Əziz analar, inşallah hazırladığım xəbər köməyinizə çatar. İlk öncə onu bildirmək istəyirəm ki, bütün şirin körpələrimiz 6 ayına kimi sadəcə ana südü ilə qidalanmalıdır. Hətta bu bir şərtdir ki, süd yoxdursa əlavə süd qidalarından başqa bir yeməklə körpə qidalanmamalıdır. Bəzi mütəxəsislər deyir ki, 6 ayından əvvəl süddən əlavə başqa qida ilə qidalanan uşaqlarda müəyyən yaşa çatdıqda bəzi mədə bağırsaq xəstəlikləri ola bilər. Ona görə də çalışaq ki, körpələrimizi ana südü və ya süni süd yeməkləri ilə qidalandıraq. Amma ən əsası ana südüdür. Lakin bəzi analarımız südünün uşağına çatmaması barədə gileylənir, buna görə də mən bu xəbərimdə ana südünün artması, artırılması və faydalarından danışacağam.
Ana südünün körpəyə və anaya faydaları
Ana südü ilə qidalanan körpələrdə infeksiya xəstəliklərinə az rast gəlinir, beyni daha yaxşı inkişaf edir, allergik xəstəliklər və s. kimi başqa bir çox xəstəliklərə daha az rast gəlinir. Süd verən analarda isə döş xərçəngi, yumurtalıq xərçəngi və qanazlığına daha az rast gəlinir.
Ana sünü əslində necə artırmaq olar?
Mən bu haqda bir çox insanlardan və bir çox məlumatlardan çox şeylər öyrənmişəm. Əvvəllər özüm də çox gileylənirdim ki, südüm azdır. Amma sən demə belə deyilmiş. Əvvəllər körpəmiz çox balaca olduğu üçün südümüz ona çatır, amma körpəmizin həftəsi böyüdükcə südün azaldığını hiss edirik, bu an nə etmək lazımdır? Ən vacibi ana körpəsini əmizdirərkən elə etməlidir ki, körpəsi onun döşündə olan südü tam əmib boşaltsın, bu anda beyinə siqnal ötürülür ki, süd azlıq edir və beləliklə süd ifrazi artmağa başlayacaq. Əlbəttə ki, bu ilk gündən başlamayacaq, bir az səbr etmək lazımdır. Əgər döşdə olan südü tam boşaltmasanız, beyinə siqnal ötürülür ki, bu süd artıqdır, beləliklə süd ifrazı azalmağa başlayır (Və gecələr daha çox əmizdirin, bu da süd artımına köməkdir).
Süd artımının başqa yolları
Ən vacib olan şey - Hər əmizdirmədən sonra 1 stəkan maye qəbul etməkdir. Hətta ana südünün artmasında səbəb bütün (düzdür çox çətin olsa da) günün xoş əhval-ruhiyyədə keçməsidir. Süd verən ana gündəlik 1 yumurta, 1 stəkan süd, mal əti, toyuq əti, balıq əti kimi proteinli qidalar yeməlidir ki, gündəlik bədənə lazım olan ehtiyacını qəbul edə bilsin. Hər gün meyvə tərəvəz yeyilməlidir, bununla yanaşı ağartı məhsulları da yeməlidir. Ana südünü artıran bir çox şeylər var: xüsusilə şüyüd, razyana, darçın və s. Hətta ana südünü qarın bölgəsini gündə 2-3 dəfə 1-2 dəqiqə masaj etməklə də artırmaq mümkündür. Bununla yanaşı hər gün təmiz havada olmaq da ana südünü artırır.
Südü azaldan qidalar
Xalq arasında süd artsın deyə süd verən anaya bol-bol şərbət, çoxlu şirniyyat kimi qidaların süd artırdığını deyirlər. Amma bunların heç biri süd artımına kömək olmaz. Çalışın ki, un məmulatlarından tam da olmasa müəyyən qədər uzaq durasınız. Bir də hamı qatığın südü azaltdığını deyir, bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki, süd əmizdirdiyim vaxtlarda qorxudan qatıq yemirdim. Mən özüm ən çox düyü yeməkləri və qarabaşaq daha çox yeyirdim, qarabaşaq həm ananı artıq çəki almağa qoymur, həm də südü artırır. Ana südünü azaldan bəzi qidalar var. Məsələn: kartof, nanə (cövhərli olan), cəfəri, nişasta unu, arpa və arpa unundan hazırlanmış qidalar, çox duzlu yeməklər, sirkə, limon suyu və s. Hətta ananın əsəbi narahat olması, qorxması da ana südünün azalmasına səbəb ola bilər.
Əziz analar, körpələr bizim gələcəyimizdir, bu gələcəyin təməlini körpələrimiz qoyur. Çalışın ki, bacara bildiyiniz qədər körpənizi südlə qidalandırın. Çox analar bədən fiqurasının pozulmasından şikayət edərək körpəsinə süd vermir. Bu ən böyük günahdır, onun bu haqqını əlindən almayın və yaxud ana 20-25 dəqiqə çox uzun vaxt çəkir deyə körpəsini süddən kəsir ki işlərim var, hövsələm çatmır kimi ortaya səbəbsiz dəlillər gətirir. Amma əziz analar, bizim körpəmizdən vacib heç bir işimiz ola bilməz, körpənizi bacardığınız qədər əmizdirin. O hissi yaşamağa çalışın, süd verərkən analıq hissini keçirmək çox əziz şirin bir hissdir.
Allahdan bir arzum var, bütün qızlarımıza inşAllah ana olmaq qismət olsun, hamınız o şirin hissləri körpənizlə, həyat yoldaşınızla birgə keçirəsiniz. Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyadakı romantik şəhərlər
Əgər prezident olsaydım...(2)
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
Qara nöqətələrə qarşı ən effektli maska
Gigi Hadid çılpaq FOTOsessiya etdirdi
NASA alimindən YADPLANETLİ açıqlaması
İnstagramda Yenilik!
Qadının gözündən qurd çıxarıldı - Azərbaycanda -VİDEO
Kələm turşusu (foto resept)
Gənclərin yeni dəbi budur?
Təsirli Lamborghini Aventador
Bulvarda 15 gün "Lazer şou" olacaq
Rəngarəng ayaqqabı modelləri (2)
Çətirsiz evdən çıxmayın
Üz formasına görə makiyaj
Xüsusi souslu toyuq (foto resept)
Sezonun trendi: Albalı
Dəhşətli soyuqlar gəlir - Ən uzun, soyuq və amansız...
Ombudsman "İnsan hüquqları aylığı" keçirəcək
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb
Hər kəs bu VİDEOdan danışır
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Böhran haqqında hər şey!
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Bu il 10 min ailə dağılıb
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Məşhur aktyor xəstəxanaya yerləşdirildi-SƏBƏB
İki əlinizi birləşdirin və xətlərin kəsişdiyi nöqtəyə baxın
"Avlu"da bu mövsüm nələr olacaq? - VİDEO
Hiperaktivsiniz?
Qırmızı aksessuarlar
Günün qoroskopu: xoş gözlənilməzlik...
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Mən necə arıqladım?
BÜRCLƏR bizə nə vəd edir? - 14 mart
Ən yaxşısı yazmaqdı...
Dünyanın ən gözəl Universitet kitabxanaları
Arıqla və azad ol
Yeni sanksiyalar: hədəf Rusiya
Yer altında böyük sirr tapıldı
Dünyanın ən yaşlı insanının yaşam sirri
Çinin "Evlilik marketi" -FOTO
Madonna stuldan yıxıldı-VİDEO
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
Azərbaycanda qeyri-adi toy - FOTO
Daha az stress üçün 21 tövsiyə
Sarkozi 29 yaşlı məşhur aktrisa ilə evləndi
- ŞƏRHLƏR