Giriş
Bağla

Xoş əhval-ruhiyyənin dadlı sirri

Bizimdir! / Təqdimat

Xoş əhval-ruhiyyənin dadlı sirri 

Müasir dövrümüzdə harada olduğumuzdan, hansı işlə məşğul olduğumuzdan, hansı şəraitdə yaşadığımızdan asılı olmayaraq həyəcan, təlaş, gərginlik, yorğunluq, stress kimi hisslərlə tez-tez qarşılaşırıq və təəssüf ki, əhval-ruhiyyəmizi hər zaman yüksək saxlaya bilmirik. Mühüm iclaslar, gərgin danışıqlar, uzun hesabatlar, artan tapşırıqlar, sınaqlar, şəxsi problemlər, həyəcanlı anlar... Seçimlərimizdən və istəklərimizdən asılı olmayaraq gündəlik həyatımızın bir çox mərhələlərində bu cür problemlər bizimlədir.  

Məhz belə anlarda yorğunluqdan, gərginlikdən və ya yaranan soyuq abu-havadan bir neçə dəqiqəlik azad olmaq, istirahət etmək və zehnin dincəlməsinə nail olmaq məqsədilə bütün dünyada çay və ya qəhvə fasilələri artıq bir ənənə halını alıb. Çünki bu cür pauzalar həm psixoloji, həm də fiziki cəhətdən insana rahatlıq bəxş edir və günə daha gümrah şəkildə davam etməyini təmin edir.

Azərbaycanda belə fasilələr zamanı ən çox istehlak olunan isti içki növü çaydır. Çayın faydaları, fərqli xüsusiyyətləri haqqında çox danışılıb, çox yazılıb. Bəs belə gərgin anlarda rahatlıq əldə etmək üçün hansı çay növü ideal təsirə malikdir? Bu haqda nə bilirik?

Çayın möcüzəvi dada malik, dünyada ən geniş yayılmış növlərindən biri berqamot ətirli çayıdır. Bu çay növünün məhz belə adlandırılması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Ən çox inanılan rəvayətə görə isə xaricdə Earl Grey kimi tanınan berqamot ətirli çay 1830-1834-cü illərdə İngiltərənin baş naziri olmuş Çarlz Greyin şərəfinə belə adlandırılıb. Ehtimal olunur ki, bir çinli məmur oğlunun gəmi qəzasından məhz ingilis dənizçiləri tərəfindən xilas olunmasına minnətdarlıq əlaməti olaraq qraf Greyə bu çay nümunəsini hədiyyə edib.

Berqamot ətirli çay nəinki xoş dada, eyni zamanda ecazkar təsirə malikdir. Tam təbii berqamot ətirli çayın əsas üstünlüyü onun əhval –ruhiyyəni yüksəltməsidir. Elə bu səbəbdən berqamot ətirli  çayı içən zaman insan nəinki onun qeyri-adi dadından və xoş ətrindən həzz alır, həmçinin özünə  bütün gün boyu xoş ovqat bəxş edir.

Berqamot ətirli çay bir çox müalicəvi xüsusiyyətləri ilə yanaşı, həm də beynin fəaliyyətini stimullaşdırır, gərginliyi, baş ağrısını aradan qaldırır, yorğunluğu azaldır və insana gün boyu gümrahlıq bəxş edir.

Bütün bu xüsusiyyətləri özündə birləşdirən berqamot ətirli Berqa çayı Azərbaycan bazarına ötən ilin sentyabr ayında təqdim edildi. Demək olarkı, Berqa qısa bir müddət ərzində tanınaraq istehlakçılar tərəfindən sevilən çay markalarının sırasına daxil oldu. Berqa çayının nəfis berqamot ətri, gözəl rəngi və dadı onu indi bir çox istehlakçıların gündəlik tələbatına çevirib. Günün xoş əhval-ruhiyyə ilə keçməsini və özünü gümrah hiss etmək istəyənlər, çay süfrələrindən Berqa çayını əskik etməsinlər.

Xoş əhval-ruhiyyənin dadlı sirri

 



Şərhlər (30)

AYKAWIRINKA AYKAWIRINKA 13 September 2014 17:12 Cavab yaz

Heqiqetende insana ehval -ruhiyye verir..təşəkkür.. drinks drinks
nilu nilu 2 June 2014 18:09 Cavab yaz

Bu çaydan istifadə etmirik pardon
1981, 1981, 8 May 2013 21:28 Cavab yaz

MENIMDE XOSHUMA GELIR,GOZEL ETRI VAR give_ros
aqressiv s aqressiv s 8 May 2013 20:49 Cavab yaz

men istifade etmemisem dadini bilmirem icenlere nus olsun
MAYA EL MAYA EL 6 May 2013 13:34 Cavab yaz

mən ətirli çayları heç sevmirəm bu çaydan istifadə etməmişəm deyə bilmərəm necədi bu tərəflərdə qoqqquuuu
sebnem98 sebnem98 5 May 2013 14:29 Cavab yaz

bizdede var bele cay
qeribe qeribe 4 May 2013 15:04 Cavab yaz

bizdede var bele caylar,cox dadlidir drinks morning yes
gulmira67 gulmira67 4 May 2013 14:09 Cavab yaz

cox goael caydi [center][/center]BERQA.cox gozel qoxusu var
hicabli 1986 hicabli 1986 4 May 2013 12:11 Cavab yaz

bizde ondan icirik ela caydi.
var indi yoxdu var indi yoxdu 4 May 2013 00:39 Cavab yaz

ELA CAYDI BERQA DEMEK OLAR 1 ILDI BU CAYDAN ALIRAM COX GOZEL ETRI VAR MESLEHETDIR ALIN ICIN drinks
Zehra2012 Zehra2012 3 May 2013 22:40 Cavab yaz

Istifade etmemiwem. Amma etirli cayi xowlayiram. mutleq aldiracam cox sag olun.
ruzigar ruzigar 3 May 2013 21:36 Cavab yaz

Mən də ətirli çayı sevirəm.Amma yalan nə deyim berqa elə də xoşuma gəlmədi.Ətirlilərdən CİHAN çayı üstün tuturam.Qayınatam deyir ümumiyyətlə,çay ətirli olmaz.Elə bil duxı vurublar.Təşəkkürlər xəbərə görə.
men sen men sen 3 May 2013 21:35 Cavab yaz

Almaniyada Berqa yoxdu axi,neter eliyek indi? ehval ruhiyye sifira ensin?

mende ele dedime bayaq dash
lovable_madam lovable_madam 3 May 2013 21:29 Cavab yaz

Bizim evdə Berqa istifadə olunur, ətirlidir, mən də ətirli çayı çox sevirəm. drinks
best_of_all best_of_all 3 May 2013 21:28 Cavab yaz

Almaniyada Berqa yoxdu axi,neter eliyek indi? ehval ruhiyye sifira ensin? dash
raya-23 raya-23 3 May 2013 21:21 Cavab yaz

əmimin yoldaşı Bakidan gələndə alib gətirmişdi..cox xoşuma gəldi indi elə bu caydan işlədirik
Kamile_20 Kamile_20 3 May 2013 21:09 Cavab yaz

bilmirem bizimkiler isdifade edibler ya yox amma deyerem olar icsinler cayla elede aram yoxdu
Kona Kona 3 May 2013 20:59 Cavab yaz

Gerey alim prob eliyim icmemishem ama cayxoram love
shaki21 shaki21 3 May 2013 20:52 Cavab yaz

men hec icmemiwem ama hami terifleyir.gerek bir gun istifade edim tewekkurler
Aqatkris Aqatkris 3 May 2013 19:31 Cavab yaz

ela caydi istifade etmisik
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика