Atam həmişə şeir yazarmış. Qaçqın düşdükdən sonra atamın şeir yazdığını bildim. Onlardan bir neçəsini sizinlə bölüşmək istərdim...
Bənzəmir
Sıldırım qayalı meşəli dağlar,
Əfsus bizim dağımıza bənzəmir.
Alması var, heyvası var, narı var,
Bağlar bizim bağımıza bənzəmir.
Qızların başında nazik örpəyi,
Naxışlı corabı, zərli köynəyi,
Bənzəsə də danışmağı, gülməyi
Nazı bizim nazımıza bənzəmir.
Sərin bulaqları, gur çeşmələri,
Ovsunlar insanı gur meşələri.
Kol dibindən boylansa da gülləri,
Yazı bizim yazımıza bənzəmir.
Damğa götürməyəydim
Kömək eləmədi Laçına kimsə,
Tanımadıq, qardaş dedik iblisə.
Baş əyincə nadürüstə, nakəsə
Mamır olub daş üstündə bitəydim.
Köçkün damğasını götürməyəydim.
Anlamazlar cərgəsinə qoyulduq,
Nadanların qapısında qul olduq,
Evsiz qaldıq, ordan-ora qovulduq.
Yatdığım səngərdə yerə girəydim,
Köçkün damğasını götürməyəydim.
Elimdə, obamda olmuşduq ağa
Qaçqın olduq, təzim etdik qoduğa,
Üstümüzə çəmkirəndə qurbağa,
Yerimdəcə qara daşa dönəydim,
Qaçqın damğasını göturməyəydim.
Elin həsrətindəyəm
Qəlbimiz göynəyir, gözlər yaşarır,
Xəyal məni məndən alıb aparır,
Viran qalmış yurdumuza qaytarır,
Laçın boyda elin həsrətindəyəm.
Ocaq sönüb, qızınıram közümlə,
Dəli kimi danışıram özümlə,
Kaş ki gedib seyr edəydim gözümlə,
Dağdan axan selin həsrətindəyəm.
Ömür yaşamışıq cənnət içində,
Oynayıb qaçmışıq güllər içində,
Keçəllərdə, Dəyirman dərəsində
Bitən nərgizgülün həsrətindəyəm.
Ətri vardı təzə şumun, torpağın,
Ətri vardı hər bostanın, hər bağın,
Meşələrdə xışıldayan yarpağın,
Dağda əsən yelin həsrətindəyəm.
Bulaqları billurdan şəffaf idi,
Adamları sulardan da saf idi,
Qurban vermək Laçını dəhşət idi,
Laçınlı günlərin həsrətindəyəm.
Möhtacam
Könlüm qubarlıdır, kövrəlib dolub,
Bir həlim kəlməyə, sözə möhtacam.
Bağımız odlanıb, bağçamız solub,
Qor tutub sönməyən közə möhtacam.
Dərdlər qalaqlanıb, başım açılmır,
Dərmanım qəhətdir, neynim, tapılmır.
Gecələr uzundu, səhər açılmır,
Gözümə dikilən gözə möhtacam.
Düşdük biyabana, düşdük qürbətə,
Dözdük tənələrə, dözdük möhnətə,
Bir şirin söhbətə, şirin iffətə,
Ziya nur tökülən gözə möhtacam.
Çoxları söz verib, hasil olmayıb,
Şamlıqdadır, donuz hələ çıxmayıb,
Yenişə, yoxuşa nəfəs qalmayıb,
Üç arşın enində düzə möhtacam
Gündüzlər burada, gecə Laçında,
Kənd-kəsəyin dərdi-səri başımda,
Bir canım burdadır, bir canım orda
Heç bilmirəm oralıyam, buralı
Məndən sorma haralısan, haralı.
Tərlan idim, düşürdülər, sar oldum
Bəd əslə könül verdim, xar oldum,
Dil bilməzə, bimürvətə yar oldum,
Könül bağçam o vaxtdandır yaralı,
Məndən sorma haralısan, haralı.
Harda qaldı Almatayı, Horgədik ,
Yollarımız bağlı qaldı, getmədik.
Meyvələrin nübarını dərmədik,
Yurdumuzdan gen düşmüşuk aralı.
Vətəniydi Soltan Xosrov bəylərin,
Dağ cüssəli, dağ qüvvəli nərlərin,
Oylağıydı Koroğlunun, Nəbinin,
Hor Gədiyi, İsgəndəri, Qalalı
Məndən sorma haralısan, haralı.
Gün olurmu yaşarmaya gözlərim,
Çin çıxaydı yuxuda gördüklərim,
Gedəm kəndə, unudula dərdlərim,
Yəqin mənə yer saxlayıb Babalı
Məndən sorma haralısan, haralı.
Müəllif: Həsənov Səxavət
Hamınızın saf ürəklə oxuyaraq səmimi sözlərinizi gözləyirəm.
Ardı var...
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Türkəçarə, yoxsa başa bəla?
Gül rənglərinin mənaları
Romatizmal xəstəliklər
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ailə tərbiyəsi necə olmalıdır?
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 1227 yeni yoluxma
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Yeməklərinizi rəngləndirin
Serdar Ortaç boşanır?
Facebook-da yeni qadağadan xəbəriniz var?
Bakıda bu marşrut kart sisteminə keçdi
Chrome yeniləndi
Unutduğumuz 10 həqiqət
"Eurovision"un püşkatması keçirildi - Azərbaycan neçəncidir?
Kişilər üçün ondan yaxşısı?
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sizin həyat tərziniz (Test)
Qalib idmançılarımıza daha 50 min
Cənnətin ən yüksək zirvəsi
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
Conni Depp Sofi adlı modellə sevgilidir
"Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar"
"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Ebru Şallıdan 10 mükəmməl maska təklifi
Siqaret çəkən və çəkməyən anaların uşaqları arasındakı fərq
İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO
Paşinyan Qarabağdan əlini üzdü
Məktəbimiz həmin gecə 13 şəhid verdi - Azərin
Leyla Yunusun apellyasiya şikayəti təmin edilmədi
Özcan Dəniz keçmiş xanımı ilə BARIŞDI-FOTO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
Manatın məzənnəsi
Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Zamanı az olan analara idman hərəkətləri
Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Parisin nudist restoranı bağlandı-SƏBƏB
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
"Facebook" istifadəçilərinə şad xəbər
Bakı dumana bürünəcək
Üzüklər
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
Qara rəngli donlar (2)
Bakıdan İrəvana sərt cavab
- ŞƏRHLƏR