Giriş
Bağla

Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)

Hamiləlik və analıq / Hamiləlik təqvimi

Artıq hamiləliyin yarı hissəsi geridə qaldı, siz artıq 6-cı ayın ilk həftəsinə qədəm qoydunuz. İndi sizin qarnınız daha bilinməkdədir. Çünki, körpəniz ayda deyil, günlə böyüməkdədir.
Döl
Böyüməyə davam edən körpənizin bu həftədəki baş-boy uzunluğu 18 sm, ağırlığı isə 370-390 qr-dır. İlk aylara görə körpənizin böyümə və uzanma dövrü yavaşlamağa başlayır, bundan sonra çəki artımları başlayacaq. Daxili orqanlarındakı inkişaf sürətlə davam etməkdədir. Qalıcı dişlər meydana gəlməyə başlamışdır. Qaşları, kirpikləri və göz qapaqları meydana gəlməyə başladı. Əgər körpəniz qızdırsa, cinsi orqanı yavaş-yavaş əmələ gəlir.
Bədən istiliyini qorumaq üçün dəri altına yağ saxlanması davam edir. Sümük iliyi 21-ci həftədə meydana gəlməyə başlayır. Bağırsaqlar inkişafa davam edir. Körpənin qidalanması tamamilə plasenta tərəfindən qarşılanır. Çöldən gələn səsi və güclü işığı hiss edir. Ümumiyyətlə, ana yatdığı zaman daha çox hərəkət edər. Ana hərəkət halında ikən körpə yatmağı seçir.
Ağrılar
Hər keçən gün körpənizin hərəkətlərini və təpiklərini daha çox hiss edirsiniz. Hamiləliyin ortalarında 5-7, 5 kilo artıq çəkiniz ola bilər. Artan hamiləlik hormonlarından dolayı, xüsusilə progesteron hormonu səbəbiylə sidik yollarında sidiyin axın sürəti yavaşlayır, buna görə də sidik yolu infeksiyası meydana gələ bilər. Uşaqlığın böyüməsiylə əlaqədar olaraq xüsusilə axşamlar ayaqlarınızda şişkinlik yarana bilər. Əgər əlinizdə və üzünüzdə də şişkinlik yaranırsa, bu, normal hal deyil və araşdırılması lazımdır. Həkiminizə bu haqda mütləq bildirməlisiniz. Dərinizin səthində, xüsusilə ayaqda, topuqda və üzünüzdə yaranan "hörümçək damarlar" adlandırılan görünüş doğumdan sonra itir. Dərinizdə civzə problemi yarana bilər. Dərinizi sabunla yuyaraq yağsız nəmləndirici kremlərdən istifadə etməlisiniz. Hamiləlik zamanı ayaq damarlarına təzyiq artır və bu zaman damarlar görülə bilər. Bunu azaltmaq üçün oturduğunuz zaman ayaqlarınızın altına yastıq qoyaraq mümkün olduğu qədər onları yüksəkdə saxlayın. Sol böyrü üstə yatın və hamilə corabları geyməyə diqqət göstərin.
Qidalanma
Hamiləlik boyu tövsiyə etdiyimiz vitaminli qidalardan istifadə edin. Bolluca meyvələr və tərəvəzlərdən istifadə edin. Bu həftələrdə sizin qidanızın bir çox hissəsi körpənizə keçir. Bunun üçün zülal, yağ və vitaminlərin qəbulu çox vacibdir. Bolluca su icməyi unutmayaq. Bununla yanaşı, süd, ağ pendir, bal, bəhməz , mərcimək, dənli bitkilər və bitki çaylarından da istifadə edə bilərsiniz.
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Ultrasəs müayinə
Hər həftə olduğu kimi bu həftədədə siz ultrasəs müayinəyə getməklə körpənizdəki dəyişiklikləri görə bilərsiniz. Bu, həmçinin sizdə və körpənizdə olan çatışmazlıqları göstərmək üçün çox gözəl vasitədir. Əgər ultrasəs müayinəsində hər hansı problem aşkarlanarsa, onda mütləq həkiminizə müraciət edərək müalicə dövrü keçməlisiniz.
Cinsi həyat
Artıq bu həftələrdə cinsi həyatınızla bağlı heç bir sıxıntı yoxdur. Lakin unutmayaq ki, əgər sizdə heç bir narahatçılıq yoxdursa, o zaman cinsi həyatınıza davam edə bilərsiniz. Əgər hər hansısa xoşagəlməz axıntılar olarsa, mütləq həkiminizə müraciət edin. Unutmayın ki, 21- ci həftə hamiləlikdə cinsi həyat üçün müvafiq poza seçilməlidir. Bu mövqeləri həkiminizlədə məsləhətləşə bilərsiniz.



Şərhlər (47)

ToRmEnTo ToRmEnTo 31 January 2014 01:28 Cavab yaz

Gerek sabahdan baslayim qizimla sohbet etmeye :) yemek bisirende basa salim indiden,oyrensin smile

Ümumiyyətlə, ana yatdığı zaman daha çox hərəkət edər. Ana hərəkət halında ikən körpə yatmağı seçir.

Bu verdislerini dogulandan sonra da davam edirler :)
dunkawka 16 dunkawka 16 10 September 2013 17:21 Cavab yaz

XEBERE GORE TWK MENDE DUNEN 6 HEFTE TAMAM OLDU OLMAYANLARA QISMET OLSUN AMIN... girl_ang
aysun2013 aysun2013 20 August 2013 14:50 Cavab yaz

alla tala her kese nesib etsin insallah
grr1 grr1 20 August 2013 14:45 Cavab yaz

men ana olacam
nurka28 nurka28 29 July 2013 18:59 Cavab yaz

olmuyanlara qismet olsun inwallah
kristen__ kristen__ 29 July 2013 15:37 Cavab yaz

Men artiq ana Oldum :)

Aaaaiiiiiyyyy təbrikləəərr kıızzz.Əlində ovucunda qalsın!!!AMİN!Adın nə qoyduzz Madik??
mƏNDƏ 21 həftəmdəyəm ortalama 5ay yarım.Çoxu getdi azı qaldı love
Nata Abdullayevaa Nata Abdullayevaa 29 July 2013 15:25 Cavab yaz

Allah seni balanla bir yerde omur boyu xosbext etsin AMIN AMIN AMIN
Mende hamileliyimin 8-ci ayina girdim,dunyanin en benzersiz en xosbext en ulvi ...en.....en.....enlerle dolu hissidir hamilelik ve ana olmaq.....

Amin canim menim,Sende sag salamat qurtarasan insallah,Istiyen her kese bele sirin bala nesib olsun INSALLAH !
1Гјrək_2miz_3Гјn 1Гјrək_2miz_3Гјn 29 July 2013 10:54 Cavab yaz

Olmuyanlara qismət,,, səbr etmək lazımdır Allah bəndəsini sıxıntıda qoymaz,,,Hz.Yaqub peyğəmbərimizin ikinci xanımından olan övladı Hz.Yusif peyğəmbərimiz 11 illik həsrətdən sonra dünyaya gəlmişdi.Allahdan ümidinizi itirməyin
ciyelek22 ciyelek22 27 July 2013 21:38 Cavab yaz

qadinin en gozel dovru hamilelik girl_ang
daglar gozeli daglar gozeli 27 July 2013 17:39 Cavab yaz

ALLAH hamya qismet etsin ana olmagi.icinde men qarisix.
a.quliyeva a.quliyeva 26 July 2013 12:37 Cavab yaz

ayyyyy ne qeseng allah olmayanlarada qismet elesinici men qarisiq amin insallah girl_ang
salome-cik salome-cik 26 July 2013 00:38 Cavab yaz

Men artiq ana Oldum :)

Allah seni balanla bir yerde omur boyu xosbext etsin AMIN AMIN AMIN
Mende hamileliyimin 8-ci ayina girdim,dunyanin en benzersiz en xosbext en ulvi ...en.....en.....enlerle dolu hissidir hamilelik ve ana olmaq.....
n.m1986 n.m1986 25 July 2013 16:33 Cavab yaz

her birinize tesekur edirem qizlar werhleriniz ucun kiss
Leman(wirniyyatci) Leman(wirniyyatci) 25 July 2013 12:52 Cavab yaz

Allah arzusunda olan her kese qismet etsin amin
falina-11 falina-11 25 July 2013 12:42 Cavab yaz

xanimlar narahat olmayin 3 il 8 ay mende bu hisleri yasamaq ucun calisib vurusurdum,menim testlerim ne vaxt iki xett gosderecek?deyirdim,SUKUR ALLAHA indi ikincini gozleyirem gelmek bilmesede hekim bazara kimi dogulacagin dedi.ALLAH haminiza bu sevinci yasatsin,ALLAH hec bir xanimi,hec bir aileni ovlat hesretiyle sinaga cekmesin.AMIN.ALLAH tezlikle haminizi sevindirsin.INSALLAH
kazacka kazacka 25 July 2013 11:33 Cavab yaz

Insallah haminiza qismet olsun ay hesretinde olanlar.
Serras,Selvi,Madam,Fidan,Seli,Qabalinka Allah sizlere de tezlikle bu hissleri nesib etsin,eziz bacilarim.

Cox sag ol ezizim, Allah ureyine gore versin



Inanirsiz ki men bu xeberi oxumamis kecirem

Rasime gun olar, xeyir olar. İNSALLALH, ALLAHİN izniyle bizde bir gun bele xeberlerden faydalanariq.
tutu-2013 tutu-2013 25 July 2013 11:28 Cavab yaz

Mende hamileliyimin 7-ci ayina kecirem bu gun.. Allah butun qizlarimiza ana olmagi qismet elesin. Amin.
Angel_sity Angel_sity 25 July 2013 11:14 Cavab yaz

Nata baci Allah balani saxlasin olmuyanlara qismet olsun amin
Nata Abdullayevaa Nata Abdullayevaa 25 July 2013 11:11 Cavab yaz

Men artiq ana Oldum :)
A-N-ar (Realist) A-N-ar (Realist) 25 July 2013 09:42 Cavab yaz

baci onlar hamisi normaldir,darixma.Insalalh sag-salamat olsun,xeberi bizimle paylasarsan.

Diqqətin üçün çox sağ ol, bacım. İNŞALLAH doğulsun xeyirlisi ilə, biləcəksiniz.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика