlarımızın suallarını cavablandirmaliyiq. Pervane xanımcım,o ki qaldı səninkimi əsəbi adama.... Təsəvvür edirəm uşaqin suallarına cavab verdikcə necə səbrin tükənirsə biggrin
Və onlarla böyük adam kimi söhbət edirəm yəni uşaqdır deyə uşaq sayağı aldatmıram. Onların hər şeydən anlayışı olsun istəyirəm.Baxır bəzi şeylərdə isə məcburən yalan danışıram. Məsələn böyük oğlum hələ də uşaqları xəstəxanadan pulla aldığımızı düşünür.Əslində bu hardasa elə belədir.

Səninlə tam razıyam Dənizim. Fikir vermişəm ki, hansı uşaqla daim böyük adam danışırmış kimi söhbət edirsənsə o uşaqlarda liderlik xüsusiyyətləri daha cox özünü göstərir.Hə bu suala bütün valideyinlər təxmini belə cavab verirlər. wink
qenireВ atasova, give_ros
Ləman_, give_ros
QizilВ Gul, give_ros
AytacВ MvaВ , give_ros
OnurВ Huseyn, give_ros
XediceВ 033, give_ros
lalaВ mamedova, give_ros
garibeВ mamedova, give_ros
Xanımlar oxuyub şərh yazdığınız üçün hər birinizə təşəkkür edirəm.
qeribe qeribe 30 January 2014 01:54 Cavab yaz

Allah qorusun usaqlari give_ros
Deniz84 Deniz84 30 January 2014 00:59 Cavab yaz

Fəridə çox gözəl xəbər hazırlamısan. Özünə də bu məlumatlar lazım olacaq yaxın gələcəkdə ona görə araşdırmısan yəqin bu barədə. Mən uşaqların hər sualına cavab verməyə çalışıram. Və onlarla böyük adam kimi söhbət edirəm yəni uşaqdır deyə uşaq sayağı aldatmıram. Onların hər şeydən anlayışı olsun istəyirəm.Baxır bəzi şeylərdə isə məcburən yalan danışıram. Məsələn böyük oğlum hələ də uşaqları xəstəxanadan pulla aldığımızı düşünür. crazy Əslində bu hardasa elə belədir. mocking )) Nə isə))
lala1991 lala1991 30 January 2014 00:48 Cavab yaz

Allah qorusun usaqlari..............
xedice 033 xedice 033 29 January 2014 23:54 Cavab yaz

Maraqlı mövzudu uşaqlar isdər 5yaş istər böyük həmişə sualda bol olur və əlbətdəki o sualları cavablandırmaq bizlərə düşür
Ryos Ryos 29 January 2014 22:45 Cavab yaz

Raziyam..Menim balacam 5 yashin icindedi..gunde yuz sual verir en azinnan..kursa gedir mashallah coxlu sheir oyrenib saymaqi bilir.mentiqi ne sual hardan versen cavab verir.Mende calishiram suallarini cavablandirim..ona cavab vermesem kokumu keser. biggrin Allah butun balalari qorusun.Aminnnn.Feridem cox saqol movzuya gore canim.. give_ros
Fatma Fatma 29 January 2014 22:17 Cavab yaz

Bu yaşda uğaqlar hər şeylə maraqlanırsa gərək anada ana ola öyrədə ,yoxsa qışqırır uşağın üstünə mən bilirəm ya əlimdə işim var yazıq uşaq qalır beləki kimdən öyrənsin və beləliklə qapanır özünə sonrada deyirlər ki bu uşaq tupoydu heç nə bilmir
onurcuq onurcuq 29 January 2014 21:58 Cavab yaz

Maraqli melumat ucun saq olun. give_ros
ruzigar ruzigar 29 January 2014 21:21 Cavab yaz

Fəridə bacı,çox gözəl xəbərdir.Təşəkkürlər.Gənc analar belə faydalı məlumatlardan yararlana bilər.Uşağın zehni,əqli inkişafı ilə körpəliyindən məşğul olmaq lazımdır.Bəzi analar uşaq dil açanda onunla uşaq dilində danışır.Amma uşaqla təmiz danışmaq,ona şəkillərlə doğmalarını,ətrafdakı hadisələri,əşyaları başa salmq lazımdır.ALLAH sənin də balan daxil olmaqla,bütün balaları qorusun,canları sağlam olsun Amin inşaAllah.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика