Giriş
Bağla

Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları

MÜXTƏLİF / Praktik məsləhətlər

Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Yay ağcaqanadların fəslidir. Müxtəlif üsullarla evdən onları qovmağa çalışırıq. Satışdakı müxtəlif maye və maye üsullu naqilə birləşdirmə dərmanları var. Sağlam yaşam tərzinə üstünlük verən adamlar, bu dərmanların kimyəvi tərkibindən narahat olur. Çalışmalıyıq ağcaqanadları təbii üsulla otaqlardan uzaqlaşdıraq. Satışdakı ağcaqanadqovma üsulları hər biri kimyəvi tərkibli dərmanlardan ibarətdi . Bu da həm otağın havasını zəhərləyir, həm də bizim zəhərli hava ilə tənəffus etməyimizə səbəb olur. Aldığımız oksigen birbaşa qana sorulduğuna görə qanımızda zəhərlənmə təhlükəsini artırır. Əsasən də evdə körpə uşaq varsa lap cox zərərlidir.Bu dərmanların limonlu, çiçəkli, bəzən qoxusuzu var, amma əgər ağcaqanadı öldürmək gücünə maslikdirsə, deməli insan orqanizminə də ziyanlı ola bilər. Bəs sağlam nəfəs almağımız üçün təbii ağcaqanad dərmanı necə hazırlanır?
Ona görə mən də təbii yollarla onardan uzaq olmaq üçün bir sira üsullar göstərəcəm.
Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Sadə bir ağcaqanad tələsi:
Bizə lazım olacaq:
200 ml su
50 qr qəhvəyi şəkər
1 qutu maya (çörək mayası)
 2 litrlik plastik içki qabı
Plastik şüşəni şəkildəki kimi kəsin.İsti su ilə qəhvəyi şəkəri qarışdırın. Soyumasını gözləyin. Soyuduğu zaman şüşənin alt yarısına tökün.
Maya əlavə edin. Qarışdırmağa ehtiyac yoxdur. Karbon yaradın.
Şüşənin digər yarısını, başı aşağı şəkildə o qabın içinə yerləşdirin.Qara bir şey ilə (bant) şəkildəki kimi sarıyın və evinizin bir küncünə qoyun.
İki həftə sonra  şüşənin içində ölü ağcaqanadın miqdarını görəcəksiniz.
Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Başqa bir üsul:
Yaşıl limonu ortadan ikiyə bölün və mixəkləri üstünə batırın.
Bunu pəncərənin qarşısına qoymanız daha məqsədəuyğundur. Belə olsa ağcaqanadlar, içəri girə bilməyəcəklər.
Həmçinin otağınızdan gözəl qoxu da gələcək.


Şərhlər (58)

malahat.hesenova malahat.hesenova 23 December 2014 18:33 Cavab yaz

Cox wukur ki, bizde ne yayda, ne de qiwda agcaqanad olmur.
Lale_LR Lale_LR 18 November 2014 15:16 Cavab yaz

Limona mixək batırmaq daha asandır.yayada yoxlayarıq in şa Allah
Deniz84 Deniz84 30 October 2014 09:03 Cavab yaz

Ağcaqandların təbii qovmaq üsulu qışdır. Bax havalar soyudu daha yoxdular. Yəqin isti ölkələrə uçub gediblərlol
efrus efrus 28 September 2013 22:16 Cavab yaz

bu melumata gore tesekkurler.
qadin_princessa qadin_princessa 4 September 2013 22:28 Cavab yaz

tesekurler give_ros
nura_84 nura_84 28 August 2013 21:37 Cavab yaz

qehveyi sheker nedi? onu bilsem duzelderem.cox sag olun.
apppa apppa 22 August 2013 17:43 Cavab yaz

2 ci usul asan geldi.siniyariq insallah.tesekkurler
Muradova A Muradova A 22 August 2013 15:24 Cavab yaz

ağcaqanadlara görə əl-ayağım yara olubeeee,ikinci üsulu yoxlayacağam,görüm axırı nə olur....
xəbərə görə təşəkkürlər
gunka97 gunka97 22 August 2013 13:51 Cavab yaz

wukur tebii usulda cixarmiw agcaqanadlar ucun dance
anqelocka anqelocka 22 August 2013 13:00 Cavab yaz

meni yiyib olmuwemeee uje men zehlem getmiw agcaqanad angry gecede qoymuyub yatmaga
Shari Shari 21 August 2013 20:31 Cavab yaz

Maraqlidi,melumata gore cox sagolun,biz dermandan istifade etmirik,pencere acan kimi girirler eve adami sirin yuxudan oyadirlar. dash diablo
yellow_girl yellow_girl 21 August 2013 19:31 Cavab yaz

maraqlidiiiiiiiiiiiii dance
Nigar_Elvin Nigar_Elvin 21 August 2013 09:43 Cavab yaz

ALLAHA COX SUKUR KI,menden uzaqdirlar aqcaqanadlar. onsuzda hara getdim baqli oluram,hicabda,uzunqolda,dislemeye yer tapmirlar lol . evde de derman saliriq toka. tesekkurler give_ros
missGozelova missGozelova 21 August 2013 03:30 Cavab yaz

Uy en yarali yerimdi.hemishe agcaqanadin qurbani olmusham.ele idinin ozundede.elim ayagim ele gune qalirdi utandigimnan hec yana gede bilmirdim.ancaq bu il nese az oldu.teki hec olmasin.deyerli meslehetiniz ucun tshekkurler.mutleq sinayacagam.
sahil_13 sahil_13 20 August 2013 21:19 Cavab yaz

tewekkur 2-ci usul daha yaxwidi good 1-ci usulda evden xowagelmez qoxu geler axi wacko
kristen__ kristen__ 20 August 2013 19:00 Cavab yaz

Axrıcı dəfə ağcaqanad nə vaxt məni dişdiyib yadıma belə gəlmir))))
aysel m-eva aysel m-eva 20 August 2013 18:57 Cavab yaz

coxs saolun tewekkurler
sekineismayilova sekineismayilova 20 August 2013 18:18 Cavab yaz

mene yaxin durmur bilmirem niye unknown
ulka-894 ulka-894 20 August 2013 16:36 Cavab yaz

BIRINCIDE NIYE MEHS QEHVEYI SEKER?FERQINI DEYE BILERSIZ? AMMA 2CI COX XOSUMA GELDI,OZUM DE MIXEYI COX SEVIERM EDECEM
dream_1992 dream_1992 20 August 2013 15:25 Cavab yaz

aydaaa evvel cox diwlemirdi meni ama bu yay daaaay oldurduyeee dash bir var adi diwlesin ama ele bil agcaqanadlarinda sortu deyiwibeeee... angry zamana agcaqanadlaridi. diwledikleri yer hem coxxxx wiwir hemde dehwet goynedir agri olur. ozume gele bilmirem. hec evvelki illerde bele olmur. coxx sagolun meslehet ucunnnn bye
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика