Giriş
Bağla

"Eurovision 2014"-də iştirak edəcək ölkələrin adları açıqlandı

Günün əsas xəbərləri

 

36 ölkənin ictimai yayımçıları “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib. Bu barədə APA müsabiqənin rəsmi saytına istinadən məlumat verir. Mayın 6-da Danimarkada keçiriləcək sayca 59-cu “Eurovision” müsabiqəsində Azərbaycan, Albaniya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək. Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb. Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib. Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb. 

 

Mənbə: Milli.Az


Şərhlər (8)

Pervane01 Pervane01 10 May 2015 19:46 Cavab yaz

Melumata gore sagolun
virtual dərslər virtual dərslər 28 March 2015 17:26 Cavab yaz

Təşəkkürlər məlumat üçün.
qeribe qeribe 25 December 2014 17:04 Cavab yaz

Insallah bu ilde qalib olsun Baki.
aysun2013 aysun2013 3 March 2014 20:12 Cavab yaz

Insallah bu ilde qalib olarIq gelen il turkiyede bizim olkeye xatir qatilar.
MOON-FLOWER MOON-FLOWER 3 March 2014 19:57 Cavab yaz

ERMENISTAN HARDA AW ORDA BAWDILARE)) TURKIYE OLMADIGI UCUN <3AZERBAYCAN VE MALTA<3
Ryos Ryos 12 January 2014 18:44 Cavab yaz

Turkiye deyesen 2 ci ildi qatilmir..niye?
askom askom 9 January 2014 23:30 Cavab yaz

Turkiye olmadigi icin cok uzuldum.ama kardesimiz orda olucak.
enus97 enus97 9 January 2014 23:06 Cavab yaz

Turkiye niye qatilmirki?

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика