Dövlət Bayrağı Günü
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilir:
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bayramınız mübarək!
XƏBƏR LENTİ
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Bu ərəb ölkəsi də qarışdı
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Evdə edə biləcəyiniz 3 idman
Azərbaycanlılar İrəvana gedir?
Sehr təki əsərlər
Qripdən qorunmaq üçün nə yeməliyik?
Türkiyəyə qar yağdı - FOTO
Siz hansı dəsti bəyəndiniz?
"Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir"
Bir şəhər yanğına görə təxliyə olunur
Yaqut daşı
"Canım qurtardı"
Qadin.Netlilərin ixtisas arzuları - 1
Günvurmadan necə qorunmaq olar?
Vaxtında çəkilmiş şəkillər
Qeybət qırmağı necə tərk etmək olar?
Dəridəki çatların bitkilərlə yox edilməsi
Təyyarə qəzaları daha can almayacaq
Cizgi filmlərdəki yeməklərdən bişirdi
Yerfındıqlı şərbət (foto resept)
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
25 min izləyicisi olan nəhəng pişik-FOTO
Asan hamilə qalma yaşı neçədir?
Kadırov istefa verir
"Çirkli pullar" burada yuyulur - VİDEO
Milli Qəhrəman Namiq Allahverdiyev
Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Bu qabların istifadəsi xərçəng yaradır
Körpələrlə necə vaxt keçirməli?
28 May - Respublika günüdür!
Gül bayramı keçirilməyəcək - Video
Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər - RİSK SİYAHISI
Günün ulduz falı
İnsan üzlü "pişik" görənləri təəccübləndirir
Manikür modelləri
Qaraçı plovu/Şor salatı (video-resept)
Ağ kələm salatı (foto-resept)
Mayk Tayson "Prins" oldu
Azərbaycanda bayram günləri və həftəsonları məhdudiyyətlər olacaq? - AÇIQLAMA
Hamiləliyinin son günlərini yaşayan Cici Hadid paylaşım etdi- FOTO
Uşaq geyimləri
Ön dişi olmayan model tanıtım etdi - FOTO
Büdcədən koronavirusla bağlı ayrılacaq pullar - RƏSMİ + MƏBLƏĞ
Kəvərli-pendirli piroq (foto resept)
Hər kəs bu hadisədən danışır-FOTO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
- ŞƏRHLƏR