Giriş
Bağla

Həyat qaynağımız, yaşama səbəbimiz nədir?

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

 

Həyat qaynağımız, yaşama səbəbimiz nədir?

Həyat qaynağımız, yaşama səbəbimiz nədir? Yaşadığımız həyat tərzi bizim seçimimizdirmi?

Bizi ən çox kədərləndirən və ya kədərləndirəcək, sevindirən ya da sevindirəcək vəziyyət nədir?

Qısası, həyatdakı məqsədimiz, tərzimiz və yapışdığımız budağımız nədir? Məqsəd, tərz, gələn qaynaq, ya da yapışılan budaq…

İnsan deyilən canlı bunlar olmadan yaşaya bilərmi? Heyvan adlandırdığımız canlıların həyatlarını davam etdirə bilməsi üçün məqsədləri yemək tapmaq, güclü olmaq, yaşamaq üçün yeri gəldikdə digər bir canlının varlığına  son qoya bilməkdir.  Yaxşı, adına insan deyilən canlının, yəni bizim vəziyyətimiz, məqsədimiz nədir? Bizlər, daha doğular-doğulmaz ilk reaksiyamızı ağlayaraq veririk. Bu ağlama ətrafımızdakılardan qayğı istədiyimizi, yardım gözlədiyimizi göstərən ilk siqnaldır. Ətrafımızdakılar da bu istəyimizə cavab verməkdə gecikməzlər. Qısası, doğular-doğulmaz bir məqsədimiz vardır, çünki bu ağlama bir məqsəd üçündür…

Zaman keçir və artıq ağlayaraq deyil, danışmaqla istəklərimizi ifadə edirik. Bu istəklərimizə ətrafımızdakılar tərəfindən müsbət, ya da mənfi cavablar anında verilir. Bu cavablar da qarşıdakı böyüyün məqsədinə uyğun bizə dönmüş olur. Əgər əks-reaksiya bizim istəkdəki məqsədimizlə üst-üstə düşürsə, o böyüklə yaxşı anlaşırıq. Yox əgər məqsədlərimiz zidd gəlirsə, onun verdiyi cavab bizi qane etməyəcəyindən yaxşı anlaşa bilməyəcəyik. Yaxşı, bizim məqsədimiz nədir? Deyə bir sual ağlımıza gələrsə; bunun cavabı insanların sayı qədər çoxdur, deyə bilərik. Ancaq bu məsələyə diqqət etməliyik;

Həyat qaynağımız, yaşama səbəbimiz nədir?

Körpə olan biz, ağlama hərəkətinin ardından gülümsəmə… eyhamlı səs çıxarma… danışma, yerimə kimi öyrəndiyimiz bütün hərəkətlərlə istəklərimizi bildirərkən əslində gerçək məqsədimizi tapa bilmək üçün kəşflər edərik. Bu kəşfləri də bizə təqdim edilən obyektlərlə məşğul edər və məqsədimiz olacaq məfhumu tapmağa çalışırıq. Necə ki, uzun müddət oynadığımız və guya çox sevdiyimiz bir oyuncaqdan bir müddət sonra bezə bilərik. Çünki kəşfimiz bitmişdir və bəlkə də, bu kəşf nəticəsində bu oyuncağı sevmədiyimizi başa düşürük. Artıq bu səbəbdən yeni kəşflərə addım ata bilmək üçün böyüklərimizdən yeni obyekt gözləyirik ki, məqsədimizi tapa bilək. Biz sıxıldıqca əlimizə verilən yeni obyektlər həyatımıza rəng qatar, çünki bizlərin kəşf sahəsinə daxildir. Ancaq bəzən verilən deyil,  verilməyən obyektlər diqqətimizi cəlb edir. Çünki verilən obyektlər, bəlkə, bizə adi gəlmişdir, bəlkə də, maraq dairəmizdədir. Məhz burada, artıq tərz deyilən vəziyyət üzə çıxır. Beləcə, öz tərzimiz formalaşmağa başlamışdır, deməkdir. Əlimizə tərzimizə uyğun obyektlər verildikcə bunu kəşflərimizin ən idealını tapanadək davam etdiririk. Elə bir hal olur ki, tərzimiz bizim zövq aldığımız vəziyyət, olmazsa-olmazımız olur. Burada da əsas qaynağımız kimi yapışdığımız budaq yaranmağa başlayır… Biz artıq ayaqlarını yerə basan, nə istədiyini bilən, özünü tanıyan və olmazsa-olmazları olan bir şəxs olmaq yolundayıq. 

İnsan məqsədsiz yaşaya bilərmi? Ya da tərzsiz? Ya da yapışdığı bir budağı olmadan? Bu suala insanlıq adına cavab verərək, çox konkret şəkildə “Xeyrr” deyə bilərik. Doğrudur, bəlkə, doğulan hər körpə, ağlayaraq doğulmur. Bəzisi ağlama refleksinə belə malik olmayacaq qədər şikəst doğula bilər. Amma bu, onun istək içində doğulduğu həqiqətini və bir gün ağlaya biləcəyini, məqsədi ola biləcəyini, öz tərzi ola biləcək həqiqətini inkar etmir. İllərcə hər cür, həm də ən ağır dərəcədə əngəlli uşaqlara təlim-tərbiyə verən və əngəlli yaxınları olan bir şəxs olaraq bu fikri çox rahat və əminliklə irəli sürməkdəyəm.Həyatın gözəlliyi və cazibədarlığı insanı öz cazibəsi ilə heyran etdiyindən insanın məqsədi, tərzi və yapışdığı budağı dəyişə bilər. Bu dəyişkənlik zamanla günlərin axması kimi göz önündə, amma çox sürətlidir və təbii ki, seçimlərimizlə formalaşır. Məsələn; İki uşağından birini itirən ürəyi dərdli ana belə deyir: «Digər uşağımın varlığıyla ovundum və həyatdan əl üzmədim. Bu acını ürəyimə gömdüm…» İki uşağını birdən itirən ürəyi dərdli ana belə deyir: «Həyat yoldaşım dünyanın ən yaxşı və anlayışlı insanıdır. Onun varlığı və  dəstəyi məni həyata bağladı…» İki uşağını və həyat yoldaşını eyni anda zəlzələdə itirən ürəyi dərdli insan belə deyir: «Cəsədlərini tapa bilməməyim mənə ümid oldu. Həmişə bir gün yaşadıqlarını eşidəcəyim ümidi ilə yaşadım ».Bütün ailəsini itirən və cəsədlərini də görən ürəyi dərdli insan belə deyir: «Bu vəhşətə səbəb olanların (zəlzələyə dayanıqlı olmayan bina edənlərin) bu dünyada cəzalarını çəkdiklərini görə bilmək üçün apardığım mübarizə məni yaşatdı….» … və s… və s… Qısası, bizlər həyatı çox acı sürprizləri ilə birlikdə qəbul etmişik. Və özümüzə yeni məqsədlər, yeni tərzlər, yeni sahələr tapmışıq… İnsan dünyaya gəldiyi andan etibarən malik olduğu, adına «ağıl» deyilən beyin gücü ilə əbədi ola bilmə, ölümsüz ola bilmə mübarizəsi içindədir və bu istəklə addımlayır.

Həyat qaynağımız, yaşama səbəbimiz nədir?

Bu məsələ insan övladının üzərində varlığını sürdürdüyü və varlığını isbat edən bir portret kimidir. Bu portret dünyada yaşayan hər bir insanın hərəkətləri ilə yaranan bir rəsmdir. Bu rəsmə qeyd edilənlər əbədiliyini insanlıq var olduğu müddətdə davam etdirir və silinməz. Bunun adına günümüzdə «tarix», «mədəniyyət», «əfsanə» deyirik, …və s. və ilaxır. Biz isə bu portretə «əbədiyyət portreti» deyəcəyik. Bəzisi bu portretin ətrafında və lider rolunda, bəzisi yardımçı, bəzisi piyadadır, amma hər insan bu əbədiyyət rəsminin bir küncündə müəyyən vəzifə almaq məqsədini güdməkdədir. Hər bir insanın  məqsədi bu portretdə daha qabarıq ola bilməkdir. Bu da portretdəki qabarıq fiqurlardan ola bilmək üçün verilən cəhdlərlə göstərilir. Verilən cəhd leqal, ya da qeyri leqal ola bilər. Yaşayan hər bir insan bu məqsədlə bu və ya digər şəkildə vəzifə aldığı üçündür ki, nə vaxt insan deyilən məxluq varlığının mənasızlığına inanır, bu portretdə əbədiliyi olmadığını, bir iz qoymadığını görür, o zaman həyatdan əl çəkir və həyatı mənasızlaşır… Yaxşı, bu nə mənaya gəlir? İnsanoğlu ictimai olduğu qədər qapalı, özü ilə yaşayan bir varlıqdır, demişdik. Burda bunun ən gözəl nümunələrini görürük. İnsan övladının həyatdan nə zaman əl çəkdiyinə, intiharı düşündüyünə baxdıqda görürük ki, çox böyük amil olan «özünə hörmətini itirdikdə» bu dünyadan əl çəkəcək gerçək səbəbini tapır. İnsan nə zaman ki, özünə hörmətini və güvənini, yaşamasının mənasızlığını düşünür və buna inanırsa, məhz o zaman yaşamaqdan əl çəkir və hər şey mənasızlaşır.

Ətrafımızda, bəlkə də, bu cür acı hadisələrə şahid olanımız, ya da eşidənimiz vardır: Ümumilikdə bu mərhələyə gəlmiş insanın ağzından bu sözlər çıxır: «Mən nə işə yarayıram ki? Nə deyə yaşayıram ki? Kimsəyə bir faydam yox… Əlimdən heç bir şey gəlmir… Nə etsəm, alınmır… Edə bilmirəm…. Mən bir işə yaramıram….» Bəli, məhz bu insan, əbədiyyət portretində özünə bir yer qazanmadığını düşünür və atdığı addımların heç iz qoymadığını görüb mənasızlığını dilə gətirir… Tək bir Yaradanın varlığına inanan ilahi dinlərdəki kimi, dünyada insanın xüsusi bir mövqeyi olduğu inancı ilə baxınca görürük ki, həqiqətən, insanın dünyada xüsusi bir yeri var. Belə ki, təbiətdə hər şey sanki insana xidmət edə bilmək üçün yaradılmışdır. Atmosferdən başlayaraq, hər bir varlıq insanın yaşaması üçündür. Digər yandan, digər canlılardan heç birinin varlığını davam etdirə bilmək üçün insana ehtiyacı olmadığı da məlumdur. Nə heyvanların, nə bitkilərin, nə də torpağın… Amma insanın isə bunların hamısına ehtiyacı var. Dolayısı ilə xüsusi yeri olan insanın da xüsusi bir məqsədi olmalıdır, məntiq bunu deyir. Məhz bu məqsəd bizə o portretdə yer ala biləcək, əbədi ola biləcək bir məqsədin mənasını göstərir. Bəşəriyyət var olduqca bu belə olmuşdur. Portretdəki müsbət, ya da mənfi əbədiliyin ehtiyacı, dünya var olduqca davam etmişdir.

Həyat qaynağımız, yaşama səbəbimiz nədir?

Bunların hər biri ölümsüz səciyyədə əbədi addımlardır. Və insan deyilən varlıq fərd olaraq bu əbədi addımları ata bilmək istəyir. Çünki insanın malik olduğu ağıl gücü ona özünün kainatda xüsusi bir yeri olduğunu bildirir. Kainatdakı digər canlılardan fərqini bu yönü ilə görür və onlardan fərqli olmaq istəyir. Sadəcə, həyatının davamı üçün yaşamaqla aldığı məmnuniyyət insan deyilən canlıya yetməz. Malik olduğu ağıl gücü sayəsində bu, ona yetərli gəlmədiyi üçün axtarışa girər və məmnuniyyət axtarar. Və təxmin edəcəyiniz kimi, bunu əbədiyyətdə tapır. Beləcə, o əbədiyyət portretində bir yer qazana bilmək üçün cəhd göstərir. Bu cəhd də həyat seçimlərinə görə dəyişir; bəzən müsbət, bəzən isə mənfi yöndə olur. Qaliley, Nyuton, Arximed, Hitler, Fateh Sultan Mehmet, Atatürk, Karl Marks, Alparslan …və daha bir çoxları bu cəhdə qoşulanlar arasındadırlar. Bunların hər biri bu dünyaya müdafiəsiz və ağlayaraq, qayğı tələb edən körpə olaraq gəldilər. Ancaq istər aldıqları təlimtərbiyə,  istərsə öz iradələrinin gücü onları o portretdə ölümsüz edən yer tutmağa doğru apardı… Ölümlərindən əsrlər keçsə də bizlər onları tanıdıq və hələ bir çox nəsillər də bizlər kimi tanımış olacaqlar. Dünyada çox xüsusi bir yeri olduğunun fərqində olan insan müsbət və mənfi yöndə əbədi ola bilmək üçün cəhd edir. Bu cəhdini də öz şərtlərini daha çox çətinləşdirərək edir. Uşaq sahibi olmaq əslində bu cəhdinin bir göstəricisidir. Çünki insan əgər heç bir şey edə bilməyəcəksə, özündən sonra adını yaşadacaq bir uşaqla ölümsüz ola bilmə yoluna getmək istəyər... və bəlkə, bilərək, bəlkə, bilməyərək əslində uşağını öz məqsədinə hələ doğulmadan qurban edər!

Buraya qədər yazdıqlarımızdan anlayırıq ki, insan dünyaya yaşama məqsədini tapmaq məqsədi ilə gəlir… Bu məqsəd ona tərzini və faydalanacağı qaynağı, yapışacağı budağı göstərir… İlk zamanlara aid məqsədi həyat boyu dəyişə bilər… Həmişə eyni  məqsəd uğrunda yaşaya bilməyib axtarışa davam edə bilər… Ancaq bu reallıqdır ki, məqsədi olduğu müddətdə insan həyatına davam edə bilər. Bu məqsəd doğru, ya da yanlış ola bilər. Məhz biz valideynlərin vəzifəsi burada başlayar. Özümüzə və uşağımıza düzgün məqsədlər məsələsində işıq ola bilmək…. Valideyn olmaq, böyük olmaq, yol göstərən olmaq istəyiriksə, bu məsuliyyətin fərqində olmalıyıq. Çünki dünyada yaşayan hər şəxs, elə ya da belə o əbədiyyət portretində özünə irili-kiçikli bir yer qazanır. Misir piramidalarının portretində onları inşa edən və ən kiçik nöqtə olaraq qəbul edilən qullar kimi… Vəziyyət belə ikən bu sətirləri birlikdə paylaşan bizlər bir uşaq valideyni olmaqla nə böyük bir vəzifəmiz olduğunu görə bilməliyik. Çünki "uşaqdır da" deyib üstündən keçdiyimiz uşaqlarımız bir gün böyüyəcək və bir şəxsiyyət olaraq cəmiyyətdə yer alacaqlar. Nəhayət, bizlər də bir zamanlar sadəcə bir "uşaqdıq…"

Uşaq demək, toxum demək…

Uşaq demək, təməl demək…

Uşaq demək, varlıq demək…

Uşaq demək, həyat demək…

Əlbəttə, bunları onsuz da bilirik və bu səbəbdən bu sətirləri paylaşırıq. Ancaq bəzən insanın bildiklərini təkrarlaması da gözəl olur. Çünki bəzən həyatın adiliyinə qapılır və elə yaşayırıq ki, bəzi kiçik görünən, amma təməli yaradan detalları unuduruq. Bunları unutmayan, düşüncəli və məsuliyyətini bilən, uşaqlarımızı ölümsüz olma məqsədinə qurban etməyən, onları ayrıca bir şəxs kimi qəbul edən və onlar üçün ölümsüz addımlar atmaq istədikdə yanlarında olub dəstək verən, doğru yollarla ölümsüz addımlar ata biləcək məqsəd qazana bilmələri üçün doğru yerdə, doğru zamanda doğru işıq ola bilən valideynliyi hədəfləyirik.

Uşaq təlim-təbiyəçisi Şahnaz Aras



Şərhlər (46)

murad.fikret murad.fikret 12 April 2014 02:13 Cavab yaz

Uşaqalarimsiz heyat boşdu mene, ne yaxşiki var onlarsiz heyat bos menasiz
nilu nilu 20 January 2014 22:42 Cavab yaz

Monica_Bellucci,
11 YAWIN VAR AXI SENIN SEHV ETMIREMSE sarcasti
Sahile. Sahile. 17 October 2013 12:18 Cavab yaz

cox maraqli movzudu.heyatda her bir kesin bir yawama sebebi olur.
boy-2010, boy-2010, 17 October 2013 01:08 Cavab yaz

ele pis mametdeyem olumek ucun allaha yalvariram.1 oglum var onun iyin alanda mene yasamaga heves gelir,ama yenede deyirem olum olum olum.
Fidan.Bagiyeva Fidan.Bagiyeva 16 October 2013 11:12 Cavab yaz

Gözəl mövzudur.Allah-Təala bizləri yaradıbsa,bizlərdə yaşamalıyıq,insanlar gəldi-gedərdir.Allah buyurduğu əmlərə itaət etmək və həqiqi Allahın bəndəsi olmaq-mənim yaşama səbəbimdir..Mövzuya görə çox sağolun
nergiz_alieva nergiz_alieva 16 October 2013 01:43 Cavab yaz

MENIM YAWAM SEBEBIM?!ALLAHIN MENE VERDIYI OMRDU SADECE YAWAMALIYAM VE YAWAYIRAM,
A-N-ar (Realist) A-N-ar (Realist) 15 October 2013 23:47 Cavab yaz

Çox gözəl mövzuya toxunmusunuz. Hər insanın yaşama səbəbi fərqlidir. Ancaq hər kəsin bir ortaq mövqeyi var ki, o da ALLAHDIR. Yəni ki, biz ALLAHın verdiyi canı daşıyırıq. Bu zaman müddətində bir çox şeylərə nail oluruq. Onlardan ən əsası gözümüzü açdığımız ailəmizdir ki, onlar bizim ayrılmaz hissəmizdir. Yalnız valideyin olanda onları dərindən başa düşürük. Mənim qızım mənim canımdan ayrılan bir candır. O mənə ALLAHIN əmanətidir, yaşama səbəbimdir. Yoldaşım da mənim dəyərlimdir. ALLAH hər kəsin ailəsini qorusun. AMİN.
zehra_211 zehra_211 15 October 2013 22:26 Cavab yaz

Monica_Bellucci,
allah seni islah etsin bacim bu qeder fantazya ve fikirler insallah heyatinda pis izler qoymasin

yasama sebebim iki meleyi yoldasim sevdiklerim
insanliq insanliq 15 October 2013 21:22 Cavab yaz

Papami 22-si 4 ay olacaq itirmisem,yasamaq istemirdim,mamama gore yasayiram,yasamaq sebebim mamamdi,ona da 1 sey olsa menim yasamagimin menasi yoxdu
xedice 033 xedice 033 15 October 2013 19:54 Cavab yaz

Yasama sebebim - o qeder sebeblerim var ama en esas sebeblerim ovladlarim onlari boyutmek ve bir cox sebebler demekle qurtarmaz
R.Ravana R.Ravana 15 October 2013 18:03 Cavab yaz

Xəyalə xanım ,gözəl xəbər üçün sizə təşəkkür edirəm.Yaşama səbəbim çoxdur amma ən başda gələn bir gün ana olmaqdır .
mnn22622 mnn22622 15 October 2013 16:10 Cavab yaz

Menim heyat qaynagim arzularim ve planlarimdir
elnur8 elnur8 15 October 2013 12:29 Cavab yaz

Sevgisiz yaşam yoxdur!Allah sevgidən məhrum etməsin bizləri!
R.G.AL-SU R.G.AL-SU 15 October 2013 10:30 Cavab yaz

o qədər səbəbim varki yaşamaga,bəzən omür vəfa etməz deyə fikirləşirəm,,,,kaş omrüm yetəydi səbəblərimi yaşamaga.Xəbəri bolüşdüyünüz üçün sag olun Milana xanım çooox gozəl sozlərdir
Angel_sity Angel_sity 15 October 2013 00:34 Cavab yaz

ne deyim vallah hec ozumde bilmirem bir tek Allahdan arzum budurki ovladlarimi oz ayaqlari ustunde durana qeder Allah deymesin yoldawimin menim canima ovladlarim yad ellere duwmesin meqsedimde onun ucun yawamaqdir herden bir anliq ovladlarimin yatmiw gorende agliyaraq duwunuremki men olmasam kim qalar bu korpelerin qaygisina tesevur ediremde uwaq onun bunun elinde qalib ureyim parcalanir ve ona gorede hec vaxt yawamagdan bezmerem bu dunyada caliwmagim yalniz ovladlarim yoldawim anam-atam ucundur ne olursa olsun vaxtsiz ayriliqlardan Allah qorusun hamimizi
Canam Huseynim Canam Huseynim 15 October 2013 00:00 Cavab yaz

INSAN ALLAHIN MOCUZESIDIR.ALLAH BIZE BU QEDER NEMETLERI VERIB,HER SANIYE, HER BIR YARPAQIN BELE YERE DUSMESI HR DAMCI YAQISIN BELE YAQMASINDA BIR HIKMET VAR.INSAN YARADILISI OTURUB FIKIRLESDIKCE DERINLIYINE GETDIKCE HEYRETE GELIR.ALLAH BIZI YARADIB VE YASAMAQIMIZ UCUN QANUNLAR QAYDALAR HER BIR ISDE BIZE LAZIM OLAN QURANI GONDERIB.INSAN CALISIB BACARDIGI QEDER ALLAHIN ISTEDIKLERINI ETSE INANINKI HEC VAXT NIYE YASAYIRAM DEMEZ VE HEC VAXT BEZIB OLUM ISTEMEZ.SADECE SEYTANA QALIB GELMEY LAZIMDI.IBADETLE.IMANLA.GOZEL EMELLE.VE ETREFINI SEVMEKLE.USAQINSA YAXSI OLMAQI ELE VALIDEYNNEN ASLIDIR HAMILELIK DOVRUNNEN BELE ONU TERBIYE ETMEK LAZIMDIR.GOZEL MOVZUDUR COX SAQOLUN.
aysun2013 aysun2013 14 October 2013 23:57 Cavab yaz

heyatda yasama sebebim anam yoldasim korpelerimdi allah onlari mene cox gormesin
inci... inci... 14 October 2013 23:57 Cavab yaz

Beli,dogrudur,bezen men de ozume sual vermisem:"Men niye yasayiram?"Evveller bu suali ozume cox verirdim.En cox da yeniyetme vaxtlarimda.(indi 30 yasim var)Bu suallar 2006- ci il 2Avqusta qeder.Hemin gun hele de yadimdadir,hamile oldugumu oyrendim...O gunden sonra omrumu ekizlerime hesr etdim.....Tesekkurler xebere gore.
fidan555 fidan555 14 October 2013 23:31 Cavab yaz

..........
girl_2008,limonka girl_2008,limonka 14 October 2013 23:30 Cavab yaz

Menim yasama sebebim valideynlerim sorada oglum ve heyatyoldasim....
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика