Giriş
Bağla

Ulu Tanrım, özün qoru!

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

 

 

Ulu Tanrım, özün qoru!

 

Ulu Tanrım özün qoru
Pislərdən-pisliklərdən.
Namərddən, nakəslərdən
Bir susuza əl tutmayıb
Piyalədən zəhər verənlərdən.
Ulu Tanrım özün qoru
Yalanlardan, yamanlardan.
Qorxum yoxdur nə iblidən ,nə ilandan.
Çox qorxuram bu timsallı insanlardan!
Ulu Tanrım özün qoru
Bu ömrümü hədər yerə verməyim mən.
Hər bir qəlbdə bir şam yanır,
O şamları nə sönən, nə də söndürəni görməyim mən.
Ulu Tanrım özün qoru!
Bir körpəni ayrı salma anasından,
Qönçə çiçəkləri qoyma yansın susuzluqdan.
Nə qədər ki, bu dünyada iki qəlbə çırpıntı var
Bu qəlbləri qoru Tanrım.
Dərddən sərdən iti gözdən
Balta kəsər şər sözlərdən
Ulu Tanrım özün qoru!
Ulu Tanrım, özün qoru!
Tale yazıb, bəxt vermisən.
Xoş əməli, pis niyyəti mələklərə yaz demisən.
Bu bəxtimi qoru Tanrım.
Taleyimə sevgi verdin
Əvvəl anam, sonra yarım
Mənə "mənim"dedi
Hər birisi məhəbbətlə pay yetirdi.
Bu sevgini qoru Tanrım!
İstəmirəm mənim olsun dünya, cahan
Təkcə, bircə mənlə olsun məni anan, məni duyan.
Bu bəs edər ulu Tanrım!
Hər bir kəsin qəlbinə bax, ruzisin ver,
Gözüm toxdur, özgə çörək istəmirəm.
Öz ruzimi mənə yetir!
Bu nəfsimi qoru Tanrım.
Mən sabahı ümidlərlə yaşayıram.
Hər açılan sabahımı qoru Tanrım!
Bu ömrümü qoru Tanrım!
Ulu Tanrım, özün qoru!

Dünyada nə qədər yaxşı adam var,
Yaxşılıq insanla əkiz doğulur.
Ən yaxşı adamlar, yaxşı adamlar.
Nədənsə dünyada oxşarsız olur.

Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər əsr yaxşını yetirə bilmir.
Naqislər külüngü ,pislər yağışı
Yaxşılar yerini itirə bilmir.

Gələnlər-gedənlər sığmayır saya
Dünya bu minvalla dolur, boşalır.
Nə qədər yaxşılar gəlir dünyaya
Yenə yaxşıların yeri boş qalır.
                                                 

 



Şərhlər (54)

sara91 sara91 13 August 2013 15:28 Cavab yaz

ÜRƏYİNDƏN KEÇƏNLƏRİ ALLAH NƏSİB ETSİN.GÖZƏL YAZILIB.
pure love 27 pure love 27 11 August 2013 14:04 Cavab yaz

Hər bir kəsin qəlbinə bax, ruzisin ver,
Gözüm toxdur, özgə çörək istəmirəm.
Öz ruzimi mənə yetir!
Bu nəfsimi qoru Tanrım.
Mən sabahı ümidlərlə yaşayıram.
Hər açılan sabahımı qoru Tanrım!
Bu ömrümü qoru Tanrım!

gözəl yazmısızgive_hea
cin-90 cin-90 31 July 2013 00:36 Cavab yaz

ne gozel weirdir.cox saqolun
Happiness lady Happiness lady 28 July 2013 18:42 Cavab yaz

Cox gozeldi,cox beyendim.ULu tanrim her kese ureyine gore versin.Xebere gore cox sagolun.
aygun novruzova aygun novruzova 28 July 2013 16:26 Cavab yaz

ALLAH BUTUN INSANLARI PIS EMELLERDEN QORUSUN.AMIN.MELUMATA GORE TESEKKURLER. girl_ang girl_ang
Zehra2012 Zehra2012 28 July 2013 09:26 Cavab yaz

çox gözəl şeirdir. bəyəndim yazan əlləriniz var olsun. give_ros
yagmur_damlasi yagmur_damlasi 28 July 2013 07:41 Cavab yaz

Selvi,
Selvi cox sag olun canim,bilmirdim kim redakte edib,evvelde de yazmisdim cox beyendim xeberimin redaktesini,Allah razi olsun qelbinizi sevindirsin
SeadetВ Sexavet,
amin baci,AMIN.
Seadet_1975 Seadet_1975 28 July 2013 00:33 Cavab yaz

Cooox bУ™yУ™ndim..ÜrУ™yinУ™ qüvvУ™t.. empathy
Allah sУ™ni dУ™ balalarını da hУ™mçinin hУ™r kУ™si bУ™d insanların şУ™rindУ™n,İblislУ™rin У™mУ™lllУ™rindУ™n,XudbinlУ™rin xislУ™tindУ™n qorusun..
Oturdugumuz yerdУ™ quru yalandan,iftiradan qorusun...Qara qУ™lblУ™rdУ™n У™li У™yrilУ™rdУ™n qorusun..
ÜrУ™yindУ™ Allah sevgisi olan hУ™r kУ™si RУ™bbbim qorusun.TУ™şУ™kkürlУ™r bacım.GözУ™l yazmısan..
DЖЏNД°Z DЖЏNД°Z 27 July 2013 23:21 Cavab yaz

çoooooooooooooooox beyendim teşekkür edirem
kazacka kazacka 27 July 2013 22:38 Cavab yaz

Ulu Tanrım özün qoru!Bir körpəni ayrı salma anasından,


Əvvəl anam, sonra yarımMənə "mənim"dediHər birisi məhəbbətlə pay yetirdi.Bu sevgini qoru Tanrım!


AMİN! AMİN! AMİN! Çox sagol Yagmur damlası!
MAYA EL MAYA EL 27 July 2013 22:05 Cavab yaz

bir sözlə superrrrr çox bəyəndim give_ros give_ros give_ros love
selvi selvi 27 July 2013 19:15 Cavab yaz

Bu xəbəri redaktə edəndə çox bəyəndim.Allah özü bizi bütün pisliklərdən qorusun inşallah. Müəliffə təşəkkürlər...
Yaso Yaso 27 July 2013 17:53 Cavab yaz

Gozel seirdir menali sozleri var,tesekkurler
yagmur_damlasi yagmur_damlasi 27 July 2013 11:00 Cavab yaz

AlmazВ S.,
cox sag ol canim menim,xos gunune gelim Insallah.
KEMALEВ MEMMEDOVA,
cox sag olun boyuk urekle dediyiniz sozleri men de size deyirem,Allah sizi de butun belalardan hifs etsin,Insallah.

Her birinize tesekkur edirem,cox-cox sag olun!
qadin_princessa qadin_princessa 27 July 2013 10:10 Cavab yaz

Cox gozel seirdi tesekurlr
Amazonka Amazonka 27 July 2013 07:39 Cavab yaz

Gözəl arzulardı.Xoş gəlmisən əziz bacım,səni burda görmək həmişə xoşdu give_ros
Yazar_Nsah Yazar_Nsah 27 July 2013 07:39 Cavab yaz

Ulu Tanrım özün qoru
SEVICKA_22 SEVICKA_22 27 July 2013 06:33 Cavab yaz

Cox gozel ve derin menali sozleri yazan ellerin var olsun.
REXWENDE REXWENDE 27 July 2013 05:39 Cavab yaz

allah seni pis gozden saqlasin bacim

gozel serdir, beyendim.
saaa neeee saaa neeee 27 July 2013 04:36 Cavab yaz

Ela super..tewekkurler bacim..
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика