Giriş
Bağla

Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)

Hamiləlik və analıq / Hamiləlik təqvimi

Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)

Döl

Boyu 30-32 sm, çəkisi 600-640 qr-dır. Körpənizin əzələ və sümüklərinin inkişafı davam edir. Yəni körpənizin hərəkətləri də güclənəcək və sizi onları daha dəqiq hiss edəcəksiniz. Körpənizin ağciyərlərində damar strukturları meydana gəlir. 24-cü həftə hamiləliyin gedişi baxımından dönüş nöqtəsi kimi qəbul edilir. Elmi məlumatlara əsasən, bu həftədən etibarən körpənin orqanlarının əhəmiyyətli bir qismi inkişaf edir, körpənin hərəkətlərinə refleks kimi deyil, şüurlu cavab verir. Yəni körpəniz artıq öyrənməyə, məlumatları yaddaşında saxlamağa və məntiqli reaksiyalar verməyə başlamışdır. Körpənin həyatının tənəffüs, həzm sistemi və bədən temperaturu kimi ən əhəmiyyətli funksiyalarının davam etdirilməsi və infeksiyalardan qorunması təmin edilir.

Hisslər

Artıq körpəniz daha hərəkətli olmağa başlayır. Bu nəinki onun dad bilməsi, səs eşitməsi ilə deyil, həmçinin körpənin ana bətnində yerinin darlığı ilə bağlıdır. Artıq ana bu hərəkətləri tam dəqiq hiss edə bilir. Bu zaman ana namizədində mədə-bağırsaq problemi, həzmsizlik, baş ağrısı, ayaq ağrıları, yorğunluq kimi hisslər olacaq.

Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)

Analizlər

Sitomeqalovirus (CMV) ana bətnindəki körpəyə ən çox təsir edən virusdur. Təsirli müalicəsi və peyvəndi yoxdur. Hamiləlik əsnasında anadan körpəyə keçə bilir. Bir çox körpənin bu virusla doğulduğu təxmin edilir. Yeni doğulan körpələrdə ölüm, görmə və eşitmə problemləri, zehni çatışmazlıq, qaraciyər və dalaqda böyümə, anemiya və nevroloji pozğunluqlara yol aça bilər. Bəzi qadınlar hamiləlik zamanı virusu uşaqlıqda, ya da uşaqlıq boyunda daşıyırlar, amma çox az hissəsində infeksiya körpəyə keçər. Ancaq gigiyena qaydalarına diqqət göstərərək bu virusa tutulma riskini minimuma endirmiş olarsınız.

Sağlamlıq və çəki

Hamiləlik dövründə ana namizədinin çəkisinin bütövlükdə 12 kilo artması normaldır. Ancaq bu, ayrı-ayrı qadınlarda fərqli ola bilər. Çəkinizə nəzarəti həkiminiz həyata keçirəcək. İkinci üç aydan sonra ananın çəkisinin artma sürəti ayda 2 kq olmalıdır. Hamiləliyin 24-28-ci  həftələri arasında qlükoza testi edilməlidir. Qlükoza təhlili 140 mg-dən çox müəyyən olunan hamilələrə 100 qr. qlükoza ilə 4 saatlıq yükləmə testi edilir. Nəticə yüksək alınarsa, hamiləliklə əlaqədar şəkər xəstəliyi diaqnozu qoyulur və nəticələr qiymətləndirilərək müalicəyə başlanır.

Diş ətlərində qanamalar ola bilər. Göbək dəliyi çölə çıxa bilər. Vaginal axıntılar artır. Bel ağrılarınız ola bilər. Erkən doğum əlamətlərinə diqqət yetirməlisiniz. Dehidratasiya deyilən su itkisiylə əlaqədar olaraq erkən doğum riski ola bilər. Bu həftələrdəki erkən doğumlarda körpənin yaşama şansı ən yaxşı halda 85 %-dir. Onların yarısı da gələcəkdə ağır xəstəliklər və hətta şikəst qalma riski ilə qarşı-qarşıya ola bilərlər. Buna görə də bol-bol su içməyə davam edin.

Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)

Ultrasəs müayinə

24-cü həftə körpənin bütün orqanlarının ən dəqiq görünə biləcəyi həftələrdən biridir. Bu dövrdə ana namizədindən körpəyə gedən qan axınının ölçülməsi üçün rəngli Doppler araşdırması da aparıla bilər. Həmçinin həkim daha aydın və dəqiq şəkildə körpənizdəki patologiyaları müəyyən edə bilər.

Cinsi həyat

Hər zaman olduğu kimi bu dövrdə də sizin üçün risk daşımayan ağrılarınız yoxdursa, öz cinsi həyatınıza davam edə bilərsiniz. Əgər sizdə hər hansı problem varsa, həkimlə məsləhətləşin. Düzgün pozalar seçməklə özünüzə və körpənizə sağlam mövqe yaradın.



Şərhlər (37)

nuray2014 nuray2014 28 May 2014 14:35 Cavab yaz

Axir 3 ayindayam urek bulantilarim bas agrilarim dehset olur. SAG salamt olsun agrilar kecicidi
BDU_2009 BDU_2009 11 September 2013 19:48 Cavab yaz

DunyaВ muradli,Sag-salamat qucaginiza alasiz insALLAH.Agrilar ele bir ilk 3 ayda olur,birde son 3 ayda.Yene biraz yungul kecen ikinci 3 ay olur.Mende son 3 aydayam,ele yorgunam butun gunu yatmaq isteyirem...ALLAH hamimiza komek olsun insAllah.
eltac_2001 eltac_2001 11 September 2013 13:22 Cavab yaz

allah ne verirse versin, el eyagin duz versin, amin girl_smi
dunkawka 16 dunkawka 16 8 September 2013 01:22 Cavab yaz

COX MARAQLI MELUMATLARDIR TWK

men 6 heftedi hamileyem bilmek isterdimki niye indiden cox agrilarim var?bilen var bu meseleni gozel xanimlar?
aysun2013 aysun2013 6 September 2013 17:43 Cavab yaz

ALLA TUM XANIMLARA ANA OLMAQI NESIB ETSIN AMIN ALLAH
qadin_princessa qadin_princessa 6 September 2013 14:34 Cavab yaz

Olmuyanlara qismet
Angel_sity Angel_sity 6 September 2013 09:13 Cavab yaz

ovlad hesreti ceken bacilarim o gun olsunki gelen il burda qadin.netlilere korpenizle bagli sevinclerinizi boluwesiz bizimle Amin
totum totum 6 September 2013 08:55 Cavab yaz

ucuncunu gozluyurem olmayanlara qismet
Merve Caniyeva Merve Caniyeva 5 September 2013 23:47 Cavab yaz

Allah her kese nesib etsin bele duyqulari.Korpe ana betnindeyken korpenin urek doyuntulerini esitmek cox heyecanverici bir hiss bu give_ros
Dj Elena Dj Elena 5 September 2013 18:43 Cavab yaz

KEMALEВ MEMMEDOVA,

AMIN bacim
Leman(wirniyyatci) Leman(wirniyyatci) 5 September 2013 18:42 Cavab yaz

ALLAHIN ISNI ILE HAMINIZ ANA OLACAQSINIZ,ALLAH XEYIRLI EVLAD NESIB ETSIN SIZLERE

amin amin ilahi amin
REXWENDE REXWENDE 5 September 2013 18:37 Cavab yaz

♥♥♥DJ Elena♥♥♥,
ibiwovaВ vefa,
ALLAHIN ISNI ILE HAMINIZ ANA OLACAQSINIZ,ALLAH XEYIRLI EVLAD NESIB ETSIN SIZLERE
heyatimdasan heyatimdasan 5 September 2013 18:32 Cavab yaz

AY ELE ISTEYIREM 2 CI OVLADIM OLSUN INSALLAH OLAR OLMAYANLARA NESIB OLAR INSALLAH
psixoloq-2013 psixoloq-2013 5 September 2013 17:53 Cavab yaz

ALLAH her birinize korpenizi sag salamat qucaginiza almagi qismet etsin AMIN
Dj Elena Dj Elena 5 September 2013 17:10 Cavab yaz

mende isteyirem.INSALLAH o hissi mende yasayaram.2 ildi korpe hesretindeyem. recourse
vefatebi vefatebi 5 September 2013 13:16 Cavab yaz

isalla mende hamle qalaram
Sevinc-26 Sevinc-26 5 September 2013 13:14 Cavab yaz

meryemВ eliyeva,
INSALLAH SAG SALAMAT QUCAGINIZA ALARSIZ KORPENIZI
gulya_s gulya_s 5 September 2013 13:04 Cavab yaz

InweAllah vaxti gelende verdiyin butun meslehetlere emel edib, hemcinin hamilelikle bagli xeberleri oxuyacam, twk
genc qiz genc qiz 5 September 2013 12:57 Cavab yaz

salamat olasiz.....Amin
BDU_2009 BDU_2009 5 September 2013 12:51 Cavab yaz

Xeber ucun tesekkurler,maraqli ve lazimlidi hamileler ucun.Menden kecib,biz qizimla 26 heftedeyik.ALLAH BUTUN XANIMLARIMIZA NESIB ETSIN BU GOZLE HISSLERI...
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика