Giriş
Bağla

İngiltərə Kuboku: "Şəhərlilər" rəqibi diz çökdürdülər

Günün əsas xəbərləri

 

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Milli.Az-ın məlumatına görə, ikinci oyun günündə bir qarşılaşma baş tutub. İngiltərədə rəqibinə acımayan  "Mançester Siti" daha bir komandanı biabır edib. "Şəhərlilər" öz meydanlarında "Vest Hem Yunayted"i darmadağın ediblər. Alvaro Neqredo müdafiə xəttinin başına bəla olub. Het-trik edərək cavab oyunda rəqibə şans verməyib. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları yanvarın 21-i və 22-də keçiriləcək.

 

8 yanvar 
İngiltərə Liqa kuboku 
"Mançester Siti" - "Vest Hem" - 6:0
Qollar: Neqredo, 12 (1:0), 27 (2:0), Yaya Ture, 40 (3:0), Neqredo, 49 (4:0), Dzeko, 61 (5:0), 90 (6:0)
7 yanvar
Sanderlend" - "Mançester Yunayted" - 2:1
Qollar:
 Qiqqz, 45-avtoqol (1:0), vidiç, 52 (1:1), Borini, 65-pen (2:1)
Mənbə: Milli.Az


Şərhlər (2)

qeribe qeribe 25 December 2014 16:45 Cavab yaz

Cox sag ol bacim......
askom askom 9 January 2014 23:45 Cavab yaz

West hemden beklemezdim.M.citide zaten zayif takimlara gol vura biliyor.bakalim guclulerle dusduyunde napicak.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика