Giriş
Bağla

Ağlamaq - uşaqların ən güclü silahı

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Körpəmizin dünyaya gəldiyi andakı o ilk ağlama fəryadı böyük bir həyəcan və xoşbəxtlik səbəbidir. Bundan sonrakı ağlamalar, səbəblərini araşdırmaq məcburiyyətində olduğumuz ağlamalardır. Körpəlik dövründə ağlama özünü ifadə, istəklərini və narahatlıqlarını ifadə etmə məqsədiylə olur. Yəni bəlli bir səbəbi var. Ancaq bəzən də kiçik olmasına qarşı onun da hirs ağlamaları ola bilər! O kiçik bədənləri ilə yuxuya müqavimət göstərmələri bizi çaşdıra bilər. Körpənin sağlamlıqla əlaqədar hər hansı bir problemi yoxdursa, onun ağlamasını məhdudlaşdırmaq ya da təşviq etmək bir az da ana-ataların davranışlarından qaynaqlanır.

Ağlamaq - uşaqların ən güclü silahı

Ana-atanın qərarlı davranmaması ağlamaya qarşı verdiyi reaksiyalar, bir müddət uşağın ağlayaraq hər şeyi əldə edə biləcəyi kimi bir nəticəyə gəlməsinə səbəb olur. Valideynlər bu cür şiddətli ağlamalarda özlərini olduqca çarəsiz hiss edirlər və başqa bir romantik vəziyyətə keçirlər. Verdikləri reaksiyalar tamamilə gerçək mühitdən uzaq və duyğulu ola bilər. Uşağın ağlaması (yəni kədərlənməsi, ağrı hiss etməsi) ana-atanı dərhal reaksiya vermələri və uşaqlarını bu vəziyyətdən qurtarmaq üçün səy göstərmələri ilə qarşı-qarşıya buraxır. Çünki ən fundamental məsuliyyətlərindən (duyğularından) olan içlərində təbii impulsdan ibarət olan qoruma duyğusu, uşaqlarını dərhal qurtarma motivini hərəkətə keçirir. Bu tələsik davranış, onları səhv davranışlara sürükləyə bilər. Uşağın ağlamasının altında yatan səbəb o təlaş içində analiz edilə bilməz. Beləliklə ya ağlama davranışı gücləndirilir ya da uşağın bu hərəkəti həzm edilir. 

Ağlamaq - uşaqların ən güclü silahı

Danışma inkişafını tamamlamamış kiçik uşaqlar dili özlərini ifadə üçün istifadə etmirlər. Bunun nəticəsi olaraq da istəklərini ağlama yoluyla əldə etməyə səy göstərirlər. Ancaq 3-4 yaşlarına gəldiklərində ağlama səbəbi özünü ifadə edə bilmə vaxitəsi olmamalıdır. Uşaq istəklərini dilə gətirmək yollarını öyrənməlidir. Ağlama hələ davam edirsə, bunun üzərində dayanmaq lazımdır. 

Uşaqda istədiyi bir şeyi ağlama yolu ilə ifadə etmək vərdişi inkişaf edibsə, bu ona öyrədilmiş bir davranışdır. Ağlamanın mənfi istifadəsində uşağın eyni vəziyyətlə bir neçə dəfə qarşılaşması və laqeydliyə uğramasının göstəricisidir. Davam edən laqeydlik vəziyyəti də ağlamanı vərdiş halına gətirir. Uşağın istəklərini necə izah edə biləcəyi ona öyrədilməlidir. Bu davranışları tətbiq edərkən nəticə ala bildiyini görəndə ağlamağı kəsəcək. Ancaq burada qərarlı və tutarlı olmaq çox əhəmiyyətlidir. Bir gün ağlamasına cavab vermək, bir gün səbirli olub izah etmək həllə istiqamətli davranışlar deyil. 

Ağlamaq - uşaqların ən güclü silahı

Fiziki ağrı və ağrıların xaricindəki, uşaqların inkişaf müddətindəki ağlama vərdişlərinin üzərində dayanmaq çox əhəmiyyətlidir. Çünki valideynlərin gözündən qaçan ümumiyyətlə bu cür vəziyyətlərdir. 

Xüsusilə uşaqlarda görülən, etibarsızlıq duyğusundan qaynaqlanan ağlamalardır. Uşağa qarşı dəqiq və qərarlı bir tutuma sahib ola bilməmə buna səbəb ola bilər. Bu tutumun səbəbi olaraq sıx iş tempi ya da ana-ata olmağa hazır olmama ola bilər. Bir səbəb də, ana-ataların klassik təhsil anlayışı ilə müasir təhsil anlayışı arasında keçid dövründə qalmalarından qaynaqlanır. Ana-atalar uşaqlarını azad yetişdirmə fikiri ilə hərəkət edərək onlara lazımlı yerlərdə sərhəd qoymurlar. Beləcə təşəbbüs tamamilə uşaqların əlinə keçir, uşaqlar da bu vəziyyəti ustaca istifadə edirlər. Necə gəldi hər istədiyini an-atasına etdirir, etdirə bilmədikdə də şiddətli ağlamanı seçir. Hər istədiyini əldə etdiyi üçün də beləliklə doyumsuz və etibarsız bir şəxsiyyət ortaya çıxır. Halbuki özünə inamlı olması, onun hər istədiyinin edilməsi deyil özünü idarə etmədə kafi hala gəlməsi, özünü beləliklə daha müstəqil hiss etməsidir. 

Hər istədiyi edilən, əsassız davranılan təminsiz uşaq, qarşılaşdığı çətinliklərin üstünə gedib həll etmək yerinə, dərhal çarəsizcə ağlamaya və başqa yerdən gələcək köməyi gözləməyə başlayır. Çox təəssüf ki ətrafında da hər vaxt köməyə hazır bəziləri mütləq vardır.

Ağlamaq - uşaqların ən güclü silahı

Bəzən də ana-atalar səhv davranışlarını günahlandıraraq xəbərdar etmə yoluna gedərək, uşağın "davamlı səhv edirəm" duyğusuna sahib olmasına gətirib çıxarırlar. Bu vəziyyətdə uşaq ağlamağa, günahdan qaçma, öz şəxsiyyətini qoruma müdafiə etməsiylə də istifadə edə bilər. 

Ağlamaq davranışı haqqında danışılan səbəblərdən, o anda ortaya çıxmayıb, başqa zamanlarda ümumi davranış pozğunluğu olaraq da özünü göstərə bilər. Əvvəllər ağlama davranışı olmadığı halda diqqəti çəkən bir ağlama müşahidə edilməsi isə diqqət çəkməsi lazım olan bir vəziyyətdir. Uşaqlıq depressiyası kimi kömək tələb edən bir problemin əlaməti ola bilər. Bunun ya da yuxudan oyanıb ağlamalar. kimi ağlamalar da əhəmiyyətli bir problemin əlaməti ola bilər. Bu kimi vəziyyətlərdə vaxt itirilmədən bir mütəxəssisə müraciət etmək lazımdır. 

Uşağın mənfi meydana gəlmiş ağlama davranışının öhdəsindən gəlmək üçün ya ağlama davranışını göstərmədən tədbir alınmalı ya da ağlayaraq istədiyi hər nədirsə, qətiyyən yerinə yetirilməməlidir. Bu vəziyyətdə ilk olaraq ağlamanın şiddəti artacaq. Ancaq şiddətlə ağlamanın bir təpə nöqtəsi vardır. Bu nöqtə səbirlə aşıldığında, ağlama davranışı bir neçə hadisədən sonra sürətli bir eniş yaşayır. Yəni uşaq hər istədiyinin yerinə gələ bilməyəcəyini bu təpə nöqtəsi aşıldıqda anlaya bilər. Amma o nöqtədə istəyi reallaşdırılsa, sonrakı ağlamada, ağlama şiddətinin gücü artıq bu təpə nöqtəsindən başlayacaq. Buna görə istəyinin dərhal yerinə yetirilməsi (doğru olmasa da) ağlama şiddətinin artmasından sonra yerinə yetirilməsindən daha yaxşıdır.

Ağlamaq - uşaqların ən güclü silahı

Ağlama davranışını maneə törədə bilmədə ən fundamental nöqtə sərhəd qoya bilməkdir. Sərhəd qoymaqda ən əhəmiyyətli nöqtələr bunlardır:

İsti sevgi dolu bir ailə atmosferi, sərhədlərə uyğun gəlməsindəki ən əhəmiyyətli şərtlərdən biridir. Uşaqlar sevildiklərini və təqdir edildiklərini hiss etsələr, qaydaları qəbul etmələri daha asan olar. Ana-atalar gözləmələrində qəti qərarlı və söylədiklərinin arxasında dayana bilirlərsə, inandırıcı olarlar. Son olaraq hər şey nə qədər pis olsa da, yumoru və gülməyi unutmayın. Hər problemin komik tərəfi də vardır. Ailə damı altında yalnız gurultu olursa çölə çıxın, dərin nəfəs alın deyin ki, hər nə qədər bildirməsələr də, başqa ailələrdə də bu olur. Onların da bəlkə başqa problemləri vardır, bu şübhəsizdir. Və nə gözəl ki problemlərin bir çoxu keçir. 



Şərhlər (56)

rovsane_82 rovsane_82 25 May 2015 01:24 Cavab yaz

İnki uşaqların çoxu ağlamaqla işlərini həll edirlər.
Lale_LR Lale_LR 20 November 2014 04:02 Cavab yaz

Mənim üçün uşağın sakit-sakit ağlamağı daha güclü silahdır.nəinki həyasızcasına qışqıraraq ağlaması.Ona görə balacamın sözü daha çox keçir.böyük şivənçidir
Fidan.Memmedova Fidan.Memmedova 5 November 2014 13:35 Cavab yaz

Mənim qizim o qədər olur yalandan aglıyır ki,götürüm onu,sora da deyqe gülür sakitləşir biggrin
girl_2004_ LEMASHKA_ girl_2004_ LEMASHKA_ 12 September 2014 16:24 Cavab yaz

Menim ana deyir sakit usaq olmusam:) winked
Flaminqo Flaminqo 18 March 2014 18:06 Cavab yaz

deyilenlere gore mende aqlaqan olmusam.hi hi hi
Khadija2011 Khadija2011 14 February 2014 21:22 Cavab yaz

Salam analar
mene bir meslehet verin menim qizimin 3 yasi var cox aglayir heddinden artiq cox
2 dene ela nevropotoloqa aparmiwam deyibler ki cox saglam gumrah uwaqdir
amma geceler durur ele bilki weytan girir bedenine butun 5 mertebe onun sesine durur
sakitlewdirmek olmur deli kimi aglayir
cildaga apamiwiq her wey amma komek etmir
mene komek edin
APENAS APENAS 2 December 2013 17:49 Cavab yaz

garibeВ mamedova,
Sende beyenib, sherh yazdigin uchun chox sag ol canim give_ros
qeribe qeribe 1 December 2013 01:34 Cavab yaz

Chox sag ol canim give_ros
APENAS APENAS 29 November 2013 17:48 Cavab yaz

MELEK,
MULATKA,
garibeВ mamedova,
Chox sag olun Xanimlar, Allah her birinizin balasini saxlasin Amin inshAllah girl_ang give_ros
rana969 rana969 29 November 2013 15:38 Cavab yaz

Xanımlar şərh yazarkən diqqətli olun hərf səhvi etməyin ən azından cümləni başlayarkən böyük hərflə yazmağı unutmayın... Ama, twk yazmayın əks halda şərhləriniz silinəcək.!!!
s s 90 s s 90 29 November 2013 11:12 Cavab yaz

Xanımlar şərh yazarkən diqqətli olun,hərf səhvərinə yol verməyin,cümləni başlayarkən böyük hərflə yazın..
Şərhlərdə tşk yazmayın,silinəcək..
REXWENDE REXWENDE 29 November 2013 11:06 Cavab yaz

Menim oğlum da ağlağan olub
s s 90 s s 90 29 November 2013 01:36 Cavab yaz

Yazdığınız şərhlərə bir nəzər yetirin...bu qədər səhv olar bir cümlədə???
Cümləni başlayarkən böyük hərflə yazın.
Şərhlərdə tşk yazmayın,silinəcək!!!
qeribe qeribe 29 November 2013 01:32 Cavab yaz

Maraqlı xəbərdir,çox sağolun give_ros
canimsan canimsan 29 November 2013 00:34 Cavab yaz

Qizimin 2 yashi var..bezen bilmirem niye butun gunu sebebsiz yere aqlayir..Ushaq da aqlayanda hovselesiz oluram..
melek huseynova melek huseynova 28 November 2013 22:07 Cavab yaz

Aglamaq deməyin ureyimde yaq qalmayib ki.boyuk qizimin 3 yasi var yuxusu gelir agliyir,acir agliyir,isteklerin demir ki,nese edek ancaq aglayir.axir ki hekime aparmisdim hekim deyir ola bilsin qurdu var o eseb verir/qurdnan elaqeli de qan azliqi.iksine de mualice getti indi yaxsidi isteklerin deyir.sukur Allaha.tesekkur
APENAS APENAS 28 November 2013 21:52 Cavab yaz

AysunВ Memmedova,
Chox sag ol canim menim, Allah sene sebr versin isnhAllah duzeler girl_ang
GÜLÇİN,
Dogru bildirmisiz, teshekkur edirem give_ros
kayip prenses kayip prenses 28 November 2013 21:49 Cavab yaz

Uşaq ağlayaraq böyələr.İndiki uşaqların problemi olduğu(xəstəliyi)üçün ağlayırlar.Ağlamaq nəyinki uşaqların ən böyük silahıdır,hətta qadınlarında silahıdır.
menasiz dunya menasiz dunya 28 November 2013 21:48 Cavab yaz

Ay canim tebrikler xeberin ugurlu ve davamli olsun canim menim give_ros .Oyyyyyyyy aglamaq deme artiq menim eseblerim korlanib dash 2 aydir oglum elece glayir bilmirsen aglayirmi pardon yoxsaa mizildanirmi her nedise eseblerimi korlayib ne isteyir hec ozude bilmir bu usaq
APENAS APENAS 28 November 2013 21:24 Cavab yaz

NuraneВ nuriyeva,
fidanВ ,
BIBIXANIM,
leman,
Chox sag olun Xanimlar give_ros Allah her birinizin balasini qorusun inshAllah Amin girl_ang
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика