Giriş
Bağla

Toyuqlu qarabaşaq (foto resept)

MƏTBƏX / Quru yeməklər

Lazım olanlar:

1 ədəd toyuq (döş ətini ayırırıq)

500 qr. qarabaşaq

3 baş soğan

1 dəstə keşniş

1 dəstə cəfəri

Duru yağ

Duz, istiot (zövqə görə)

 Toyuqlu qarabaşaq (foto resept)

Hazırlanması:

Toyuğu yuyub tikələrə ayırırıq. Duz, istiot vurub bir az su əlavə edib bişməyə qoyuruq, çox bişirmirik.

Toyuqlu qarabaşaq (foto resept)

Bişdikdan sonra bir az yağda qovururuq.

Toyuqlu qarabaşaq (foto resept)

Sonra soğanı xırda-xırda doğrayırıq, əlavə edib qovururuq (çox qızartmırıq).

Toyuqlu qarabaşaq (foto resept)

Soğan da qovrulduqdan sonra keşniş və cəfərini doğrayıb əlavə edirik. 
 Toyuqlu qarabaşaq (foto resept)

Qarabaşağı qaba töküb yaxşıca təmizləyirik, yumadan ayrı bir qabda qarabaşağı bir az yağla qovururuq.

Toyuqlu qarabaşaq (foto resept)

Qovrulduqdan sonra onu aşsüzənə tökürük, üzərinə isti su əlavə edərək yaxşıca yuyuruq.

Toyuqlu qarabaşaq (foto resept)

Yuduqdan sonra qarabaşağı toyuğun üzərinə əlavə edirik.

Toyuqlu qarabaşaq (foto resept)

Təxminən 2 stəkan su və duz əlavə edib bişməyə qoyuruq. 
Toyuqlu qarabaşaq (foto resept)

Budur, yeməyimiz hazırdır.

Toyuqlu qarabaşaq (foto resept)

Nuş olsun!


Şərhlər (60)

nurayim_19923 nurayim_19923 6 February 2015 20:18 Cavab yaz

Ne qesegdir mende bisirerem cox tesekkuller
Lale_LR Lale_LR 18 November 2014 11:53 Cavab yaz

Qarabaşaq da toyuqla dadlı olur,bir də kotletlə,bir də xırda tomatlı ətlə... biggrin Bir sözlə qarabaşaq dadlıdır
x women x women 2 November 2014 01:16 Cavab yaz

Qarabashaqi sevirem.Toyuqla da cox yakishmish olarlar biri-birilerine...Teshekkurler.
moskow qadini moskow qadini 8 June 2014 20:36 Cavab yaz

Ellerine saqliq
moda dunyasД± moda dunyasД± 1 June 2014 14:53 Cavab yaz

Xosuma geldi dadli olar cox sagolun smile
nilu nilu 12 December 2013 23:05 Cavab yaz

ELlerinize sagliq,dadli gorunur,atdim secilmislere girl_smi
www.guler1994 www.guler1994 3 September 2013 22:54 Cavab yaz

Qarabasaqi cox sevirem bu yemek cox Dadli reseptdi yahoo
menasiz dunya menasiz dunya 2 August 2013 19:07 Cavab yaz

dadli gorunur elleriniz var olsun
Rafaella.nr Rafaella.nr 20 July 2013 18:36 Cavab yaz

dadli gorunur. teshekkurler.
ulicka89 ulicka89 19 July 2013 15:36 Cavab yaz

qreckanin iyi xosuma gəlir adamin istahi dusur yemek isteyir. bu formadada bisirərəm gorum nece alinacaq yeqin ki yaxsi olar. təşəkkür edirəm
psixoloq-2013 psixoloq-2013 15 July 2013 15:27 Cavab yaz

cox lezzetli gorunur ellerinize sagliq
selcanka selcanka 13 July 2013 18:37 Cavab yaz

qesengggggggggggg
Niko_F Niko_F 29 June 2013 14:28 Cavab yaz

Cox beyendim amma qarabawaqlar biza az biwib deyesen, men cox biwirirem doweme awi kimi..Sagolun resept sadece good
Virtual darslar Virtual darslar 22 June 2013 20:49 Cavab yaz

aaaaa mən olmayanda axırki xəbərim işıq üzü görüb, dance1
Çox sağ olun qizlar bəyəndiyinizə sevindim,, give_ros
Bilənlər bilirsə, onda bilməyənlər örqener. crazy
nezis nezis 19 June 2013 20:39 Cavab yaz

Təzəcə yedim ürəyim istəmədi əllərinizə sağlıq
mexbube mexbube 19 June 2013 16:40 Cavab yaz

menim sevdiyim yemekdir amma men yoldasim ne xoslayirsa onu bisirirem o toyuq sevmir
Fatime Memmedova Fatime Memmedova 19 June 2013 15:39 Cavab yaz

sade ve hamimizin bildiyi bir yemekdi.eziyyete gore tesekkurler
melek.huseyn2013 melek.huseyn2013 19 June 2013 14:22 Cavab yaz

cox qeseng gorunur,sinayacam bir defe xoslasam hemise bele edem,men heftede bir defe qrecqa bisirirem
rusiya rusiya 19 June 2013 14:11 Cavab yaz

dadli gorundu istahimi cekdi durub mende bisirdim superrr.tsk
zizishko zizishko 19 June 2013 12:25 Cavab yaz

daddi gorunuuuuuuuuuurrrrrrr acmiwammmmmmmmm girl_cray
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика