Giriş
Bağla

Uşaqlar tərəvəzi niyə sevmir?

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

 

Uşaqlar tərəvəzi niyə sevmir?

 

Elə uşaqlar var ki, tərəvəzi heç görmək belə istəmirlər, elə uşaqlar da var ki, tərəvəzi çox sevirlər. Sevməyən niyə sevmir? Sevən niyə sevir? Buyurun "niyə" suallarına cavab tapaq.

Aparılan son araşdırmalara görə, ana hamiləliyin 6-cı ayında hansı qidalardan istifadə etsə, uşaq da anadan olandan sora o qidaları sevəcək. Hamiləliyin 6-cı ayında çiy, ya da bişmiş tərəvəz yeyən anaların uşaqları dünyaya gəldikdən sonra tərəvəzləri çox sevir. Amma hamiləliyin bu vaxtında tərəvəz yeməyən xanımların uşaqları heç vax tərəvəzə yaxın da getmirlər. Bu o deməkdir ki, hamiləlik zamanı qidalanma gələcək körpənin qidalanmasını xeyirli və ya ziyanlı qidalanmasında böyük rol oynayır.

Uşaqlara süddən əlavə qidalara keçəndə ona tərəvəzi sevdirmək lazımdır. Bundan başqa, ailə üzvlərindən biri tərəvəzi sevmir və tərəvəz yemirsə, uşaq da ona baxıb tərəvəzdən uzaqlaşır. Amma bunların heç biri olmaya da bilər. Ailədə hamı tərəvəzi çox sevir: uşaq körpəlikdən tərəvəzi tanımış olur, ancaq bağçada, ya da məktəbdə dostları tərəvəzə heç yaxın durub dadını bilmirlərsə, uşaq da onlar kimi olmaq istəyər. Ana işləyir və ancaq uşağına yemək yedirtdiyi vaxt uşaqla maraqlanırsa, uşaq bundan istifadə edərək tərəvəzdən uzaqlaşar. Bunlardan əlavə brokoli, kərəviz, kələm kimi bəzi tərəvəzlərin iyi çox insana xoş təsir etmədiyi üçün uşaqlar sevmirlər. Dadını bilmədən sadəcə iyinə görə bu tərəvəzlərin dadına baxmırlar.

 

Uşaqlar tərəvəzi niyə sevmir?

 

Uşaqlara tərəvəzi necə sevdirməliyik?

Ailədə tərəvəz sevməyən biri varsa, uşağın yanında tərəvəzi sevmədiyini deməsinin yerinə, tərəvəzin çox xeyirli olduğunu, tərəvəzi çox sevdiyini, xəstəliklərin qarşısını aldığını deməsini xahiş edin. Tərəvəzi uşaqlara güclə verməyin, bu hərəkətiniz uşağı tərəvəzdən uzaqlaşdırar. "Bundan yemək istəyrsən? Yeyirsən?" kimi suallar uşağın sevmədiyi hər hansısa qidanı istəyib-istəməməsinin özündən asılı olduğunu hiss edər və cavabı həmişə "Yox" olar. Buna görə bu sualları uşağa verməyin. Amma süfrənizdən tərəvəz yeməklərini, salatları əskik etməyn. "Çox dadlıdır, bir az ye" yerinə, "Ancaq dadına bax" desəniz, uşaq dadına baxmağa çalışacaq.

Görülən işlər göstərir ki, süfrədə həmişə olan bir qida (ən azı 8-10 dəfə qoyulan) bir müddət sonra uşaqda maraq yaradır və uşaq dadına baxır. Halbuki, uşaqlar hər dəfə istəmədiklərini dedikləri üçün ailə uşağın qarşısına bu qidadan qoymur. Burada əhəmiyyətli bir nöqtə var: uşaq tərəvəzi tanımalıdır. Tanısa, sevər və yeyər. Bağınız varsa, bağda bərabər tərəvəz əkə bilərsiniz. Eyvanda saxsı qabda da əkmək olar. Birlikdə dükana gedib uşaqlardan tərəvəz gətirərək ona toxunub, iyləyib, hiss etməsini təmin edə bilərik. Tərəvəz bişirərkən uşaqdan kömək istəyə bilərsiniz: yumağa, doğramağa, çox gözəl düzəldərək süfrəyə gətirməsində kömək edin. Lobyaları necə təmizləyib, soğan, sarmısağı təmizləməyi, pomidorları yuyub, soğanı qızartmağı, dolmalıq bibərin başını kəsib içini təmizləməyi, salat doğrayıb qarışdırmağı, makaronun üstünə tərəvəzlə bəzək vurub süfrəyə verməyi öyrədib, sonra özünün tək etməsini tələb edin.

 

Uşaqlar tərəvəzi niyə sevmir?

 

Artıq çəki gedərək böyüyən bir problemdir. Uşağınız normal çəkidə və ya az çəkili ola bilər. Ancaq bu o demək deyil ki, irəlidə kök olmaq riski yoxdur! Həm buna qarşı bir tədbir, həm də uşağınızın immunitet sisteminin inkişafı üçün gündəlik ehtiyacını qarşılayan, xərçəngə və digər bir çox xəstəliyə qarşı qoruyucu olan tərəvəzi bişərərək ya da çiy olaraq, uşağınızın gündəlik qidalanmasından əskik etməyin.

Uşaqlar niyə səhər yeməyi yeməyə məcburdular?

Səhər yemək yeməsələr, gələcəkdə uşaqları hansı problem gözləyər? Nizamlı nahar edilməsə, beynin ehtiyac duyduğu enerjini qəbul edə bilməz. Belə olduqda yorğunluq, baş ağrısı, diqqətsizlik kimi problemlər özünü biruzə verir. Nahar etməyi vərdiş halına gətirməyən uşaqları irəlidə gözləyən ən böyük problem artıq çəkidir. Bundan başqa, şam yeməyi ilə nahar yeməyi arasında 10-12 saat fərq var. Ac olanda beyinə enerji verən qanda şəkər səviyyəsi çox aşağı olur. 

 

Uşaqlar tərəvəzi niyə sevmir?

Çöldə hazırlanan yeməklərin zərəri nədir?

 

Çöl yeməkləri ucuz, tez-tez tapılan və dadlı olduqları üçün uşaqlar və kişilər onlara daha çox üstünlük verir. Bu yeməklərə normadan daha çox yağ qatılır. Bu qidaların istehsalında uzun müddət qalmağı və görünüşünün daha gözəl olmağı üçün qatqı maddələrindən istifadə edilir. Bişiriləndə qatılan maddələr və konservləşdirilmiş qidalar qatıldığı üçün təhlükəlidir. Qida dəyəri olaraq da kafi və balanslı qidalanmaq üçün ölçülərdən istifadə etmirlər, vitamin və minerallar yox dərəcəsindədir. İnsana lazım olduğundan çox şəkər və yağ qatırlar. Bunun ziyanını çox vaxt uşaqlar çəkir. Uşaqlar böyüyüb inkişaf etdikləri dövrdə canları istədiyi qidanı yox: sağlam, balanslı və kafi bəslənəcəyi qidalara üstünlük verməlidirlər.

 

Uşaqlar tərəvəzi niyə sevmir?

 

Niyə süd içməyi uşaqlarda vərdiş halına gətirilməlidir?

Süd bədənin ehtiyacı olan 3 əsas qida elementini daşıyan tək qidadır. Kalbonhidrat, zülal, yağ, kalsium cəhətdən ən zəngin qidadır. Çox qidaların tərkibində kalsium var, məsələn: tərəvəz, meyvə, çörək, pendirə də kalsium daxildir. Ancaq insanın gündəlik 800 mg kalsium ehtiyacını qarşılamaq üçün ən azı 3 kilo alma yeməyi lazımdır. Halbuki, gündə 3 stəkan süd içsəniz, kalsiumu tamamlayar və kaloridə almazsınız. Digər tərəfdən pendirin də kalsiumu yetərincə çoxdur. Yalnız 100 qr pendirdəki kalsium 1 stəkan südün kalsiumuna bərabərdir. İnsanın günlük kalsium ehtiyacını 300 qr pendir qarşılaya bilər. 1 stəkan çox yağlı süddə 114 kalori var. Ancaq çox yağlı pendirdə 280 kalori var. 30 yaşına qədər 1 insan gündəlik kalsium qəbul edibsə, bu gələcəkdə sümük əriməsinin qabağını alar, ya da tamam yox edər. Süd, glisemik indeksi aşağı qida olduğu üçün insanı tox saxlayır. Bu da daha çox yeməyin qabağını alar. Amma gündə 1-2 litr süt içsəniz qan azlığına səbəb olar.

 

Uşaqlar tərəvəzi niyə sevmir?

 

Tərəvəzin uşaqlara faydası nədir? 

Uşaqların tərəvəzlə nə vaxt və necə tanış olduqları, sevmələri üçün vacib bir üsuldur. Ailə üzvlərindən biri tərəvəz sevməsə bu uşağın da sevməməsinə səbəb olar. Ailə uşağa bu istiqamətdə nümunə olmalıdır. Bazardan, dükandan alış-veriş edəndə uşaqları qidalarla tanış edin. Uşağın tərəvəzlərə toxunması, onları iynəməsi, hətta seçərək alması uşağı tərəvəzə yaxınlaşdırar. Tünd iyli tərəvəzlər, uşaqda xoş təsir oyatmaya bilər. Üzərinə düşməyin. Eyni şəkildə sevmədiyi tərəvəzləri yeməyə məcbur etməyin. Sevmədiyi tərəvəzlər, ətli yeməklər, börək ya da makaronun üstündə verə bilərsiniz. Tərəvəzdən hazırlanan bir axşam yeməyi, çox zövqlü bir masa düzülüşü və tərəvəzdən hazrlanmış gözəl iştah açıcı fiqurlu əyləncəli yemək. Tərəvəzin yerdə və ya ağacda yetişdiyi, tərəvəzin harda, necə yetişdiyi kimi bilgilər uşaqda maraq yaradar. Evdə uşaqla birgə tərəvəzlər haqqıda axtarış edin. Evdə saxsı qabda yetişən tərəvəzlərin necə yetişdiyinə baxa bilər. Tərəvəzin bizə nə qədər xeyirli olduğunu desəniz uşaq tərəvəzi sevməyə başlayar.



Şərhlər (34)

Lale_LR Lale_LR 20 November 2014 03:54 Cavab yaz

Uşaqlar tərəvəzi niyə sevmir?
Mən sevirəm ki. uşaqlarım da sevsin dash
mango_8645 mango_8645 14 August 2014 14:11 Cavab yaz

Cox sag olun maraqli xeberdi girl_smi
gozel eliyeva gozel eliyeva 29 May 2014 13:33 Cavab yaz

Vallahj usaqa ne deyesen terevezi men de sevmirem ki!!!! pardon
minira72 minira72 22 March 2014 21:35 Cavab yaz

Maraqlıdı,xəbərə görə təşəkkürlər
aysun2013 aysun2013 14 January 2014 00:15 Cavab yaz

Ləman_,
Lemaşım üreyivi sıxma sən tək deilsən məndə səndənəm love
Leman(wirniyyatci) Leman(wirniyyatci) 13 January 2014 20:29 Cavab yaz

AYSUNВ MEMMEDOVA,
uwaqlari diye bilmerem terevezi ele mende sevmiremlolne ziaynlidir onu sevirem
aysun2013 aysun2013 12 January 2014 22:03 Cavab yaz

Tewekkurler canim

sende saqol canim
emilo emilo 12 January 2014 21:38 Cavab yaz

Tewekkurler canim.
aysun2013 aysun2013 12 January 2014 21:24 Cavab yaz

HER SEY OYRESDIRMEKDEN ASILIDI.TESEKKURLER.

GUNDE 3 ST SUD MENE ELE GELIR ZERERDI CUNKI ELE 1LT SUD 4 ST-DIR GUNE 1ST BES EDER COX SAGOL BACI MARAQLI VE FAYDALI XEBER UCUN

aci cooox maraqli movzudu.


Aysun ,xəbər üçün təşəkkür.Bu cür xəbərləri sevə sevə oxuyuram

Qizimin meyve terevezle arasi yaxsidi,yiyir amma sudu adi icmir gerek nese qataq.Tesekkurler melumat ucun.

Sud hec icmir oglum,yeqin o cehetden mene oxwuyub/Terevezleden de secimleri coxdu wukur.

Cox sukur oglum hec neye atkaz etmir,o barede mama ve papasina oxsayib masallah .Sudude cox xoslayir gunde 1itr sud icmese durmaz

Boyyyyy menim en qlobal problemimdi bu gun.balacam terevezi yaxin qoymyr..hecne kokden bashqa yemir..neynedimse sevdire bilmedim.meyvelerdende bir mandarin ya apelsin..vessalam.amma cox istiyirdim yesin..yemedi

Çox Şükür bizim uşaqlar daşdan yumuşaq nə versən yeyir belə problemləri yoxdur Çox sağ ol bacış maraqlı və faydalı xəbər üçün

Sizlər saqolun bacılarım.
Və Xəyalə xanım saqolsunki bu xəbəri mənə verdi.
rana969 rana969 12 January 2014 19:31 Cavab yaz

Çox Şükür bizim uşaqlar daşdan yumuşaq nə versən yeyir belə problemləri yoxdur mocking Çox sağ ol bacış maraqlı və faydalı xəbər üçün kiss
Ryos Ryos 12 January 2014 19:21 Cavab yaz

Boyyyyy menim en qlobal problemimdi bu gun.balacam terevezi yaxin qoymyr..hecne kokden bashqa yemir..neynedimse sevdire bilmedim.meyvelerdende bir mandarin ya apelsin..vessalam.amma cox istiyirdim yesin..yemedi dash
menasiz dunya menasiz dunya 12 January 2014 14:29 Cavab yaz

Cox sukur oglum hec neye atkaz etmir,o barede mama ve papasina oxsayib masallah mocking .Sudude cox xoslayir gunde 1itr sud icmese durmaz biggrin
yequlya yequlya 12 January 2014 13:40 Cavab yaz

Sud hec icmir oglum,yeqin o cehetden mene oxwuyub/Terevezleden de secimleri coxdu wukur.
nezringunay nezringunay 12 January 2014 13:25 Cavab yaz

Qizimin meyve terevezle arasi yaxsidi,yiyir amma sudu adi icmir gerek nese qataq.Tesekkurler melumat ucun.
feride-asadova feride-asadova 12 January 2014 13:17 Cavab yaz

: Fatma xanım,
Fatma xan;m mən İnşALLAH çalışacam dediyiniz kimi edim.Çox ağıllı məsləhətdor :love

Aysun ,xəbər üçün təşəkkür.Bu cür xəbərləri sevə sevə oxuyuram
qeribe qeribe 12 January 2014 12:22 Cavab yaz

baci cooox maraqli movzudu. give_ros
Happiness lady Happiness lady 12 January 2014 12:11 Cavab yaz

GUNDE 3 ST SUD MENE ELE GELIR ZERERDI CUNKI ELE 1LT SUD 4 ST-DIR GUNE 1ST BES EDER COX SAGOL BACI MARAQLI VE FAYDALI XEBER UCUN give_ros
Inci88 Inci88 12 January 2014 11:43 Cavab yaz

HER SEY OYRESDIRMEKDEN ASILIDI.TESEKKURLER.
aysun2013 aysun2013 12 January 2014 11:43 Cavab yaz

Çox şükür bizim uşaqlarda tərəvəz problemi yoxdur. Nə versəm yeyirlər. Çünki uşaq vaxtından öyrətmişəm. 2-ci oğlum bir ət yemir.

ənimkilər şükürki daşdan yumşaq nə var yeyirlər.Amma balaca qızım hər şey yeyir bir mız-mızlığı olmasada.

Maraqli xeberdir

baci cooox maraqli movzudu. gerek usaqi balacaliqdan vedis edesen. menim qizim hele korpedi.
ama hele indiden miz mizidi ))))

Allah balalarinizi saxlasin insallah
Aytac M-ca Aytac M-ca 12 January 2014 11:41 Cavab yaz

Lazımlı xeberdi böyük oglum her şeye ağız büzür kiçik oğlum ise ne verirsen yiyir teşekkürler.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика