Giriş
Bağla

Son qərar

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

 

Son qərar

  Niyə aramızda uçurumlar var?

  Düşündüm, bir cavab ala bilmirəm.

  Neynəsək alınmır, birləşmir yollar,

  İnan bu fikirlə qala bilmirəm.

 

  Biz ki, elə sevirdik dəlilər kimi,

  Hanı isti toxunuş, şirin baxışlar?

  İndi danışırıq uzaq, yad kimi ,

  Axı bu ürəklər nədən qorxurlar?

 

  Sənsiz bir gün belə qala bilmirdim,

  Duyğularım niyə belə qarışıb?

  Bir vaxt göz yaşımı özün silirdin,

  İndi qəlbim hər acıya alışıb.

 

  Qərarsızam fikrim qarma-qarışıq,

  Bu ürəyim sənsizliklə barışıb.

  Düşünürdüm davam olsun, ya əbədi unudum?

  Bu son qərar, daha yoxdur umudum.

 

 

   Qəmli eşqim

  Ayrılıq yenə də gəldi qapıma,

  Nə qədər çalışdım qova bilmədim.

  Bu sevgi yayılıb bütün canıma,

  Onu ürəyimdən ata bilmədim.

 

  Gözlədim bu qəmim zamanla keçər,

  Ancaq kədər məndən heç əl çəkmədi.

  Bəlkə məhəbbətim yenidən gələr,

  Heyf bədbəxt sevgim geri gəlmədi.

 Xoşbəxtlik həmişə bizim qapımızı döyür, amma çox zaman biz evdə olmuruq!




Şərhlər (50)

galaxy-91 galaxy-91 13 September 2013 17:44 Cavab yaz

Sevgi weirlerini oxumagi sevirem her birinin icinde ayriq var yeqin bu bele olmalidi hemiwe ne ise weirler super idi tewekkurler
Feriham Feriham 10 September 2013 14:17 Cavab yaz

bolusduyunuz ucun cox saq olun cox gozeldur
fidawka 2011 fidawka 2011 2 September 2013 22:35 Cavab yaz

twk.qeweng idi,
menasiz dunya menasiz dunya 24 August 2013 09:42 Cavab yaz

Sənsiz bir gün belə qala bilmirdim,

Duyğularım niyə belə qarışıb?

Bir vaxt göz yaşımı özün silirdin,

İndi qəlbim hər acıya alışıb.

Qəmli eşqim

Ayrılıq yenə də gəldi qapıma,

Nə qədər çalışdım qova bilmədim.

Bu sevgi yayılıb bütün canıma,

Onu ürəyimdən ata bilmədim.



Gözlədim bu qəmim zamanla keçər,

Ancaq kədər məndən heç əl çəkmədi.

Bəlkə məhəbbətim yenidən gələr,

Heyf bədbəxt sevgim geri gəlmədi.



MUELIFE Təşəkkür
June I June I 10 August 2013 15:27 Cavab yaz

GÖzəl şeirlərdir...
tural894 tural894 4 August 2013 01:10 Cavab yaz

qewengi,sagol
yagmur_damlasi yagmur_damlasi 29 July 2013 13:24 Cavab yaz

cox sag olun tesirli serlerdir.
AyetnZade AyetnZade 18 July 2013 11:03 Cavab yaz

gozel seirdi ...tewekkurler....
Jealousy Jealousy 30 June 2013 21:22 Cavab yaz

Xoşbəxtlik həmişə bizim qapımızı döyür, amma çox zaman biz evdə olmuruq!

eledir teessuf ki...
Leman(wirniyyatci) Leman(wirniyyatci) 25 June 2013 19:39 Cavab yaz

Qəmli eşqim

Ayrılıq yenə də gəldi qapıma,

Nə qədər çalışdım qova bilmədim.

Bu sevgi yayılıb bütün canıma,

Onu ürəyimdən ata bilmədim.

cox sagolun tesekkur edirem kaw ki hec qem olmaya her zaman sevinc ola
pure love 27 pure love 27 24 June 2013 18:53 Cavab yaz

gözəl şeir üçün təşəkkürlər hi
GIRIL2013 GIRIL2013 24 June 2013 16:55 Cavab yaz

yes yesÇox gözəldir.....
gril2016 aydashka. gril2016 aydashka. 23 June 2013 17:55 Cavab yaz

aslinda son karari vermek cok zor. yazi guzel sog ol air_kiss
Qara gozlum Qara gozlum 23 June 2013 17:37 Cavab yaz

Axı bu ürəklər nədən qorxurlar? recourse
Louis Vuitton Louis Vuitton 23 June 2013 00:41 Cavab yaz

Sevgidən yazılan şeirlərin əksəriyyəti də elə qan ağlıyır...
Bölüşdüyünüz üçün təşəkkürlər... give_ros
Ayka sevgi Ayka sevgi 23 June 2013 00:33 Cavab yaz

SUPERDIII give_ros iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
iiiiiiiiiii çox bəyəndim
T.H. T.H. 22 June 2013 23:40 Cavab yaz

PERVANEВ ELIYEVAВ .......,
Sizin şeirinizdə müəlifin şeiridə çox mənalıdı.Hər ikinizə paylaşdığınız üçün give_ros
ruzigar ruzigar 22 June 2013 23:38 Cavab yaz

Sən məni unutsanda mən unutmadım, Unuda bilsəydim heç ağlamazdım.

Pərvanə bacım çox gözəl sözlərdir.
girl_2013,gulawka girl_2013,gulawka 22 June 2013 23:25 Cavab yaz

PERVANEВ ELIYEVAВ .......,
baci yazdigin cox gozel weirdi.ellerine sagliq
Ryos Ryos 22 June 2013 23:19 Cavab yaz

Xoşbəxtlik həmişə bizim qapımızı döyür, amma çox zaman biz evdə olmuruq!
Ay bacim kovreldim .ALLAH hec kese ayriliq qismet etmesin..

Gözlədim səni həsrətlə hər gün,
Sənsə kibrit tək alışıb söndün,
Sonradan nə oldu əhddən mi döndün?
Mən belə bilsəydim heç ağlamazdım.

Elə bilirdim məni sevirsən,
Məni qəlbinə hakim bilirsən,
Axı nə biləydim ikiüzlüsən
Mən bunu bilsəydim heç ağlamazdım.

Bir zaman həyatda gərəkdim sənə,
Əbədi dost idim, dirəkdim sənə,
Gözümdə bir huri-mələkdin mənə,
Bilsəydim şeytansan heç ağlamazdım.

Vurdun yerlərə təmiz sevgimi,
İncidib, küsdürdün həyatdan məni,
İndi vəfasız sınan qəlbimi,
Düzəldə bilsəydin heç ağlamazdım.

Mən səni bir dəfə heç ağlatmadım,
Səndən incisəmdə sənə yalan satmadım,
Sən məni unutsanda mən unutmadım,
Unuda bilsəydim heç ağlamazdım.

İnandım hər denən şirin sözünə,
Aldandım mən sənin mələk üzünə,
Neyləyim vuruldum qara gözünə,
Əgər sevməsəydim heç ağlamazdım.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика