Giriş
Bağla

Körpənin nəcisi necə olmalıdır?

Hamiləlik və analıq / Körpə və ona qulluq

     Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. "Görəsən normalda necə olmalıdır?" deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm. 

Yeni doğulmuş körpənin nəcisi

     Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir.

Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur.

Əlavə yemək yeyən uşağın nəcisi

     İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil.

     İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bu­nun da heç bir əhəmiyyəti yoxdur.

     İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə ba­ğırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayəti­niz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz.

Körpənin nəcisi necə olmalıdır?

     Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yox­dur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola­ bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsiz­lik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir.

Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması nor­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin bur­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxa­rırlar.

Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bu­nun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis  uşağın yediyi əlavə qidanın rəngini də ala bilər.

     Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər.  Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.



Şərhlər (41)

QWEN85 QWEN85 28 December 2015 23:48 Cavab yaz

Yeni ana olanlar üçün dəyərli məlumatdı
fidancik 24 fidancik 24 11 July 2015 16:10 Cavab yaz

xebere gore tewekkurler. no
rovsane_82 rovsane_82 21 June 2015 12:17 Cavab yaz

Bunları bilirem çox sağ olun.
Sadəcə Azər Sadəcə Azər 23 May 2015 00:18 Cavab yaz

Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması norВ­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin burВ­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxaВ­rırlar.
ureyimin gitdiyi yer ureyimin gitdiyi yer 20 January 2015 21:33 Cavab yaz

Amma menim usaglarim boyukdu insallah nevem ucun maraglanacam geleceye
ESNA_2012 ESNA_2012 20 November 2014 22:40 Cavab yaz

Qızımın iki yaşı var bu aralar çox çətin çıxır sabahda bir gundə gərək aparım həkimə.
nilu nilu 29 May 2014 13:01 Cavab yaz

Xəbərə görə təşəkkürlər give_ros
dost qazanmaq dost qazanmaq 1 April 2014 21:39 Cavab yaz

Faydali maraqli xeberiniz ucun tewekkur edirem menim oglumda 6 ayliqdir bayra yaxsi gedir normal
minira72 minira72 21 March 2014 00:29 Cavab yaz

Xəbərə görə təşəkkürlərrrrr
GunElcin GunElcin 24 February 2014 11:42 Cavab yaz

Qizimin bugun 1 ayi tamam oldu. 1 gunnen 1 bayira gedir. narahatiydim, bu xeberi oxuyannan sonra rahatladim. coxsag olun. girl_ten
girl-1990.aysel girl-1990.aysel 9 January 2014 01:05 Cavab yaz

melumata gore cox sag olun.
elhamdulillah-99 elhamdulillah-99 28 June 2013 03:12 Cavab yaz

4ox sagolun maraqli melumatlar aldim
ayten18 ayten18 7 June 2013 21:55 Cavab yaz

mende narahat idimki usaqda niye necis cixmir,sonra dedilerki ana sudu yeyir .ona gore indi oxudum etrafli tesekkurler melumat ucun.........
lovable_madam lovable_madam 7 June 2013 20:49 Cavab yaz

В Elnarə,
Təşəkkürlər bu qədər məlumat vermisən, təcrübəsi olmayan gənc analar üçün faydalı olacaq bu xəbərin. love
sharimka sharimka 6 June 2013 18:52 Cavab yaz

ANA DEYILEM HELEKI INSALLAH ALLAH MENEDE QISMET ETSIN.AMIN. ANA USAGA NE YEDIRDIYINE DIQQET ETMELIDIR HEMISE. ONDA USAQDA NEDEKI NECISINDE PROBLEM OLAMAYACAQ.
Nurkish Nurkish 6 June 2013 18:13 Cavab yaz

Melumat verdiyiniz ucun cox sag olun men usag haqqinda olan yazilari izleyirem cunki menimde 19 ayliq oglum var Allah olmayanada bala versin ferq etmez oglan ya qiz esasi layiqli evlad olsun.tsk edirem size.
Virtual darslar Virtual darslar 6 June 2013 11:23 Cavab yaz

mütləq övladını yedizdirən ana yediklərinə qiqqət etməlidir. Əsas yay aylarında buna diqqət edin əziz analar bu çox vacibdir

hə səninlə razıyam, yayda analar nə gəldi yeyir, sonra nə olursa yazıq körpələrə olur
Çox sağ olun xəbər üçün.
domish domish 5 June 2013 23:32 Cavab yaz

He bu analari narahat eden ve lazimli xeberdir. Inshallah Allah evlere korpe nesib etsin amma ushaqlarimizi sag etsin inshallah
MAYA EL MAYA EL 5 June 2013 16:22 Cavab yaz

mütləq övladını yedizdirən ana yediklərinə qiqqət etməlidir. Əsas yay aylarında buna diqqət edin əziz analar bu çox vacibdir
Sumeyya_Musevi Sumeyya_Musevi 5 June 2013 13:24 Cavab yaz

tesekkur lazimli melumatdir.oglum 9 aylidir dogulandan Sukurki normal olub her sey.lap teze teze azca qebzliyi oldu oda uje kecib.ama bu movzu her zaman menim ucun onemlidir.her zamanda nezeratde saxlayiram.eziz analar eger korpenizi ana sudu ile besleyirsizse yediklerinize mutleg fikir verinki korpe eziyyet cekmesin.hercend meni qinayirdilar buna gore.Ama oglum mencun onemlidir air_kiss

maraqli xeberdir tsk men fikir vermirdim hemise ki tsk yeniden

sen niye bele fikir vermirdin ay Munik unknown
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика