Giriş
Bağla

Gözlənilməyən oğurluq (3-cü hissə)

MÜXTƏLİF / Ədəbi guşə / Hekayələr

Gözlənilməyən oğurluq (3-cü hissə)

Onlar gecədən xeyli keçənədək söhbət etdilər. Min cür fikir yürütdülər. Gah qonşuda kirayə evdə yaşayan idmançı qızlardan şübhələndilər, gah da anlaşılmaz düşüncələr içində qaldılar.

    Sabir duruxub soruşdu:

     -Evə cavabsız zənglər gəlirmi?

        Nərgiz bir anlıq fikrə getdi, bir az düşünüb yadına saldı:

       -Hə, gəlir. Bəzən zəng gəlir, götürürəm, dəstəyi asırlar. Mən də belə düşünürəm ki, yəqin uşaqlara zəng vururlar, heç narahat olmuram.

  -Yox, sən get bir nömrə yazan telefon al gətir evə. Bir də poçtaya get, gələn zənglərin yazılması üçün servis açdır.

  - Yaxşı, günü sabah bu işlərlə məşgul olaram.

 Nərgiz gözüyaşlı yatdığı gecələri Allaha çox yalvarmışdı. Hər  namazını bitirdikdən sonra, gözyaşları içində aglayaraq, Rəbbindən kömək diləmişdi ki: ”Allahım, sənə məlum olan, bizə məlum olmayan sirri bizə də bildirÜ. Məni, övladlarımı bu zülümdən qurtar. Bizə rəhm elə, Allahım. Bu naməlumluqdan azad et bizi! Ey bu dünyanı yaradan, kimdir mənim evimi, yuvamı dağıtmaq istəyən, kimdir mənim övladlarıma bu zülmü edən, bizə də bildir, sənə hər şey ayandır, ey uca Tanrım, bizə də əyan elə! İnidirmi, cinnidirmi, Allahım, sən bizə kömək ol!”

            İndi, qəlbinə bir ümid dolmuşdu, sanki bu neçə ayların zülmündən bir andaca yaxa qurtaracaqdı.

  Qarışıq fikirlər beynindən çıxmır, bütün şübhələr Sevdanın üzərində dayanırdı. Çünki, o dəfə də Sevda gəlib gedəndən sonra, siyirtmə niyə yerinə düz oturmamışdı, ona axı heç kəs toxunmur bu evdə. Bəs onda, Sevda buna nə zaman imkan tapmışdı? Axı onlar bütün vaxtı bir yerdə idilər? ”Bəlkə?” dəhşətə gəlirdi, yəni bu düşüncələr onu sarsıdırdı. Belə olarsa, onda demək, Sevda öz yaramaz əməlinə kiçik az yaşlı qızını da cəlb eləmişdi.

   Nərgiz Sabirin dediyi kimi, telefona nömrə yazan servis açdırmışdı. Artıq, şübhələri doğruya tərəf gedirdi. Zəng vurub susan Sevda idi, onun nömrəsi idi. Amma, bunu necə sübut edə bilərdi. Sevda min hiylə ilə bu işin altından çıxmağı bacarar, Nərgiz pis vəziyyətdə qalardı. Odur ki, Nərgiz, tədbirli olmağa qərar verdi. Lakin bu haqda, Sabirə də bir söz demədi.

    Zənglər gəlməkdə davam edir, Nərgiz göz qoyurdu. Sevda heç nə olmamış kimi, gəlib, gedirdi. Lakin, Nərgiz onu bir an belə tək qoymurdu.

  Bir gün Sevda zəng çaldı. Nərgiz cavab verdi. Bir xeyli söhbətləşdilər. Söhbət əsnasında Nərgiz Sevdaya bazara gedəcəyini dedi. Sagollaşıb dəstəyi asdı. Və hər şeyi bir an unutmuş kimi, işini görərək, bazara hazırlaşırdı. Nərgiz evdə tək idi və bunu Sevda anlamışdı, söhbətdən. Sevdaya dediyi vaxtdan bir az gecikirdi , bazara getmək üçün. Yeməyin bişməyini gözləyirdi. Namaz paltarını geyib, günorta namazına gedəcəkdi ki, telefon zəng çaldı. Telefona baxdı, nömrə Sevdanınkı idi. Cavab vermədi. Zəng uzun-uzadı çaldı. Sanki içindən bir qüvvə onu dəstəyi götürməyə qoymadı. Nərgizin ürəyi şiddətlə döyünürdü. Nə edəcəyini bilmirdi. Zəng kəsildi. Özünü ələ alıb, namazını qılmaq istədi, dəstəmazını aldı, cannamazını yerə sərdi. Bu zaman telefon yenə zəng çaldı və yenə bitmək bilmədi. Nərgiz namazını qıla bilmirdi, həm qorxu, həm əsəb, onu öldürürdü. Bütün bədəni əsirdi, sanki bu saat nə isə baş verəcəkdi. Zəng bir neçə dəfə təkrarlandı. Nərgiz Allaha yalvarırdı. Onu bu zülmdən qurtar deyirdi. Sanki Nərgizi gözəgörünməz bir qüvvə idarə edirdi. Elə bil ona dedilər ki, bax  bir azdan qapının zəngi çalacaq və gələn Sevda olacaq. Öz məkrli niyyətini həyata keçirmək üçün gələcək.

  Qapının zəngi çaldı. Gələn Sevda idi. Nərgiz səs salmadan dayanmışdı, gözləyirdi. Özü də bilmədən, elə bil, gözəgörünməz qüvvənin, dediklərinə əməl edirdi. Qapının zəngi də aramsız olaraq çalınır, bu neçə dəfə təkrarlandı. Yenidən, telefon səsləndi. İndi artıq Sevdanın mobilnisi yox, ev telefonu idi, zəng çalan. Nərgiz barmağını dişlədi, demək Sevda, kiçik qızını da bu işə cəlb edib. ”Aman, Allahım, Biz kiminlə bir həyatı paylaşırıq ”Dəhşətdən, ürəyi qulaqlarında vurudu sanki". Qulaqları ürəyinin guppultusuna dözə bilmirdi, sanki çəkic idi, döyəcləyirdi qulağını.

 Zənglər bir an dayandı. Sakitlik çökdü. Nərgiz pəncərədən çölə baxdı. Sevda küçədə idi. Həyəcanlı, çevik hərəkətlərlə o yan-bu yana boylanırdı. Bir azdan, Nərgizin ehtimal etdiyi an gəlib çatdı. Qapıda açar səsi eşidildi. Çöldən qapını açırdılar. Bu Sevda idi. Demək, Nərgiz düz fikirləşmişdi. Nərgiz rayonda olanda, Sevda qardaşının yanında qalarkən, açarın bir üzünü çıxartdırmışdı. Bu ehtimalı Nərgiz Sabirə deməkdən çəkindirdiyi üçün ona deməmiş, hadisənin belə olacağını düşünməmişdir.

   Qapı açıldı. Sevda içəri girdi. Cəld hərəkətlə Nərgizin soyunduğu xalata doğru qaçdı, dolabın açarını cibindən götürdü və dolaba doğru gəldi. Əlində telefonu tutaraq, danışırdı. Nərgiz əlində bir ağac parçası  tutaraq, qapının arxasında gizlənmişdi. Bunu hər ehtimala görə götürmüşdü. Bu an hər şey ola bilərdi. Ürəyinin səsini elə düşünürdü ki, bəlkə də,Sevda da eşidir. Amma  o, öz işində idi. Açarla siyirtməni açdı. Özünə tərəf çəkdi. Siyirtmə boş idi. Nərgiz Sabirin tapşırığı ilə pulun yerini dəyişmişdi. Siyirtməni boş görən Sevda dəstəyə dedi:

     -Siyirmə, boşdur. Onlar pulun yerini dəyişiblər.

  Bu səsi eşidən Nərgiz qorxudan əsirdi. Demək Sevda kiminləsə əlbir idi. Nərgiz daha heç nə eşitmirdi, nə etməli olduğunu da bilmirdi. Bura qədər düşünə bilmişdi, amma indi necə etməli olduğunu anlaya bilmirdi. Sevda geri çevriləndə Nərgiz gizləndiyi yerdən çıxdı. Sevda onu görüb çaşdı. Bir an dünya gözündə qaraldı. Nə edəcəyini, nə deyəcəyini düşündü, çünki, o belə gözləmirdi. Günlərlə Nərgizin sanki, gözünü bağlayaraq, gəlib, Nərgizin bişirdiklərindən yeyib, içib başına da belə bir iş gətirmişdi. Nərgiz bilməmişdi. Budur artıq, Nərgiz qabağındadır:

    -Sənə nə pisliyim keçib Sevda? Adam çörək verəninə beləmi edər? Adam sığındığı ağacı belə yaralayıb, belə doğrayarmı? Demək neçə vaxtdır mənim balalarıma sitəm edən sənsən? Demək o dəfə mən Arzugilə gedəndən sonra, sən gəlib pul aparıbsan hə? Cavab ver mənə! Cavab ver? Niyə? Niyə?

     -Yox, birinci dəfədir ,bilirsən, vallah, götürdüyüm elə o olub.-Əlindəki telefonu görən Nərgiz ona tərəf yeridi:

  - Bura ver, telefonu! Kiminlə danışırsan? Kiminlə əlbirsən? De! De görüm kimdir bu?

  Sevda telefon olan əlini çantasından çıxarmır, Nərgizə müqavimət göstərərək, telefonu gizlədirdi. Bir an Nərgizin ürəyinə dəhşətli qorxu gəldi. Düşündü ki, Sevda danışdığı adam, birdən gələrsə, onda nə edər? Gələr, onu öldürər və heç kəs də bunu bilməz. Buna görə  də, onu təcili olaraq evdən çıxarmaq istədi.

  -Çıx get, qardaşına özün cavab verərsən.

    -Yox, qurban olum, ay Nərgiz. Demə, heç kəsə demə. Uşaqlarımın xətrinə demə, sənə qul olaram, ömür boyu. Demə, nə olar.-deyərək çaşqın halda danışırdı.

    -Necə  deməyim, bəs bunu kimin ayağına yazaq? Nə deyək? Kim aparırdı bu pulları deyək. Çıx, çıx get. Sən övladlarına hörmət qoysan belə hərəkət etməzdin. Kim idi danışdığın,kim?

    -Qoy danışım, amma sən heç kəsə demə. Bax, mən bir adamla görüşmüşəm. Onu da görən olub. İndi həmin adam mənə deyr ki, sən mənə pul verməsən qardaşına deyəcəm. Mən də məcbur olmuşam.

  Eşitdiyi söz onu daha da dəhşətə gətirdi. Sevda gözündə tamam başqa cür göründü.

 

    



Şərhlər (38)

Ellada84 Ellada84 10 September 2013 00:21 Cavab yaz

GünelВ Əsədova,
Çoxdan çıxmadığı üçün düşündüm sondu..Deyilmiş. scratch_ Gözləyəcəm.
gunelesedova gunelesedova 8 September 2013 22:33 Cavab yaz

Mən burada yox idim deyə,şərhlərinizə cavab yaza bilməmişəm.Oxuyub fikir bildirdiyinizə görə təşəkkür edirəm hamınıza.İnşallah yaxında dördüncü hissə çıxacaq.
rana969 rana969 5 September 2013 16:39 Cavab yaz

Cox gozel yazilib bu hekaye ellerinize sagliq,davamini sebirsizlikle gozleyirem cox tewekkurler give_ros
Ellada_1986 Ellada_1986 31 August 2013 16:13 Cavab yaz

hekayenin davami ne vaxt olacaq?
REXWENDE REXWENDE 28 August 2013 02:04 Cavab yaz

Gunel xanim neden hayla istirahetden donmedin?
sara91 sara91 14 August 2013 14:09 Cavab yaz

ELƏ ŞEYLƏR VAR Kİ, İNSAN O ADDIMI ATMAZDAN ƏVVƏL GƏRƏK CİDDİ FİKİRLƏŞSİN.ŞANTAJ ÇOXUNUN HƏYATINI MƏHV EDİB.
ingecevir ingecevir 11 August 2013 22:02 Cavab yaz

MARAQLI IDI
Songul Songul 5 August 2013 12:13 Cavab yaz

Bu da bacı, bu da qadın. Nə deyim ki, qadınlığa, insanlığa yaraşmayan bir əməl. Bu gün ancaq mənfi qadın obrazları oxudum, doğrudanmı, adını zərif qoyduğumuz cinsimiz bu qədər cılızdı? Çox sağ olun, Günel xanım.
arzum_muradim arzum_muradim 3 August 2013 12:34 Cavab yaz

bele hadiseler cox olur heyatda evine gelib coreyini yeyirler uzune gulurler amma icinden neler kecir hec kes anlamir.
REXWENDE REXWENDE 3 August 2013 07:20 Cavab yaz

ardini gozleyirem,
MOON-FLOWER MOON-FLOWER 29 July 2013 22:28 Cavab yaz

BITDI???? ARDI YOXDU
an_gel_21 an_gel_21 29 July 2013 16:01 Cavab yaz

maraqla oxuyuram
Feriham Feriham 27 July 2013 18:21 Cavab yaz

cox saqolunnn
MILK AND HONNEY MILK AND HONNEY 27 July 2013 18:05 Cavab yaz

-Qoy danışım, amma sən heç kəsə demə. Bax, mən bir adamla görüşmüşəm. Onu da görən olub. İndi həmin adam mənə deyr ki, sən mənə pul verməsən qardaşına deyəcəm. Mən də məcbur olmuşam.

Demək hamısı yalan imiş, guya ölən yoldaşı üçün yas saxlayır hələ də, onun üçün ağlayır. İnsanlığa sığmır onun hərəkətləri. Hələ üstəlik pul da oğurlayır. Günlərcə uşaqlar və Nərgiz onun üstündə əziyyət çəkirlərmiş. Şübhələrimdə haqlı imişəm, amma vəziyyəti bu cür fikirləşməmişdim.
REXWENDE REXWENDE 27 July 2013 05:40 Cavab yaz

ardini tez gonder ay menim 6 ci bacim

qiza bax ya oqurluq pis bir isdir,
Angel_sity Angel_sity 26 July 2013 14:56 Cavab yaz

aydaaa sebrim catmadiyeee ardini tez yazinda ireful
lolita.lolita. lolita.lolita. 26 July 2013 12:37 Cavab yaz

Ay aman dəşətdi ki, bu dünyada hər çür insanlar var. Allah bəlalarını versin.
Shari Shari 25 July 2013 20:13 Cavab yaz

dehset....bir sufrede oturub corek bolesen,o insanda gelsin ogurluq elesin,dehset.. dash diablo
MAYA EL MAYA EL 25 July 2013 19:22 Cavab yaz

Allah belələrindən qorusun bizləri indi heç kimə etibar yoxdu Günel xanım gözəl yazınız üçün çox saq olun give_ros
psixoloq-2013 psixoloq-2013 25 July 2013 18:31 Cavab yaz

ALLAH her kesi bele insanlardan qorusun AMIN
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика