Giriş
Bağla

Quba tıxması (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Lazım olan ərzaqlar:

Xəmiri üçün:

1 yumurta

Bir cimdik duz

1 çay qaşığı maya

100 qram "Welington" kərə yağı

İsti süd

Təxmini iki kasa un

İçlik üçün:

Yumurta sarısı

1 stəkan "Welington" ərinmiş kərə yağı

 2 stəkan şəkər tozu (çox şirin istəsəniz, 3 stəkan götürün)

Un

Hazırlanması:

Bunları qarışdıraraq xəmir yoğururuq və axırda ərinmiş yağı əlavə edib yenə yoğururuq, xəmir hazır olduqdan sonra üzərinə sellofan sərib gəlməyə qoyuruq. Xəmir gələnə qədər içliyi hazırlayaq.

İçliyin ərzaqlarını qarışdırdıqdan sonra un əlavə edərək ovuntu halına salın. Fikir verin ki, ovuntu nə çox quru, nə də çox yumşaq olmasın.

Quba tıxması (foto resept)

Xəmiri gəldikdən sonra götürüb kündələrə ayırırsınız. Kündələri yayaraq lavaş edib, 4-5 lavaş üst-üstə atıb kərə və ya marqarin yağı ilə aralarını yağlayırsınız. Sonra onu dar zolaqlar formasında kəsib, mütəkkə kimi bükürsünüz.

Quba tıxması (foto resept)

Xəmirin hamısını qurtaranadək elədiyiniz mütəkkələrin üzərini sellofan ilə örtüb soyuq yerə qoyun ki, siz xəmirin hamısın qurtaranadək mütəkkələr daha da şişməsin. Hamısını qurtardıqdan sonra mütəkkəni əlinizin baş barmağı ilə içini oyursuz və çuxur edirsiniz.

Quba tıxması (foto resept)

Həmin çuxura hazırladığınız içlikdən 1 xörək qaşığı dolu qoyub, ağzını möhkəm bükürsünüz ki, açılmasın.

Quba tıxması (foto resept)

Sonra bükdüyünüz xəmirləri əl ilə ya da oxlov ilə barmaq qalınlığında qalana qədər yayırıq.

Quba tıxması (foto resept)

Üzərini belə bir alətlə basaraq bəzəyirsiniz.

Quba tıxması (foto resept)
Quba tıxması (foto resept)

Üstünə yumurta çəkib 250-300 dərəcədə bişməyə qoyursunuz.

Quba tıxması (foto resept)

Tıxmamız hazırdır.

Quba tıxması (foto resept)

Nuş olsun.



Şərhlər (104)

SS,, SS,, 6 February 2015 17:29 Cavab yaz

beh beh dadli gorunur
nurayim_19923 nurayim_19923 6 February 2015 17:19 Cavab yaz

Ressep üçün çox sağolun

Ressep üçün çox sağolun
Щ…Щ„Ш§Щѓ Щ…Щ„Ш§Щѓ 9 January 2015 11:31 Cavab yaz

Tesekkur, paylasdiginiz ucun
aytac.mammedova.1 aytac.mammedova.1 6 February 2014 22:34 Cavab yaz

♥♡AyTaDjВ HəSəNzAdƏ♡♥,Olar bacı ,olar
GULAYВ MURADOVA,Nüş canın bacı,mən onun içlik pesokun lap çox tökürəm onda içi krem kimi olur
GULAY21 GULAY21 6 February 2014 17:26 Cavab yaz

Hazirladim coox qeweng cixdi,coox sag ol bacicaannn
AYKA super AYKA super 31 January 2014 21:59 Cavab yaz

Eeela cox beyendim lap pehrizdeyem hec olmadiyeee
aytac.mammedova.1 aytac.mammedova.1 30 January 2014 15:52 Cavab yaz

aska,yox bacı bərk olmur.Şora,qozçörəyi kim yumşaq,bulki kimi olmur.Ola bilər aralarına yağı az vurmusuz,ya da duru yağla yağlamısız
NuraВ 45,Sağol bacı
Seher,Bəli dadlı olur
VəliyevaВ ArzuВ ,Hansı qoğal bacı
Ulker.Agamali,Kətənin bacı aralarına tökürük içliyi,bunun içinə
ulka-894 ulka-894 30 January 2014 15:17 Cavab yaz

biz buna kete deyireik
Arzu Vəliyeva Arzu Vəliyeva 30 January 2014 15:11 Cavab yaz

eyni qoğal kimidir.
seheray seheray 27 January 2014 14:13 Cavab yaz

Tesekkurler, dadlidir yeqin ki.
Life in two Life in two 27 January 2014 13:08 Cavab yaz

Ellerinize sagliq
aska-86 aska-86 23 January 2014 08:58 Cavab yaz

Mən hazırladım xəmir yaxşıda gəlmişdi-nəsə quru kimi alındı-umumiyyətlə bulku kimi yumşaq olmalıdı yoxsa məndə belə alındı?yeyilmiyəsi kimi də quru deyil-amma bulku kimi yumşaq da deyil! təşəkkür! give_ros
aytac.mammedova.1 aytac.mammedova.1 20 January 2014 14:17 Cavab yaz

LəmanВ Bayramova,
в™ЎВ NarınВ бѓ¦В N...qВ в™Ў,
в™ЎLightВ inВ theВ darkв™Ў, Hamınıza nuşu can air_kiss İnşallah bişirib yeyərsiz,ya da gəlin mən bişirim yeyin drinks
aska,
aska-86 aska-86 20 January 2014 12:20 Cavab yaz

mütləq dənəyəcəm təşəkkürlər!bizimlə paylaşdığın üçün give_ros
joyful girl joyful girl 20 January 2014 11:47 Cavab yaz

Olsaydi yeyerdim,cox beyendim,tesekkürler...
lema2909 lema2909 19 January 2014 04:51 Cavab yaz

Nə tıxardım bu tıxmanı. sarcasti
rana969 rana969 19 January 2014 01:59 Cavab yaz

Təşəkkürlər bacı maraqlıdır əllərinə sağlıq kiss bişirən olsaydı yeyərdik morning
aytac.mammedova.1 aytac.mammedova.1 18 January 2014 16:03 Cavab yaz

IbrahimovaВ Gulya,səndə sağol bacım,nuşu can kiss
PƏRVANƏВ ƏLİYEVA......,-heçnə için gec deyil bacı air_kiss
gulya_s gulya_s 18 January 2014 14:09 Cavab yaz

Ay canim superdi cox sagol paylawdigin ucun give_ros
Ryos Ryos 18 January 2014 13:36 Cavab yaz

Pərvanə canım bu iki sevgili bu sayta gələndən çoxu bilir sənin niyə xəvərin olmuyuff

Gorursende canim maaa hec kes demiyifki..Yenede yaxshiki bildim gecde olsa.. give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика