Bayaqkı səs-küydən əsər əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə :
- “Dayan” dedi.
Mən arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi.
Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O, “mən” idi.
Sənədlərimə diqqətlə baxıb dedi:
- Mənimlə getməlisən!
- Hara? Axı mən evə tələsirəm.
- Hara lazımdırsa ora. Düş qabağıma, az danış – deyərək qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib, pilləkənlərlə aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə: “Keç içəri” – dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.
-“Bura haradır? Məni niyə bura gətiriblər?”– deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər.
“Mən”lərdən biri ayağa qalxaraq uzun- uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı , çox qısa danışıb oturdu.
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:
- Deyilənlərlə razısınızmı?
Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:
- Bəli , bəli , bəli.
Mən səs gələn tərəfə baxdım , onlar da “mən” idilər. “Mən” “mən”i çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.
Mən gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.
Hər kəsdən düşüncələrini yazmağı xahiş edirəm,,,
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Təhsil naziri iki şöbə müdirini işdən çıxardı
Ramazan ayının 11-ci gününün duası - İmsak və iftar vaxtı
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
Prezidentdən manat açıqlaması
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
I sinfə qəbul dəyişir
Merve Boluğur müflis oldu
Özümüzü tanıyırıqmı?
Turist qadınları öldürənlər cəzalandırıldı-FOTO
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
“Facebook” sifətləri tanıyan startapı aldı
İmtahanın nəticələri AÇIQLADI
Sahibkarlardan İlham Əliyevə müraciət
Bir maşının neçə sürücüsü ola bilər?
Sağlam qidalanma proqramı
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
İcbari tibbi sığorta xidmətlərinə nələr daxildir? - SIYAHI
Azərbaycanın futbol klublarında yenilik
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Hamiləlikdə qidalanma
2012-ci ilin hamilə paltarları
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
Nazirlikdən 66 şagirdin durumuna münasibət
38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO
Gecə geyimləri
Hava haqqında - 14.02.2014
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Möhtəşəm üzük modelləri
Uşaq telefonu təklifi hələ öyrənilir
Mənim seçdiklərim
Uşağınızı cəsarətləndirmək üçün 20 ifadə
Dəbli kişi gödəkçələri
Xanımların sevimli geyim aksessuarı
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Günün qoroskopu: Qəfil görüş, məktub, telefon zəngi ola bilər
Cennifer Lopez məktəbli "forması" geyindi- FOTO
Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Məşhurlar və övladları
Qızınıza söyləməməniz lazım olan 10 söz
2012-nin stil ikonları
Bu rayonlarda qaz kəsiləcək
SƏNİ SEVMƏK
500 milyon smartfon təhlükə altındadır
- ŞƏRHLƏR