Giriş
Bağla

Razyana haqqında bilmədiklərimiz

Sağlamlıq / Xalq təbabəti

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən razyananın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Razyana haqqında bilmədiklərimiz

Meyvəsinin tərkibində 3-6%-ə qədər efir yağı, onun da komponentlə əsasını, yəni 50-60%-ni anetol, 10%-ni metilxavikol və 20%-ni isə fenxon təşkil edir. Bundan əlavə, efir yağının tərkibində 10-20 % keton-fenxon, pinen, dipenten, cirə aldehidi tapılmışdır. Meyvələrinin tərkibi 12-23% piyli yağdan və 22% olein, linol, palmitin turşularının qliseridlərindən ibarətdir. Razyana meyvələrində şəkər, zülal

maddələri, üzvi turşulardan kəhraba, limon, qatran və s. maddələr də müəyyən edilmişdir. Razyananın yaşıl xammalının tərkibində 0,45-0,47% efir yağı, flavonoidlər və s. maddələr vardır. Yarpaqlarında 6-10 mq% karotin, 50-90 mq% C vitamini tapılmışdır.

Bundan başqa, kökünün tərkibindən 0,7% efir yağı, üzvi turşulardan fumarin, çaxır, qlikol, berqapten, umbelliferon, palmitat, stiq-masterin, stiqmasterin steroidləri, fenolkarbon turşularından koyein, ferul, sinap, prokatexin, vanilin, koric maddələri; yerüstü hissələrindən 0,27-5% efir yağı, 1,24-1,28% kumarin, 0,86-0,9%-flavonoid maddələri, fumarin, alma, çaxır, benzol üzvi turşuları, 0,2-1,1% efir yağı, gövdəsindən 3-qlukozonid, kempferol, 3-qlükozid və 3-qlükozid kversetin, antosianlardan – feruloil və sinapoil efiri, 3-ksilozilqlukozid-korilqalaktozidlər, sinaidin; yarpaqlarından fumar alma, çaxır, benzol uzvi turşular, 0,5-0,9% efir yağı, kversetin, kempferol, 3-qlükuzonid və 3-arabinozid, kempferol, izozamnetin qlükozidi və s. flavonoid maddələri; meyvələrindən fumar, alma, çaxır, benzol üzvi turşusu, 2,4-3% efir yağı, umbelliferon, skopoletin, ksantotoksin, imperatorin, berqapten, marmerin kumarinləri,kversetin 3-qlukozid və 3-arabinozid, kversetin (fenikularin), izo-kversetrin 3-qlükozid, və 3-arabinozid kempferol flavonoidləri aşkar edilmişdir. 

Razyana haqqında bilmədiklərimiz

Cavan zoğlarından qida kimi istifadə edilir. Yarpaqlarından kulinariyada geniş istifadə olunur. Meyvəsi dərman kimi bir sıra ölkələrin farmakopiyasına daxil edilmişdir. Müalicə məqsədləri üçün razyananın ancaq meyvələrindən istifadə edilir. Meyvələri sentyabr ayında, yetişməyə az qalmış yığılıb qurudulur. Efir yağından hazırlanan cövhər və preparatları müalicə vasitəsi kimi geniş tətbiq edilir.

Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur. Bundan əlavə, razyana meyvəsini dəmləmə və bişirmə formasında da öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edirlər. 

Razyana haqqında bilmədiklərimiz

Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədirlər. Bu məqsədlə razyana meyvəsini qurudulmuş nanə yarpağı ilə bərabər hissədə dəmləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, meyvəsindən hazırlanan cövhərdən «lakric» preparatının tərkibinə qatqı kimi əlavə edilərək yelqovucu, ödqovucu, sinəyumşaldıcı, sakitləşdirici və öskürək əleyhinə vasitə kimi istifadə edirlər. Razyananın cavan budaq, yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin – efir yağının tərkibi bioloji-aktiv maddələrlə zəngindir. Ondan xiyar, pomidor, kələm, şorba, ətirli çay, qənnadı, ətriyyat, kosmetika, əczaçılıq və sabunbişirmə sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdiricilərə və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə, çörək-bulka sənayesində işlədilir. Razyana toxum və köklərinin hissələrə bölünməsi ilə çoxaldılır. Hazırda əldə edilmiş bir neçə növünü əkib yeyinti, tibb və ədviyyat kimi istifadə edirlər.



Şərhlər (37)

qeribe qeribe 24 June 2015 21:44 Cavab yaz

Təşəkkürlər Xəyalə xanım faydalı məlumat üçün...
virtual dərslər virtual dərslər 16 April 2015 20:23 Cavab yaz

Sirniyyata qatiriq biz bundan tesekkur
Pervane01 Pervane01 31 January 2015 01:25 Cavab yaz

Bunun çox gözəl iyi olur qoğal bişirəndə istifadə edirəm.
zehra 2013 zehra 2013 27 October 2014 01:54 Cavab yaz

Razyananin tumunu demleyib balaca vaxti usaga icizdirirdim qarni sancilananda
minira72 minira72 22 March 2014 14:11 Cavab yaz

Xoşlayıram tşk.
Weyla Weyla 21 February 2014 21:49 Cavab yaz

Razyananin iyi meni bihuw edir,cox xowlayiram.qogalda xususile sevirem.tewekkurler xebere gore!!!
cinishka cinishka 24 January 2014 18:55 Cavab yaz

Tesekkur maraqlıydı
elnur8 elnur8 23 January 2014 00:08 Cavab yaz

razyana kişi şəhvətini(intim potensialı)zəiflədir.xəbər üçün təşəkkür
WhiteGirl WhiteGirl 22 January 2014 19:57 Cavab yaz

Maraqlı məlumatdı çox sağolun
rana969 rana969 21 January 2014 18:08 Cavab yaz

Bibim çox istifadə edir razyanadan. Təşəkkürlər Xəyalə xanım faydalı məlumat üçün give_ros
ulka-894 ulka-894 20 January 2014 19:27 Cavab yaz

men razyanani cox sevirem hem yarpaqlarından hem de toxumlarindan cay demleyib icirem Xeber ucun cox sag ol
xedice 033 xedice 033 20 January 2014 18:52 Cavab yaz

Ətraflı məlumat üçün saq olun Xəyalə xanım razyanadan istifadə etmirəm
girl2013nika girl2013nika 20 January 2014 18:27 Cavab yaz

Etrafli melumat ucun tesekkurlerrr
Ellada84 Ellada84 20 January 2014 17:32 Cavab yaz

XəyaləВ Murad,
Demək olar ki,görünüşləri eynidi.Amma razyanada bir az acılıq var.İksidə ağrı kəsicidi,mədəyə xeyirdi.
nilu nilu 20 January 2014 15:16 Cavab yaz

RAZYANANIN IYI COX XOSUMA GELIR good MARAQLI MELUMATA GORE TESEKKURLER XEYALE XANIM kiss
Milana.M Milana.M 20 January 2014 14:30 Cavab yaz

ElladaВ Babayeva,
Əslində fərqlidirlər. Lakin ikisi də eyni bitki fəsiləsinə daxildir. Razyana (lat. Foeniculum)[1] - kərəvüzkimilər fəsiləsinə aid bitki cinsi. Cirə (lat. Cuminum) – kərəvüzkimilər fəsiləsinə aid bitki cinsi


FatmaВ xanım,
Razyanasız qoğalın heç ləzzəti olmaz deyə razyananın bir qoxusu bəs edir insana ))
Zehra2012 Zehra2012 20 January 2014 14:03 Cavab yaz

Razyananaın ətrini çox sevirəm.
ti-ce1rambler.ru ti-ce1rambler.ru 20 January 2014 13:20 Cavab yaz

Razyanadan istifadə edirəm.Ətri xoşuma gəlir
qeribe qeribe 20 January 2014 13:08 Cavab yaz

Cox gozel iyi var,istifade de edirik,faydasi da coxdur,tesekkur edirem Xeyele xanim,etrafli melumat ucun,cox sag olun.
girl_2010,nayni girl_2010,nayni 20 January 2014 12:23 Cavab yaz

bunu bilmirdim/tesekkurrrrrrrrrrrrrr
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика