Giriş
Bağla

Bir ovuc kül

MÜXTƏLİF / Ədəbi guşə / Hekayələr

       Bir ovuc kül

 Bir qədər  yol getmişdi, amma buna heç  yolun yarısı da demək olmazdı. Taqəti qalmamışdı artıq. İrəli gedə bilmirdi, çünki yol daha onu aparmırdı. Elə o da yolu tutub gedə bilmirdi. Çünki tutduğu yol düzgün deyildi, əvvəlindən düz gəlməmişdi. Bu yerdə düşündü, düşündü ki, gərək bu yolla gəlməyəydim, daha gücüm qalmadı, yetər, bu yol məni sıxdı, əzdi, sanki bir ilan olub bütün boynuma dolanaraq məni nazilmiş, üzülmüş bir vəziyyətə gətirib çıxardı. Qurumuşdu, sanki barsız ağac idi. Qəlbi param-parça idi, çat-çat olmuş susuz torpaq kimi, geriyə baxdı, qayıtmaq istədi bu yolu geriyə. Qayıtmaq istədi ki, yenidən başlasın, amma qayıtmağa daha taqəti qalmamışdı. Bəlkə də bir təhər qayıda bilərdi, amma yenidən başlamaq ona çətin, çox çətin gəlirdi. Dözə bilməzdi, o əzmkarlıq, o iradə onda yox idi. Uca boyu da sanki əyilmişdi, kiçilmişdi, elə bil. Nəfəsi də güclə gəlirdi.

 

Bir ovuc kül

 

        "Mən neylədim", çarpayısında güclə yarı uzanmış, yarıoturmuş vəziyyətdə düşünməyə başladı, "içimi bir çürük taxt parçası tək  çürütdüm, içim bir toz halındadır, üfürsələr uçaram. Və bu dünyanın dünya boyda dərdlərinə bir zərrə olub mən də qarışaram. O zaman zərrələrə qarışıb bir heç olacağam. Bu dünyanın ağırlığından qurtulacağam. Niyə mənə bu qədər ağır oldun, dünya? Sənin bu ağırlığını çəkə bilmədim. Nəyi  isə unutmaq istədim sanki. Nəyi  unutmağa  çalışırdım ki, heç özüm də bilmirəm. Özümə bir macəra axtarırdım, həyat macərası. Mənə elə gəlirdi ki, dərd çəkirəm, əslində heç nə çəkməmişəm, məni sevənlərə dərd çəkdirmişəm. Məni dünyalar qədər sevən anama, qadınıma yetərincə çəkdirmişəm. Bəs körpə qızım, o hələ  məni bir ata kimi tanıyır, mənim bir insan kimi nələri itirdiyimdən, bu həyatda içimi dağıdan, bütün arzularımı alt-üst edən, məni məndən alan məni tanımır. Zamanla böyüyəcək, hər şeyi anlayacaq. Və bir gün mənim kim olduğumu da anlayacaq. O zaman mən övladımın üzünə necə baxacağam, sıxılacağam, əziləcəyəm, kiçiləcəyəm, bir nöqtəyə çevriləcəyəm, kiçik bir nöqtəyə. Və beləcə övladımın gözləri önündə o boyda mən kiçik bir zərrə olacağam. Onda nə deyəcəyəm?Gözəl qızım, atan qurban oldu,ətrafındakıların, çevrəsindəkilərin puç əməllərinə aludə oldu. Qızım, məni bağışla, bağışla ki, bu yolu geri qayıda bilmirəm. Bu lənətə  gəlmiş yol nə ağır oldu, bəlkə qayıdım, bəlkə qayıdım geri, qızımın xatirinə, bəlkə cəhd göstərsəm qayıdaram, yox, qayıda bilmərəm, məndə o güc qalmayıb. İndiki halımla  sevdiklərimə bir yükəm, özüm boyda bir yük. Anamın gözlərinin içinə baxa bilmirəm, baxışları ilə elə bil bu dəqiqə yandıracaq məni. Məhəbbətlə baxan gözlərindən sanki bir alov çıxaraq mən  yandırıb yaxacaq və bir ovuc külə çevirəcək. Ovuc içi boyda bir külə. Sonra da anam rahatlıqla nəfəs alıb mənim külümü evimizin hansısa küncündə, gizlin bir yerində saxlayacaq, hər gün gizlətdiyi yerdən götürərək ovcuna alacaq, göz yaşları içərisində əzizləyəcək, öpəcək, sonra da yerinə qoyub  öz ev işləri ilə məşğul olacaq. Anası qapının önündə göründü, lal- dinməz bir xeyli durub oğluna tamaşa etdi. Oğlu güclə anasına baxırdı. Ana bir xeyli baxdıqdan sonra görünməz oldu. "Ay ana, səhərdən məni izləyirsən, gözdən qoymursan, sanki olacaqlardan məni saxlayacaqsan" düşündü.

      Çarpayı çox narahat idi, hərdən sanki, uyumuş kimi olur, hərdən də tamam ayılırdı. Ayılan zaman yenə fikirləşməyə başladı, "əgər mən ölsəm, buna nə deyəcəklər? Hə, deyəcəklər ki, "ağ ölümün qurbanı oldu". Yox, bunun harası ağ oldu ki, heç qara ölüm də deyil, bəlkə boz ölümdür". Anası yenə qapı önündə göründü. Gözlərində sonsuz bir kədər vardı. Anasına baxdı, baxdı, gözlərini tam aça bilmirdi, bir anlıq fikirləşdi, çölə çıxa bilsəydim, cəhd göstərsəm çıxa bilərəm.

Bir ovuc kül

-Ana, könlüm halva istəyir, mənə bir halva bişir.

-Yaxşı oğlum, indicə bişirərəm.

 Ana  qapıdan çəkilib gedəndən sonra başı işlərinə qarışmışdı.

    Birtəhər ayağa qalxıb həyətə  çıxdı. Çöldə hava yaman soyuq idi, qar yağırdı, sakitcə, səssiz-səssiz . İri-iri dənələri hər tərəfi ağ örtüyə bürümüşdü. Üşüməyə başladı, bu soyuğun təsirindən deyildi, yaxşı bilirdi.

- Ana..., ay ana...

  Ana qapıda göründü, sonra da eyvana çıxdı.

- Hə, oğlum, nə lazımdır?

- Heç nə lazım deyil, ana. Yadındadır, uşaq vaxtı rəsm çəkməyi xoşlayırdım, hətta məni rəsm dərnəyinə də yazdırmışdın. Yadındadır, bir dəfə hər tərəf beləcə ağappaq olanda həyətimizin bu mənzərəsini çəkmişdim. Ana, o mənzərəni indi çəkə bilərəmmi ?

Ana kədərli gözlərini yana çevirdi. 

- Çəkə bilərsən, oğlum. "Sən həyatının rəsmini  çoxdan çəkdin oğlum, elə bir qələmlə çəkdin ki, onu bir də, heç dəmir pozanla da poza bilməzsən" ürəyində düşündü ana. Üşüyən kimi oldu, içəri keçdi.

- Gəl evə, oğlum, soyuqdu.

- Soyuq deyil, ana. Bu gözəlliyə tamaşa etmək istəyirəm...

- Ana, ay ana.

Ana yenə eyvana çıxdı. Ay oğul, deyirsən halva bişir, sonra da qoymursan , ha çağırırsan.

- Ana, nənəm mən uşaq olanda bir bayatı deyirdi, tez-tez oxuyurdu o bayatını.

- Hansını deyirsən ?

- Həmişə deyirdi, "qəm oylağımdır", belə bir bayatı idi.

-  Hə...

- "Dağlar  bağımdır, mənim,

    Qəm oylağımdır, mənim.

    Dindirməyin, ağlaram.

    Yaman çağımdır, mənim".

Ana özü də kövrəldi, dediyi bayatıdan gözləri doldu, içəri keçdi, göz yaşlarını oğlu görməsin.

- Hə, "yaman çağımdır, mənim", ürəyində təkrarladı. Artıq bütün vücuduna bir əsmə gəlirdi, əlləri də əsməyə başlamışdı. Dura bilmirdi.

  Səmaya baxdı, göy də yer kimi ağappaq idi. Bu gün hər şey ağ olacaq. Ətrafa baxdı, heç kim yox idi. Səhərdən beynindən keçirərək qəti qərarlaşdırdığı bir ölüm əmri  ilə bu acı həyat hekayəsinə son qoymaq istəyirdi.

  Həyətin aşağı  başındakı tövləyə sarı getdi, içəri keçib, qapısını içəridən kildlədi. Əvvəlcədən gizlətdiyi kəndiri çıxardı, halqa etdi, sonra da ayğının altına nə isə qoyub  tavandakı mıxa möhkəm-möhkəm bağladı. Kəndirin halqasını başından keçirərək boğazına  sıxdı və ayağının altındakını itələdi, gözlərindən iki gilə yaş yanağı boyunca gəldi... Bir az əvvəl düşündüyü kimi göz yaşlarını içində boğmağa çalışaraq özünü  ağ ölümün qurbanı etdi.



Şərhlər (48)

Arzu Nihad Arzu Nihad 16 July 2013 20:53 Cavab yaz

Cox qəmli hekayə idi,GÜnümüzün reallığı həm də,Belə insanlara cəmiyyət laqeyd olmamalıdr vaxtinda əlindən tutub düz yola cəkməlidir.Bir çox insanlar hamı tərəfindən atıldıqdan sonra bu yoldan dönməyə özündə artıq güc tapmır və məhv olur,
MAYA EL MAYA EL 16 July 2013 19:07 Cavab yaz

bu yolla gedənlərin əlbətdə çoxu peşman olur çoxunun iradəsi omur qayıtsın bu qurbanların sayı təssüfki gənclərdi
sebi.2012.sea sebi.2012.sea 16 July 2013 00:30 Cavab yaz

ag olum indiki dovrun en acitici olumu, cox teesufler olsunki... kimleri yerle yeksan etmediki bu lenete gelmiw ag?
heqiqet2013 heqiqet2013 15 July 2013 18:32 Cavab yaz

DOQRUDAN DA YAZIQLAR OLSUN IRADESI ZEIF OLANLARA AKTUAL LAKIN HUZNLU HEKAYEDIR TANRI HEC BIR ANAYA OVLAD DAQI CEKDIRMESIN BELELERINE DE AQIL VERSIN HEYATDA O QEDER ZOVQ ALINACAQ SEYLER VAR KI
Shari Shari 15 July 2013 18:24 Cavab yaz

dəhşət..... cray
betta-1971 betta-1971 15 July 2013 17:52 Cavab yaz

Bir daha şərh yazan hər kəsə təşəkkür edirəm, hamınızın şərhlərini oxudum, əlbəttə ki, bu cür həyatı heç kim, heç düşməninə də arzulamaz, amma təəssüf, çox təəssüflər olsun ki, bəzən həyat çox amansız olur, cəmiyyətin ən dəhşətli gerçəyi....
lovable_madam lovable_madam 15 July 2013 16:59 Cavab yaz

Iradesi zeif olub axmaq muhite tez dusen insanlar! Allah komek olsun size ve mohkem iradeye sahib olub pis verdislerden uzaq olasiz hemise Amin. Tesekkurler alisa aktual movzulu xebere gore.
Louis Vuitton Louis Vuitton 15 July 2013 16:25 Cavab yaz

alisa1971,
Çox təşəkkür edirəm sənə bu hekayə üçün. Ona görə yox ki, bir acı taleyi bölüşdün, ona görə ki, günümüzün aktuallığını gətirdin ortaya. Mən həmişə cavanlarımızı görəndə, istər oğlan, istər qız olsun, onlar üçün: "ALLAH sizi mərdimazardan qorusun" deyirəm. Həqiqətən də var-dövlət üçün gəncləri bu yola təhrik edənləri ən ağır cəzaya məhkum etmək lazımdır. İnsanın doğru olmayan yoldan çəkinməsi üçün iradə ilə yanaşı ətraf mühiti də sağlam olmalıdır. Bəzən bilərəkdən, bəzən də gizlin-gizlin, müxtəlif yollarla gəncləri bu yola sövq etdirirlər, sonra da axırı bax belə faciələrlə nəticələnir. Mərdimazara lənət...
men sen men sen 15 July 2013 15:41 Cavab yaz

Ilk once tesekkur edirem yaziya gore SIZIN yazilariniz her zaman mene maraqli gelir,
Sonra ise ALLAh genclerimizi duzgun yoldan ayirmasin seytan aldadir onlari geride yaziq olanlar ise valideynler olur,ALLAh komek olsun anasina,ozununde ALLAh kecsin gunahlarndan.
Zulmet bag Zulmet bag 15 July 2013 14:17 Cavab yaz

ALLAH ovladlarimizdan uza elesin ..her zaman bunun qorxusu ile yawayiram ..umid edirem ovladlarima verdiym terbiye ve rebbime inamim uwalarimi bu ag olumden qoruyar
MILK AND HONNEY MILK AND HONNEY 15 July 2013 12:40 Cavab yaz

Çıxış yolu var idi,müalicə oluna da bilərdi.Ən asan yolu seçdi.Allah heç bir anaya bu dərdi yaşatmasın.

Haqlısan, bacım. Hər şeyə çarə var bircə ölümdən başqa. Amma insan özünü artıq ölü kimi hiss edirsə bunun çarəsi varmı?
Yazıiya görə təşəkkür edirəm, kədərli olsa da hamımız üçün, xüsusən də gənclər üçün bir dərs idi.
qeribe qeribe 15 July 2013 11:18 Cavab yaz

hec bir valideyin istemez ki,ovlad bele olsun,seher oxuyanda cox pis oldum,cox sagol bacim,ALLAH uzaq etsin,birde ALLAH komek olsun her kese,cox sagol bacim,yaxsi xeberdir.
Elnare Huseynli Elnare Huseynli 15 July 2013 10:53 Cavab yaz

onsuz ureyim aqrayirdi by xeberide oxudum dayda pis oldum olan yene ANAYA oldu recourse
betta-1971 betta-1971 15 July 2013 10:13 Cavab yaz

Xəbərimə şərh yazan hər kəsə təşəkkür edirəm. sağ olun, həmişə var olasınız, gözəllərim, mənim.

Oğul, nədir etdiyin, bəs bu haqq-say üçün,
Qaytar onun ömrünə neçə gecə , neçə gün.
Qaytar onun saçının qaralığını geri,
Qaytar, qaytar onları , qaytar qoyma sabaha ,
Sən ki, dərd verdin, oğul, sənə həyat verənə,
Oğul demərəm, sənə.
Deyirəm ki, varını, yoxunu, qaytar geri,
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri.
(Ə.Kərim)
gulu isi gulu isi 15 July 2013 09:16 Cavab yaz

sabah sabah oxudum pis oldum.yaziq analarimiz.bizi boya basa catdirir ezab eziyyetle ki birikiz gedek narkaman olaq birimiz de nazir.??allah hec kesin aglini basindan almasin,insallah
f_najafova f_najafova 15 July 2013 08:45 Cavab yaz

allah belelerine ozu komek olsun.tesirli idi.hec bir anaya allah evlad dagi gostermesin.
Kona Kona 15 July 2013 05:34 Cavab yaz

Vaxsey bu ne xeber idi bashdigi oxuyanda bele xeber oldugunu hec tesevvur elemedim Allah uzaq elesin!
SEVICKA_22 SEVICKA_22 15 July 2013 01:29 Cavab yaz

Allah hec kime gostermesin.Sekillerine baxanda bele pis oluram
konul kvn konul kvn 15 July 2013 00:17 Cavab yaz

ehh ne deyim, ne soyleyim sukut sukut....
Amazonka Amazonka 14 July 2013 23:29 Cavab yaz

Çıxış yolu var idi,müalicə oluna da bilərdi.Ən asan yolu seçdi.Allah heç bir anaya bu dərdi yaşatmasın.Yazı üçün təşəkkürlər,təsirli idi
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика